Ardını oxu...
Babək rayon Cəhri qəsəbə 2 nömrəli tam orta məktəbində müəllimlər otağının tavanının alt hissəsi qoparaq, Məhburə adlı tarix müəlliminin başına düşüb. Nəticədə müəllim ağır kəllə-beyin travması alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Bir neçə gün öncə baş vermiş hadisə ictimaiyyətdən cidd-cəhdlə gizlədilsə də, „Gündəlik Naxçıvan“ hadisəni özündə əks etdirən videogörüntüləri əldə edə bilib.
Tavanı çökən məktəb 2016-cı ildə istifadəyə verilib və açılışında prezident İlham Əliyev də iştirak edib.
Məktəb müəllimlərinin bildirdiyinə görə, xəsarət almış müəllim Cəhri Qəsəbə Xəstəxanasına aprılıb və ona ağır kəllə beyin travması diaqnozu qoyulub. İlkin tibbi yardımdan sonra məsələnin ictimailəşdirilməsinin qarşısını almaq üçün o, evə göndərilib. Müəllimlər deyirlər ki, onun vəziyyəti qənaətbəxş olmasa da müalicəsi evdə davam etdirilir:
“Məhburə müəllim məktəbin ən yaxşı, tanınmış müəllimlərindəndir. Çoxlu sayda yetirmələri var. Hadisəni ictimayyətdən gizlətməyə açlışırlar. Orada olan bütün müəllimlərə tapşırılıb ki hadisəni heç kim kənara çıxarmasın. Bu səbəbdən də Məhburə müəllim tam yaxşılaşmamış evə göndərilib. Həkimlər ona evdə nəzarət edir. Məktəb son illər tikilmiş məktəbdir. Yeni məktəb sayılır. Görünən odur ki, qüsurlar var və zaman keçdikcə bu üzə çıxır”.
Cəhri Qəsəbə Xəstəxanasından məsələyə münasibət bildirmək istəmədilər, məktəb direktoru ilə əlaqə saxlamaq mümkün olmadı.

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Nəsimi rayonunda yerləşən "Kəpəz Hospital"da əməliyyat olunan pasiyentin kor olması ilə bağlı cinayət işi açılıb.

Qaynarinfo-nun məlumatına görə, Gülşən Adışirinova həmin xəstəxanada bir gözündən əməliyyat olduqdan sonra göz öz funksiyasını itirib və nəticədə onda korluq yaranıb.

Həmin hadisədən sonra qarşı tərəf hospital barəsində Nəsimi Rayon Prokurorluğuna şikayət ərizəsi verib və bununla bağlı prokurorluqda cinayət işi açılıb, araşdırma aparılır.

Əməliyyat isə "Kəpəz Hospital"ın həkimi Hicran Abbasovanın (Rüstəmova) rəhbərliyi ilə aparılıb.

Hicran Abbasova da öz növbəsində pasiyent Gülşən Adışirinovanın oğlu, 2001-ci ildə Salyan rayonu, Sarvan kəndində anadan olan İsmayıl barəsində polisə şikayət ünvanlayıb. Həkim iddia edib ki, İsmayıl anasının durumu ilə bağlı ona zəng vuraraq, təhqir edib.

Vətən müharibəsi qazisi olan İsmayıl barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub. Təqsirləndirilən şəxs məhkəmədən "Kəpəz Hospital"ın həkimi Hicran Abbasovanın və digərlərinin anasını kor etdiklərini iddia edib. O, anasının durumu ilə bağlı həkimlə danışdığını və qarşı tərəfin onu təhiq etdiyini bildirib.

Məhkəmə iclasında iştirak edən Hicran Abbasova bildirib ki, İsmayılın anası Gülşən Adışirinova həmin xəstəxanada bir gözündən əməliyyat olduqdan sonra müalicəni düzgün və vaxtında icra etmədiyi üçün göz öz funksiyasını itirib, nəticədə onda korluq yaranıb. Həkim qeyd edib ki, qadının əvvəlcədən bir gözü görmürmüş. Həkim məhkəmədən İsmayıl barəsində daha ciddi inzibati tənbeh tədbiri tədbiq edilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə İsmayıl barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq olunub.
 
Ardını oxu...
Naxçıvanın "ölüdən şirinlik" ənənəsi yenidən xortlayıb...

Naxçıvan MR Mərkəzi xəstəxanasında əvvəl bir qayda var imiş: xəstəxanada dünyasını dəyişən xəstənin təcili yardım maşını ilə evə aparılması pulla həyata keçirilirmiş. Ölən əgər Naxçıvan şəhərində yaşayırdısa, buna görə ölü sahibindən 20, kənddə yaşayırdısa 50 manat “şirinlik” (yeri gəlmişkən ölüdən şirinlik almaq rəzaləti ancaq bizdədir) alırdılar.
Ardını oxu...
“Xan”lıq rejimi sona çatıb, “canişinlik” rejimi qurulandan sonra bu ənənə tarixə qovuşmuşdu. Naxçıvan əhli bu “islahat”a xeyli sevinmişdi də. Amma necə deyərlər, sən saydığın say, gör, “canişin” əfəndi nə sayır? Üzərindən bir müddət keçəndən və “canişin” həzrətləri yerini möhkəmlətdikdən sonra “ölüdən şirinlik” almaq ənənəsinə yenidən start verilib. İddialara görə, pulsuz naxçıvanlının ölüsü pul tapıb gətirilməyənədək “morq”da qorunur. Lap əski vaxtlarda Kremldəki Mavzoleydə Leninin cəsədi qorunan kimi.
Adının açıqlanmasından çəkinən mənbə soruşur: "Bu pullar kimin cibinə gedir?".

Heydər Oğuz - ovqat.com
 
Ardını oxu...
Son günlər bir sıra saytlarda “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovla “Abşeron rayon Mərkəzi Xəstəxanasın”ın Publik Hüquqi şəxsin direktoru Azər İsmayılovun yola getmədikləri, bir-birlərinə qarşı gizli mübarizə apardıqları, hətta mediaya kompuramant ötürmələri barədə qeyri-müəyyən informasiyalar yer almaqdadır.
Saytların iddiasına görə, prezident seçkilərindən dərhal sonra Azər İsmayılovun yüksək vəzifəyə təyin ediləcəyi, yeni hökumət kabineti formalaşdıqdan sonra isə TƏBİB-ə hazırkı icraçı direktoru Vüqar Qurbanovun yerinə gətiriləməsi ehtimal olunur. Qeyd edək ki, bunlar bugünlük bir iddia olaraq səslənir. Kimin hansı vəzifəyə təyin ediləcəyini isə zaman bizə göstərəcək.
Məsələnin ilginc tərəfi ondan ibarətdir ki, bu yalan-doğu informasiyaların mətbuata necə və kimin vasitəsi ilə ötürülmüəsidir.
RealMedia.az-ın bu xüsusda apardığı qısa araşdırmalar bir qədər fərqli münasibətləri ortaya çıxardıb.
Apardığımız araşdırmalardan belə məlum olur ki, məsələ heç də yazılanlar kimi deyil. Yəni nə TƏBİB sədri, nə də Abşeron rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılovun mətbuatda yazılanlarla hər hansı bir ilgisi, bir bağı yoxdur. Sadəcə olaraq TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovla Azər İsmayılovun arasında yaranmış “soyuq münasibətlərindən” istifadə edən maraqlı qüvvələr var. Həmin üçüncü maraqlı şəxsin özü də Paytaxta yerləşən böyük bir tibb müəssisəsinin birinin rəhbəridir. Və könlündən də TƏBİB-in icraçı direktoru vəzifəsi keçir. Hətta o bu arzusuna çatmaq üçün “falçı”, “cadu-gar” qalmayıb ki, yanına gedib, özünə vəzifə dua yazdırmasın. Yəni həmin şəxs istəyir ki, şər qüvvənin ətalət gücü ilə TƏBİB-ə rəhbər təyin olunsun. Buna görə də, o, həm Vüqar Qurbanovu həm də Azər İsmayılovu mətbuat vasitəsilə “vurduraraq” yuxarıların gözündən salmağa çalışır. Məhz həmin şəxs özünə yaxın saytlara Vüqar Qurbanovla Azər İsmayılov barəsində “müfəssəl” bilgilər ötürməklə məşğuldur. Bildirilir ki, həmin şəxs bunun üçün saytlara müəyyən məbləğdə vəsaitdə ayırıb. Hətta həmin şəxs saytlara bildirib ki, TƏBİB postuna təyin olması üçün Azər İsmayılov onun yolunu kəsən “Yeddi başlı Əjdaha”dır. Və o “yeddi başlı Əjdaha”nın başını kəsmək üçün onun üzərinə “mətbuatın qılıncı” ilə “hücum” edir. Qalanı növbəti yazımızda.
Növbəti yazımızda “yeddi başlı Əjdaha”nın başını kəsərək, TƏBİB sədri postun üğurunda gizli savaş aparan şəxsin kimliyi barədə yazacağıq.
RealMedia.az

Ardını oxu...
Emin Əmrullayev nazir təyin olunanda qurumun adı hələ Təhsil Nazirliyi idi. Hazırda Elm və Təhsil Nazirliyidir. Amma vəziyyət daha da eybəcər hal alıb. Ölkə təhsili hazırkı nazirin dövründə 10 dəfə geriləyib.

Faktlar təqdim etməyə hazırıq:

- müəllimlər yenə bayramlarda pul alır,
- direktorlar yenə müəllimlərdən pul yığır,
- təhsil idarələri onların başında gəlir,
- şagirdlərə verilən bilik sıfır, dərsliklər bərbad gündə,
- orta məktəblər az qala "oğru qanunları" ilə idarə olunur,
- orta məktəblər kriminal "razborka" meydanına çevrilib,
- orta məktəblər bir qətliam yerini xatırladır və s...

Daha hansını deyək ki?

Əmrullayev hər çıxışında islahatların zəruriliyindən danışır. Amma nazir ilk dövrlərdə göründüyü kimi olmadı. Təhsil ictimaiyyəti və cəmiyyət gənc nazirin həqiqətən də açıqladığı acı həqiqətləri dəyişəcəyini gözləməkdə idi. Ona ümid bəsləndi ki, xarabazara çevrilmiş təhsildə heç olmasa bəzi dəyişikliklər edəcək.

Amma ilbəil geriləmə var:

- hamı repetitor əsiri - onlar da qiymətləri kəllə-çarxa qaldırıb,
- aşağı bal yığaraq ali məktəbə daxil olanlar ordusu,
- məktəblərdə açıq bazar,
- direktor-müəllim-valideyn komitəsi şəbəkələşməsi,
- ayrı-ayrı məmurların himayə etdiyi məktəb direktorlarının harınlığı...

Əslində sadalamaqla qurtarmayan və xirtdəyə qədər zibilin içində boğulan bir təhsil sistemi var.

Lakin hər hansı dəyişiklik yoxdur. Bəzi sahələrdə cüzi də olsa, müəyyən addımların atılması müşahidə olunur. Amma Elm və Təhsil Nazirliyi orta məktəblərdə əvvəlki "qanunları" davam etdirir. Artıq inkişaf etmiş ölkələrin təhsil sisteminə yaxınlaşmaq haqda düşünmək gecdir.

Əksəriyyət o qənaətdədir ki, belə gəlib, belə gedəcək... Nazir Əmrullayev isə Saakaşvili kimi görünüb, Lukaşenko kimi təhsili idarə etməyindədir... Maləsəf...

dia-az.info
 
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 30 dekabr 2023-cü ildə imzalanmış və 19 yanvar 2024-cü ildə qüvvəyə minmiş qanunla Azərbaycan Respublikası Cinayət Məcəlləsinə 281-1 və 284-2-ci maddələr əlavə edilib.

Trend-in məlumatına görə, Cinayət Məcəlləsinin 281-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributların və ya simvolların nümayiş etdirilməsi, yayılması, nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya gəzdirilməsinə görə cinayət məsuliyyəti müəyyən edilib.

Bu əməllərə görə beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Həmin əməllərin xarici təşkilatlar və onların nümayəndələrinin tapşırığı ilə törədilməsi isə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Cinayət Məcəlləsinin yeni 284-2-ci maddəsi isə müharibə vaxtı və ya döyüş şəraitində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutur. Bu əməlləri törədənlər üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, ağır nəticələrə səbəb olduqda isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə üzləşəcək.

Məzmunundan göründüyü kimi, qeyd olunan əməllər dövrümüzdə ictimai təhlükəliliyinin yüksəkliyi, doğurduğu nəticələrin ağırlığı ilə əlaqədar kriminallaşdırılıb.

Qeyd olunan cinayətlərin ibtidai istintaqının aparılması Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə olunub.
 
Ardını oxu...
Sosial şəbəkələrdə Bakı şəhəri 6 nömrəli məktəb-liseydə 2-ci sinif şagirdinin həmin məktəbin 7-ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi-seksual hərəkətlərə məruz qaldığına dair məlumatlar yayılıb.

Baku TV-nin çəkiliş qrupu məsələni araşdırmaq üçün sözügedən məktəbdə olub.

Valideynlər hadisənin ört-basdır edildiyini bildiriblər:

“Uşaqla bağlı əvvəl də şikayət olmuşdu. Həmin şagirdlə bağlı heç bir tədbir görmədilər”.
Baş verənlərlə bağlı cinsi-seksual hərəkətlərə məruz qaldığı deyilən şagirdin valideyni ilə əlaqə saxlanılıb. Ana suallara cavab vermək istəmədiyini deyərək məktəb rəhbərliyinin məsələni həll etdiyini bildirib.

6 nömrəli məktəbin direktoru Gülşən Orucova da deyəcəklərini kamera qarşısında deyil, şifahi olaraq açıqlayıb. Bildirib ki, 7-ci sinif şagirdi 2-ci sinif şagirdinə mobil telefonda əxlaqsız video göstərib. Bu həmin videoya baxan uşağa psixoloji olaraq pis təsir edib. Hadisə məlum olandan sonra 7-ci sinif şagirdi öz valideyninin istəyi ilə başqa məktəbə köçürülüb. Direktorun sözlərinə görə, tualetdən kabinetlərə qədər kamera quraşdırılıb. Görüntülərə baxılıb və həmin uşaqların deyilən vaxtlarda tualetdə birgə olmadığı müəyyən edilib.

Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Gülnarə Musabəyova zorakılığa məruz qaldığı deyilən şagirdin sağlamlığı ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, müayinə zamanı azyaşlıda təşviş, stresdən sonrakı vəziyyət və qorxu simptomları aşkar edilib.

 
Ardını oxu...
Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, obyektlərə sahib olmaları barədə çox yazılıb. Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksəriyyət məmurların sahib olduqları var-dövlətlə aldıqları məvaciblər isə böyük ziddiyyət təşkil edir. Bir çox məmurların qanunları tapdalayaraq korrupsiyadan qazandıqları pullar hesabına öz adlarına obyekt biznes sahələri yaratmaları artıq adi hal alıb.

AzFakt.com-un əldə etdiyi məlumata görə belə məmurlardan biri də 54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimovdu.

Aldığımız məlumata görə Məzahir Səlimov 54 saylı Xocalı Yol İstismar İdarəsinin hesabına əldə etdiyi pullarla xeyli sayda obyekt və mülklərə sahib olub. Belə mülklərdən biri də Yevlax şəhər Heydər Əliyev prospekti 52 ünvanında yerləşən 2 mərtəbəli ticarət mərkəzidir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, tikinti sahəsi 522 kvadrat olan 2 mərtəbli obyektin tikintisinə icazə 2021-ci ildə verilib. Ümumi sahəsi 857 kvadrat olan obyektin hazırkı bazar qiymətinin 300 min manatdan çoxdur.

Qeyd edək ki, hazırda Məzahir Səlimovun rəhbərlik etdiyi 54 saylı Xocalı Yol İstismar İdarəsi işğaldan azad edilmiş Qarabağ ərazilərində müxtəlif tenderlərin podrat işlərini həyata keçirdiyi bildirilir.

Mövzu ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Milli Məclisin deputatı Tahir Mirkişilinin qardaşı Famil Mirkişilinin qanuni təmsilçi olduğu şirkətin dövlətə külli miqdarda vergi borcu yaranıb.

Qlobal.az xəbər verir ki, Famil Mirkişilinin rəhbərlik etdiyi “Absheron City” Mənzil Tikinti Kooperativinin hazırda dövlətə olan vergi borcu 592.638 manat təşkil edir.

“Absheron City” MTK 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkət əsasən yaşayış binalarının tikintisi ilə məşğuldur.

Qeyd edək ki, Tahir Mirkişili Milli Məclisin V və VI çağırış deputatıdır.

Tahir Mirkişili Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri vəzifəsini tutur.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) keçirdiyi tender müsabiqəsinin qalibi “Entre” MMC (VÖEN – 1806256761) olub.

Yeniavaz.com xəbər verir ki, DSMF Həsən bəy Zərdabi 80 ünvanında yerləşən inzibati binasının əsaslı təmiri üzrə layihələndirmə işlərinin satın alınmasına görə “Entre” MMC-yə 88 min 28 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, tender müsabiqəsi ötən ilin oktyabr ayında elan olunub. Müsabiqənin qalibi olan “Entre” MMC isə tender elanından 6 ay əvvəl – ötən ilin aprel ayında dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 10 manat olan MMC barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. Şirkətin daha əvvəl hansı fəaliyyətinin olduğu barədə məlumat mövcud deyil. 88 min manatlıq tender müsabiqəsinin qalibi olan MMC-nin nəinki veb-saytı, heç sosial şəbəkə hesabları da yoxdur.

Xatırladaq ki, bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 23.4.-cü bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması lazımdır. Tender müsabiqəsindən cəmi 6 ay əvvəl yaranan şirkətin qeyd olunan tələblərə nrecə cavab verəcəyi başa düşülən deyil.

Tender müsabiqəsiylə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, DSMF daha əvvəl – 2023-ci ilin avqust ayında inzibati binasının əsaslı təmiri üzrə layihələndirmə işləri üçün tender müsabiqəsi keçirib. Tenderin qalibi “GENTECHS” MMC (VÖEN -2001394581) olub. Lakin, müqavilə imzaladıqdan 2 ay sonra – 2023-cü ilin oktyabr ayının 1-də müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında ləğv olunub.
Ləğv etməyə səbəb kimi “Dövlət satınalmaları haqqında” Qanunun 38.2-ci maddəsi göstərilib. Həmin maddədə göstərilir ki, tender komissiyası bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən qeyri-obyektivliyə yol verərək, hər hansı iddiaçının tərəfini saxlayarsa, iddiaçılardan hər biri müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilər. Həmin orqanlar tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyini təsdiqləyərsə, tenderin nəticələri ləğv olunur və satınalan təşkilat həmin iş üzrə yeni tender keçirir. Bu halda qəbul olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş komissiya üzvlərindən başqa, komissiyanın sədri və digər üzvləri 3 il müddətində hər hansı tender komissiyasının sədri və ya üzvü ola bilməzlər.

Onu da bildirək ki, nəticəsi ləğv olunan və yenidən keçirilən tender müsabiqəsi zamanı DSMF-nin məsul şəxsi Satınalmaların Təşkili və Təchizat departamentinin müdiri Zahir Əliyev olub.

Maraqlıdır ki, tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyi halda (Maddə 38.2.) Zahir Əliyev öz vəzifəsini icra etməyə davam edib.

DSMF-nin mətbuat xidmətindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, “Entre” MMC Fondla təkbaşına müqavilə bağlamayıb:“Keçirilmiş satınalma əsasında Fondla adını qeyd etdiyiniz şirkət tək yox, konsorsium sazişi əsasında iddiaçı kimi qeydə alınmış və qalib gəlmiş “SS Proje” MMC və “Entre” MMC şirkətləri arasında 2023-cü ilin iyunun 13-də müqavilə bağlanıb. Sözügedən satınalma proseduru və bağlanmış müqavilə üzrə işlər davam etdirilir”.

Qeyd edək ki, dövlət satınalmaları portalında DSMF ilə müqavilə bağlayan şirkət kimi yalnız “Entre” MMC-nin adı qeyd olunub.

Zahir Əliyevin öz vəzifəsinin icrasına davam etməsi ilə bağlı sualımıza isə Fonddan hər hansı cavab verilməyib.
 

Dünyapress TV

Xəbər lenti