Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlala Qurbanov küçəsi 146 ünvanında aparılan tikinti işləri yerli sakinlərin haqlı narahatlığına səbəb olub. Məlumata görə, sözügedən ərazidə heç bir rəsmi elan, layihə pasportu, tikintiyə dair məlumatlandırıcı lövhə olmadan inşaat işləri həyata keçirilir.

Tribunainfo.az xəbər verir ki, sakinləri narazı salan, gediş-gəlişi çətinləşdirən, boş əraziləri zəbt edən bu cür qanunsuz tikililər son günlər Suraxanı rayonunda artmaqdadır. Sakinlər bildirib ki, sözügedən ünvanda aparılan tikintinin kim tərəfindən və hansı əsasla aparıldığı məlum deyil. Heç ortada tikinti ilə bağlı rəsmi açıqlama da yoxdur. Ərazidə yaşayan sakinlər isə bildirirlər ki, dəfələrlə müxtəlif instansiyalara məlumat versələr də, heç bir tədbir görülməyib.

Sakinləri narazı salan tikinti ilə nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, nə Suraxanı rayon İcra Hakimiyyəti, nə də Fövqəladə Hallar Nazirliyi maraqlanır.

Sakinlər bildirib ki, bu qədər açıq-aşkar aparılan və hər kəsin görə biləcəyi bir tikinti prosesinə niyə aidiyyəti dövlət qurumları səssiz qalır? Nə üçün bu prosesə hüquqi qiymət verilmir? Əgər tikinti qanunsuz deyilsə, ictimaiyyətə bu barədə niyə məlumat verilmir? Tikinti aparılan yerdə, heç bir təhlükəsizlik tədbiri görülmür, heç bir məlumat hövhəsi yerləşdirilməyib. Üstəlik tikinti aparılan ərazidə ağaclar da var ki, onların da məhv edilmə ehtimalı yüksəkdir. Bir ərazidə sakinlərin gözü önündə bir necə qanun pozuntusu – qanunsuz tikinti, ərazilərin zəbti, nəzarətsizlik və yaşıllıqların məhv edilməsi halları eyni anda baş verir. Ancaq bu qədər qanunsuzluğun baş verdiyi ərazi heç bir dövlət qurumunun diqqətini çəkmir.
Sakinlər onları narahat edən bu məsələ ilə bağlı rayonun icra başçısı Adil Əliyevə şikayət məktubu ünvanladıqlarını da bildiriblər. Ancaq edilən müraciətlərə heç bir reaksiya verilməyib.

 

Bölmənin digər xəbərləri

20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO

Dünyapress TV

Xəbər lenti