Ardını oxu...
"Atəşgah sığorta" şirkəti müştərisinin avtomobilinə dəymiş zərəri ödəməmək üçün bütün bəhanələri axtarıb tapa bilir. Şirkət xeyli vaxtdır ki, şəhid övladı olan Əliyeva Sevil Gülalı qızının avtomobilinə dəymiş zərəri vermir. Baxmayaraq ki, avtomobil kasko sığorta olunub. Ancaq şirkət bu azmış kimi, maşının təmiri üçün müştəridən pul da istəyir. Nəticədə maşın uzun müddətdir ki, istifadəsiz vəziyyətdə qalıb. "Atəşgah sığorta" əvvəlcə Dövlət Yol Polisindən arayış verilməsini istəyib. Hadisə İsmayıllı-Lahıc yolunda avtomobilin kənarda saxlanmış vəziyyətində baş verib. Belə ki, sürücü maşını saxlayıb, düşüb və şəkillər çəkərkən avtomobilin damına daş düşüb, nəticədə ciddi ziyan dəyib. Yəni yol-nəqliyyat hadisəsi deyil, təbiət hadisəsi sayılır. Bununla belə İsmayıllı DYP sürücüyə rəy təqdim edib və o da sığorta şirkətinə verib. Ancaq nə DYP rəyi, nə kasko sığorta olması sözügedən şirkət üçün keçərlidir. Hətta vətəndaşın şəhid qızı olması və problemin mediada işıqlanması da "Atəşgah sığorta"nı maraqlandırmır. Əksinə, şirkətin nümayəndəsi bildirib ki, zərərin qarşılanması və təmiri üçün müştəri özü 250 manat ödəniş etməlidir, əlavə olaraq, "Günay finans"dan təmirə razılıq ərizəsi alınıb sığorta şirkətinə təqdim olunmalıdır. Zərər çəkmiş isə bildirir ki, kasko sığorta olduğu halda niyə şirkət təmirin xərcinin bir hissəsini tələb etməlidir?! Ümumiyyətlə, adıçəkilən sığorta firması bu problemin həlli üçün heç bir iş görmür və məsələyə laqeyd yanaşır. Şəhid ailəsi bununla bağlı Prezidentdən, Baş Prokurordan işin araşdırılması üçün diqqət göstərilməsini xahiş edir.

Azər Talıbov
Anaxeber.info
 
Ardını oxu...
Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə Cavad Muradov və Şamxal Məmmədovun cinayət işi üzrə proses davam edir.

Şamxal Məmmədovla Cavad Muradov bu ilin yayında “Sea Breeze”də qrup halında xuliqanlıq etməkdə, sonuncu əlavə olaraq əmlakı qəsdən zədələməkdə ittiham olunur. İttihama görə, Cavad Muradov Elmir İsmayılovun maşınını əzib. Elmir İsmayılov da, Cavad Muradov da bunu qətiyyətlə təkzib edir, hər ikisi deyirlər ki, maşını əzən oliqarx oğlu Elnur Leysan oğlu Məmmədovdur. Hakim ittihama bu hissədə xitam verməyə tələsmir.

Bu iş üzrə Elmir İsmayılov, onun qardaşı Elgün İsmayılov, Peyman Vəlizadə və Məhəmməd Həsənzadə zərərçəkəndirlər. Hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir. Proses ötən ilin noyabrında başlayıb və hələ də davam edir. Bu isə həm zərərçəkən, həm də təqsirləndirilən tərəfdə narazılıqla qarşılanır. Onlar bir-birilərindən şikayətçi olmadıqlarını, barışdıqlarını dönə-dönə hakimin diqqətinə çatdırsalar da, məhkəmə prosesi uzandıqca uzanır. Proseslər arasında uzun fasilələr verilir. Bu fasilələrin hansı məqsədə xidmət etdiyi haqda tərəflər müxtəlif fikirlər səsləndirirlər...

Fevralın 20-də keçirilən prosesdə dindirilən ilk şahid Şakir Abbaszadə oldu. Şahid dedi ki, “Sea Breeze”yə Elmir İsmayılovun dəvəti ilə ayıq sürücü olaraq gəlib. Lakin o, istirahət mərkəzinə çatandan sonra Elmir İsmayılov ona bildirib ki, xidmətindən istifadə etməyəcək. Bundan sonra onunla sağollaşıb və ərazini tərk edib. Şahid istirahət mərkəzində olarkən hər hansı bir davanın şahidi olmadığını bildirib. Dövlət ittihamçısı Amin Şəkərəliyevin suallarını cavablandıran şahid deyib ki, müttəhimləri orada görməyib.

Digər şahid Leyla Abbasovanın ifadəsi isə ittihamı alt-üst edib. Şahid sərbəst ifadəsində deyib ki, “Sea Breeze”də davanı salan Elnur Məmmədov olub: “Həmin gün “Sea Breeze”də Jah Khalib-in konserti idi. Maşınla gəzirdik, ora konsertə getdik. Orada Cavadgillə tanış olduq. Cavadgil dedilər ki, “Rose bar”da yerimiz var, gedək orda oturaq. Orada 1 saat, saat yarım olmuşam. Davanı görməmişəm, amma masa ətrafında nə baş veribsə, olanların şahidiyəm. Oradakı söz-söhbətləri gözümlə gördüm. Orada masada oğlan vardı. Sonradan “İnstaqram” səhifələrdən bildim ki, adı Elnurdur. Orada biz masa arxasında oturanda Elmir gəlib Cavadla görüşdü. Orada Elnur dedi ki, bu nəyə gəlib, bu kimdir? Mən orada masa arxasında olanda video çəkmişdim. Videoda da onun səsi düşüb. Elnur deyir ki, bu kimdir? Cavadın da səsi düşüb ki, yaxşı oğlandır, dostumuzdur. Elnur da deyir ki, mən burada dava salacağam... Elnur deyirdi ki, mən burada dava salacağam, kim mənimlədir? Sonra mən durub restorana keçdim. Podruqam mənə yazdı ki, burada dava düşüb”.

Şahid dövlət ittihamçısının sualına cavab olaraq deyib ki, masa arxasında o, rəfiqəsi, Fira adlı bir qız, Cavad, Vüqar və Elnur Məmmədov olub.

Dövlət ittihamçısı Amin Şəkərəliyevin “mübahisə kimlərin arasında gedirdi” sualına şahid Leyla Abbasovanın cavabı belə oldu: “Orada belə oldu ki, “zavist” azərbaycanca nədir?... Hə, paxıllıq edirdi Elnur Elmirə. Elmir gəldi Cavadla, Vüqarla normal görüşdü. Mən davanı görmədim. Sadəcə Elnurun Elmirə “zavisti” vardı. Elnur qızışdırırdı, deyirdi ki, mən burada dava salacağam. Mən də baxırdım ki, bu nə danışır? Onun davranışı əsəblərimə təsir edirdi. Necə deyim, Elnurun masa arxasında etika mədəniyyəti yox idi, özünü apara bilmirdi, halı özündə deyildi. Cavad onu sakitləşdirirdi. Deyirdi ki, “brat, yaxşı da, nə oldu sənə”...”

Şahidin bu sözlərindən sonra dövlət ittihamçısı ona suallar verməsini dayandırdı. Şahidə zərərçəkən Məhəmməd Həsənzadə bir neçə sual verdi. Xatırlatdı ki, şahidin əyləşdiyi masanın arxasında Elnur, Cavad, Vüqar və digər qızlar da olub: “Ola bilər ki, Elnur o hərəkətləri özünü masa arxasında olan qızlara göstərmək üçün edib?”

Şahid suala cavab verə bilmədi. Məhəmməd Həsənzadənin digər sualı Elmir İsmayılovun masaya yaxınlaşarkən ətrafında mühafizəçilərin olub-olmaması ilə bağlı oldu. Şahid sualı belə cavablandırdı: “Biz Kolumbiyada, Meksikada yaşamırıq ki, ətrafında “oxran”larla gəlsin. Elmir tək idi”.

Şahid zərərçəkən Elgün İsmayılovun nümayəndəsi Faiq Nəcəfovun da suallarına cavab verdi. Dedi ki, ibtidai istintaq zamanı ifadə verib. Müstəntiq ondan masa arxasında olarkən Elnur Məmmədovun səsi olan videonu istəməyib deyə, o da həmin videonu istintaqa təqdim etməyib.

Digər şahid Cavad Əsgərzadə oldu. O, sərbəst ifadəsində bildirdi ki, hadisə baş verən gün “Sea Breeze”də olub: “Mən qapının ağızında Elnurla Elmirin mübahisə etdiyini gördüm. Oradan çıxdım getdim”.

Dövlət ittihamçısının sualını cavablandıran şahid bildirib ki, o, tərəfləri sakitləşdirməyib, aralamayıb. Oradan çıxıb gedib. Cavad Muradovu, digər şəxsləri orada görməyib. Zərərçəkən Məhəmməd Həsənzadə şahidə “orada Cavad Muradovu kiminsə vurub-vurmadığını gördünmü” deyə sual etdi. Şahid “görməmişəm” cavabını verdi.

Bundan sonra proses martın 12-nə qədər təxirə salınıb. Uzun fasilənin verilməsi iş üzrə tərəflərin narazılığına səbəb olsa da, hakim qərarını dəyişmədi.

Qeyd edək ki, Elnur Məmmədov oliqarx Leysan Məmmədovun oğludur. Elnurun qardaşı prokurorluq orqanlarında çalışır, onun özü isə Vergilər Xidmətinin müfəttişidir.

azpoliika.info

 
Ardını oxu...
“Premium Clinic” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
Qaynarinfo-nun məlumatına görə, hospital barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatındadır.
Qeyd edək ki, klinikanın qanuni təmsilçisi vədirektoru Nağıyev Mübariz Şəmistan oğludur.
Ardını oxu...
 
Ardını oxu...
“Kontakt Home adlı bir şirkət açıq-aydın soyğunçuluqla, fırıldaqla məşğuldur: Ailə üzvlərimiz kreditlə telefon götürüblər. Demək, 25 yanvarda zəng elədilər ki, gecikmələrinizlə birlikdə 160 manat ödənişiniz var, onu ödəyin. Ödədim dedikləri məbləği, tam olaraq. Dedilər ki, növbəti ay üçün sadəcə ödənişiniz qalıb”. Cumhuriyyet.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Elşad Məmmədli Feysbuk-dakı hesabında yazıb.

Jurnalist bildirib ki, üstündən 20 gün keçir bu gün, yəni bir aylıq period da yoxdur heç, ancaq zəng ediblər ki, yenə 166 manat borcunuz var: “Əməkdaş heç cür izah edə bilmədi ki, bu anormal – 20 günlük period və 20 gündən bir cərimə tətbiqləri, ötən ay bütün cərimələr ödəndiyi halda yeni cərimə yazmaları nə səbəbdəndir. Deyir, üst-üstə son ilyarımda 60 gün gecikmə var, günə 0.5 manat faiz hesablanır. 60 günə bu eləsin 30 manat. Mənə isə 2 ayda 350 manata yaxın ödəniş etdiriblər və həyasızcasına deyirlər ki, bu məbləği cərimələrə hesablamışıq, gedin təzədən kredit ödəyin… Təpəniz haqqı, mən bundan sonra ümumiyyətlə sizə 1 qəpik də pul ödəməyəcəm!”.

Deputat Elnur Allahverdiyevin sahibi olduğu deyilən “Kontakt Home” mağazalar şəbəkəsi kredit verən təşkilat və ya bank deyil. Deputatın mağazalar şəbəkəsi ilə bağlı xeyli şikayətlər var. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmaya görə xüsusən də, 3-4 gün gecikmə olduqda “bank üsulu” ilə faizlərin əlavəsi, alıcıların boynuna artıq faizlərin yüklənməsi, məsələyə qoluzorlu kollektorların cəlb olunmasına başlanır. Qanunvericiliklə, mağaza alıcıya məhsulu yalnız nəğd satış dəyəri ilə müddətli sata bilər, eləcə də, gecikmələrə görə faizlər və aylıq faiz əlavələri yolverilməzdir. Eyni zamanda “Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit ödənişlərinin cəmi 15 faizi vurulur və vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan keçir. Bu isə külli miqdarda yeyinti və qanuni vergilərdən yayınma deməkdir.

YAP siyahısından mandat qazanan Elnur Allahverdiyevin daşıdığı mandat əslində qanunsuzdur. Vaxtlə Sloveniyanın fəxri konsulu olması hələ də rasmi cavablandırılmayan müəmmadır. Düzdür, MSK 27 yanvar 2020-ci il tarixində bununla bağlı Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin arayışına əsasən açıqlama vermişdi ki, Elnur Allahverdiyevin Sloveniyanın fəxri konsul vəzifəsinə 29 dekabr 2019-cu ildə xitam verilib. Amma cumhuriyyet.az olaraq bildirək ki, Sloveniyanın rəsmi qəzetinini (Uradni list Republike Slovenije) məlumatı namizədin parlament seçkilərində xarici ölkə qarşısında öhdəlik daşıyaraq qatıldığını sübut edir. Qəzetin 12 iyul 2020-ci il tarixli buraxılışında Sloveniyanın baş naziri Yanez Yanşanın Elnur Allahverdiyev fəxri konsul vəzifəsindən azad olunması ilə bağlı qərarı dərc olunub. Qərarın altındakı tarix 4 iyun 2020-ci il kimi qeyd olunub. Yəni belə çıxır ki, Elnur Allahverdiyevin seçkidən əvvəl fəxri konsulu vəzifəsinə xitam verilməsi ilə bağlı arayış saxta olub. Elnur Allahverdiyevin parlament seçkisindən düz 4 ay sonra, yəni mandatı bir neçə ay cibində daşıdıqları sonra Sloveniya dövləti qarşısında öhdəliyinə son verilib.

Digər bir iddiaya görə, deputatın atası, Marat Allahverdiyev vaxtilə Heydər Əliyevin əleyhinə çıxıb, haqqında kəskin ifadələr işlədib. Bununla bağlı yayılan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, Marat Allahverdiyev Ayaz Mütəllibovun zamanında Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, daha sonra sədri, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri işləmişdir. Heydər Əliyevin tərəfdarlarının görüşlərinə nəzarət etmək üçün indiki Hüseyn Cavid parkında o zaman balaca bir obyektdə Marat Allahverdiyev və dostları gizlicə yığışıb müzakirə apararirmış. Bundan başqa Azərbaycan Respublikasının müxtəlif ölkələrdə səfiri işləmiş professor İsfəndiyar Vahabzadə müsahibəsində ermənilərlə qohumluq əlaqəsi olanlar sırasında Milli Məclisin deputatı Elnur Allahverdiyevin adını çəkib.

 
 
 

Ardını oxu...
 

Ötən həftə Prezident İlham Əliyev Almaniyada Münxen Təhlükəsizlik Konfransında iştirak etdi. Diqqət çəkən məqamlardan biri Azərbaycan Prezidentinin dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları və çoxlu sayda dövlətlərin prezidentləri ilə ikitərəfli görüşləri oldu. Özü də həmin görüşlər məhz qarşı tərəfin təşəbbüsü və istəyi ilə həyata keçirilib. Bu, Azərbaycan və onun liderinə olan böyük diqqətin əyani təzahürüdür. 

Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransının yubiley tədbirinə Azərbaycan ilk dəfə çox güclü mövqe ilə, özünəinamlı, 92.12%-lik legitimliyə malik lideri ilə, ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş statusda qatılmışdı. Tədbirin elə ilk günü İlham Əliyevlə görüşmək üçün xarici qonaqların çoxsaylı müraciətləri və az qala sıraya düzülməsi bunun bariz təsdiqi idi. Eyni zamanda bu, onun göstəricisi idi ki, Qərb Azərbaycanın və onun rəhbərinin nüfuzu ilə bütünlüklə hesablaşır. 

Almaniya kansleri Olaf Şolsun qısamüddətli vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında baş tutan “üçlü” görüşdən sonra isə məlum oldu ki, Bakı İrəvanla münasibətlərin qaydaya salınmasında bundan sonra ikitərəfli formata üstünlük verəcək.  

Bəs Prezident İlham Əliyevin Münxendə yüksək səviyyədə reallaşan çoxsaylı təmaslarından çıxan digər əsas sonuclar nədir? Hansı nəticələrin altını cızmaq olar?

Ardını oxu...

Anar Əliyev: “Azərbaycanın bölgəsəl gücə çevrildiyi, qlobal aktor iddiaları bir daha təsdiqlənmiş oldu”

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Münxen konfransında Azərbaycan Prezidentinin iştirakı, eyni zamanda çox istiqamətli keçirilən görüşlər bir neçə baxımdan Azərbaycan üçün ciddi əhəmiyyət daşıyır və mühüm nəticələr doğuracaq: “Öncə onu qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti ayrı-ayrı dövlət rəhbərləri ilə yanaşı, eyni zamanda beynəlxalq təşkilatların rəhbərləri və biznes strukturlarının idarəçiləri ilə görüşlər keçirdi. Hər bir görüş Azərbaycan dövlətinin dünya üçün, dünyanı ayrı-ayrı güc mərkəzləri, həmçinin böyük iqtisadi subyektlər üçün nə qədər maraqlı olduğunu nümayiş elətdirdi. Bu, bir daha Azərbaycanın qlobal əhəmiyyətinin, strateji əhəmiyyətinin get-gedə daha da artdığının, bölgəmizlə bağlı geosiyasi proseslərdə, geoiqtisadi proseslərdə Azərbaycanın iradəsinin və baxışlarının öyrənilməsinin vacibliyini ortaya qoymuş oldu. Eyni zamanda ABŞ-ın Azərbaycan Prezidenti ilə bir neçə istiqamətli görüşlər keçirməsini qeyd etmək istəyirəm. Çünki həm ABŞ Prezidentinin xüsusi koordinatorunun, eyni zamanda ekoloji məsələlər üzrə xüsusi nümayəndənin, ABŞ dövlət katibinin İlham Əliyevlə görüşlər keçirmək istəyi və bu görüşlərin keçirilməsi Amerikanın Orta Şərq, xüsusilə də Cənubi Qafqazda bir çox istiqamətli maraqlarını həyata keçirməkdə Azərbaycan maraqları ilə hesablaşmaq məcburiyyətində olduğunu, bölgənin iradə sahibi Azərbaycan olduğunu qəbul etdiyini göstərir. Həmçinin Azərbaycanla hesablaşmaq zərurətini ifadə edir. Hesab edirəm ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşlərin miqyası, ölçüsü və əhatə dairəsi Azərbaycanın artıq bölgəsəl gücə çevrildiyini, qlobal aktor iddialarını bir daha təsdiqləmiş oldu. Bu görüşlərdə həm də Azərbaycan liderinin vizionunun, gələcəyə istiqamətlənmiş yanaşmalarının dünyanın ayrı-ayrı dövlətləri və strukturları tərəfindən maraqla qarşılandığını göstərdi. Bu səfər müstəqil Azərbaycan tarixində ən diqqət çəkən və yadda qalacaq səfərlərdən biri oldu. Azərbaycanın böyük bir tarixi mərhələni bitirib yeni hədəflər uğrunda mübarizəyə başladığı bir mərhələdə bu səfər və səfər çərçivəsində keçirilən görüşlər mühüm təsirləri ilə yadda qalacaq”. 

Ardını oxu...

Aydın Hüseynov: “Dünya liderləri Prezident İlham Əliyevlə görüşmək üçün təkidlə xahiş edirlər”

Milli Məclisin deputatı Aydın Hüseynov isə bildirdi ki, Prezidentimizin şəxsi nüfuzu hər keçən gün artır. 44 günlük müharibədən sonra ölkəmizlə yeni münasibətlər yaratmaq, yaxud köhnə əlaqələrə yeni nizam verən ölkələrin sayı kifayət qədərdir: "7 fevralda keçirilən növbədənkənar Prezident seçkisinin nəticələri Azərbaycan dövləti və onun qalib Prezidentinin dünyada reytinqini daha da yüksəltmiş oldu. Münxendə Azərbaycan Prezidentinə xüsusi diqqətin müşahidə olunması təbii idi. Bu gün dünya liderləri Prezident İlham Əliyevlə görüşmək üçün təkidlə xahiş edirlər. Azərbaycanın xarici siyasəti artıq qlobal xarakter daşıyır. Xarici siyasətin konturlarını dövlət başçısı inauqurasiya mərasimində səsləndirib. Azərbaycan Prezident İlham Əliyevin ardıcıl, balanslı, başqalarının maraqlarına hörmət əsasında formalaşdırdığı xarici siyasət kursu ölkəmizi nəinki regional, o cümlədən dünyada orta güc hesab olunan ölkələr kateqoriyasına daxil edib. Bu isə artıq Azərbaycanın növbəti qələbəsidir. Dünya liderləri bir sıra regional və dünyamiqyaslı məsələlərlə bağlı Azərbaycan Prezidentinin mövqeyini öyrənməyi, onunla məsləhətləşməyi üstün tuturlar. Münxendə Prezident İlham Əliyevin daha çox yeni reallıqları diktə edən qlobal lider kimi qarşılandığı aydın formada göründü”. 

Ardını oxu...

Elxan Şahinoğlu: “Qərbin Azərbaycanla əməkdaşlığa ehtiyacı olduğunu Münxen Təhlükəsizlik Konfransı da göstərdi”

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, dünyada bir neçə ənənəvi konfrans və forum o birilərindən fərqlənir, liderlərin və medianın bu toplantılara marağı daha çox olur. Bunlardan biri Münxen Təhlükəsizlik Konfransıdır: "Liderlər Münxendə açıq diskussiya aparır, panellərdə müxtəlif təhlükələrin miqyasının mənzərəsini təsvir etməyə çalışırlar. Bu toplantılarda bəzi liderlər gələcək planları barədə də mesaj verirlər. Misal üçün, Rusiya prezidenti Vladimir Putin Kremlin xarici və təhlükəsizlik siyasətinin sərtləşəcəyini ilk dəfə 2007-ci ildə Münxen Təhlükəsizlik Konfransındakı çıxışında bəyan etmişdi. Dediyi kimi də oldu, Rusiya bir il sonra Gürcüstanın ərazilərini işğal etdi, 7 il sonra isə Krımı ilhaq edərək Ukraynanın şərqinin işğalını planlaşdırdı. Qərb dövlətləri 2007-ci ildə Putinin çıxışını diqqətə alıb zəruri tədbirlər görsəydilər, bəlkə də bugünkü faciələr baş verməzdi. Misal üçün, Gürcüstan və Ukrayna elə həmin ərəfədə NATO-ya üzv qəbul edilsəydilər, Rusiya Şimali Atlantika Blokuna yeni üzv olan ölkələrə hücuma risk etməzdi. 

Azərbaycan Prezidenti İlham Əliyev üçün də Münxen Təhlükəsizlik Konfransında iştirak vacibdir. Bu, Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra dövlət başçısının beynəlxalq əhəmiyyətli toplantıda ilk iştirakı idi. Münxendə Azərbaycanın dövlət başçısı ilə görüşmək istəyənlər sırada gözləyirdilər. Halbuki Ermənistanın ümidi ona idi ki, Qarabağda antiterror əməliyyatından sonra Qərb ölkələrinin Azərbaycana münasibəti dəyişəcək, Bakıya təzyiq artacaqdı. Qərbin Azərbaycanla əməkdaşlığa ehtiyacı olduğunu Münxen Təhlükəsizlik Konfransı da göstərdi. Qərbdə bəziləri Qarabağ mövzusunu gündəmdə saxlamağa çalışsa da, onların sayı getdikcə azalır, qərar verən mərkəzlər Bakı ilə əməkdaşlığın genişlənməsində maraqlıdır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Ardını oxu...
Abşeron rayonu Xırdalan şəhərində yaşayan sakinlər yol kənarının baxımsız vəziyyətdə qalmasından şikayətçidirlər.

Bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb. Söhbət Xırdalan şəhərinin mərkəzi hissəsi sayılan Məhəmməd Əmin Rəsulzadə küçəsindən gedir.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən cavab olaraq bildirilib ki, Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsində tikintisi uzun müddət yarımçıq qalmış binada “Hasil” MTK tərəfindən işlər bərpa edilib:

“Hazırda adıçəkilən MTK tərəfindən binanın elektrik şəbəkəsinin elektrik transformatoruna qoşulması məqsədilə işıq xəttinin çəkilməsi prosesi həyata keçirilir. Razılaşdırılmış layihə üzərindən aparılan işlər zamanı bəzi yerlərdə səkilərin qazılması zərurəti yaranıb və işlər artıq tamamlanmaq üzrədir. İşlər tamamlandıqdan sonra səkilər əvvəlki vəziyyətinə qaytarılacaq. Sakinlərin narahatlıqlarının nəzərə alınaraq tərəfimizdən görüləcək işlərin sürətləndirilməsi ilə bağlı şirkətə müraciət edilib”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Kristal Abşeron şirkəti daha yüzlərlə sakini bataqlığa qərq etməyə hazırlaşır. Bundan əvvəl “Qobu Park 2” layihəsində əyri bina tikib vətəndaşların həyatını təhlükəyə atan tikinti firması indi də Yasamal rayonu ərazisində, MiDA evlərinin yaxınlığında bataqlığı qurudub yeni binalar inşa etməyə başlayır. Halbuki Azərbaycan bu ilin payızında möhtəşəm COP29 rədbiri həyata keçirməklə bütün dünyaya yaşıl enerji, yaşıl layihə mesajlarını verəcək. Dünyanın yüzlərlə, minlərlə nümayəndəsi və yaşıllığın müdafiəsində olan ölkələr paytaxtımızda beynəlxalq layihədə iştirak edəcəklər. Bu tədbir dövlətin birbaşa nəzarətində olan və təşkilində olan hadisədir. Amma Azərbaycanda “Kristal Abşeron” adlı tikinti şirkəti üçün ölkə rəhbərliyinin hazırlşadığı beynəlxalq layihə COP29 tədbirinin təşkilinə heç bir məhəl qoyulmadan, bataqlıq bir ərazidə minlərlə vətəndaşın od qiymətinə, yuxarı faizlərlə alacağı mənzillərin tikintisi üçün yeni binalar inşa olunmaqdadır.

Tribunainfo.az saytı məlumat verir ki, bu ərazidə tikinti işlərinin aparılması ciddi müzakirələrə səbəb olub. Ekspertlər, müxtəlif tikinti mütəxəssisləri, eləcə də ayrı-ayrı sosial media fəalları sual edirlər ki, belə bir bataqlıq ərazinin qurudulub yerində mənzillər, binalar inşa edilməsi nə dərəcədə tikinti normativlərinə uyğundur. Amma “Kristal Abşeron” şirtkəti heçbir izahatlara cavab vermir və öz işinin başındadır.

Şirkət artıq işlərə start da verib. Gecə-gündüz bilmədən ərazidə iş aparılır ki, bataqlıq tez qurudulsun. Əraziyə torpaq daşınır, bataqlıq doldurulur. Bataqlıq doldurulduqdan sonra ərazidə hündürmərtəbəli binaların inşasına başlanılacaq. Artıq təxmin etmək olur ki, bataqlıq üzərində tikiləcək binada vəziyyət necə olacaq. “Kristal Abşeron”un indiyə qədər inşa etdiyi digər bütün binalarda sakinlərin ən çox şikayəti həmişə mənzillərin nəm olması, divarların kif olması ilə bağlı olub. Bataqlıq üzərində inşa ediləcək binadakı mənzillərdə indidən vəziyyəti təsəvvür etmək mümkündür.


 
 
 
Ardını oxu...
“Çox təəssüf ki, biznes qurumları, o cümlədən “Azərbaycan Dəmir Yolları” (ADY) üçün yaradılan rahat şəraitdən sui-istifadə olunur. İstehlakçıları aldadırlar, xidmət səviyyəsi lazımi səviyyədə olmur. Güman edirəm ki, ADY-də də bu var. Doğrudur, mənə bu barədə indiyə kimi yazılı şikayət gəlməyib, lakin əminəm, ADY-də də sözügedən problem yaşanır. Əgər ADY-dən mənə konkret şikayət gələrsə, istehlakçıların hüquqularını qorumaq üçün bütün lazımi addımları ataram. Ümumiyyətlə, Azərbaycanda xidmət sahəsində həmişə problem var. Bunun səbəbi ölkədə istehlakçıların hüquqlarının mükəmməl şəkildə qorunmamasıdır. Bu işlə məşğul olan dövlət orqanları istehlakçıları arxa planda qoyub, ancaq biznesin lobbiçiliyini aparırlar. “İstehlakçıların müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul olunub. Həmin ildən bəri qanunda xeyli dəyişikliklər olunmalı idi. Həyat dəyişib, bu qanun isə dəyişmir. Qanunun işləmədiyi bir şəraitdə, əlbəttə, istehlakçı problemi getdikcə artır...”

Bu sözləri Pravda.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, demokratik və müasir liberal cəmiyyətin əsas tezisi “hakimiyyətin mənbəyi xalqdır” tezisidir: “Bu, Konstitusiyanın 1-ci maddəsində yazılıb. Bu maddədən sonra isə biznes qurumları ilə dövlətin sinxron işləməsi məsələsi gəlir. Belə bir şəraitdə tezislər olmalıdır. Liberal, demokratik dövlətin biznes qurumunun əsas şüarı “istehlakçı haqlıdır!” olmalıdır. Demokratik cəmiyyətin birinci siyasi baxışı budur. İkinci bazar baxışı isə mənim dediyimdir...”

E.Hüseynov "Azərbaycan Dəmir Yolları" QSC rəhbərliyinin tenderləri öz şirkətlərinə verməsi barədə iddialara da münasibət bildirib: “Ölkədə tender məsələsi də daim problemlidir. Mən iki il Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İctimai Şuranın üzvü oldum. Dəfələrlə Şura üzvlərinə, rəhbərliyə dedim ki, biz AQTA-nın “mətbəxi”nə, yəni orada gedən işlərə, tenderlərinə daxil ola bilməmişik. Heç kimi “mətbəx”ə yaxın qoymurdular. Dedim ki, ölkədə ictimai nəzarət olması ilə bağlı cənab Prezidentin çağırışı varsa, gərək, qurumlar da buna uyğun ictimai nəzarət üçün şərait yaratsınlar. İctimai təşkilat gedib dövlətlə vuruşmayacaq ki. Bir sözlə, AQTA-nın “mətbəxi”nə bizi buraxmadılar. Əminəm ki, Azərbaycan Dəmir Yollarında da vəziyyət elə bu cürdür. Dərman biznesində də tenderlərlə bağlı vəziyyəti öyrəndim. Məlum oldu ki, tenderə nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ayrıca bir şöbəsi var. Onlar effektli işləmirlər. Mən bunu qurumun rəhbərliyinə üzbəüz dedim. Tenderdə elə şərtlər qoyurlar ki, özlərinə lazım olan adam onu uda bilsin. Məsələn, nəsə alınır, bir şirkət qiyməti aşağı verir, əslində, tenderdən də o şirkət keçməlidir. Lakin bunlar vaxt qoyurlar ki, malı neçə günə təhvil verməlisən. Qiyməti aşağı qoyan şirkət yazır ki, malı 30 günə təhvil verəcəyəm. Özlərinə lazım olan adamın şirkəti isə qiyməti yuxarı qoyur və deyir ki, malı 20 günə təhvil verəcəyəm. Götürüb tenderdən öz şirkətlərini keçirirlər, tenderi o udandan sonra isə malın alınması 40 gün çəkir. Tenderin qalibi olandan sonra bu şirkətə nə edə biləcəklər? Heç nə! Artıq pul ayrılıb, qurtarıb gedib. Yəni guya, legitimlik, qanuni şərait yaratmaq üçün belə gülünc “priyom”lardan istifadə olunur. Belə “priyom”lardan az istifadə etsinlər. Bəsdir! Qurtarmaq lazımdır belə işləri...”
 
Ardını oxu...
Bir axşam işdən evə gəlib səhər endiyin pilləkənin qonşuya satıldığını görsən, təəccüblənmə. Xatırla ki, sən Naxçıvanda yaşayırsan və bu məmləkətdə hər şey mümkündür.
Bəs evə necə qalxmalısan?
Çox sadə. HƏMAS üzvləri kimi belinə motorlu paraşüt taxıb uçacaqsan. Guya sənin fələstinlilərdən, canişin həzrətlərinin və onun xandan qalma məmurlarının sionist cəlladlarından çoxmu fərqi var?
Sağ qalmaq istəyirsənsə, çox düşünmə, indidən uçmağı öyrən, əziz Naxçıvanlı! Sabah başqa seçənəyin olmaya bilər.
Heydər Oğuz
TEREF

Heydər Oğuz
 

Dünyapress TV

Xəbər lenti