Burda Qarabağ qazisi haqsızlıqla üz-üzədir...
"Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qaz Istismar Idarəsinin Kürdəmir Xidmət sahəsinin Təbii qazın qəbulu və satışı xidmətinin 10 cu dərəcəli mühəndisi Abbasov Daşqın Vüqar oğlu üzləşdiyi haqsızlıqdan giley edir. Dia-az.İnfo-nun xəbərinə görə, Daşqın Abbasov ona verilən töhməti ədalətsiz hesab edir...

Narazı vətəndaşın müraciətində deyilir: "Mən 2 ci Qarabağ müharibəsi veteranıyam. Cənab prezident tərəfindən Ağdam və müharibə iştirakçısı medalları ilə təltif olunmuşam.

Vətən uğrunda sağlamlığımı qurban verən vicdanlı vətandaş kimi işlədiyim təşkilatda düzgün işləməyə baxmayaraq haqsız yerə töhmət verilib.

Mənəvi hüquqlarım pozulub..."

Qeyd edək ki, bu gileylə bağlı Dia-az.İnfo-ya açıqlama verən Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanımış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı narazılıq edən "Azəriqaz" işçisinə çıxış yolunu konkret olaraq göstərib. Olaya münasibət bildirən M.Qəhrəmanlı deyib:

"Düşünürəm ki, cənab Daşqın Abbasov ona verilən töhmətlə əlaqədar məhkəməyə müraciət etməlidir..."

Burda Qarabağ qazisi haqsızlıqla üz-üzədir...
Burda Qarabağ qazisi haqsızlıqla üz-üzədir...
Burda Qarabağ qazisi haqsızlıqla üz-üzədir...

Dünyapress TV

Xəbər lenti