Ardını oxu...
Müğənni Günay İbrahimli verilişlərə qatılmamağının səbəbini açıqlayıb.

“MTV maqazin” verilişinə açıqlama verən sənətçi proqramları bəyənmədiyini deyib. O bildirib ki, az sayda verilişə qatılır:

“Efirə çıxmamağımın səbəbi bir çox verilişləri bəyənməməyimdir. Verilişlərdən qaçmıram. Yeni mahnı təqdim edəndə gedirəm. Amma istədiyim tərzdə olan verilişlərin sayı çox azdır. Sosial verilişlər çoxluq təşkil edir. Verilişlərdə müğənniyə hörmətsizlik edirlər. Psixoloq, həkim çağırırlar. Veriliş boyu psixoloq və həkim danışır, müğənniyə isə söz verilmir. O? yalnız verilişdə bir mahnısını oxuyur. Düşünürəm ki, bu, etik olaraq doğru deyil. Müğənniyə də onun sənəti, karyerası, görəcəyi işlərlə bağlı suallar verilməlidir”.

Günay şou xarakterli verilişlərin sayının çoxalmasını arzuladığını deyib.
Ardını oxu...
"Biz harasa təyyarə ilə gedəndə Cabbarla bir dənə əlavə - üçnəfərlik bilet alırıq".

Milli.Az xəbər verir ki, bunu "Zaurla Günaydın"da Əməkdar artist Könül Kərimova deyib.

Xanım sənətçi bunun səbəbini belə izah edib:

"Yanımızda bir boş yer olur həmişə. Çox vaxt deyirik ki, ortadakı yer bağlı qalsın, heç kim orada oturmasın. Ortanı bağlıyırıq".

Əməkdar artistin sözlərini Cabbar Musayev də təsdiqləyib.Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Balaəli Məştağalı son zamanların ən çox danışılan meyxanaçılarından biridir.

Sfera.az xəbər verir ki, bu dəfə meyxanaçının çoxlarının ilk dəfə görəcəyi görüntüsü yayılıb.
Belə ki, Balaəlinin illər əvvəl Namiq Qaraçuxurlu ilə birgə çəkilən fotosu paylaşılıb. Şəkildən də göründüyü kimi meyxanaçı burada tamamilə fərqli obrazı, fərqli görünüşü ilə seçilir:/Milli.az
Ardını oxu...
 
Ardını oxu...
Gənc müğənni Jalə Əliqi vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran sosial media hesabında yazıb. Bildirilib ki, ifaçı bu gün dünyasını dəyişib.

H.Nuran Axşam.az-a açıqlamasında 28 yaşlı müğənninin qəflətən vəfat etdiyini bildirib:

“Bir müddət əvvəl səhhətində problem yaranmışdı. Türkiyəyə müalicəyə aparıblar. Qayıdıb gəlmişdi. Qəfildən dünyasını dəyişib”.

Qeyd edək ki, Jalə 1994-cü ildə Naxçıvanda dünyaya gəlib.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Şairə Nazilə Səfərli və rəqqasə Fatimə Fətəliyeva arasındakı məhkəmə başa çatıb.

DİA.AZ bildirir ki, OLAY-ın əldə etdiyi məlumata görə, Bakı şəhər Nərimanov Rayon Məhkəməsində Mehriban Əfəndizadənin sədrliyi ilə keçirilən məhkəmədə iddiaçı Nazilə Cəfərovanın (Səfərli) ərizəsində bildirilib ki, o, səbəbsiz yerə Fatimə Fətəliyeva tərəfindən təhqir edilib.

Məhkəmə zamanı "şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia qismən təmin olunub.

Məhkəmə tərəfindən 19 mart 2022-ci ildə rəqqasə Fatimə Fətəliyevanın TikTok hesabında Səfərliyə qarşı işlətdiyi sözlər şərəf və ləyaqəti alçaldan ifadələr kimi qəbul edilib.

Qətnamədə Fətəliyevanın elə eyni hesabdan işlətdiyi ifadələrə görə video şəklində təkzib verilməsi tələb olunub.

Qeyd edək ki, F.Fətəliyeva sosial şəbəkənin canlı yayımında bu ifadələri səsləndirmişdi:

"Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də Nazilə Səfərli, ağzını yum otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama ərəb rəqsi üçün paltar götürmüsən. Hara getmisən, kim üçün ərəb rəqsi oynamısan yadına sal. Mən ərəb rəqsi oynayıb ailəmi saxlayıb, uşaq böyütmüşəm.

Bundan əvvəl salonumdakı işçiləri pislədi ki, heç kim ora gəlməsin. Nazilə Səfərli, niyə dinc dayanmırsan, sənin adını çəkən var? Efirdə soruşurlar, deyirəm, Nazilənin ürəyində kin yoxdur, niyə barışmıram. Sən demə, Nazilənin ürəyində ilanlar var imiş.

Məni xınaya çox dəvət edirlərsə, mənim günahımdı? Durub yazırsan, rəqqasəni stoldan qovdular, yiyəsizdir. Mən Fətəliyev nəslindənəm, maraqlan, araşdır. Sən də haradan gəlmisən yadına sal. Necə gəlməyin örtüldü?

Nə at üstünə minmisən, camaatı heç nə edirsən? Sənin nəsə deməyinlə mən kiminsə gözündən düşmürəm. yadına sal ki, xonça evimə gəlib gecə ərəb rəqsi paltarı aldın. Gecə hara gedirdin? Ərəb rəqsi oynasam da qız uşağı böyütmüşəm. O günü az gördüm, şükür. O vaxt oynayanda xəcalət çəkmişəm, utanmışam. Anam evdə ağlayırdı, bu bayram günü göz yaşım yerdə qalmayacaq (ağlayır). Allah hamının ürəyinə görə versin. Mən qız, oğul anasıyam. Hamı bilir necə qız böyütmüşəm, necə ailədə böyümüşəm. Nazilə Səfərli, ağzını yum otur, mənimlə işin olmasın. Get, öz qabına bax gör ərim deyə-deyə nə oyundan çıxırsan”.
 
Ardını oxu...
Müğənni Nadir Qafarzadə tənqidi status paylaşıb.
“Sherg.az” xəbər verir ki, Elgiz Əkbərin verilişində 64 yaşında hamilə olduğunu deyən Həqiqət adlı xanım Qafarzadəni qəzəbləndirib. O həmin qadının videosunu paylaşaraq kəskin şəkildə fikirlərini yazıb:

“Salam! Deyəsən çox qabağa getmisiniz, geridə qalmışam! Sahibsizlik! Cavanları heç qınamıram, qocalar daha çox ağını çıxarıblar! Allah, köməyimiz olma! Uşaqlarıma demişəm, qocalanda telefonumuz əlimdən alsınlar. Allah, ağlımı alınca, canımı al! Dedim ki, mən geridə qalmışam, siz çox öndəsiniz. 63 yaşında nə ana? Bu qadının tayları nəvə yox, nəticə oynadırlar. Bir az geriyə SSRİ vaxtına baxın görün, necə qadınlarımız var idi”.
Ardını oxu...
 

Türkiyənin yerli elektrik avtomobil markası Togg tərəfindən istehsal edilən ilk iki avtomobil prezident Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğana təhvil verilib.

Məşhur müğənni Sinan Akçıl Toggun gündəmdə olduğu müddətdə iki avtomobilini satdığını və növbə gözlədiyini açıqlayıb.

Yerli mətbuata açıqlama verən məşhur müğənni Sinan Akçıl ilk 20 min şanslı arasında ola bilməyəcəyini bildirib.Akçıl növbə gözlədiyini, əvvəllər konsertlərə getdiyi mikroavtobusu satıb yalnız Toggdan istifadə etmək istədiyini bildirib

"Çox istəyirəm, Togg. Müraciət etdik amma alınmadı, növbəti sıradayıq. Hər iki maşınımı satdım, ümid edirəm ki, tezliklə Togg alıb tək maşın sürəcəm. Yalnız bir mikroavtobusumuz var ki, konsertlərə gedirik. Togg gələndə o da gedəcək. 3 nəqliyyat vasitəsindən imtina etdim və yerli və milli Toggdan istifadə etməyə üstünlük verdim" -deyə Akçıl bildirib.

 

XalqXeber.Az
Ardını oxu...
“Ötən gün həmkarlarım mənə bir anons videosunu göndərərək bildirdilər ki, sabah Röya xanım konsertdə iştirak edəcək, ondan müsahibə almaq istəyirik. Anonsu görəndə çox təəccübləndik. Röya xanım Azərbaycanda olmadığı halda, ondan xəbərsiz afişada qeyd olunub ki, guya bu gün, yəni 4 aprel tarixində səhnədə yer alacaq. Həmçinin afişada Röya Ayxandan başqa, digər sənətçilərin, Aynur Dadaşova və Tərlan Novxanının da adları yer alıb”.

Bunu Oxu.Az-a açıqlamasında Röya Ayxanın mətbuat katibi Elvin Elxan bildirib. Onun sözlərinə görə, Xalq artisti Vətənə döndükdən sonra bu məsələ ilə bağlı ciddi tədbirlər görəcək:

“Çünki nəinki afişaya şəkil qoymaq, adın salınması belə, dələduzluq sayılır. Görünür ki, burada məqsəd Röya xanımın adından istifadə edib, restorana müştəri toplamaq olub”.

E.Elxan müğənninin ilk dəfədir ki, bu cür dələduzluqla üzləşdiyini də vurğulayıb.

Oxu.Az-ın əməkdaşı Röya Ayxanın konsert verəcəyi barədə afişa hazırlayıb anons edən restoran rəhbərliyindən də mövqe öyrənməyə çalışıb. Özünü restoranın əməkdaşı kimi qeyd edən şəxs artıq problemin həll olunduğunu deyib:

“Burada nə var ki? Röya xanımın adı afişada qeyd olunub, amma özü ölkədə olmadığı üçün səhnədə çıxış etməyəcək. Bu məsələ restorana deyil, təşkilatçılara aiddir”.

Qeyd olunub ki, artıq müğənninin mətbuat katibləri ilə də danışılıb və məsələ həll edilib.


12:01

Xalq artisti Röya Ayxanın paylaşımı izləyiciləri arasında marağa səbəb olub.

Oxu.Az xəbər verir ki, Xalq artisti Röya Ayxan “Instagram” sosial şəbəkəsində dələduzluq halı ilə rastlaşdığı barədə məlumat verib.

Sənətçi anonsu görəndə təəccübləndiyini qeyd edib:

“Bakıda olmadığım halda aprelin 4-ü restoranların birində səhnə alacağım barədə afişaya rast gəldim. Bu, nə məsələdir? Mən Bakıda deyiləm. Necə ola bilər ki, tədbirim olsun. Anonsu görəndə şok oldum. Kimin tədbiri varsa, uğurlar arzu edirəm. Lakin bizim yoxdur. Bu şəkildə afişanın paylaşılması da məsuliyyətdir. Çox inanıram ki, məsələ ilə məşğul olacaqlar”.

Müğənni sonda əlavə edib ki, dostları ilə birlikdə Azərbaycandan kənarda tətildədir.
 
Ardını oxu...
İngiltərə “TikTok” sosial media platformasını müxtəlif səbəblərə görə, o cümlədən uşaqların məlumatlarından sui-istifadəyə görə 12,7 milyon funt sterlinq (26 milyon 950 min manat) cərimələyib.

Bakupost.az xəbər verir ki, bu haqda İngiltərə İnformasiya Komissiyası Ofisi məlumat yayıb.
Məlumata görə, 2020-ci ildə İngiltərədə 13 yaşdan kiçik 1,4 milyon uşaq qaydalara zidd olsa da, TikTokdan istifadə edib.
Açıqlamada 13 yaşından kiçik uşaqların şəxsi məlumatlarının valideynlərin razılığı olmadan istifadə edildiyi bildirilib:
“TikTok, platformadan kimin istifadə etdiyinə dair adekvat nəzarət etməyib. 13 yaşından kiçik uşaqların çıxarılması üçün lazımi tədbir görülməyib".
Bununla da, TikTok-un İngiltərənin Ümumi Məlumatların Qorunması qaydasını pozduğu qənaətinə gəlinib. Səbəb olaraq məlumatların qanuni, ədalətli və şəffaf şəkildə işlənməməsi göstərilib.

Dünyapress TV

Xəbər lenti