Ardını oxu...
“Qardaşım mənə ata əvəzi olmalıdır. Eləcə də mən ona. Mən qardaşlarımın şərəf və ləyaqətinə toxunan heç nəyə imkan vermərəm. Onlara sosial şəbəkələrdə adi bir şərh yazılanda belə, özümü irəli atıram, qardaşlarıma görə nələrə razıyam, hazıram - bir Allah bilir. Amma bugünkü məsələ elə bir mövzudur ki, onu hamı bilir. Cavidanın yalvarış səsləri yayılmamışdan öncə də, sonra da Cavidan hər şeyin gerçəyini gözəl bilir”.

Bu sözləri Oxu.Az-a mərhum Xalq artisti Ramiz Novruzun qızı, stilist Şəfəq Novruz deyib. O, qardaşı Cavidan Novruzla aralarında yaranan qalmaqala münasibət bildirib.

Şəfəq Novruz digər qardaşı Nəriman Novruzun keçmiş həyat yoldaşı Əzizə ilə aralarında münaqişə olduğunu söyləyib:

“Cavidan Əzizənin haqsız olduğunu bilə-bilə ona yalvarıb, məsələni bağlamağını istəyib. Bundan sonra Əzizə Cavidanın yalvarışlarla dolu səsini qeyd edərək, yayıb, guya haqlı olduğunu deyib. Bunu mənə elə təqdim etdilər ki, guya Əzizə məsumdur. Cavidanın gerçəkləri görə-görə, günahı olan bir insana yalvarışları mənim izləyicilərimdə tamam başqa bir fikir yaratdı. Cavidan, sən elə hərəkət edərdin ki, bir böyük kimi nə mənə, nə qarşı tərəfə yönələsən. Müdrik bir şəkildə Əzizəyə deyə bilərdin ki, sakitləş, sənin böyük günahın var. Sən sakitləş ki, Şəfəq də sakitləşsin. İndi Əzizə əlindən gələni edir ki, Şəfəq xanım nəsə etsin, mənim gözümü nə iləsə qorxutmağa çalışır. Halbuki, vaxtilə ona ana kimi olmuşam.

Atam həyatda olsaydı, Əzizəyə eynən belə deyərdi: Sənin günahın böyükdür, ona görə sakitləş, səsini çıxarma, mən də Şəfəqi sakitləşdirəcəyəm. Cavidan isə zəng edib, Əzizəyə yalvarır. Halbuki, qarşı tərəf “qurban olum, başına dönüm” deməli idi, Cavidan yox. Onların nəslindən, ailəsindən bizə zəng edib, heç kim yalvarmadı, üzr istəmədi. Biz isə üzümüz, alnımız açıq ola-ola, heç bir günahımız olmadığı halda haqsız çıxarılırıq. Niyə?

İzləyicilər düşünürlər ki, qardaşım Cavidan zəng vurub, Əzizəyə yalvardıqdan sonra Şəfəq xanım geri addım atdı. Halbuki, mənim çəkilməyimin səbəbini qarşı tərəf də gözəl bilir. Biz Ramiz Novruzun adına ləkə gəlməsin, qardaşımın övladlarına bu məsələ təsir etməsin deyə susmuşduq. Yenə də böyüklüyü mən etdim. Amma qarşı tərəf bundan sonra mənə səsli mesaj göndərdi ki, qardaşın yaxşı olsaydı, boşanmazdıq. Xeyr, mənim qardaşım çox gözəl insandır. Guya deyir ki, əri laqeyddir, ona görə ayrılırlar. 15 il birlikdə yaşayıblar, dözüb, indi ayrılır. Özü ayrılmaq istəyirdi, amma qol çəkmirdi. Mən səsli mesaj göndərdim ki, ayrılmaq istəyirsə, getsin, qol çəksin, tezləşdirsin. Aldığım cavab ancaq söyüşlər idi.

Nəriman çox sakit insandır, sosial adam deyil. O qədər məsum insandır ki, olanlara hələ də inana bilmir. Hamını sakitləşdirməyə çalışır və əsl kişidir. Ona görə mən Nərimanı lap çox istəyirəm. Qarşı tərəfin böyük günahını görə-görə yenə də onun tərəfini tutur, amma mən buna rəğmən, öz qardaşımı alqışlayıram. Hər bir halda Cavidanın hərəkətindən daha yaxşı davranışdır”.

Şəfəq Novruz qardaşı ilə barışmaq istəmədiyini, onu bağışlamayacağını da qeyd edib:

“Mən Əzizənin hərəkətlərinə, söz-söhbətlərə bir il yarımdan çox dözmüşəm. Bu müddətdə eşitdiklərimə əhəmiyyət verməmişəm. O mənə dedi ki, sən keçmişdə necə olmusan, hamı bilir. Mən boşanmış qadın olmuşam, həyatımda sayılı adamlar olmayıb. Həyatımda nə olsa, atam da bilib və mənə həmişə deyib ki, Şəfəqin başına nə gəlirsə, hamısı məsumluğundandır. Atam bilirdi ki, mən həmişə ailəmin olmasını istəmişəm.

İndi yazırlar, qardaş-bacının bir-birini düşmən elan etməyi üzücüdür. Qardaşın günahıdır! O mənə ata olmalıydı, günahkar duruma salmamalı idi. Mən Nərimanın həmişə yanındayam. Çünki o, məsum insandır. Cavidanın hərəkəti isə məni hörmətdən salan addım idi. Canlı yayımda Əzizə Cavidanın ona yalvardığını dilə gətirdi, özünə sərf edən şəkildə təqdim etdi. Heç birini bağışlaya bilmərəm”.

Qeyd edək ki, mərhum Xalq artisti Ramiz Novruzun qızı stilist Şəfəq Novruz özünün sosial şəbəkə hesabında qardaşı Cavidan Novruz haqqında “bundan sonra düşmənimdir” şəklində paylaşım edib.

Cavidan Novruz isə atasının vəfatından sonra Şəfəq Novruzun psixoloji gərginlik içərisində olduğunu, ailədaxili məsələləri ictimailəşdirdiyini söyləyib.
Ardını oxu...
Müğənni Rüfət Axundovun idarə etdiyi avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb və müvəqqəti mühafizə olun duracağa yerləşdirilib.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim ediləcək.

Qeyd edək ki, Rüfət Axundov yol-hərəkət qaydalarına əməl etməyib. Müğənni Bakıda aeroport yolunda sürət həddini aşıb. Mərdəkan istiqamətində hərəkətdə olan R.Axundov sözügedən yolda maksimal sürət həddi 90 olduğu halda, avtomobili 127 km/saatla sürüb. Bundan başqa o, yağışlı havada "sürüşkən yol" xəbərdarlığına da məhəl qoymayıb. Müğənni bunu əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
 
Ardını oxu...
Tanınmış bloger Asya Aslanovanın vəziyyəti yenidən ağırlaşıb.

Referans.az xəbər verir ki, bu haqda bloger, jurnalist Ramal İsayev məlumat verib.

Xəstəxanada Asyanın anası ilə görüşdüyünü deyən Ramal, bu xəbəri onun anası Zəhra xanımdan aldığını bildirib:

"Hazırda xəstəxanadayam. Asyanın anası Zəhra xanım ilə söhbət elədim. Asyanın dünəndən sonra vəziyyətinin yenidən ağırlaşdığını, onu aparata qoşduqlarını dedi. Zəhra xanım deyir ki, balama kim nə arzu edirsə 10 qatını ona arzu edirəm".
 
Ardını oxu...
Müğənni Aysel Əlizadə aparıcı Xoşqədəm Hidayətıqızı ilə illərdir aralarında davam edən məhkəmənin bitdiyini bildirib.

"DogruXeber.az" "Unikal"a istinadən xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında yazıb.

Ayselin sözlərinə görə, hər şey sübut olunub və məhkəmə onun lehinə qərar verib: "İlahi ədalət adlanan bir tərəzi var. Əlacsız və ya günahkar olduğum üçün susmadım, lakin susqunluğumla qınandım. Qanun danışsın deyə, susdum. Hər şey sübut olundu. Dövlətimin qərəzsiz, vicdanlı məmurları, sizlərə halal olsun sadəcə".

Xatırladaq ki, hər iki məşhur arasında gərginlik 2019-cu ildə başlayıb.

“Səni Axtarıram” verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm...” kimi fikirlər səsləndirib.

Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb.

Bu ilin iyulun 25-də Bakı Apellyasiya Məhkəməsi Xoşqədəm Hidayətqızının vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3 000 AZN təzminat ödəməsi barədə qərar qəbul edib.
Ardını oxu...
 

Türkiyənin məşhur müğənnisi Simgə Bakıda konsert verəcək.

Bu barədə İticket.az saytı məlumat yayıb.

Məlumata görə, konsert 24 fevral tarixində Bakı Konqres Mərkəzdə baş tutacaq.

Konsert üçün biletlərin qiyməti minimum 30, maksimum isə 340 manatdır. (Kult.az)

Ardını oxu...
“Qardaşımın keçmiş həyat yoldaşı Əzizə və bacım Şəfəq arasında qalmaqal yaranıb. Keçmiş gəlinimiz bacım haqqında polis bölməsinə müraciət etməyə hazırlaşırdı”.

Tribunainfo.az xəbər verir ki, bu fikirləri Oxu.Az-a mərhum Xalq artisti Ramiz Novruzun oğlu aktyor Cavidan Novruz deyib. O bildirib ki, bacısı Şəfəq Novruz sosial şəbəkələrdə ailədaxili söz-söhbətləri ictimailəşdirərək, səhvə yol verib:

“Şəfəq dəfələrlə paylaşım etdi, məsələnin bağlanmasına imkan vermədi. Əzizə polis bölməsinin qarşısına gedəndə mənə zəng etmişdi, Lənkəranda səfərdə idim, ona bildirdim ki, sakitləşsin, söz-söhbət böyüməsin. Niyyətim sadəcə keçmiş gəlinimizi fikrindən daşındırmaq, ailəmizin adını, birliyini qorumaq idi. O isə mənim səsimi qeyd edərək, öz lehinə istifadə etməyə çalışıb. Bundan sonra Şəfəqlə də aramızda inciklik yarandı, bacım keçmiş gəlinimizi guya müdafiə etdiyimi düşünüb. Halbuki mən kimin günahkar olduğunu çox yaxşı bilirəm. Əzizənin səhvləri var, bunu hamımız yaxşı bilirik, amma qardaşımın övladlarını da düşünməliyik, onların gələcəyi vacibdir. Özü həssas dönəmdədir, mənəvi çöküb, artıq məsələnin bu qədər böyüməsini həzm edə bilmir. Belə məqamlarda kimsə daha müdrik davranmalıdır ki, hər iki tərəf sakitləşsin, Əzizənin başqa səhvlərinin də üstü açılmasın, söz-söhbət uşaqlara da mənfi təsir etməsin”.

Cavidan Novruz onu da bildirib ki, Şəfəq Novruz atasının vəfatından sonra psixoloji gərginlik içərisindədir:

“Biz ona çox yalvardıq ki, ailədaxili məsələləri ictimailəşdirməsin, sosial şəbəkələrdə paylaşıb, daha da böyütməsin. Amma o bizi dinləmədi. Hər birimiz onun yanında olmağa çalışdıq, bizə qapını belə açmadı. Məni isə son məqamdan sonra, ümumiyyətlə, görmək istəmir. Bundan sonra nə deyə bilərəm. Allah Əzizəyə də kömək olsun, ümid edirəm, bundan sonrakı addımlarını düzgün atar”.

Qeyd edək ki, mərhum Xalq artisti Ramiz Novruzun qızı stilist Şəfəq Novruz özünün sosial şəbəkə hesabında qardaşı Cavidan Novruz haqqında “bundan sonra düşmənimdir” şəklində paylaşım edib.
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
“İndi mənim 44 yaşım var. 2008-ci ildə 29 yaşımda toyum olub. 8 il nişanlı qalmışam. Nişanımın birinci ilində barmağıma taxılan nişan üzüyümü geri qaytarmışdım. Lakin bu hadisələrlə bağlı keçmiş həyat yoldaşım Kərim məndən əl çəkmədi deyə, nişan məsələsi əlavə 7 il də uzandı”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanə İsgəndərlinin keçmiş gəlini Canana (Aynur Vaqifqızı) sosial şəbəkə hesabında açdığı canlı yayım zamanı deyib.

Keçmiş həyat yoldaşı Kərimlə münasibətlərindən danışan Canana bildirib ki, əri iki arvadının olmasını istədiyi üçün özü buna şərait yaradıb:

“Kərimdən xoşum gəlib deyə ondan üç uşaq dünyaya gətirmişəm. Bunu niyə problem edirlər ki? Kərim belə kişidir də... Kərimi başqa qadına mən vermişəm. Onun ürəyi istəyirdi ki, iki arvadı olsun. Məndə özüm buna şərait yaratdım. Dedim ki, get sənə həmin qadın qulluq etsin. Mən kişiyə qulluq etməyi xoşlamıram”.

Canana söyləyib ki, keçmiş həyat yoldaşı Kərim onu hələ də sevir, eyni zamanda nifrət edir:

“Mən Kərimə “Kərim” deyə müraciət edəndə o mənə hirslənirdi. Ona görə ona “Kera” deyə, müraciət edirdim. O zamanlar biz birlikdə olanda oturub saatlarla uşaq kimi “Ferma” oyununu oynayırdıq. Komputerin qabağından durmurduq. Kərim “TikTok” işlətmir. Mən Kərimdən 7 yaş yox, 5 yaş böyüyəm. O qədər bizdən danışacaqsınız ki, axırda Kərimlə mən olacayıq “Leyli və Məcnun”.

Xəbəriniz olsun ki, Kərim məni indi də sevir. Sevir və mənə nifrət edir. Sevgi və nifrət bir yerdə olanda nə olur? Kərimin əlacı olsa məni boğub, öldürər (gülür). Deyir ki, “sən mənə zəng edib səsimi eşidəndə, özümü pis hiss edirəm”. Cavab verirəm ki, “o zaman yaxşı, at məni qara siyahıya”. Gördüm ki, Kərim çox “o yan-bu yan” edir, buna görə də ona azadlıq verdim. Dedim ki, get sənə yaxşı yol! ”

Mətanətin keçmiş gəlini Kərimin ikinci dəfə evlənməzdən əvvəl münasibətdə olduğu başqa bir xanımla aralarında olan söhbəti izləyiciləri ilə bölüşüb:

“Kərim ikinci dəfə ailə qurmamışdan öncə bir qızla münasibətdə idi. Bundan əvvəl həmin qızın görüntülərini sosial şəbəkə hesabımda paylaşmışdım. Xəbər çıxdı ki, Kərim həmin qızla ailə quracaq. Amma o qızla deyil, başqası ilə evləndi. Bir müddətdən sonra həmin qız mənə yazdı ki, “Kərim mənə söz verdi ki, səninlə ailə quracağam amma başqa qızla evləndi”. Mənə sual verib deyir ki, “olar ki sənin bacın olum, bir yerdə yaşayaq, yeməyini bişirərəm”. Cavab verdim ki, ehtiyac yoxdur. Allah məsləhət bilsəydi, özümə bacı verərdi. Səndən mənə bacı olmaz”.

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. Onların üç övladı isə anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb.

Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.
 
Ardını oxu...
Samirə Ərəblinskaya yazır...

İldə 6 günlük konsert, albom, mahnılar, kliplər.... Azərbaycanda bütün bunları bir ilə sığdıran neçə ulduz var?


Biz 2023-ə nəzər salanda yalnız onu görürük - Xalq artisti Röya Ayxana 2023-cü ilin ən çalışqan ulduzu demək olar!

Çünki o, bu il də ənənəsinə sadiq qaldı. Yeniləndi, işığını qorumaq üçün daha çox çalışdı, sevənləri üçün yeni layihələr, yeni mahnılar, çəkilişlər etməyə davam etdi.

Parlaq işıq sütunlarının arasında bərq vurdu, dumanlı gecələrdə musiqisi ilə beynimizə, fikrimizə aydınlıq gətirdi.

Dijitalın olmadığı zamanlardan ta bu günədək daim axtarışda oldu.

O, artıq iddialı mahnıları, klipləri, layihələri və konsertləri ilə yanaşı sosial mediadakı paylaşımlarıyla da fərqlənir.

Yenilənən və qloballaşan dünyada avropasayağı paylaşımlar edən Röya Ayxanı hər dəfə bir imicdə görürük!

İlin əvvəlinə göz gəzdirsək, orada bizi tamamilə başqa Röya salamlayır. Üç günlük “Dəli kimi” konserti türklər demiş, “əsl dəli işi” idi. Bakı Konqres Mərkəzinin bütün vacib imkanlarından geninə-boluna istifadə etdiyini düşünürdük ki, sentyabrda digər üç gün baş tutan konsertdə bunun üç qat artığını gördük.

Ranar Musayevlə iş birliyi - saysız kostyumlar, səhnə dekorasiyası, Azərbaycana ilk dəfə gələn robot, göydən səhnəyə enmələr, fərqli xoreoqrafiyalar, klip kimi gecələr və işin sonunda bütün bu əziyyətlərin fonunda yalnız bir ulduz var idi - Röya!

10 mindən çox insanın qarşısına çıxan pop ulduzun müxtəlif məkanlardakı konsertləri də aşıb-daşdı.

O, əbəs yerə özünə “söz müğənnisi” demir. Bu il də deməyə çox sözü var idi. Öncə Cinlə “Bəzən” dedi, sonra “14/41” albomunu təqdim etdi.

Bu albomun təqdimatı isə günlər öncədən hər kəsin hazırlaşdığı bəyaz bir gecə idi. Özünə geyim axtaran kim, dərzilərin qulağını yağır edən kim, bu tədbirdə yer almaq üçün dəridən-qabıqdan çıxan kim…

Onun gecəsində dostları, fanatları, media nümayəndələri, məşhurlar, sosial medianın ulduz simaları yer almışdı. Gecə o qədər səs-küylü olmuşdu ki, səhərə artıq albomda yer alan “Xəstəsiyəm” mahnısı hit idi.

Onun ifası illər sonra Xanım İsmayılqızının da yaradıcılığına bir təravət qatdı.

Albom isə qısa zamanda platformalarda yüksəliş qət etdi. 4 gün sonra “Apple Music”də Azərbaycan üzrə ən çox yüklənən albom ünvanına sahib oldu.

O aylarda satışa çıxarılmadan bu qədər uğur əldə edən albomun səsi Qırğızıstana da çatdı. Layihə Qırğızıstanın “Apple Music Daily Top 200 Album” çartına 5-ci, Türkiyə çartına isə 193-cü pillədən daxil oldu.

Albomun ikinci real hiti isə “Tez gəl” idi. Klipinin ardınca digər layihə də tez gəldi. “Böyüdüm” adlı klipdən sonra isə xalqın artistini gərgin və məsuliyyətli günlər gözləyirdi.

“Biri var” adlı üçgünlük konsert sosial media trendlərini alt-üst elədi. Tik-Tokun ana səhifəsində yalnız onun videoları yer alırdı.

Bir-birindən fərqli səhnə geyimləri, robortlarla edilən şouları həftələrlə danışıldı.

Xalq artisti noyabrda başqa konsertdə idi - Zəfər günü münasibətilə təşkil olunmuş xeyriyyə tədbirində şəhid və qazi ailələri ilə bir araya gəldi. Bundan başqa, il ərzində həm Füzulidə, həm də Şuşada səhnə aldı.

Daha sonra “14/41” albomuna daxil olan “Şükür edirəm” adlı mahnısını videorolik şəklində təqdim etdi.

Xalq artistinin tək yeni mahnıları yox, həmçinin daha əvvəlki illərdə təqdim etdikləri də yenidən trend oldu.

Boz şəhərin küləkli havası ilə hüznlü vəhdət təşkil edən “Dedilər” mahnısı 23 il sonra yeni aranjimanda təqdim olundu.

İl tamamlanmış növbəti uğuruna imza atan ulduz “Spotify”da birinci oldu. Hamını geridə qoyan Xalq artistinin ifalarını 358 mindən çox “Spotify” istifadəçisi səsləndirdi, 5,3 milyondan çox “stream” aldı, dünyanın 142 ölkəsində dinlənildi.

İldə 6 konsert, ard-arda kliplər, birinciliklər, trendlər, albom, mahnılar, çəkilişlər... Bütün bunlara nəzər yetirəndə əminlikə deyə bilərik ki, Röya Ayxanın yalnız 1 rəqibi var! O da özüdür. Hər dəfə başqalarını yox, özünü keçmək, öz rekordlarını yeniləmək, aylar əvvəlki özündən daha irəli getmək üçün çalışır.

2023-də biz bunun açıq-aydın şahidi olduq.

Sosial şəbəkələrdə necə yazırlar?

- Bu ölkədə Röya deyə bir gerçək var!

Müəllif: Pərviz Hüseyn - Mənbə: Olay.az
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır

Dünyapress TV

Xəbər lenti