“Üç övladım var. İki qızım – Nəfəs, Fatimə və İlkin adlı oğlum var. Fatimə ilə İlkin subaydırlar. İnsanın alnına nə yazılıbsa, o da olur. Nəfəs atasının razılığı ilə 16 yaşında ailə qurdu, qismət”.
Teref.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Nəfəsin anası qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda deyib.
Sənətçinin anası bildirib ki, qızının müğənni olmasına atası qarşı çıxıb:
“Nəfəs kiçik yaşlarından müğənniliyə çox həvəsli idi. Sonradan atası ona problemlər yaratdı. Ancaq niyyətin hara, mənzilin də ora. Hazırda Nəfəsin iki övladı var. Nəvələrimə mən baxıram və hər zaman dəstəyəm. Nəvələrimin dayəsi olsa da, anası da mən də qayğımızı onlardan əsirgəmirik. Nəfəs çox əziyyət çəkir. Çalışır ki, övladlarını necə lazımdır yaşatsın”.
Qeyd edək ki, Nəfəs illər əvvəl həyat yoldaşından boşanıb. Müğənninin atası isə dünyasını dəyişib. Nəfəs müsahibələrinin birində anasının gənc yaşlarında ailə qurduğunu, lakin daha sonra boşandığını etiraf edib. O, anası ilə eyni taleyi bölüşdüyünü söyləyib.
Türkiyəli müğənni Doğuş həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızıdan şikayətlənib.
Hurriyyet.az xəbər verir ki, bu sözləri “Günaydın, Azərbaycan” verilişində qonaq olan aşıq Zülfiyyə İbadova söyləyib.
Doğuş isə həyat yoldaşının mətbəx bacarığı haqqında bunları deyib:
“Özü də təəccüblənir ki, necə bu qədər gözəl yemək bişirə bildim? İldə iki-üç dəfə yemək bişirdiyi üçün dadını ala bilmirəm”.
Onun dediklərinə Xoşqədəmin reaksiyası isə belə olub: “Bu, nə sözdür deyirsən? Yeməklərə, gördüyüm işlərə sevgi qatıram. Kompleksim yoxdur. Deyirlər ki, bütün günü oynayırsan. Öz evimdəyəm, niyə oynamayım”.
Britaniyalı müğənni-bəstəkar Ed Şiran haqqında “The Sum of It All” mini-sənədli serialının premyerası mayın 3-də “Disney+”da baş tutacaq. Dörd epizoddan ibarət layihə Şiranın kəkələyən uşaqdan stadion inşa edən super ulduza qədər olan həyat səyahətini nümayiş etdirəcək.
Qeyd olunur ki, serialda musiqiçinin şəxsi arxivindən əvvəllər dərc olunmamış kadrlardan, həmçinin Şiran və ailəsi ilə yeni müsahibələrdən istifadə olunacaq.
"Oğluma görə çox darıxıram. ABŞ-a onun yanına tez-tez gedirəm. Bu ay o qədər təyyarə bileti almışam ki, artıq gələn ayın "avansı"nı yavaş-yavaş ödəməyi bitirirəm. İşdən söylədilər ki, dörd gün istirahət edə bilərsən. Düşündüm yenidən oğlumun yanına gedim, sonra biletin pulu yadıma düşdü. Özümə dedim ki, getmə". Teref.Az bizim.media-ya istinadən bildirir ki, "Çiçək" ləqəbi ilə məşhurlaşan teleradio aparıcısı Şəhla Vakkas qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.
ABŞ-da oxuyan oğlundan söz açan teleradio ulduzu onun təhsilindən danışıb:
"Oğlum iyunda səkkizinci sinifi bitirir. Qalan təhsilinin dörd ilini də ABŞ-da yekunlaşdıracaq. Amma verəcəyi imtahanlardan çox şey asılıdır. ABŞ-da imtahan verdi, sonra başladı ağlamağa. Hərçənd oğlum ingilis dilini səlist bilir və bu dildə təhsil alır... Dedi ki, yerlə göy qədər fərq var. Yəni ingilis dilini mükəmməl bilən uşağım gedib ABŞ-da imtahan verəndə, sən demə, heç nə bilmirmiş.
Söylədi ki, heç zaman düşünməzdim ki, belə bir suallarla - sinonim-antonimlərlə və bu tərz sözlərlə qarşılaşım. Ona görə buradan valideynlərə demək istəyirəm ki, əgər övladınızın istəyi xaricdə məktəb oxumaqdırsa, mütləq o üzrə övladlarınızı yönəldin. Çünki çox fərq var. Elə bil ki, hər şeyi biz sıfırdan başlayırıq. Çox fərq var".
Çiçək bildirib ki, oğlunu oxumağa məcbur edib:
"Oğluma deyirəm ki, görsəydim ki, səndə baş yoxdur, hansısa sənəti öyrənməyə yönəldərdim. Gedərdin avtomobil ustası olardın və sairə. Nəyə istedadın varsa, o üzrə də sənət seçərdin. Amma baxıb görürəm ki, oğlumda riyaziyyat başı var. Ona görə mən oğlumu silkəyə-silkəyə oxutmuşam. Hamı mənə söyləyirdi ki, özünə yazığın gəlsin.
Övladım ağlayırdı, mən ağlayırdım... Amma düşünürəm ki, istədiyimə nail oldum. Çox şükür! Valideynlərə buradan səslənirəm ki, qızlar özləri oxuyur. Amma oğlan övladlarından vaz keçməyin. Tutun, onları silkələyin. Bu çox vacibdir".
Sosial şəbəkədəki paylaşımlarına görə tez-tez müzakirə olunan müğənni Roza Zərgərli bu dəfə açıqlaması ilə diqqət çəkib.
DİA.AZ-ın Lent.az-a istinadən məlumatına görə, o, “Şou-Mall” verilişində qonaq olarkən, Xalq artisti Polad Bülbüloğlu ilə rəqs etməsi barədə danışıb.
Onun fikrincə, Polad Bülbüloğlu çıxış edən zaman onun səhnəsinə girmək tərbiyəsizlikdir:
"O, oxuyanda mən kulisdə oynayırdım. Bütün xalq artistləri, görkəmli sənətkarlar arxamdan itələdi ki, səhnəyə çıx. Yoxsa, mən səhnəyə çıxmağa utanardım. Sənətkardır, onun səhnəsinə girmək tərbiyəsizlikdir. Yəni mən elə sayıram. Amma hərə bir tərəfdən dedi, çıxdım. O da məni gördü, bildi ki, elə addım atmaram. Ziyafətdə də çox gözəl sözlər dedi, çox fəxr etdi.
Bu, mənim üçün ən böyük tərifdir. O, mənim üçün ən böyük şöhrət idi. Çünki uşaqlıqdan pərəstişkarı olmuşam. Bundan başqa, dahi Bülbülün yadigarıdır. Ona toxunmaq, salamlaşmaq, bir foto çəkdirmək əbədi bir yadigardır”.
Qeyd edək ki, Roza Zərgərli Qazaxıstanda TÜRKSOY-un keçirdiyi konsert zamanı Xalq artisti Polad Bülbüloğlu ilə birgə rəqs etmişdi.
Xərçəng xəstəliyinə yoluxduğu deyilən Əməkdar artist, müğənni Aygün Bəylərin yeni fotosu yayılıb.
Teref.az lent.az-a istinadən xəbər verir ki, fotonu onun həmkarı Nigar Camal öz sosial şəbəkə hesabında paylaşıb.
Nigar paylaşıma "Belə bir sənətkarla bir arada olmaq, onun səsini dinləmək elə özü bayramdır! Sizi çox sevirəm, Aygün xanım! Yaxşı ki, Azərbaycan incəsənətində sizin kimi dəyərli bir sənətkar var", - deyə, yazıb.
Qeyd edək ki, 4-cü dərəcəli xərçəng xəstəsi olması deyilən Aygün Bəylər 6 aydır sağalıb.
Xatırladaq ki, ötən ilin dekabr ayında Prezident İlham Əliyev Əməkdar artist Aygün Bəylərə ev hədiyyə edib.
Sosial media hesablarının oğurlanması və ya müxtəlif yardım kampaniyaları zamanı dələduzların qurbanına çevrilməsi son günlər xeyli aktivləşib.
Sosial şəbəkədən dələduzluq üçün istifadə edən bir qrup şəxslər insanların inamından istifadə edərək onlara həm maddi, həm də mənəvi ziyan vurular.
Elan saytları, sosial şəbəkə hesablarının oğurlanması, işə düzəltmək, kimsəsizlərə yardım etmək adıyla bir çox insan sosial şəbəkədə qurbana çevriliblər.
Sosial şəbəkədə birmənalı qorunmaq mümkün olmsa da, lakin bəzi məqamları bilmək dələduzların qarşısını almağa yarım edir.
Ətraflı AZTV-nin videomaterialında izləyə bilərsiniz:
Azərbaycanın builki “Avroviziya” mahnısı təqdim olunub. Mahnı “Avroviziya”nın rəsmi “Youtube” səhifəsində yayımlanıb.
Xatırladaq ki, “Avroviziya-2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. “Avroviziya-2023” Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı TuralTuranX dueti təmsil edəcək.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, Müşfiq Ağayev Səbail rayon Yol Polis İdarəsinin əməkdaşları tərəfindən təhülkəsizlik kəmərinindən istifadə etmədiyinə görə ona “saxla” əmri verilib.
"Avtomobil saxlanılandan sonra onun spirtli içki təsiri altında avtomobil idarə etdiyi məlum olub. Bu zaman Müşfiq Ağayev yol polisinin qanuni əmrinə tabe olmayıb və onları təhqir edib. Müşfiq Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsi ilə protokol tərtib edilib. Bundan başqa o, yol polisini təhqir etdiyi üçün 8-ci Polis Bölməsinə aparılıb. Onun barəsində 510-cu maddə ilə protokol tərtib olunub baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib
Məhkəmə protokolu təmin edib və Müşfiq Ağayev barəsində 5 sutka inzibati həbs qərarı çıxarılıb".