Ardını oxu...
Şair Nazilə Səfərli nənə olub.

DİA.AZ axşam.az-a istinadla xəbər verir ki, bu haqda o, özü məlumat yayıb. Nazilə bildirib ki, oğlu Nurlanın övladı dünyaya gəlib:

"Sevgi bar verməkdir… Oğlumun oğlu oldu. Xoş gəldin, Ayaz. Şükr, kəllə qəndi açmaq qismətimiz oldu. Evləriniz körpəsiz olmasın. Gözaydınlığı verən hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Nurlan ötən il Nuranə adlı xanımla ailə qurub.
Ardını oxu...
Türkiyədə prokurorluq məşhur sosial media fenomeni Oğuzhan Uğur haqqında araşdırma başladıb. SİA xəbər verir ki, bu barədə "CNN Türk" telekanalı məlumat yayıb.

Bildirilir ki, o, zəlzələ bölgəsində yerləşən su bəndinin divarının çatladığı barədə məlumat yayıb.

Prokurorluq “BaBala TV” internet kanalının sahibi Oğuzhan Uğur haqqında “ictimaiyyəti çaşdıran məlumat yayma” maddəsi ilə istintaq başladıb.
Ardını oxu...
Cənubi Afrikalı AKA kimi tanınan məşhur repçi Durban şəhərində restoranın qarşısında güllələnib.

Tam adı Kiernan Forbes olan repçi yaxın dostu Tebello ilə birlikdə öldürüldü.

Polisin verdiyi məlumatd adeyilir ki AKA dostu ilə birgə restorandan çıxıb şəxsi avtomobillərinə doğru gedərkən iki silahlı yaxınlaşıb onları güllələyərək yenə də piyada hadisə yerindən uzaqlaşıblar. Qatillərin kimliyi bilinmir. Hazırda polis araşdırma aparır.

Qətlin motivi araşdırılır.

DogruXeber.az
Asiman Əsədsoy

Ardını oxu...
“Dünya malı ilə çox fəxr edirlər, amma bilsinlər ki, bu səninki deyil. Var dövlətləri ilə insanlara acıq verirlər. Nahaq yerə! Bu Allaha da xoş deyil! İnsanın var-dövlətdən gözü, nəfsi doymalıdır.

Müğənni var ki, heç evi yoxdur. Şəhərdə bahalı maşınla gəzir, krediti var, amma maşın da kreditə götürür ki, özünü göstərsin. İtə də borcu var, qurda da.

O vaxt dəb düşmüşdü, müğənnilər başqalarının evində çəkiliş edirdilər. Elə indi də var. 3 aylıq kreditə götürdüyü bağ evini öz evi kimi insanlara göstərir. Nəyin var onu göstər də”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib.

“Kimdə nə yoxdursa ondan danışır. Burada çox mövzulardan söhbət gedir. Xırdalamaqa qalsa vaxtımız çatmaz. Bakı balaca yerdir, hamı bir-birini tanıyır. Namusu olmayan namusdan, vicdanı olmayan vicdandan danışır. Efirdə bir dəfə saqqız çeynədim, az qala xalq düşməni etmişdilər məni. Camaat elə efirdə geyinib-soyunur, onlara niyə danışmırsınız? Vallah adam utanır efirlərə baxmaqa! O bunu söyür, bu onu söyür! Ər davası edirsiniz?!” deyə sənətkar bildirib.

“Bu gün qarmona xanımlar arasında nə dərəcədə maraq var?” sualına isə xanım sənətçi belə cavab verib.

“Maraq çoxdur. Eləsi var ki, efirlərə çıxmır, sırf toylara gedir. Gülbaharla mən üzdə olan qarmon ifaçılarıyıq. Biz müğənnilər kimi bir-birimizi qırmırıq. Ümumiyyətlə musiqiçilər çox mehribandırlar” deyə o bildirib.
Ardını oxu...
Müğənni Nura Suri onu sosial şəbəkələrdə təhqir edən şəxsi polisə verib.

DİA.AZ Lent.az-a istinadla xəbər verir ki, o, bu barədə "Instagram" hesabında video paylaşıb. İfaçı bildirib ki, həmin şəxs qadındır və artıq saxlanılıb:

"Azərbaycan polisinə, Bakı şəhər Baş Polis İdarəsinə belə tez müraciətə baxıb, operativ işləyib, məni narahat edən şəxsi tapdıqları üçün təşəkkür edirəm. Dünən müraciət etmişdim, bu gün izahat yazdım. Artıq həmin adamı tapıblar.

Sosial şəbəkələrdə, haqqımda yazılan bütün xəbərlərdə və səhifəmdə şərh bölməsində, həmçinin “inbox”da məni təhqir edən xanımı tapıblar. İzahatımı yazdım, cavab gözləyirəm”.
Ardını oxu...
Məşhur meyxanaçı Balaəli Maştağalı Qara Qarayev prospektində dükana girmək üçün “Range Rover” markalı avtomobilini yolun hərəkət hissəsində saxlayaraq avtobusa maneə törətməsinə, bununla bağlı yayılan görüntülərinin tənqid edilməsinə münasibət bildirib.

Teref.az xəbər verir ki, meyxanaçı pravda.az-a açıqlamasında deyib ki, sözügedən ərazidə dükana yox, aptekə giribmiş.

“Dükana girməmişəm, aptekə dərman almağa girmişəm. Övladım Qara Qarayevdə xəstəxanadadır. Hələ ki burdayam, şükür Allaha, vəziyyəti yaxşıdır. Tələsik olub, avtobusu saxlatmışam. Təcili dərman çatdırmalı idim. Dərman alıb, aparıb xəstəxanaya vermişəm. Görüntülərdə də polis görür ki, mən hara girmişəm. Təcili dərman almalıyamsa, avtomobili saxlaya bilərəm. Mən dərman alıram də orda, nə olar bəyəm? 20 manat cərimədirsə, dövlətin qanunu-qaydası var. Cəriməsi var, cəriməsini də ödəyəcəyik…” – B.Maştağalı deyib.
 

Ardını oxu...
Canlı efirdə boşandığını deyən əməkdar artistə talib gecikməyib.

"DogruXeber.az" xəbər verir ki, elə həmin proqrama zəng edən bir xanım, əməkdar artist talib olduğunu bildirib və "onu heç kimə vermərəm, ona gələn talibləri efirə bağlamayın", sözlərini qeyd edib.

Aparıcılar zəng edən xanımı efirə dəvət ediblər, lakin, Rəhman Rəhmanov, -"Yox gəlməsin, başqa harda deyir, orda görüşək" deyə, müdaxilə edib.

Qeyd edək ki, əməkdar artist Rəhman Rəhmanov "Elgizlə izlə" proqramında 28 illik həyat yoldaşı Gülbiçə Rəhmanovadan boşandığını qeyd etmişdi.

DogruXeber.az
Zülfiyyə Məmmədova

Aktrisa Pərvin ABıyeva rəfiqəsi Meiza ilə “Tiktok”da canlı yayımda oyun oyunayarkən Azər Zahidin sosial platformadakı “təkər” layihəsinə hədiyyələr atmasını tənqid edib. O belə verilişlərin xüsusi olaraq idarə edildiyini, sırf tamaşaçı işi olmadığını da deyib.

32gun.az bildirir ki, aktrisa ad çəkməyərək belə bir yarışmalardan birinə xüsusi dəvətlə getdiyini qeyd edib.

O verilişin layihə əməkdaşları dəfələrlə onu qatılamağa dəvət etsə də o qəbul etməyib. Aktrisa vurğulayıb ki, adını çəkmədiyi layihə rəhbəri onu “səni finala aparacam” sözü ilə verilişə qatılmağına razı salmışdı. Ancaq P.Abıyeva sonradan özünün həmin yarışmanı tərk etməsini qeyd edib.

Xatırladaq ki, Pərvin Abıyeva 2018-ci ildə Murad Dadaşovun rəhbəri və aparıcısı olduğu “Maşın Şou”da iştirak edib və oradan əlini çəkərək verilişi tərk edib.

Bu da Pərvin Abıyevanı “finala çıxaracam” vədi ilə dəvət edənin Murad Dadaşov olması şübhələrini daha da gücləndirir.

 
Ardını oxu...
 
 
 
 
 
 
 
 
Ardını oxu...
Türkiyənin məşhur aktrisası Neslihan Atagül Doğulu geyimi ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, o, həyat yoldaşı Kadir Doğulu ilə məşhur jurnalın növbəti nömrəsi üçün kamera qarşısına keçib.

Aktrisanın geyindiyi qara rəngli transparan libas diqqət çəkib. Sosial şəbəkədə geniş müzakirələrə səbəb olan geyimin qiyməti 29 min TL (2622 AZN) dəyərindədir.

Atagülün libası tənqidlərə məruz qalıb.

Qeyd edək ki, cütlük 6 ildir evlidir. Onlar birlikdə baş rol oynadıqları "Fatih Harbiye" serialında tanış olublar.
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
İranın günahı ucbatından Azərbaycanla münasibətlərinin gərginləşməsi ortaya bir sıra faktları çıxartdı. Artıq qonşu ölkənin Azərbaycandakı ictimai-siyasi və informasiya dayaqları Azərbaycan xüsusi xidmət orqanları tərəfindən nəzarətə götürülüb, Qum mərkəzli dini icmalar ifşa olunur, casus şəbəkəsi dağıdılır. İran 44 günlük Vətən müharibəmizdə və ondan sonra tutduğu ermənipərəst mövqeyi, Azərbaycana isə aşkar düşmənçiliyi ilə dövlətimiz tərəfindən adekvat münasibəti görməkdədir. Ölkə ictimaiyyəti də, lap elə iranpərəstlərin əksəriyyəti də rəsmi Tehranın Ermənistana açıq dəstək verdiyini görərək, bu yalançı müsəlman dövlətinin əsl maskasını görməkdə, tanımaqdadır. İndi İranının gerçək və çirkin sifəti tam ortaya çıxıb və bu sifətə simpatiya ilə baxmaq mümkün deyil. Adında İslam sözü daşıyan İran dövləti heç bir gizliliyə yol vermədən Ermənistanı dəstəkləyir və onun təhlükəsizliyini özünün qırmızı xətti sayır. Belə olan halda, ekspertlər haqlı olaraq qeyd edirlər ki, İran artıq Azərbaycanı itirib. 31 il ərzində Azərbaycanda göstərdiyi fəaliyyətin üstündən xətt çəkən İran azərbaycanlıların ictimai rəyində bitmiş durumdadır.

Azərbaycan xüsusi xidmət orqanları İran agenturasını hər yerdə ifşa etməkdədir. Prosesin davam edəcəyi də şübhə doğurmur. Lakin bəzi iddialar onu göstərir ki, Azərbaycan xüsusi xidmət orqanlarının axtarış istiqamətinin biri də mədəniyyət sahəsi ola bilər. Belə ki, kifayət qədər yayılmış iddialara görə, ölkə mədəniyyətinin meyxana sektorunda İran təsirləri kifayət qədər ciddidir. Bu barədə iddialar sırasına bir güclü simanın da rəyləri qoşulub. Belə ki, Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat Xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli Musavat.com-a deyib ki, informasiya resursları ilə başlayan həbslər davamlı olacaq və ən əsası, digər sahələri də əhatə edəcək. Sitat: “İnformasiya resursları ilə başlayan həbslər davamlı olacaq və ən əsası, digər sahələri də əhatə edəcək. Hamımız yaxşı bilirik ki, 30 il ərzində Ocaq Necat Azərbaycanda İranın dini agenturasının qurulması ilə bağlı işlər həyata keçirib. Ocaq Necat 1996-cı ildən bu yana Xameneyinin Azərbaycandakı nümayəndəsi olaraq İran mədəniyyət mərkəzinin çətiri altında ölkəmizdə bir çox şəxsləri əhatə edən ciddi işlər həyata keçirib. Bunun tərkibində media, ictimai-siyasi xadimlər, meyxanaçılar, muğam ifaçıları, iş adamları var”.

Əziz Əlibəylinin sitatındakı "meyxanaçılar" ifadəsi ictimai rəydəki iddiaları bir daha yeniləmiş və gücləndirmiş oldu. Bəs görəsən, həqiqətənmi ölkədəki əksər meyxanaçılar İran kəşfiyyatına işləyirlər?

Bu arada bildirək ki, fevralın 1-də Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasda millət vəkili Fazil Mustafa da bu məsələyə toxunaraq qeyd edib:

“Meyxanaçılar arasında, yas yerlərində yaradılmış xüsusi qruplar var, bunlar da nəzarətə götürülməlidir”.

Qeyd edək ki, meyxanaçılar arasında İran agenturası üçün işləyənlərin olması haqda hələ bir müddət bundan əvvəl iddialara yayılmışdı. Hətta Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Araz Qurbanov televiziya kanallarının birində demişdi ki, İran meyxanaçılar üzərindən Azərbaycanda öz niyyətlərini təbliğ etmək istəyir.

“Son zamanlar sosial şəbəkədə də, mətbuatda da Azərbaycanda meyxana ustalarının İrana meyli haqqında söhbətlər gəzir. Nəyə görə meyxanaçılar? Mətbuata girişə bilmədilər, sosial şəbəkələrdə effektiv fəaliyyət göstərə bilmədilər. Bilirsiniz ki, meyxana ustaları həmişə toyda, məclisdə, cəmiyyətin içindədir. Onlar İrana lazım olan ideologiyanı, fikirləri məhz meyxanaçılar vasitəsilə yayırlar. Bu da son dövrlərdə göstərir ki, o da onlar üçün uğursuz oldu. Mənə elə gəlir ki, İran ya bu gün, ya sabah düşünməlidir. Bilməlidir ki, onun ərazisindəki sabitliyini həm də Azərbaycan arzulayır”.

İrana meyilli meyxanaçılar sırasında tanınmış meyxanaçı Elşən Xəzərin də adı çəkilirdi. Çünki meyxanaçı getdiyi bir neçə məclisdə öz şeirlərini mərsiyə üzərində demişdi.

Həmçinin bir müddət əvvəl hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının Masallıda keçirilən toy mərasimindəki meyxana deyişməsində “Xomeyni çöküb qalıb, Behcəti naqruzkadadı” misrasını səsləndirməsinin ardınca işlətdiyi ifadələrə görə üzr istəməsi, bunu sosial şəbəkədə paylaşması birmənalı qarşılanmamışdı. O, paylaşdığı üzr videosuna görə sosial şəbəkə istifadəçilərinin tənqid obyektinə çevrilmişdi.

DİA.AZ bildirir ki, millət vəkili Aqil Abbas mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Millət vəkili bütün meyxanaçıların İran agenti adlandırılmasının yolverilməz olduğunu dedi:

“İranın Azərbaycanda olan mədəniyyət mərkəzlərinin nəyə qulluq etdiyini hamımız bilirik. Çox təəssüf ki, bu məsələnin üzərinə çox gec düşmüşük.

Lakin meyxanaçıların hamısının İran agenturasına işləməsini demək inandırıcı deyil. Bu, mümkün deyil. Aralarında 1-2 nəfər kimsə ola bilər, amma bunun bütün meyxanaçılara şamil etmək olmaz.

O ki qaldı mərsiyə üstündə meyxana oxumaq, onda muğam ifaçısı Elnarə Abdullayeva da bütün günü mərsiyə üslubunda ifalar edir, indi ona da İran agenti deyək? Əlbəttə ki, kimin İran agenturasına işlədiyini hüquq-mühafizə orqanları daha yaxşı bilir, amma bir daha qeyd edirəm ki, bütün meyxanaçıların İrana işləməsini demək, sadəcə, insafsızlıqdır".

Məşhur meyxanaçı Ağamirzə Məmmədov isə iddialara bu cür cavab verdi:

“Meyxana deyənlərin İranla nə işi var? Bu barədə heç vaxt heç nə eşitməmişəm. Amma hərdən olur ki, məsələn, "yaman yamandur, cavandır, toydu-nişandır, İrandır" və sairə bu cür qafiyələr deyirik. Olub ki, meyxanada yunan sözü də işlətmişik. Yəni meyxanaçıların İran agenturası ilə heç bir işi ola bilməz.

Görün o gün İran səfirliyimizdə nə oyun çıxartdı, nə bəla, dəhşət etdilər! Məgər qapıda dayanan İran polisinin gözü kor idi, o boyda avtomatı görmürdü? Polis orada bir qıram da olsa köməklik göstərmədi. İndi meyxanaçılar onlara işləyəcək? Meyxanaçıların bu söhbətə heç dəxli yoxdur.

O ki qaldı mərsiyə deməyə, mərsiyəni yalnız sinə döyməklə demək olar. Bildiyim qədər musiqi, ritm ilə mərsiyə demək olmaz. Bəli, 1-2 hansısa meyxanaçı meyxana deyəndə mərsiyəyə oxşatmağa çalışır, amma inanın ki, onlar İrana meyilli olmaq haqda heç düşünmürlər.

Biz indi bir Azərbaycanımızı, torpağımızı, dövlətimizi qorumalıyıq. Başqa söhbət ola bilməz".

Dünyapress TV

Xəbər lenti