Ardını oxu...
“Mən 4 il, 4 aydır ki, Azərbaycanda deyiləm. Əlbəttə ki, respublikam və millətim üçün çox darıxıram. Azərbaycanda mənim varlığıma və sənətimə hər zaman diqqət olub. Hər zaman konsertlərə, toylara, şoulara dəvət almışam. Hər an millətim, respublikam, qohumlarım, dostlarım və sənət yoldaşlarlarım fikrimdədir. Mən ölkəni tərk etməmişəm. Sadəcə “green card” lotoreyanı qazandım və bu şansdan istifadə etdim. Ürəyim hər an Bakı ilədir”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Amerikada yaşayan müğənnimiz Elariz Məmmədoğlu deyib.

“Hər dəfə ayağa qalxıram ki, Bakıya gedim, tərslikdən ayrı-ayrı ştatlardan 10-12 toy gəlir, mən də təyyarəyə minib, işimin arxasınca gedirəm. Mənim xoşbəxtliyim ondadır ki, Amerikada da öz işimlə məşğulam. Hər dəfə sənətimlə müvəffəqiyyət qazananda oxuduğum 16 nömrəli musiqi məktəbini, həmin məktəbdə solisti olduğum xor dərnəyini, vokal dərsi aldığım müəllimləri, Mədəniyyət və İncəsənət universitetini, aktyor-rejissor pedaqoqlarımı, Hüseyn Cavid adına 132 nömrəli məktəbin müəllimlərini, idmanla məşğul olduğum OİK-ni, İçərişəhərin küçələrini minnətdarlıq hissi ilə xatırlayıram. Amerikada Azərbaycan dilində mahnılarımı oxuyanda inglislər də rəqs edir. Çünki, musiqinin dili yoxdur. Yeni gəlmişdim, restoranda “Azəri torpağı” mahnısını ifa edirdim. Bir də gördüm ki, azərbaycanlılarla bərabər, həm də xaricilər rəqs edir. Bundan böyük xoşbəxtlik ola bilərmi?” deyə sənətçi bildirib.

Müğənni “Elariz Amerikada taksi fəaliyyəti ilə məşğuldur” başlıqlı çıxan xəbərlərə də münasibət bildirib.

“2023-cü ilin əvvəlindən mənim “Amerikadan salam” adlı albomum çıxıb. Əgər taksi fəaliyyəti ilə məşğul olsaydım, ən azı 10 mahnını yazdıra bilərdim?! Sensasiya xatirinə yazılan yazıları bəzi sayt müxbirləri çörək qazanmaq üçün edirlər. Eybi yox, təki mənim adımla ailələrinə ruzi aparsınlar. Axı onların da yaşamaq haqqı var” deyə sənətçi deyib.

Elariz Məmmədoğlu bildirib ki, tək həyat yoldaşı ilə Amerikaya gedib.

“Mənə elə gəlir ki, Amerikada məni gözləyirdilər. “Green-card” qazandığımı bilən dostlarım o dəqiqə zəng edib dedilər ki, “gəl biz səni burada necə lazımdır qarşılayacağıq”. Sağ olsunlar, onların hamısına təşəkkür edirəm. 21 yaşa qədər düşür övladla Amerikaya gəlmək. Mənim böyük övladımın 31, oğlumun 29, digər oğlumun isə 26 yaşı var. Heç biri ilə gəlməmişəm. Tək həyat yoldaşımla gəlmişəm. 4 nəvəm var, onlar üçün çox darıxıram. 4-cü nəvəm Amerikada olanda dünyaya gəlib. Sosial şəbəkələrdə çox yazıb, soruşurlar ki, “biz necə gələk?”. Deyirəm ki, “green-card” udun, gəlin” deyə müğənni bildirib.
 
Ardını oxu...

“Heç vaxt toy qiymətimi deməmişəm, beş min manat veriblər, minini qaytarmışam...”
“Səməd Səmədova dedim ki, sən oxuyan toylarda qız, mən oxuyan toylarda isə oğlan doğulur”
.
“Ürəyim gəlmir ki, xalqıma toy qiymətimi deyim. Məni yaxından tanıyanlar bunu çox gözəl bilir. 48 ildir ki, toylara gedirəm. Elə vaxt olub ki, gətirib bizə 5 min manat veriblər, min manatını qaytarmışam. Heç kimi şişirdilmiş toy qiymətlərimlə incitməmişəm, ona görə də üzümə bütün qapılar açıq olub. Bir iş üçün harasa gedərəmsə, çox hörmətlə, izzətlə, qayğı və diqqətlə məni yola salırlar”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Cavanşir Məmmədov deyib.

“Müğənni özünü tərifləməməlidir. Müğənnini tərifləməlidirlər. Hər sahədə “moşşenik” lər olduğu kimi, bizim sahədə də var. Nə klipin çoxluğu ilə, nə bahalı maşınla, nə evlə, nə də varlı adamların toyuna getməklə sənəti bir tərəziyə qoymaq olmaz. Bunlarla öyünmək sənətkar ola bilməz. Sənət başqa şeydir. Oxuyan var ki, sifətinə baxırsan siması da, səsi də səhnəyə yararsızdır. Müğənnidə sənət də, mədəniyyət də, geyim də yerində olmalıdır. Sənəti yoxdur, amma adam professor olub. Kimi dindirirsən deyir ki, professoram. Professor vəsiqəsi almaqla professor olmurlar. Gözəl musiqisi olan xalqın içərisində alaq otları da var. Hansı ki, onlar musiqimizə zərbə vururlar. Nə mən, nə də ki, Firuzə xanım şou-biznes adamı deyilik. Şou-biznes o demək deyil ki, hər şeyə əl atmaqla gündəmə gəlməlisən. Belə olan halda, sən gündəmə aşağı səviyyəli bir sənət adamı kimi gələ bilərsən” deyə Cavanşir Məmmədov deyib.

Əməkdar artisti mərhum müğənni Səməd Səmədovla bağlı xatirəsini də bölüşüb.

“Rəhmətlik Səməd Səmədovla biz, o vaxt ən çox toya gedən müğənni olmuşuq. Onunla da mənim xüsusi zarafatım var idi. Çalışırdım ki, onu danışdırım, çünki rusdilli olduğu üçün bəzi sözləri düzgün demirdi. Bu da mənə xoş gəlirdi, gülüb zarafatlaşırdıq. Bir gün mənə dedi ki, “toylar necədir?”. Məhərrəm ayı çıxa-çıxda idi. Dedim ki, “belə də, o qədər də çox deyil, 15-16 toy olur aya”. Dedi ki, “səndə yaxşıdır yenə də, məndə 5-6 toy olur”. Soruşdu ki, “sən bilən mənim toylarım niyə azalıb?”. Dedim ki, “Səməd, sən oxuduğun toyların çoxunda eşitmişəm ki, qız olur” (gülür). O dəqiqə bu sözümə inandı. Dedim ki, mən ifa etdiyim toylarda isə oğlan doğulur (gülür). Allah rəhmət etsin, gör biz kimləri itirdik. Səmədin qəlbi uşaq kimi idi, hamıya inanırdı” deyə müğənni bildirib.
 
Ardını oxu...
Müğənni Xatirə İslam paylaşımı ilə müzakirələrə səbəb olub.

Sənətçi bu dəfə vannadan görüntülərini yayımlayıb. O, istirahət zamanı çəkilən videosunu instaqramında paylaşıb.

Xatirə bu yolla artıq çəkidən xilas olduğunu qeyd edib. İfaçı paylaşımında şərh bölümünü bağlayaraq, yazılan rəylərin qarşısını alıb.

 
Ardını oxu...
Yəqin hamı fərqindədir, bir zamanlar senzuraları aşıb ekranlara yol tapa bilməyən meyxana sənəti birdən-birə meydanda cuşa gəlib, bütün ölkədə tüğyan eləməyə başlayıb. Həm də ən bayağı versiyada.

Bu günkü meyxanaçıların dilindən eşitdiyimiz onların öz diliylə desək “sənət nümunələrində” söyüş, zindan həyatının, içki və narkotikin təbliği, dini ayrıseçkilik, bir sözlə nə desəniz var. Teatrlara, konsert proqramlarına getməyən kişilər ciyəraxşamı gecələrinə, sabahlara qədər uzanan toy məclislərinə kütləvi şəkildə toplaşıb, “xiridarın” ağzından çıxan kəlmələrə elə şövqlə, həvəslə qulaq asırlar, onları elə ilahiləşdirirlər ki, məəttəl qalırsan.

Meyxanadan İranpərəstlik, İran qoxusu uzaqdan insanı vurur. Meyxana əvvəllər Bakı kəndlərinə xas folklor nümunəsi idisə indi artıq bütün rayon və kəndlərdə yaşayan əhalinin dilinə düşüb. Bu arada meyxanaçıların ulu babası bir zamanlar İrandan işləmək üçün Bakıya köçüb gəlmiş həmşərilər sayıla bilərlər. Bakıya gələn həmşərinin "söz güləşdirmə" sənəti sonralar yerli meyxanalarımızla qarışıb yeni formaya düşdü. Son illərdə meyxananın içərisinə mədhiyyə də daxil odlu.

Mədhiyyə, dini müqəddəslərin tərifi adı altında meyxanamız və meyxanaçılarımız düşdü İranın böyük planlarının təsir dairəsinə.

Bir neçə ay öncəyə qədər İran Mədəniyyət Mərkəzi mollalarla yanaşı meyxanaçıların da toplaşma mərkəzi idi. Dövlət Təhlükəsizlik Xidmətinin ələyib üzə çıxardığı vətən xainlərinin, casusların da çoxu ya molla ya da meyxanaçı maskası altında gizlənənlərdir.

İran niyə məhz bu iki fərqli sahənin insanlarını hədəfə alıb?

Əslində çox ağıllı plandır. Din insanları öz təsiri altına alan ən güclü vasitədir. İçərisinə bir az yalan, bir az mövhumat, bir az da siyasətə uyğun fikirlər doldurulanda narkotik vasitədən də güclü keyidiciyə çevrilir. Beyninə ağasının fikirləri doldurulmuş adam vəd olunmuş cənnətə qovuşmaq üçün bu dünyanı cəhənnəmə çevirməyə hazır zombiyə çevrilir.

Meyxana sənətinin sevənlərinin çox olduğu nəzərə alınarsa, İran tərəfinin niyə məhz onları öz təbliğat maşınına çevirmək istədiyini anlamaq olar. Toy məclisinə dövlət nəzarəti yoxdur, içmiş və bir-birini qızışdıran minlərlə kişini bir meyxanaçı rahatlıqla idarə edə bilir. “O niyə biz deyəni deməsin? Bir az pul ver, istədiyini oxusun. İlmək – ilmək toxusun gənclərin beyninə”. İran belə düşünüb böyük ehtimalla.

Od olmayan yerdən tüstü çıxmaz. Bəs yaxşı meyxanaçılar bu barədə nə düşünürlər?

Meyxanaçı Ağamirzə deyir ki, biz boşuna eyhamlanırıq, meyxanaçıların siyasətlə, İranla işi yoxdur. Meyxanaçı dindən, Allahdan danışırsa bu iranpərəstlik demək deyil: “Meyxana vacib sənətdir. Təbliğat aparırıqsa Vətəni təbliğ edirik. Bizim meyxanaların sədaları altında igidlərimiz gedib Qarabağda döyüşürdülər. Biz Vətənin əsgərləriyik. Hər kəs öz ağzından çıxan sözə diqqət eləməlidir, o cümlədən meyxanaçılar”.

Meyxanaçı Ələsgər Balaxanılının fikrincə 12 imamı, məsumları, peyğəmbəri və onu sevənləri sevmək günah, xəta deyil: “Bunun İranla heç bir bağlılığı yoxdur. Müqəddəs bildiklərimizin adından başqa vasitələr üçün istifadə edilməsi günahdır”.

Meyxana toyların, radioların, telekanalların, sosial şəbəkələrin ən populyar, tələb olunan sənət növünə çevrilib. Bilərəkdən, planlı, proqramlı şəkildə. Mədəniyyətin halı nədirsə ölkənin halı odur.

Bu gün yeni yetişən nəsil mərsiyə ilə meyxana arasında get-gəl edən saat kəfgirinə bənzəyir. “Madam ki, bu qədər təbliğ edilir, yəqin yaxşı şeydir”. Yeniyetmələrin meyxana ilə tanış olarkən ilk fikri elə olur.

Biriləri qəsdən gələcəyimizi sənət adı altında uçuruma itələməklə, kor, şil-şikəst etməklə məşğuldur. Meyxana meyxanaçıya qazanc verir, dinləyənlərə də sarsaq fikirlərdən sərməst olmuş beyin.

İlhamə HƏKİMOĞLU //lent.az//

Ardını oxu...
Əvvəllər müxtəlif şou-proqramların olan aparıcılar Kamran Həsənli və Ülvira Qarayeva bir-birlərini tamaşaçıların zövqlərini korlamaqda ittiham ediblər.

DİA.AZ-ın Lent.az-a istinadən xəbərinə görə, Kamran Ülviranı evlənmə proqramlarını ekranlara gətirməkdə, Ülvira isə səviyyəsiz müğənnilərdən ibarət müsabiqələr təşkil etməkdə günahlandırıb.

“Sən 5-6 dılğır müğənnini efirə çıxardın. Sonra onlar efirləri zəbt elədi. Efiri sən korlayıb, məni günahlandırırsan?”, - Ülvira Kamrandan soruşub.
Ardını oxu...
Məhkəmə Ülviyyə Alovlu barəsində hökm çıxardı
Binəqədi Rayon Məhkəməsində ictimai fəal Ülviyyə Muradoba (Alovlu) ilə bağlı davam edən məhkəmə iclası başa çatıb.

TEREF.AZ bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə onun barəsində bəraətverici hökm çıxarıb.

Qeyd: Ülviyyə Muradova barəsində Xalq artisti Flora Kərimova xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq Muradovanın barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.

Tərəflər arasında qalmaqala səbəb Ülviyyə Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.
 

Ardını oxu...
“Mən uşaqlıqdan sevimli, çox hörmət etdiyim Nərgiz Cəlilovaya baxıb, onun kimi diktor olmaq istəmişəm. Çünki Nərgiz xanımın oturuşu, duruşu, özünü aparma qabiliyyəti mənim üçün bir nümunə olub. Onun kimi diktor olmaq istəyirdim, teleaparıcı yox. O vaxt heç teleaparıcılar da nadir hallarda efirdə görünürdülər”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış teleaparıcı Afaq Gəncəli deyib.

Tanınmış teleaparıcı televiziya sahəsinə gəldiyi günü də xatırlayıb.

“25 ildir ki, televiziya sahəsindəyəm. 1998-ci il mart ayının 9-da Azv-də ilk efirim idi. Bir gün idi ki, işə gəlmişdim, efirə çıxdım. Heç hazırlıqlı deyildim. Mənim üçün yeni bir məkan idi, kamera da görməmişdim. Şükürlər olsun ki, bacardım. Mədəniyyət və İncəsənət universitetində Arzu Tağıyeva adlı bir rejissor var idi, ilk məni kamera qarşısına çıxaran insan o olub. Yadımdadır, avtomobil verilişinin ilk qadın aparıcısı oldum” deyə Afaq Gəncəli bildirib.

Teleaparıcı deyir ki, müğənnni dostlarına görə bəzi sənətçilər onu çox incidib.

“Bəzi müğənnilərlə dostluğuma görə mənimlə küsənlər, danışmayanlar da olub. Onlar dolayısı yolla bunu demək istəyirdilər ki, mənimlə dostsansa, onunla dost ola bilməzsən. Bu düzgün yanaşma deyil. Əgər kiməsə qarşı münasibətdə yaxşıyamsa, onun da mənə qarşı münasibəti yaxşı olmalıdır. Yox, əgər mən münasibətlərdə fərq qoyuramsa, o zaman sən nəsə deyə bilərsən. Haqlısan. Hamı ilə ayrı-ayrılıqda münasibətim və onlara hörmətim var. Hansısa tədbirdə, toyda baxmamışam ki, o insan mənimlə danışmır, onu elə gözəl, özünə layiq təqdim etmişəm ki. Çünki bu mənim işimdir. Mən onunla ədavət apara bilmərəm” deyə aparıcı bildirib
 
Ardını oxu...
Müğənni Əflatun Qubadov qatıldığı şou-proqramlardan birində maraqlı açıqlama verib.

DİA.AZ-ın Lent.az-a istinadən xəbərinə görə, müğənni saçlarını boyayıb-boyamaması barədə suala maraqlı cavab verib.
“Üstümdə nəyim var orginaldır. Ömründə saçıma boya dəyməyib. 55 yaşıma girmişəm, başımdan nə bir tük düşüb, nə də saçımda ağ tellərim var”, - deyə müğənni qeyd edib.

O əlavə edib ki, kosmetik prosedurlar edənləri, saçlarını boyadanları qınamır, lakin bunu özünə yaraşdırmır .

“Bəziləri parik taxır, bəziləri saç əkdirir. Kim edirsə özü bilər. Mənə yaraşmaz, mən heç vaxt eləmərəm”,- deyə o vurğulayıb.
Ardını oxu...
Aktrisa Serenay Sarıkaya baş rolu canlandırdığı "Alisa" musiqili tamaşasının son oyunu ilə bağlı təşkil edilən gecədə rəqsi ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, Enis Arıkan, Merve Dizdar, İbrahim Səlim, Ezgi Mola və başqalarının oynadığı tamaşa dünən sonuncu dəfə nümayiş olunub. Bununla əlaqədar olaraq aktyorlar tamaşadan sonra kluba gedərək əylənib.

Gecəyə "MuiMui" markasının bəyaz mayka və qısa qırçınlı ətəyində gələn Serenay həmkarları ilə doyunca rəqs edib. Aktrisanın rəqsi qısa müddətdə sosial şəbəkələrdə yayılıb və böyük maraq doğurub.

Your browser doesn't support video.
Please download the file:

Qeyd edək ki, bu, 30 yaşlı aktrisanın gündəm olan ilk rəqsi deyil. Bundan əvvəl də bir neçə dəfə Serenay cəlbedici rəqsi ilə diqqətləri öz üzərinə toplamışdı.

 
 
 

Dünyapress TV

Xəbər lenti