Ardını oxu...
 

Bu gün EKRANDA baş verənlər gənclərin tərbiyyəsinə mənfi təsir edir... 
Əsas mövzuya keçməzdən öncə onu qeyd edək ki, Peyğəmbər əfəndimiz buyururdu ki, biz yediklərimizin cəmiyik. Yəni sağlam qidanın insan üçün necə vacib olduğu bəlli olur. Amma insan təkcə yediklərinin deyil, həm də geydiklərinin cəmidir. Geyimlə bağlı yazmağımız, kimlərisə tənqid etməyimiz qətiyyən səhv başa düşülməsin. 
Biz bir media olaraq bütün azadlıqların, o cümlədən geyim-əlbisə azadlığının tərəfdarıyıq. Amma hər bir hərəkətin əndazəsi, ölçüsü, həddi olduğu kimi geyimlər, libaslar  da millətin milli-mənəvi dəyərlərinə, dini qaydalarına uyğun olmalıdır. Biz kiminsə qara çadraya bürünməsini, yaxud çimərlikdə kostyumda çimməsini təbliğ etmirik. Sadəcə, başa düşmək lazımdır ki, bura sənin evinin içi deyil, sən cəmiyyətdəsən, nəqliyyatdasan, iş yerindəsən. məktəbdəsən, EKRANDA-san... Həə, indi gəlirik mətləb üstünə... 
Bəli, kimlərinsə əndazəni, həddi keçməsi bəlkə də o dərəcədə  ciddi problem deyil. Vay o gündən ki EKRANDA-kılar, yəni TANINMIŞLAR, MƏŞHURLAR  həddi keçələr... Niyə..? Çünki EKRANA hər gün saatlarla uşaq da, böyük də, yaşlı da, cavan da, məktəbli də tamaşa edir. Ən böyük problem odur ki, yeniyetmələr, gənclər, şagirdlər, tələbələr daha çox EKRANDA-kılara oxşamağa, bənzəməyə  çalışırlar. Həzrət Əli əbəs  yerə demirdi ki, uşaqlar valideynlərindən çox ZƏMANƏYƏ, yəni indiki, müasir  dillə desək EKRANDAKILARA oxşayırlar. Gözümüzü açandan EKRANDA XALQ ARTİSTLƏRİ Xan Şuşinskini, Şövkət Ələkbərovanı, Seyid Şuşunskini, Rübabə Muradovanı, Elmira Rəhimovanı və başqa ağır, samballı, oturuşuna-duruşuna diqqət edən sənətkarlarımızı, XALQ ARTİSTLƏRİMİZİ görmüşük və gənc nəsil onlara bənzəməyə çalışıb. 
Təəssüf ki, sonrakı illərdə ekranlarımıza təsadüfi, üzr istəyirik az qala küçədən keçənlər yol tapmağa başladı. Və ekranlarımız sənətin, mədəniyyətin təbliğ yeri deyil, çox üzr istəyirik, kimlərinsə sinəsinin, arxasının, göz-qaşının reklam yerinə çevrilməyə başladı. Yəni ekranlar sanki cəmiyyəti bilərəkdən soyundurmağa başladı. Görəsən, belə tumançaq sənət adamlarından yeniyetmələr nələr öyrənə biləcəklər..? 
Təsəvvür edirsiniz XALQ ARTİSTİ adını daşıyan xanımlar elə geyimdə ekranlara çıxır ki, adam ev-eşikdə televizoru sönrüdmək istəyir. Belələri unudur ki, bu adam XALQ-ın ARTİSTİ adını daşıyır. Özünüzə hörmət qoymursunuzsa, barı XALQA hörmət qoyun də... 
Bizim bu yazını yazmaqda məqsədimiz konkret olaraq kiminsə reputasiyasına kölgə salmaq deyil. Sadəcə, XALQ artisti Tünzalə Ağayevanı misal çəkmək istəyirik. Bir daha qeyd etmək istəyirik ki, bu ad Aygün də, Röya da, Fatmanisə də və s. ola bilər. 
Obyektivlik naminə qeyd edək ki, Tünzalə Ağayevanın istedadlı olduğunu inkar etmirik. Amma istedaddan əlavə bir davranış qaydası  da var. Axı, bir daha deyirik, bura sənin evinin içi deyil e, cəmiyyətin ekranıdır. Kimlərsə, Tünzalə Ağayevanın mahnılarının heyranı ola bilər. Ancaq  müğənni unutmamalıdır ki, onun ekranda verdiyi açıq-aşkar pozalar, paylaşdığı şəkillər, ekranda elədiyi şit hərəkətlər gənclər üçün örnəyə çevrilir. Bəlkə Tünzalə Ağayeva kimilər dövlət səviyyəsində onlara verilən yüksək adın – XALQ ARTİSTİNİN məsuliyyətini unudurlar. Hətta bizim bildiyimiz qədər Tünzalə Ağayeva sabiq İdman və Gənclər Naziri, mərhum Azad Rəhimovun dəstəyi ilə nazirlikdə rəsmi vəzifə də daşıyırdı. Yəni dövlət rəsmisi adını daşıyan şəxsin də bu tip hərəkətləri, nə onun özünə, nə də təmsil etdiyi quruma başucalığı gətirmir.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, ötən ilin iyununda "Laskovıy may"ın ("Ласковый май") solisti Yuri Şatunov, noyabrında isə qrupun yaradıcısı Sergey Kuznetsov vəfat edib.

Teref.az rus mətbuatına istinadən xəbər verir ki, onların ardıcıl ölməsi pərəstişkarları arasında çoxlu suallara və fərziyyələrə səbəb olmuşdu. Bu gün isə qrupun keçmiş prodüseri Andrey Razin müğənni və Kuznetsovun muzdlu məqsədlər üçün öldürüldüyünü iddia edib:

"Amerikada işə götürdüyüm böyük əlaqələri olan səlahiyyətli insanlar onun ölümünün təsadüfi olmadığını 90% ehtimalla təsdiqlədilər. Yura sui-qəsd, hiylə və maliyyə fırıldaqları nəticəsində öldü. Son üç ildə o, indi vəkillik fəaliyyəti ilə məşğul olan keçmiş kəşfiyyatçılar tərəfindən aldadılıb. Bu cinayətdə onların əli var. Məhz onların hüquq-mühafizə orqanlarındakı əlaqələri heç bir sənəd olmadan Yuranın cəsədini götürməyə və dərhal onu yandırmağa icazə verdi ki, heç bir iz qalmasın. İnanıram ki, Yuranı mənə qarşı qaldıran acgöz əclaflar öldürüblər. Onlar Yuranı mənimlə olan mübahisəsini müzakirə etmək bəhanəsi ilə bağ evinə apardılar. Müəlliflik hüququ heç vaxt Şatunova qaytarılmayacaqdı. Amma ona pul verməmək üçün Yuranı aradan götürülməsinə qərar verilmişdi. Ona görə də hesab edirəm ki, bu, pul qazanmaq və işin bütün materiallarını gizlətmək məqsədilə iki nəfərin qətlidir. Daha ətraflı araşdıracağıq. Bu məsələ belə qalmayacaq".

Qeyd edək ki, müğənni Yuri Şatunovun kəskin ürək çatışmazlığından vəfat etdiyi deyilirdi. ( axşam.az)
 

 
Ardını oxu...
 
Bir neçə gün əvvəl Türkiyədə həbs edilən azərbaycanlı repçi Asya Əlizadə azadlığa buraxılıb. 
Bu barədə o, sosial şəbəkə hesabında bildirib. 
Repçi məşhur müğənni Yıldız Tilbenin həbsdən çıxarkən oxuduğu "Delikanlım" mahnısını səsləndirərək artıq azadlıqda olduğunu bəyan edib. 
Xatırladaq ki, Asya kliplərində narkotikin təbliğatını apardığı iddiası ilə saxlanılıb. 

Ardını oxu...
"Arıqlamaq üçün əməliyyat etdirməliyəm. Onu da niyə etdirim? Niyə mənim bədənimə bıçaq dəyməlidir ki?!"
Teref.az Axşam-a xəbər verir ki, bu sözləri aşıq Əli Tapdıqoğlu deyib.
Bir müddət əvvəl arıqlayan, indi yenidən çəki alan ifaçı arıqlamaq fikrinin olmadığını deyib:
"Bu boyla mən 60 kiloqram ola bilmərəm. Həkimlər pis başa düşməsin. Mənim öz fikrimdir. Allah şahiddir əməliyyat etdirməmişəm. Hər zaman deyirəm: pul verib kökəlirəm, niyə pul verib arıqlayım? Pul verib yeyirəm, halal qidalar alıram, gəzirəm. Sonra deyim, al, bu 10 mini, məni kəs, doğra və arıqlat".
Ardını oxu...
Türkiyəli məşhur sənətçi İbrahim Tatlısəs 5 ildir evində razılığı olmadan yaşadığını iddia etdiyi nəvəsi Mert Tatlısəsi məhkəməyə verib.

İbrahim Tatlısəs, həmçinin Mert Tatlısəsin atası Ahmet Tatlısəslə də məhkəməlik olub.

Oğlu Ahmet Tatlısəslə əvvəllər miras məsələsinə görə məhkəmədə qarşılaşan sənətçi indi də nəvəsi ilə problemlər yaşayır.

İbrahim Tatlısəs nəvəsinin 5 ildir Sarıyer Oyak Sitesi məhləsindəki mənzilində icazəsiz yaşadığını iddia edərək onu məhkəməyə verib.
Ardını oxu...
Mənbə: Haber Global
 
Ardını oxu...
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın həyat yoldaşından boşanması bir neçə gündür gündəmi alt-üst edib.

Eşqin Cəlilovla Aysun İsmayılova may ayının 3-dən rəsmən boşansalar da bir neçə gündür tərəflər ayrılıqlarının səbəblərini açıqlayır və bu məsələ müzakirələrə səbəb olub.

Bəziləri isə məşhurların evliliklərinin saxta olduğunu iddia edir və onları tənqid atəşinə tuturlar.

Məsələ ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bu cür məsələlərin gündəmə çevrilməsində yeganə günahkarın Rəqsanə İsmayılova və ailəsi olmadığını bildirib:

"Burada günah 50/50-dir. İnsanların yarısı onların boşanmasından gündəm tutur. Amma bəzən insanlar şantaja, qeybətə məruz qalırlar. Bu da yolverilməzdir. Mən şou-biznes mühitinin adamı olmadığım üçün Rəqsanə xanımı tanımıram, heç üzünü də görməmişəm.

Bu məsələdə məişətlə, əxlaqla bağlı bir çox problemlər var, ona görə tək bir nəfəri ittiham etmək haqsızlıq olar. Son vaxtlar eybəcər, təsadüfi, səsi olmayan xanımlar gündəmi zəb ediblər. Onlar ətəyini, balağını qaldırmaqla, sinəsini açmaq gündəmdə qalmağa çalışırlar, nə səsləri, nə də musiqi təhsilləri var. Kiminsə yazdığı şeirlərə əndrabadi mahnılar oxuyurlar, rəqs edib yanlarını atırlar. Mən bunun günahını xalqda və televiziyalarda görürəm".

Kinorejissor yerli telekanalları da sərt tənqid edib:

"Televiziyalar bu cür mənasız, mahiyyətsiz, bizim əxlaqımıza, milli-mentalitetimizə uyğun olmayan adamları haradan tapıb efirə çıxarırlar?! Bir də görürsən azyaşlı uşaq da çıxıb edirdə oynayır, ədəbaz-ədəbaz hərəkətlər edir. Bunlar bizi hara aparırlar? Efirə çıxarmağa namuslu, əxlaqlı, ziyalı ailədən gələnlər yoxdurmu? Onlar kimi təbliğ edirlər? Məni yandıran, odur ki, mənim gözəl xalqım da onları televiziyada görür, gedib borca pul tapır, bir kisə pul verib toyuna o "manıs"ları dəvət edir.

Bu məsələ günah tək Rəqsanə xanımda olmasa da, bu, kütləvi şoumenliyin, nəzarətsizliyin bir nümunəsi də yəqin ki, o xanım və ailəsidir. Təəsüflər olsun ki, onu şəxsən tanımıram və nə mənfi, nə də müsbət fikir bildirməyəcəyəm. Mən belə halların gündəm mövzusuna çevrilməsinin, hər kəs tərəfindən müzakirə olunmasının ümumi səbəblərini sadalayıram". \\Milli.Az
 
Ardını oxu...
Rusiyanın Solneçnoqorsk şəhər dairəsinin Əmlakın İdarə Edilməsi Komitəsi müğənni Alla Puqaçovaya qarşı iddia qaldırıb.

Buna səbəb 2021-ci ilin aprelindən bəri sənətçinin Berejki kəndindəki torpaq sahəsinin icarə haqqını ödəməməsidir.

Hurriyyet.Az xəbər verir ki, bu barədə şəhər rəhbərliyinin mətbuat xidməti məlumat yayıb.

“7 aprel 2023-cü il tarixində Əmlakın İdarə Edilməsi Komitəsi 2021-ci ilin aprel ayından yaranmış borcun ödənilməsi üçün Moskvanın Tverskoy rayonunun 367 saylı Sülh Məhkəməsinə iddia ərizəsi göndərib”, - məlumatda deyilir.
Ardını oxu...
 

Ardını oxu...
    

Müğənni Aysel Əlizadə Turanə Nəcəfova adlı qadının ailəsini dağıtması, onun həyat yoldaşı Elçini əlindən alması ilə bağlı ittihamlara cavab verib.
Müğənni “Instagram”da bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini yazıb:
“Son vaxtlar barəmdə səslənən əsassız, həqiqətə uyğun olmayan və yalan fikirlərlə əlaqədar hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət etməkdəyəm. Şərəf və ləyaqətimin alçalmasına yönələn əsassız fikir formalaşdıran, yəni məlumat mənbələri olan şəxslər qanun və məhkəmə qarşısında cavab verəcəklər”.
“Dərhal televiziyada və yayımlanan verilişdə barəmdə əsassız fikirlər səsləndirilməsinin dayandırılmasını, həmçinin, təkzib verilməsini, üzr istənilməsini tələb edirəm. Bu məsələ hüquq müstəvisində öz həllini tapacaq.
Məndən açıqlama istəyən dəyərli izləyicilərim, dostlarım, həmkarlarım, susmağıma səbəb bu idi. Bu olanlar məni ruhdan sala bilməz, əksinə, daha da güclü oluram. Və sona qədər haqqımı tələb edəcəyəm”.

oxu.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 
 
Ardını oxu...
“Efirdə adamı sürüklüyüb salırlar o ciddiliyə”.

DİA.AZ yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev efirdə deyib.

Adının qalmaqallarda hallanmasının hər zaman əleyhinə olduğunu deyən sənətçi çox vaxt özündən asılı olmayaraq buna təhrik olunduğunu bildirib:

“İndi mənim o yaşım deyil ki, kiminləsə qalmaqal edim. Tanınmamış müğənniyə ola bilsin ki, kiminləsə qalmaqal yaratmaq lazımdır. Hərdən məni görənlər deyir, səni belə tanımazdım. Deyirəm, nə mənada. Deyir, sən çox sadə, çox fərqlisən, amma efirdə başqa cür görünürsən. Deyirəm, efirdə elə hallarla qarşılaşırsan, o məqamda sadəlik gözə görünmür, sözünü yeritmək istəyirsən ki, belə yox, belədir. Amma burada oturub qardaşyana çay içirik.

Məni çox ciddi adam kimi tanıyırlar. Amma yumoru sevən, deyib-gülən adamam. Amma efirdə adamı sürüklüyüb salırlar o ciddiliyə. Əsəbi insan kimi görünürəm. Əslində, mən çox səmimiyəm, deyib-gülməyi, zarafat etməyi bacarıram”.
 
Ardını oxu...
Aktyor Ostin Batler sevgilisi Kaye Qerber ilə evlənmək istəmir

Publika.az xəbər verir ki, bu barədə "Radar Onlin" nəşri mənbəyə istinadla məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, 31 yaşlı Ostin Batler işlə məşğul olduğu üçün 21 yaşlı Kaye Qerberə ürək açmağa tələsmir.

“Kaye yaxın gələcəkdə Ostinlə evlənmək istəyir, lakin o, evliliyin hazırda onun radarında olmadığını açıqlayır. O görür ki, onun karyerası birinci yerdədir və bu, çətin ki, dəyişsin", - deyə jurnalistlər insayderin sözlərindən sitat gətiriblər.

Onların arasında olan münasibət ilk dəfə 2021-ci ilin dekabrında üzə çıxıb. Model daha əvvəl "Euphoria"nın ulduzu Ceykob Elordi ilə görüşmüşdü.

Batler "Ən yaxşı kişi rolu" nominasiyasında "Oskar" mükafatına namizəd olub ( "Elvis" filmindəki Elvis Presli roluna görə ), lakin Brendan Freyzerə uduzub. Qerber onu "Vanity Fair" şənliyində müşayiət edib.

Qeyd edək ki, Kaye Qerber supermodel Sindi Kroufordun qızıdır.
 

Dünyapress TV

Xəbər lenti