Ardını oxu...
Ermənilər “Cənab leytenant” mahnısını təhrif etdilər: Şəmistan Əlizamanlıdan REAKSİYA - FOTO
By gunaytahmaz 08 Sentyabr 2023 20:04

Ermənilərin musiqilərimizi, milli yeməklərimizi, toponimlərimizi və digər mədəniyyət nümunələrimizi öz adlarına çıxardıqları bəs deyilmiş kimi indi də mahnılarımızın sözlərini təhrif etməyə başlayıblar.

Şəmistan Əlizamanlının ifasında sevilən “Cənab leytenant” mahnısının sözlərini, necə deyərlər, özlərinə sərf edən şəkildə “tərcümə” ediblər.

Erməni istifadəçilər sosial şəbəkələrdə yazırlar ki, guya mahnıdakı “hay” kəliməsi “erməni” mənasını verir. Guya azərbaycanlılar hərbçilərdən erməniləri istəyir və bunun mənası onları ələ keçirib, öldürməkdir.
Ardını oxu...
Şəmistan Əlizamanlı məsələ ilə bağlı demokrat.az-a açıqlama verib.

“Gülməlidir. Nə deyə bilərəm?! Erməni xisləti öz sözünü deyir. Bu sözlərə sadəcə gülməklə cavab vermək olar”, – deyə Ş.Əlizamanlı qeyd edib.
 

        
Ardını oxu...
Aktrisa Zarina Qurbanovanın Türkiyədəki tətili burnundan gəlib.

Bizim.Media xəbər verir ki, məşhur sosial şəbəkə hesabında paylaşım edərək, qəfil yıxılaraq ayağını burxduğunu bildirib.

“Və heçnədən yıxılan həmin o “topal” qız. Bütün gecəni yatmamışam. Sən demə ayağım burxulub. Tətilim yarımçıq qaldı. 39 dərəcə qızdırmam var. Kimin gözü dəydi mənə, çıxsın tökülsün”, - deyə Zarina yayımladığı postda yazıb.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Yenicə Bodrumdan tətildən qayıdan müğənni Zamiq Hüseynov İtaliyaya istirahətə yollanıb.

Oxu.Az-ın məlumatına görə, Zamiq bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Milanda istirahətin dadını çıxaran müğənni şəhərdə fəaliyyət göstərən futbol stadionlarının birinə üz tutub.
Müğənninin Milana səyahətindən lentə aldığı görüntüləri təqdim edirik:

Ardını oxu...
 
Ardını oxu...
Türkiyədə yayımlanan “Kim Milyoner Olmak İster” verilişində maraqlı anlar yaşanıb.

Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, verilişə qatılan Rabia Birsen adlı fiziki məhdudiyyətli iştirakçı ard-arda verdiyi doğru cavablarla milyonluq sualı açdırmaq haqqı qazanıb.

24 yaşlı Rabia “İstiqlal Marşını TBMM kürsüsündə ilk dəfə kim oxuyub” sualına doğru cavab verərək 400 min TL (25 400 AZN) qazanıb. Gənc qızın bu qələbəsindən sonra aparıcı Kenan İmirzalıoğlu “Səni qucaqlayıb öpmək istəyirəm. Möhtəşəmsən” deyərək onu alnından öpüb.Rabiaya 1 milyon TL-ni (63 500 AZN) qazandıracaq 12-ci sual isə növbəti verilişə saxlanılıb.

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Məni aldadan şəxsi heç vaxt bağışlamaram…”.

DİA.AZ Yeniçag.az-a istinadla xəbər verir ki, bu sözləri aktrisa Çimnaz Sultanova deyib.

“Vicdan haqqı” serialında Larisa obrazı ilə tanındığını deyən aktrisa həmin obrazla həyatdakı Çimnaz arasında heç bir oxşarlıq olmadığını bildirib:

“Larisa səbirli, dözümlü , sevgiyə görə özünü qurban verən bir qadındır. Mən heç vaxt Larisa kimi ola bilmərəm. Məni aldadan şəxsi heç vaxt bağışlamaram. Xəyanət yalnız kişi-qadın münasibətində olmur. Rəfiqələrin arasında da olur. İnsanı bağışladıqca, sən onun əlinə bir silah, fürsət verirsən ki, o gələn dəfə səni öldürsün.

Buna görə də hesab edirəm ki, insanlara güzəşt etmək, onları bağışlamaq olmaz”.

Ardını oxu...
Sentyabrın 23-də Ermənistanda konsert verəcək məşhur amerikalı reper Snop Doq Azərbaycana qarşı təxribata əl atıb.

DİA.AZ teleqraf.com-a istinadla xəbər verir ki, sosial şəbəkə hesabında ermənilərə mesaj ünvanlayan reper Qarabağ separatçılarını da unutmayıb.

Snop Doq paylaşımında separatçıların “artsax” xülyasına da yer verib.

“Əziz ermənilər, düşüncəmdə sizinləyəm və Ermənistan, “artsax” və bütün dünya ermənilərinə öz sevgimi göndərirəm. Hər kəsə sülh, sevgi və güc arzulayıram. Mən gəlirəm, sentyabrın 23-də görüşəcəyik”, - reper bildirib.

Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana onu məhkəməyə verəcəyini bildirib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Canana sosial şəbəkə hesabında paylaşım edib.

“Hər gün mənimlə danışan, uşaqlarla bağlı mövzuları bölüşən, evdə görüşən, görüntülü danışan Mətanət İsgəndərli! Efirə çıxıb yalandan təzə gəlinin ailəsinin qorxusundan dediklərinə görə Allah qarşısında cavab verəcəksən”, - deyə Canana qeyd edib.

O, keçmiş qayınanasını məhkəməyə verəcəyini açıqlayıb:
“Mənə deyirdin ki, sakit ol, təzə gəlin bilməsin, uşaqları götürmə, yoxsa gəlib hər şeyə yiyələnər. İnsanda bir üz olar. Uşaqlarımı anasız qoyan qadın! Səninlə rol oynamaqdan, sənin oyunlarına aldanmaqdan bezdim. Sən çox təhlükəli insansan. Mənim analığımı hər dəfə milyonlarla insanların qarşısında təhqir etdiyinə görə səni və o verilişin aparıcısını da qarşı tərəf olmadan məni müzakirə etdiyiniz üçün məhkəməyə verirəm.

Bu gün keçirdiyim stresə, övladlarımın yanında əzildiyimə, axıtdığım göz yaşlarıma görə cavab verəcəksiniz. Uşaqların yaşamasını düşünənsənsə, onları evlə təmin etməlisən. Məni bütün mülklərdən imtina etməyə məcbur qoydun, iş yerlərimdən etdin. Saflığımdan istifadə edib oynayırsan mənimlə. Nə vaxta kimi? Allah var axı”.

Qeyd edək ki, Mətanət İsgəndərli bu gün qonaq olduğu “Yaxşıya doğru” ictimai-sosial verilişində Canananı üç övladını atmaqda qınayaraq, onu bu hərəkətinə görə heç zaman bağışlamayacağını vurğulayıb.

Ardını oxu...
“Bütün televiziyalar məni efirlərinə dəvət edir. Amma mən seçib gedirəm. Efirə qaçmıram. Efir əlbəttə ki, lazımdır, amma sənətkar gərək özünə hörmət də etsin. Müğənni var ki, özü zəng edib deyir ki, məni niyə verilişlərə çağırmırsan?! Mədəniyyət və İncəsənət universitetində pedaqoji fəaliyyətlə məşğulam. Tələbələrimə də hər zaman deyirəm ki, birinci sənət üçün işləyin, daha sonra efirlərə can atın. Onlar peşəkarlaşandan sonra dəstək oluram, birlikdə efirlərə çıxırıq”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Simarə İmanova deyib. Sənətkar daha sonra müəllimini xatırlayıb.

“Xalq artisti Ağaxan Abdullayevdən dərs almışam. Əvəzolunmaz sənətkarımız olub. Ondan çox şeylər öyrənmişəm. Həmişə Ağaxan müəllimə rəhmət oxuyuram. Cavanlarımız, gənclərimiz var, amma sənətkarlarımızı əvəz edə bilmirlər. Bir sənətkarın yetişməsi uzun illər alır. Buna bəlkə də yüz illər, min illər lazımdır” deyə xalq artisti bildirib.

Sənətkar sosial şəbəkələrdən uzaq düşdüyünü bildirib.

“Sosial şəbəkələrə vaxt ayırmağa zamanım olmur. Həm də həvəssizəm. Düşünürəm ki, vaxtımı ailəmə ayırsam daha yaxşı olar. Sənətçi üçün əlbəttə ki, müasir dövrdə sosial şəbəkələr önəmlidir. Zaman bunu tələb edir. Amma sosial şəbəkə də o deyil ki, kiməsə söz atasan, lazımsız nələrsə paylaşasan. Onu da səmərəli və faydalı istifadə etmək lazımdır. Mənim səhifələrimlə övladlarım məşğul olur” deyə xanəndə bildirib.

Xalq artisti oğlunu erkən nişanladığını da bildirib.

“Oğlum 18 yaşında nişanlanıb. Hələ gəlinim də, oğlum da təhsil alır. Nişan oldu, üzük taxdıq ki, qız bizimdir. Oğlum sevib, seçib. Mən də onun seçiminə hörmət edirəm. İnanın ki, ona gəlinim kimi yox, qızım kimi baxıram. İnşallah, toy da olacaq” deyə sənətkar bildirib.
Ardını oxu...
 

Model Səmra Hüseynova aparıcı Zaur Kamal ilə bağlı iddia ortaya atıb.

Model videoaçıqlama yayaraq "Həmin Zaur" proqramına çıxmaq üçün ondan pul istənildiyini vurğulayıb. Səmra bildirib ki, heyət üzvlərindən biri ona zəng vuraraq sözügedən verilişə qonaq qismində qatılması üçün 1000 manat pul istəyib:

"Zaur Kamalın verilişindən zəng gəlib. Onlar məndən 1000 manat pul istəyiblər. Zaur deyir ki, mən onlara 1000 manat pul verim və verilişinə çıxım. Təsəvvür edin, "Miss Azerbaijan - 2019” Səmra 1000 manat pul verməlidir. Zaur Kamal, bu nə məsələdir? Məəttəl qalmışam". (Axşam.az)

Dünyapress TV

Xəbər lenti