Ardını oxu...
Tanınmış fitnes məşqçisi Kamil Zeynallı eşşəyə qarşı amansız rəftar edən şəxsi ifşa edib.

Sosial şəbəkə hesabında bu barədə paylaşım edən idmançı qoşqu vasitəsi kimi istifadə edilən heyvanı “Niva” markalı maşına bağlayaraq ardınca sürüyən şəxsi sərt şəkildə qınayıb.

Zeynallı dəhşətli görüntüləri sosial şəbəkə hesabında paylaşaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “İnstagram” hesabını işarələyib və tədbir görülməsini xahiş edib:

“Daxili İşlər Nazirliyindən xahiş edirəm, hər zaman haqqın yanında olan polisimiz “Niva” sürücüsünə cəza versin. Bu dəfə eşşəyi sükan arxasına keçirək, sürücünün boynuna ip bağlayıb bu cür edək. Məncə, eşşək buna razı olmaz, çünki eşşəkdə olan şərəf bu alçaq sürücüdə yoxdur! Xahiş edirəm, tədbir görün”.

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
Xəbər verildiyi kimi bu günlərdə “Laçın şəhəri günü” ilə bağlı bayram şənliyi təşkil olundu. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə iştirak etdi. Bu dəfə illərdir Məhəbbət Kazımovun ifasında məşhur xitə çevrilmiş “Laçınım mənim” mahnısı Laçın diyarından səsləndi.

Həmin tədbirdən sonra mahnının sözlərinin müəllifinin kim olduğu məsələsi gündəmə gəldi. Günlərdir aktual qalan məsələ ilə bağlı hələ də müzakirələr gedir.

Qeyd edək ki, mahnının sözlərinin müəllifi kimi üç nəfərin - əslən Laçından olan coğrafiya müəllimi Osman Alıoğlu, tovuzlu polis Fəxrəddin Rəhimov və Xalq şairi Məmməd Aslanın adı hallanır.

Araşdırmalar nəticəsində mahnının sözlərinin müəllifinin Osman Alıoğlu olduğu məlum olub.

TEREF.AZ bildirir ki, bu barədə Bizim.Media-ya danışan Osman Alıoğlu müəllifi olduğu mahnının sözlərinin necə ərsəyə gəldiyindən bəhs edib.

Müsahibimiz qeyd edib ki, Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra polis Fəxrəddin Rəhimov yenidən mahnının sözlərini öz adına çıxıb:

“Əslən Laçının Mişni kəndindənəm. Hazırda Laçın məktəbində coğrafiya müəllimi kimi çalışıram. Laçın işğal olunanda Qubadlıda məskunlaşmışdım. “Laçınım sevincim, kədərim mənim” adlı bu şeiri 1993-cü il mayın 17-də Həkəri çayının sahilində yazmışam. Əlyazma dəftərimdə də həmin tarix qeyd olunub.

Mənim bundan əlavə çoxlu şeirlərim də var ki, indi də onlara mahnı bəstələnib və ayrı-ayrı ifaçılar tərəfindən səsləndirilir. Müəllif Hüquqları Agentliyi ilə heç əlaqəm olmayıb. Rəhmətlik Məhəbbət Kazımov biləndə ki, şeirin müəllifi mənəm, özü gedib adıma təsdiqlədib. Onunla tanışlığımız mahnı bəstələnəndən sonra olub.

O, mahnını ilk dəfə 1997-ci ildə Füzulidə əsgərlərin qabağında oxuyub. Efirdə oxuyanda dəftərimi götürüb baxdım ki, mənim şeirimdir, amma sözlərin yerlərini dəyişiblər. O vaxtlar bir jurnalist dostum var idi, Məhəbbət Kazımovla tanış idi, ondan Məhəbbət Kazımovla bizi görüşdürməyini xahiş etdim. Bilmək istəyirdim bu şeiri haradan əldə edib”.

Osman Alıoğlu şeirin Məhəbbət Kazımovun əlinə necə keçməsindən danışıb:

“1994-1995-ci illərdə “Təzadlar” qəzetində 4 ay işləmişdim. Laçının işğal günü ilə bağlı qəzetə üç şeir vermişdim. Necə oldusa, o şeirlər redaksiyadan yox oldu. Mən şeirin Məhəbbət müəllimin əlinə necə keçməsi ilə maraqlandım. Məhəbbət müəllim ilk görüşdə mənə dedi ki, bu şeiri mənə əslən tovuzdan olan yol polisi Fəxrəddin Rəhimov verib və araşdırcağına söz verdi. Fəxrəddinlə məni üzləşdirdi. Yanımızda 15 nəfərə qədər şair də var idi. O məclisdə sübut olundu ki, şeir mənimdir. Fəxrəddin sadəcə sözləri dəyişib.

Məhəbbət müəllimin çox gözəl xüsusiyyəti var idi ki, sözü üzə deyən idi. Orada “Fəxrəddin sən dostumsan, Osman sən isə yerlimsən, bu gün birinizi buradan qovacağam” dedi. Fəxrədiinə dedilər ki, bu şeirin əlyazmasını oxu. Oxudu, dedilər ki, başqa bir şeir də oxu. Bildirdi ki, mənim başqa şeirim yoxdur, yazmamışam. Mənim şeirlərimi eşitdilər. Laçına aid iki şeir oxudum, dəftərimi alıb əlyazmalara baxdılar. Məhəbbət müəllim elə oradaca Fəxrəddinə “bir də gözümə görünmə, adam başqasının yazısını oğurlayıb kiməsə verməz” dedi.

Məni təəccübləndirən odur ki, Fəxrəddinin 2014-cü ilə, yəni Məhəbbət müəllim rəhmətə gedənə qədər səsi çıxmadı. İndi Məhəbbət müəllim yoxdu, amma Allahı burdadır. Adam insanın sağ vaxtında qarşısına çıxar və boğazdan yuxarı danışmaz. Kaş Məhəbbət müəllim sağ olaydı, bu oğurluğun üstündə Fəxrəddinə nələr edərdi, onu Allah bilir. Hansı sözləri yazmısansa, o cür də çap etdir, niyə başqasının şeirini oğurlayıb sözlərini dəyişdirirsən?”

Osman Alığolunun sözlərinə görə sonralar nəşr olunan “Min bir mahnı” adlı kitabda “Laçınım mənim” mahnısının sözlərinin müəllifi kimi şair Məmməd Aslanın adı qeyd edilmişdi:

“Müəllifin kimliyini bilməyib onun adını yazmışdılar. Məhəbbət Kazımov mənim də xəbərim olmadan Məmməd müəllimlə danışıb, o da "şeir mənim deyil" demişdi. O, kitabların hamısını satışdan yığışdırıb, yenidən dərc etdirdi və mənim müəllif kimi adımı ora saldırdı.
O vaxt çox şairlər mənə zəng edirdi ki, Yazıçılar Birliyinə üzv olum. Mən istəmədim və bu gün də istəmirəm. Çünki mən özümü Yazıçılar birliyinə layiq bilmirəm. 5-10 şeirimə Könül Xasıyeva, Elnarə Abdullayeva da mahnı oxuyurlar. Mən müəlliməm, sadəcə sözlə oynamaq, şeir yazmaq hobbimdir”.

Osman Alıoğlu Laçınla bağlı arzusu gercəkləşdiyi üçün özünü xoşbəxt hiss etdiyini dilə gətirib:

“Xoşbəxtəm ki, məğrur ordumuz və Prezidentimiz Laçını işğaldan azad etdi. Özümə söz vermişdim ki, Laçın azad olunanda ora ayaqyalın gedəcəyəm. Bu il iyunun 7-də ziyarətinə də elə getdim. Yaşım çox olsa da, ayaqyalın kəndimizə qədər yeriyə-yeriyə gedə bildim. Bu, mənim üçün dünyanın ən böyük bəxtəvərliyi oldu”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
 

“Elə bildim ki, toyum iki saata bitdi. Toyumdan doymadım, bol rəqs edə bilmədim. Toyumun həmin gecəsi Dubaya bal ayına gedirdik. Düzdür, çox rəqs etdik. Amma doymadım. Toyumda dostumu da tanıdım, məni istəməyən insanları da tanıdım. Kimi ki, toyumda gözləyirdim və ondan çox böyük gözləntilərim vardı, həmin o insanlar toyuma gəlib, yalandan küsüb getdilər. Kimdən ki, gözləmirdim, o insanlar o qədər içdən və ürəkdən toyumda iştirak etdilər ki… Dedim ki, həyat doğrudan da çox qəribədir”.

Bu sözləri ötən ay təmtəraqlı şəkildə toyu olan aparıcı Çinarə Əliyeva qonaq olduğu “Özəl” verilişində deyib.

Televiziya ulduzu söz verib, lakin toyuna gəlməyən məşhurları efirdə biabır edib. Çinarə bildirib ki, Sevil və Sevinc Səfərova bacılarını həm ad gününə, həm də toyuna dəvət etsə də, onlar hər iki məclisə gəlməyiblər.

 “Ən çox xoşuma gəlməyən Sevil və Sevinc Səfərova bacılarının hərəkəti oldu. Onlar toyuma gəlmədilər. Qızların xətirlərini çox istəyirəm. Onlar məndən iki dəfə xahiş ediblər, bir dəfə məclislərində, bir dəfə də yaxınlarının mağaza açılışında iştirak etməyimi. Mən də canla-başla iştirak edib, hətta öz sosial şəbəkə hesabımda paylaşım da etmişəm. Restoranımın açılışı oldu, bacıları çağırmışdım, gəlmişdilər.

 Doğum günü məclisi keçirdim. Sevil və Sevinci dəvət etsəm də, gəlmədilər. Toyuma bacıları dəvət etdim və özlərinə söylədim ki, ad günümdə gəlmədiniz, amma toyumda mütləq iştirak etməlisiniz. Söylədilər ki, ayıb olar, gələcəyik. Toyuma iki gün qalmış qızlarla yenidən əlaqə saxladım. Söylədilər ki, gələcəyik. Amma gəlmədilər. Türkan Vəlizadə əvvəlcədən gələ bilməyəcəyini dedi, amma toyuma öz bacısını yolladı. Sərxan Kərəmoğlu Şəkidə olduğuna görə, gələ bilmədi. Amma mənə söz verənlər toyuma gəlmədilər”.

Aparıcı həmkarı Afaq Gəncəlinin də sözünü tutmadığı və ondan incidiyini vurğulayıb:

“Afaq Gəncəlini də toy məclisinə dəvət etmişdim. Amma gəlmədi. Düzdür, o, hədiyyəsini yollamışdı. Amma onu sonra Zümrüd Bədəlovanın doğum günündə gördüm. Ona söylədim ki, keçən il doğum günü etdim, səni çağırdım, gəlmədin. Toyum oldu, səni çağırdım, yenə də gəlmədin. Bu, toydur. Bu, ad günü deyil ki, gələn il gələsən. Toy həyatda bir dəfə olur. Afaqa sual verdim ki, bəlkə, sən özünü mənə yaraşdırmırsan? Cavab verdi ki, yox və pis olub məni qucaqladı.

Dedi ki, səni çox istəyirəm. Ona dedim ki, nişanımın sabahısı günü bütün efirlər məndən xahiş etdilər ki, verilişlərinə gəlim, amma sən zəng vurub söylədin ki, canlı efirimə gəlməlisən. Və mən də onun sözünü iki etmədim, verilişinə getdim. Afaqa dedim ki, səndən özümə qarşı bu münasibəti gözləmirdim”.

Çinarə müğənni Nura Surinin toyundan inciyib getdiyini açıqlayıb:

“Müğənni Nura Suri toyumdan küsüb getdi. Nura üçün üç masa dəyişdirdik. Yenə də narazı oldu. Nuranın xasiyyəti belədir də, hər şeydən narazıdır. Şəbnəm Tovuzlu toyuma gəlməsə də, qızını yolamışdı. Ceyhun Qala da mənə sonra dedi ki, toyundan küsüb getdim. Çünki mənə dedilər ki, orada yox, burada otur. Müğənnilərə toydan əvvəl demişdim ki, ürəyiniz harada istəsə, orada oturun. Tolik dedi ki, Bodrumdayam gələ bilməyəcəyəm”.

Aparıcı müğənni Ayan Babakişiyevadan da küsdüyünü etiraf edib. O bildirib ki, Ayan toya gələcəyini söyləsə də, lakin sözünə əməl etməyib:

“Ayan Babakişiyeva söz verdi ki, toyuma gələcək, gəlmədi. Sonra onu Zümrüdün ad günündə gördüm. Ona tərəf heç baxmadım. O isə söylədi ki, bilirəm ki, məndən incimisən. Başa düşmürlər ki, mən onlar üçün masa saxlatdırmışdım. Deyirlər ki, gələcəyik, amma gəlmədilər.

Eybi yox, mən də zamanı gələndə onların elədiyini artıqlaması ilə qaytaracam. Çünki mən cavab verməyi sevirəm. Niyam Salami də mənə söylədi ki, toyda danışmadığım insan olsa da, gəlib iştirak edib, səninlə rəqs edəcəm. Amma o da söz verdi, gəlmədi. Mən sizin 300-500 manat pulunuza qalmamışam. İstəyirdim ki, sadəcə toyumda istədiyim insanlar iştirak etsinlər. Onsuz da sabah onlar mənə yenə ağız açıb, zəng edəcəklər”. Qeyd edək ki, Çinarə Əliyeva iyulun 17-də plastik cərrah Ruslan Rəsul ilə ailə qurub. (bizim.media)

Ardını oxu...
Rusiyalı müğənni Yuri Şatunovun dul qalmış həyat yoldaşı pərəstişkarların məzarlılğa buraxılmayacağını bildirib.
Rusiyalı müğənni Yuri Şatunovun məzarına giriş avqustun 30-dan sentyabrın 6-dək bir həftə müddətinə məhdudlaşdırılacaq.
Bu barədə musiqiçinin dul arvadı Svetlana aparıcılıq etdiyi Teleqram kanalında məlumat verilib.
"Əziz pərəstişkarlar! Avqustun 30-dan sentyabrın 6-dək abidənin qoyulması üçün Yuri Şatunovun məzarı başında montaj və tikinti işləri aparılacaq. Xahiş olunur bu günlərdə qəbiristanlığa gəlməyin və işlərə mane olmayın. Sentyabrın 6-dan məzar ziyarət üçün açıq olacaq" - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Yuri Şatunov iyunun 23-nə keçən gecə 48 yaşında vəfat edib. Onun ölümünə infarkt səbəb olub.
Yuri Şatunov 6 sentyabr 1973-cü ildə Rusiyanın Başqırdıstan Respublikasının Kumertau şəhərində anadan olub. On bir yaşında anası dünyasını dəyişib.
Anasının ölümündən sonra bir müddət sərgərdan həyat sürüb, sonra isə Orenburq şəhərindəki internat məktəbinə köçürülüb və burada həvəskar özfəaliyyət dərnəyinin rəhbəri Sergey Kuznetsovla tanış olub.
Müğənni 1986-1991-ci illərdə "Laskovı May" qrupunun solisti olub. Onun ifa etdiyi "Ağ qızılgüllər"dən başqa, ən populyar hitləri arasında "Uşaqlıq" və "Çal gecə" mahnıları da var.
Bazar günü səhər saatlarında Moskvadakı Troekurovski qəbiristanlığında mərhum müğənni Yuri Şatunovla vida mərasimi keçirilib. Yüzlərlə insan Şatunovun xatirəsini yad etməyə gəlib, çoxu ağ qızılgül çələngləri gətiriblər.
Sputnik
Ardını oxu...
Türkiyəli aktrisa Öykü Gürmanın toyu təxirə düşüb.

Teref.Az axşam.az-a istinadən bildirir ki, sentyabr ayında Fatih İçmeli ilə nikah masasına oturmağa hazırlaşan aktrisanın evinin olduğu şəhərdə yanğın çıxdığı üçün buna çox kədərlənib. Bu səbəbdən toy etməkdən imtina edib.

Qeyd edək ki, aktrisa daha öncə də konsertlərinə görə toy tarixini dəyişmişdi.
 
Ardını oxu...
“Səhnədə sərbəst olmalısan ki, rahat ifa edəsən. İlk dəfə səhnəyə çıxanda mənəvi anamız Ceyran Haşımova bizə deyirdi ki, elə bilin səhnədə heç kimi görmürsünüz. Çünki utanırdıq, çəkinirdik. Gənc idik. İndi sərbəstlik sözü artıq başqa anlam daşıyır. Həddən ziyadə səmimi, sərbəst olmaq da bir şey deyil. Sərbəst olmaq o deyil ki, aç özünü qoy çöldə. Sənətkar tamaşaçısına, özünə hörmət etməlidir. Bizi ekran qarşısında uşaq da, böyük da, yaşlı da izləyir. Elə danışıb, elə gülməlisən ki, heç kim sənə qıcıq olmasın. Biz tamaşaçılara yüksək əhval-ruhiyyə bəxş etmək üçün sənətdəyik, onların qanını qaralda bilmərik”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib. Sənətkar geyimlərindən də danışıb.

“Mütləq şəkildə geyimlərimə müdaxilə edirəm. İstəyir o paltar hansı ölkədən gəlirsə gəlsin, mən onun nəyinəsə əlavə etməliyəm. Əlavəsiz mümkün deyil. Demirəm ki, modelyer düz etməyib, amma bu mənim öz fikrim olur. Elə geyimlərim var ki, çox ağırdır, onları daşımaq olmur. Mən artıq buna öyrəşmişəm. Ola bilər ki, geyimlərimi bəyənməyənlər var” deyə sənətkar bildirib.

Əməkdar artist gənclərə öz tövsiyyələrini də verib.

“50 ildir ki, səhnədəyəm. Biz zamanımızda çox əziyyətlər çəkmişik. Bu gün də gözəl müğənnilərimiz, xanəndələrimiz var. Amma onlar o əziyyətləri, zəhmətləri çəkməyiblər. Hər bir sənət dəryadır. Öyrəndikcə bitmir. Onlar birinci növbədə böyüklərə hörmət etməyi bacarmalıdırlar. Böyüklərdən sənəti öyrənmək lazımır. Mənəm-mənəm deməsinlər. O Allaha məxsusdur. Bir gənc müğənni ilə efirdə qonaq idim. Ona sual verdilər ki, kimləri bəyənirsən, kimlərlə duet oxumaq istəyirsən?! O ancaq özünü dedi. Sonra məndən incidi ki, Ruhəngiz xanım niyə məni tərifləmədi? Mən gözləyirdim ki, o məni tərifləyəcək. Özünü sevən insanı necə tərifləyim?! Özünü sev, amma yaşına, illərinə, sənətinə bax. Nə qədər gözəl oxusan da illərin hələ azdır” deyə əməkdar artist bildirib.

Əməkdar artist bildirib ki, səhnə adamı hər zaman baxımlı olmalıdır.

“Sənhə gözəlliyi, baxımlı olmağı tələb edir. Səhnə adamı özünə baxmalıdır. İmicimizdə dəyişiklik edən kimi bəzi izləyicilər yazırlar ki, bu nəyə oxşayır. Pis görünəndə deyirlər ki, bu nə gündədir?! Özümüzə baxırıq bir vay, özümüzə baxmırıq iki vay. Bəzən elə adam sənə münasibət bildirir ki. Tək desəm ki, mənə yazırlar yalan olar. Hamıya yazırlar. İnsanların içi qurdla doludur. Paxıllıqdan alışıb yanırlar, hamıya neqativ ötürürlər. Mənim heç kimlə problemim yoxdur. Belə şeyləri sevmirəm. Hamıya sevgiylə, mehribanlıqla, hörmətlə yanaşan biriyəm” deyə sənətkar bildirib.
Ardını oxu...
Müğənni Demet Akalın ötən gün Didimdə konsert verib.
Teref.az olay-a istinadən xəbər verir ki, konsert məkanına getmək üçün dəniz yolunu seçən Akalın qəza keçirib. Sənətçinin olduğu gəmi limana çırpılıb.
Demet Akalın yaşadıqlarını “İnstagram” izləyiciləri ilə bölüşüb.
Alnındakı şişkinliyi göstərən Demet Akalın dostlarından birinin də əlinin əzildiyini deyib:
“Yaxşıyam, narahat olma. Alnımda şiş var. Xaricdən çoxlu fanatlarım olduğu üçün onları tək qoymaq istəmədim. Çox ağır gəmi qəzası keçirdik. Mən əslində gecələr belə şeylərdən istifadə etmirəm amma 20 dəqiqəyə çatarıq deyə buna razılaşdım. Qayıq saniyələr içində batdı. Necə sağ qaldıq?Anlaya bilmirəm”.
Müğənni qəzaya səbəbin limanda işıqların yanmamasını göstərib.

 

Ardını oxu...

"Adıma dediyiniz sözün nə mənaya gəldiyini və bu söhbəti böyütsək haralara gedəcəyini düşündünüz görəsən? Məni kimlərlə qarışdırırsınız? Ermənidən, farsdan betər olub xalqımı satmışam məgər? Və ya vətənimə xəyanət etmişəm? Bəlkə satqınlıq edən zaman sizin yanınızda olmuşam və siz də buna əsasən bu fikirləri səsləndirmisiz?”

Bu fikirləri Bizim.Media-ya açıqlamasında müğənni Nigar Süleymanova Xalq artisti Əbdül Mahmudov barədə deyib. İfaçı onu da əlavə edib ki, qalmaqal üçün darıxıb gündəmə gəlmək istəmisiniz yəqin, bunun üçün də ünvan olaraq məni seçmisiz:

"Amma bu sözlərinizin cavabını verəcəksiniz. Lazımdırsa burda, lazımdırsa məhkəmədə hakim qarşısında. Siz birinci gedin yaşınıza hörmət edin, sonra nəyəsə rəy bildirərsiniz”.

Qeyd edək ki, müğənni Nigar Süleymanovanın "Dəli divanə” klipi barədə iradlarını bildirərkən Xalq artisti Əbdül Mahmudov belə bir ifadə işlətmişdi: "Belələri bu millətə ermənidən, farsdan daha çox ziyan vurur”.
Ardını oxu...
 

Bir müddətdir ayrılıq xəbərləri yayılan Azərbaycan əsilli akrtisa Çağla Şikel və sevgilisi Nail Gögenli barışıb.

Lent.az xəbər verir ki, Nail Gögenli sevgilisi ilə qucaqlaşdığı şəkli sosial şəbəkə hesabında paylaşaraq “Deyiləcəklər yazıldı” ifadəsini qeyd edib.

Xatırladaq ki, aparıcı və aktrisa Çağla Şikel müğənni Emre Altuğla 2015-ci ildə boşanıb. Onların 2 oğlu var.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...
“Qız uşaqları çirkin "qədeşvari" rəqslər edir”.

DİA.AZ Lent.az-a istinadla xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında bəstəkar müğənni Murad Arif yazıb.

"İnstaqram və TikTok-da çox bərbad, nataraz, əyilə-bükülə, ayaqlarını əyri ataraq oynayan oğlanlar məşğələlər yaradır. Görürəm ki, o məşqlərə yazılan onlarla balalarımız, qız uşaqları da daxil, beləcə, çirkin "qədeşvari" rəqslər edir. Biri də demir ki, "ay bala, milli rəqslər belə ayaqlarını əyri qoyaraq oynanılmaz"... Qız uşaqları heç belə oynamaz. İyrəncdir. Nə "müəllimi" qanır, nə də valideyni",- deyə o son zamanlar trend olmuş milli rəqs kurslarını tənqid edib.

Qeyd edək ki, son illər toylarda xüsusi rəqs qruplarının sifarişlə rəqs etmələri dəb halını alıb. Əvvəllər belə qruplar yalnız oğlanlardan ibarət idisə, indi qızlar da oğlanlara bənzər qruplar yaradıb, oğlan rəqsləri edirlər. Milli rəqs adı verilmiş bu rəqslər isə əslində peşəkar yox, həvəskar səviyyəsi ilə haqlı narazılıqlara səbəb olur.

Dünyapress TV

Xəbər lenti