Ardını oxu...
Dünyaya açılan pəncərənin - televiziyanın qarşısına keçərək dincəlmək əvvəllər gündəlik həyat tərzimizin bir parçası idi. Bu gün vəziyyət xeyli dəyişsə də, televizora baxanlar hələ də var. Yerli telekanallarda yayımlanan proqramların maraqlı olub-olmamağı barədə də birmənalı fikir yoxdur. Bu yöndə daim müzakirələr aparılır. Yəni bəyənib izləyənlər də var, kanalı dəyişənlər də.

Son günlər müzakirə olunan digər məsələ isə verilişlərin vaxtıdır. Bu gün yerli telekanallarda 2-3 saatlıq verilişlərə rast gəlmək olur.

Bəs görəsən, bu qədər uzun proqramlara gərək varmı?

DİA.AZ bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış aparıcı Kamran Həsənli bunun efir vaxtını doldurmaq üçün edildiyini açıqlayıb:

“Dünya təcrübəsində dəqiq bir qayda yoxdur ki, veriliş filan qədər davam etməlidir. Televiziyanın özünün konsepti var. Efir boş olanda, siyahısı (Televiziya dilində ona “setka” deyirlər) boş olanda verilişləri hətta 4 saat da uzatmaq olar. Bizim də efir boşdur. Televiziya kanallarına diqqətlə fikir versəniz, bunu müşahidə etmək mümkündür. Kanalı nə vaxt açasanız, vaxtaşırı boşdur. Kanalda nə mənalı, maraqlı veriliş, nə intellektual yarışma, nə şou-proqram görmək mümkündür. “Setka” boş olduğuna görə də, sosial proqramlar 2-3 saat davam edir, yavaş-yavaş danışırlar, mövzunu qəsdən uzadırlar və s. Sonradan özləri-özlərinə reytinq yazırlar. Reytinqi ən yaxşı internetdə görmək olar. “YouTube”a veriliş qoyulur və onun baxışı 30-40, maksimum 2-3 min nəfərdən o tərəfə keçmir. Bunu özləri də çox yaxşı bilirlər. Fikir versəniz görərsiniz ki, çox vaxt verilişləri heç “YouTube” kanalına da yükləmirlər. Çünki əmindirlər ki, bu zaman biabır olacaqlar”.

K.Həsənli aparıcıların “reytinq xətrinə edirik” kimi fikirlər səsləndirərək məişət mövzularını təbliğ etmələrini sərt tənqid edib:

“Aparıcılar reytinq ölçə bilməzlər, yalan deyirlər! Reytinqi sosial şəbəkələrə baxaraq şərhlərin, bəyənmələrin sayı ilə ölçə bilərsən. Onlar efirdə oturublar, veriliş aparırlar, hardan bilə bilərlər ki, bu veriliş reytinq verir, ya yox?! Reytinq ondan ibarətdir ki, bütün xalq sosial şəbəkələrdə onları söyür. Bu isə antireytinqdi. Hansı sosial şəbəkəyə girirsən bu tip verilişləri, aparıcıları xalq söyür, amma onların üzünə tüpürsən də, ağır sözlər desən də, deyəcəklər ki, əsas odur ki, bizə baxırlar, reytinqimiz var. Bununla özlərinə təsəlli verirlər.

Bu tip verilişləri niyə aparırlar? Çünki onlar özləri məişət düşüncəsində olan insanlardır. Kanalların rəhbərləri də, departament rəhbərləri də, aparıcıları da bu cürdür. Onların intellekti normal veriliş aparmağa imkan vermir, məişət problemlərindən kənar şeyləri düşünə bilmirlər. Bu insanlar həyatda da belədir, bir masa arxasında oturanda dünyada gedən proseslərdən, intellektual mövzulardan danışsan, bir neçə dəqiqə sonra darıxırlar, durub masanı tərk edirlər. Yaxud da deyirlər ki, “Sən Allah, başqa söhbət et”. Çünki özləri məişət adamlarıdır, məişət problemləri ilə yaşayırlar. Bu aparıcılar başqa cür proqram yarada və onun aparıcılığını edə də bilməzlər”.
Ardını oxu...
“TikTok” tərtibatçıları videoları yerləşdirməklə bağlı möhtəşəm yeniliyə imza atıblar. Belə ki, sosial şəbəkədə videolar artıq üçüncü tərəf platformalarının köməyi ilə yayımlana bilər.

Bu barədə şirkətdən bildirilib.

Məlumata görə, “Direct Post” adlanan yeni funksiya “Adobe Premiere Pro”, “Adobe Express”, “Twitch” və “CapCut”, “TikTok”un öz redaktə proqramı və s. kimi platformalarla inteqrasiya edir.

“Direct Post”dan istifadə etmək üçün müəlliflər “TikTok” hesablarını video redaktoruna qoşmalıdırlar. Təsdiq tamamlandıqdan sonra “API Content Posting”ə giriş verilir.

Artıq “TikTok”a daxil olmadan, məsələn, “CapCut”ın masaüstü versiyasından yayımlama parametrlərini təyin etmək və video göndərmək mümkün olacaq.
Analoji olaraq, “Adobe Premiere Pro” və “Adobe Express”-dən “TikTok”da videolar dərc etmək mümkündür.
Ardını oxu...
Mənbə: Postium.ru
 
Ardını oxu...
Bakı Apellyasiya Məhkəməsi şairə Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyeva arasındakı mübahisə barədə məhkəmə qərarını icra üçün Nərimanov Rayon Məhkəməsinə gönədrib.

Bu barədə “Qaynarinfo”ya Nazilə Səfərlinin vəkili Fuad Bədəlov məlumat verib.

Vəkil qeyd edib ki, məhkəmənin qərarına əsasən, Fatimə Fətəliyeva qarşı tərəfə 500 manat təzminat ödəməli və üzr istəməlidir:

“Məhkəmə prosesi yekunlaşıb. Bakı Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb və işi icra olunması üçün Nərimanov Rayon Məhkəməsinə qaytarıb. Könüllü icra müddəti 10 gündür. Əgər 10 gün ərzində icra olunmasa, məcburi icra tədbirləri başlayacaq. İcradan yayınması ilə bağlı inzibati məsuliyyət nəzərdə tutulur. Əgər icra olunmasa, cavabdeh cinayət məsuliyyəti daşıyır”.
Qeyd edək ki, tərəflər arasında qalmaqal sosial şəbəkədə başlayıb. Nazilə səhifəsində “Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla”, - deyə yazıb.

Fatimə Fətəliyeva bu sözlərin ona ünvanlandığını qeyd edib və Nazilə barəsində isə “Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də Nazilə Səfərli, ağzını yum, otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama ərəb rəqsi üçün paltar götürmüsən. Hara getmisən, kim üçün ərəb rəqsi oynamısan, yadına sal. Nazilə Səfərli, ağzını yum otur, mənimlə işin olmasın. Get, öz qabına bax gör, ərim deyə-deyə nə oyundan çıxırsan. Mən ərəb rəqsi oynayıb, ailəmi saxlayıb, uşaq böyütmüşəm”, - deyib.

Bundan sonra Nazilə Səfərli məhkəməyə müraciət edib.
Ardını oxu...
Müğənni Nüşabə Musayeva "Bizimləsən” verilişində doğma xalası haqda şok açıqlamalar edib.

DİA.AZ publika.az-a istinadla xəbər verir ki, müğənni canlı efir zamanı atasının anasına xalası ilə xəyanət etdiyini açıqlayıb:

"Xalam rayonda vaqonda qalırdı. Boşanmışdı. Anam onu Bakıya gətirtdi. Ona ev aldılar biz 4-cü, onlar 2-ci mərtəbədə qalırdılar. Sonra anam atamdan xahiş etdi ki, onu işə düəzltsin, atam da onu kitabxanada işə düzəltdi. Bir gün anamın vəziyyəti pisləşdi, təcili xəstəxanaya apardılar. Anam xalamdan xahiş etdi ki, gəlib bizimlə qalsın, o da öz uşaqlarını götürüb bizə gəldi, 3 uşağı vardı. Mən həmin vaxt 5-ci sinifdə oxuyurdum. Qonaq otağında hamımız bir qalırdıq, xalam bizimlə yatırdı. Bir gün gecə oyandım, xalamqızı ağlayırdı ki, anamı istəyirəm, xalamı tapa bilmədim, mətbəxə, hamama baxdım gördüm yoxdur. Atam həmişə üstü açıq yatırdı, dedim keçim onun üstünü örtüm. Elə yataq otağına girdim və gördüyümü gördüm…

İndi mənə kimsə deyə bilməz ki, bunu danışma, yaxud sən yalan deyirsən. Mən bunu gözümlə görmüşəm! Qapını açdım, geri çəkilmədim, baxdım. Gözümü zilləyib onlara baxırdım. Artıq gənc qız idim, hər şeyi qavrayırdım. Xalam gəldi ağzımın üstündən elə şillə vurdu ki, ağzım partladı”.

 

 

Ardını oxu...
 
Türkiyənin məşhur müğənnisi Mustafa Sandalın ayaqqabısı diqqət çəkib.
Xarici KİV xəbər verir ki, Onun konsert zamanı geyindiyi iri həcimli ayaqqabısı gündəm olub. Sandalın bu tərzi maraq doğurub.
Həmin görüntüləri təqdim edirik:

 
 

Ardını oxu...
Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir arada çıxış ediblər.

DİA.AZ OLAY-a istinadla yazır ki, sənətçilər baş tutan toy məclislərindən birində sevilən duetlərini səsləndiriblər.

Onların çıxışı maraqlı anlarla yadda qalıb.

 
Ardını oxu...
Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin nişanlanıb.

Teref.az “Axşam.az”a istinadən xəbər verir ki, məclis hazırda şəhər restoranlarından birində keçirilir.

Nəzrin gənc müğənni Mərdan Kazımovla nişanlanıb.

Qeyd edək ki, M.Eyubovanın dörd övladı var.
Ardını oxu...
 
Ardını oxu...
DİA.AZ- "Rusiyanın xalq artisti, öz karyerasına Polad Bülbüloğlunun kollektivində pianoçu kimi başlayan İqor Krutoy geydirmə sArsax haqqında əməlli-başlı sarsaxlayıb". Bu sərt etiraz formasını jurnalist Əzizə İsmayılova nümayiş etdirib.

DİA.AZ xəbər verir ki, Rusiyanın xalq artisti İqor Krutoy belə bir sərsəm fikirləri ilə diqqətə gəlib: "Mən bu qəhrəman xalqın (Sarsaxda yaşayanların...Ə.İ.) tarixini bilirəm. Bilirəm ki, ermənilər bu torpaqda yüzillərdir yaşayırlar və Sarsax elə bir yerdir ki, ermənilər orada daim yaşayıb və başqa xalqlarla, o cümlədən türklər və ərəblərlə qarışmayıblar. Demək istəyirəm ki, təmiz qanlı erməni axtarırsınızsa, onu Sarsaxda tapa bilərsiniz."

Buna etiraz edən jurnalist Əzizə İsmayılova isə qeyd edib: "Çağırın, yenə gəlib Bakının ən xod gedən zallarında konsert versin. Hətta aeroportdan konsert zalınacan yerə qırmızı xalı döşəyin. Ən bahalı oteldə yer ayırın, şəhərin mənzərəsindən zövq alsın...

Bu simasız adama hələ 2011-ci ilin martında Bakıda H.Əliyev sarayında yaradıcılıq gecəsi də təşkil etmişdilər. Onda ağız dolusu demişdi ki, "Я очень рад приезду в Баку. С бакинцами меня связывает крепкая старая дружба".

Yalansa bütün "дружба"lar gəlsin gözündən- "starıy" olanı da, "novıy" olanı da..."
 

 
Ardını oxu...
 
Müxtəlif qala gecələri məşhurların libasları ilə öyünmələri və başqalarını heyrətləndirmələri üçün yaxşı fürsətdir. Geyim uyğun ayaqqabılarla tamamlananda bu gözəldir. Amma məşhurlar bəzən elə ayaqqabılar seçirlər ki, qəribəliyi ilə geyimi kölgədə qoyur. Necə?
Həmin məşhurları təqdim edirik.
Rihanna

Ardını oxu...
Ledi Qaqa
Ardını oxu...
Dafna Ginnes
Ardını oxu...
Marqo Robbi
Ardını oxu...
Diana Kryuger
Ardını oxu...
Marion Kotyar
Ardını oxu...
Son olaraq Nikol Kidmanın geyindiyi bu yay ayaqqabısını aid olduğu marka cüt yox. bir tay olaraq istehsal edib. İkinci tayı aktrisa özü uyğunlaşdırmalı olub.
Zendeya
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Tanınmış müğənni Elmira Ələkbərzadə (Emma) məhkəməyə müraciət edəcək. DİA.AZ bildirir ki, o özü bu haqda Moderator.az-a danışıb. Sənətçi bildirib ki, saytlardan biri onun haqda “mədə kiçiltmə əməliyyatı etdirib” deyə xəbər yazıb.

“Saytda yayımlanan məlumatı mənə dünən yolladılar. Baxmayaraq ki, əqrəb bürcüyəm amma o qədər səbrliyəm ki. Tərbiyəm, mədəniyyətim heç vaxt imkan verməyib ki, bu illər ərzində mən hansısa problemə görə məhkəmə işi açım, prokuorluğa müraciət edim. Dünən artıq səbrim daşdı. Öz-özümə dedim ki, belə olmaz. Gecə ikən vəkilim İradə Cavadovaya zəng edib, məsələdən xəbərdar etdim. Saytın adını dedim. Əlbəttə ki, həmin saytdan rəsmi bir insanı tapacaqlar. Mənim üçün fərq etmir, kasıb saytdır yaxud da varlı sayt! Şərə və yalana görə mənə böyük məbləğ ödəyəcəklər. Sizin əlinizdə sübut olmaya-olmaya nə ixtiyarınız var ki, götürüb ağzınıza gələni yazasız. Kim sizə bu ixtiyarı verib? Bu tərbiyəsizlikdən başqa bir şey deyil! Onlar qanun qarşısında cavab verəcəklər” deyə müğənni bildirib.

Sənətçi deyib ki, hələ də onun mədə kiçiltmə əməliyyatı etdirdiyini düşünənlər var.

“Bilirsiniz bədbəxtçilik nədədir? Bilən də, bilməyən də rəy yazır. Mən ümumiyyətlə saytın sonunda yazılan rəyləri oxumuram, çünki özümü sevən insanam. Bəzi kütlə var ki, bisavaddılar. Bizim mədə kiçiltmə cərrahlarının bəziləri ilə efirlərə çıxmışam, hörmətim var onlara. Hətta onlar belə etiraf edirlər ki, siz elə bilirsiniz ki, mədə kiçiltmə əməliyyatından sonra ömür boyu zərif qalacaqsız, siz yanılırsınız. Böyük kütlə bilir, bu haqda məlumatlara sahiblənir. Amma balaca kütlə savadını artırmaq istəmir. Onların işi-gücü yoxdur. Bədbəxtdirlər. Ona görə də mən çəkilmişəm kənara, qanun işini görür” deyə müğənni bildirib.

Emma Ələkbərzadə xüsusi pəhriz proqramı ilə artıq çəkilərdən xilas olduğunu bildirib.

“Uzun illərdir, 2008-ci ildən bəri pəhrizdəyəm. Üstündən gör neçə illər keçib, mən yenə də formada qalmışam. Çünki buna iradə, güc, səbr lazımdır. Yemək də yeyirəm, amma qədərində. Süfrədən ac durmaq lazımdır. Çalışıram belə edim. Gör neçə ildir arıqlamışam, hələ də insanlar bunu müzakirə edirlər” deyə sənətçi bildirib.

Dünyapress TV

Xəbər lenti