Ardını oxu...
“Ən çox pul və yaxşı məclislər kabinetlərdə olur”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Təranə Musayevanın ifaçı qızı Qumral qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.

Qumral bildirib ki, iş adamlarının bahalı restoranlarının kabinetlərində təşkil etdiyi məclislərdə iştirak edir:

“Kabinetlərdə elə gözəl məclislər keçirilir ki, şou proqram da yalan olur, toy da. Orada olan pullar heç yerdə yoxdur. Artıq müğənnilər pulları kabinetlərdəki məclislərdən qazanırlar. Bəlli iş adamları var ki, onlar öz məclislərinin kabinetlərdə keçirirlər və məni də ora dəvət edirlər. Elə gəşəng qonorar verirlər ki... Kabinet dediyimiz yer bahalı restoranların kabinetləridir. Bəzi məclislər isə böyük bağlarda təşkil olunur. Bahalı restoranların kabinetlərinə getmək üçün külli miqdarda depozit ödəmək lazımdır. Buna görə də ora hər adam girə bilmir. Orada bəlli iş adamları oturur. O iş adamlarının “uzkiy kruqu” (kiçik çərçivəsi) var. Onlar da sevdiyi müğənniləri öz məclislərinə dəvət edirlər. Mən də o məclislərdə ifa edib gəşəng pul qazanıram”.

Qeyd edək ki, Qumral 17 yaşında ailə qurub. Onun bir övladı var.
 
Ardını oxu...
Müğənni Afət Fərmanqızı Arb televiziyasında yayımlanan "Həmin Zaur" verilişində şəxsi həyatından danışıb.

Teleqraf.com xəbər verir ki, Afət Fərmanqızı ikinci həyat yoldaşı Mamed Nanacanov haqqında bu sözləri deyib:

"Rusiyada həyat yoldaşımın şadlıq sarayı var. O, məndən əvvəl iki dəfə evli olub. İlk evliliyindən bir, ikinci nikahından isə iki övladı var. Biz rəsmi nikah bağlamışıq. Rəsmi nikah olmadan evliliyi qəbul etmirəm. Kimsə deyir ki, dini kəbin kəsdirmişik. Bu, mənə çatmır. Öncə rəsmi nikah olmalıdır, dini kəbin isə insanın istəyinə uyğun olmalıdır.

Onun restoranında çıxış etmişdim. Beləliklə, tanışlığımız başlamışdı. Həyat yoldaşım restoranında toy məclisi edən hər kəsə deyirmiş ki, Afət Fərmanqızı kimi ifaçı yoxdur, onu dəvət edin. Mənimlə evlənməyi düşünürmüş".

 
Ardını oxu...
  

Xanəndə Eldəniz Məmmədov qızı Nəzrinə toy edir.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi verilişlərin birində danışıb.

O, məclisin iyunun 11-də Bakıda keçiriləcəyini bildirib.

Qeyd edək ki, Eldəniz Məmmədovun qızı ötən ilin noyabrında Kamran adlı bəylə nişanlanıb.

Xanəndənin bir qızı və bir oğlu da var.

Ardını oxu...
Əməkdar artist Mətanət İsgəndərli illərdir ki, qalmaqal yaşadığı keçmiş gəlini Cananaya (Aynur Vaqifqızı) ev alıb.

TEREF bizim.media-ya istinadən bildirir ki, bu haqda Canana qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində danışıb.
"Mən hər zaman Mətanət xanımın hörmətini saxlayıram. O mənim anamdır. Artıq mən Mətanət xanımın evində qalıram. Uşaqlarımın yanındayam. Bizə Mətanət xanım ev də alıb. Sağ olsun! Kaş ki, onunla aramızda bu kimi söhbətlər olmazdı. Lənət şeytana!", - deyə Canana vurğulayıb.

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. Onların üç övladı isə anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.

 
 
 
Ardını oxu...
Müğənni Ayan Babakişiyevanın qızı Selena ilə bağlı paylaşımı gündəm olub.

Bizim.Media xəbər verir ki, sənətçi övladı ilə çəkdiyi selfisini sosial şəbəkə hesabında yayımlayaraq onunla bağlı arzularını yazıb.

"Qızımla fəxr etmək istəmirəm. İstəyirəm ki, o, öz həyatını yaşasın. Sənə qurban olum, Selena. Necə tez böyüdün. Səni verən Allaha şükür, mənim fəxrim. Mənim dünyam, sevgim", - deyə Ayan bildirib.
Ardını oxu...
Ardını oxu...
 
 

 


Ardını oxu...
Tanınmış müğənni Rəqsanə İsmaoyılova paytaxtın əyləncə məkanlarının birində səhnə alıb.

Milli.Az xəbər verir ki, o, məşhur "Bivəfa" mahnısını sevənləri ilə birgə oxuyub. Dinləyiciləri bu anları mobil telefonları vasitəsilə qeydə alıblar.

Bundan əlavə, sənətçinin sinə dekoltesi diqqət çəkib.

Sözügedən görüntülər sosial şəbəkələrdə müzakirə mövzusu olub.

 

Ardını oxu...

Müğənni Türkan Vəlizadə və Nadir Qafarzadənin səmimi görüntüləri sosial media gündəmini alt-üst edib.

Musavat.com bakıvaxtı.az-a istinadən xəbər verir ki, məclislərdən birinə qatılan ifaçılar bir-birilərinə sarılaraq söhbətləşiblər.

Görüntüləri sosial media hesabında yayımlayan Türkan paylaşıma "sizi sevirəm, dəyərli sənətkarımız" başlığını yazıb.

Sözügedən görüntüləri təqdim edirik:

 
 
 
Ardını oxu...
Əməkdar artist Bəhram Bağırzadə barəsində inzibati iş başlanıb.

TEREF qaynarinfo-ya istinadən xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir.

Bu maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud İnzibati Xətalar Məcəlləsinin 353.2-ci (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır.

İttihamdan aydın olur ki, Bəhram Bağırzadə hansısa inzibati tənbehetmə haqqında qərarı icra etməyib.

İttiham sübuta yetirilərsə, Bəhram Bağırzadənin sürücülük hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırıla bilər.

İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Babək Pənahov iş üzrə hakim təyin edilib.
 
 
 
Ardını oxu...
Müğənni Nadir Qafarzadə növbəti açıqlaması ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Həmin Zaur” verilişində bildirib ki, sosial şəbəkədə müğənniləri təhqir edən saxta hesabları olan həmkarlarıdır.

“Bir qadın müğənni məndən soruşdu ki, sənin sosial şəbəkədə “fake” (saxta – red.) səhifən yoxdur? Cavab verdim ki, ““Fake” səhifə nədir? Mənim bir səhifəm var, onu da özüm işlədirəm.

Dedi ki, “Mənim 10 dənə “fake” səhifəm var. Kimlər xoşuma gəlmir, o “fake” səhifələrdən “döşüyürəm” onlara. Bizi söyən özümüzük. Xalqın mənimlə nə işi var? Onlar bunu paxıllıqdan edirlər. Mən qələt edərəm belə şey edərəm. Mən belə şeylərdən qorxmuram, sadəcə mənim başqaların həyatında nə işim var. Burnumu onların həyatına niyə soxmalıyam ki... Hər kəs öz həyatını yaşayır. Özü bilər...Mənim başım toylarıma, mahnı yazdırmalara, ailəmə qarışıb. Başqalarında mənim nə işim var”, - deyə Nadir vurğulayıb.
 

Dünyapress TV

Xəbər lenti