Ardını oxu...
Müğənni Nərmin Əhməd açıqlaması ilə gündəm olub.

"Xəbərin var?" verilişində qonaq olan sənətçi aylıq xərcinin 15 min manatdan çox olduğunu bildirib. O, uşağının bir ay üçün 5 min, özünün isə 10 min manat xərci olduğunu açıqlayıb. Bu studiyada xeyli müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı sənətçi Əli Mirəliyev “Cebhe.info”-ya açıqlamasında deyib ki, müğənninin səsləndirdiyi fikir həqiqəti əks ətdirə bilməz:

“Son vaxtlar televiziyalarda müğənnilər yalandan danışırlar ki, aylıq xərcləri 10-20 min arasıdır. Lakin belə deyil. Ayda bir neçə toya gedən ifaçı necə aylıq bu qədər vəsaiti toplaya bilər? Əlbəttə ki, yalan danışırlar! Məgər siz Alla Puqaçovasız? Yoxsa Zeynəb Xanlarova? Haradan belə qazana bilərsiniz? Heç yerdən. Dedikləriniz tam yalandır”.

Ə.Mirəliyev qeyd edib ki, bahalı həyatdan danışan əksər müğənnilər kasıb həyat tərzi sürürlər:

“Bu gün efirlərdə böyük-böyük danışan müğənnilərin əksəriyyəti acından ölənlərdir. Hətta mən deyərdim ki, çoxu soğan-çörək yeyir. Dəfələrlə şahidi olmuşam. Heç onları toya dəvət də etmirlər. Sadəcə reytinq xətrinə belə yalan danışırlar ki, sabah toya dəvət alanda daha yuxarı qiymət danışsınlar. Ancaq onları çağırmaq əvəzinə, xaricdən daha yaxşı müğənni gətirməyə üstünlük verirlər”.
 
Ardını oxu...
Müğənni Elnur Məmmədov "7 Tamam" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, sənətçi proqramda mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı xatirələrini bölüşüb. O, məclislərin birində aldığı qonorarın hamısını tanımadığı musiqiçiyə verdiyini bildirib:

"Bir gün ortaq dostumuzun ailəsində xoş gün idi. Aygünlə həmin məclisə getdik. Hamımıza qonorar verildi. Heç birimiz götürmürdük, amma məcburən o pulu bizə verdilər. Məclisdə kamança çalan bir uşaq var idi. Aygün çıxanda ona yaxınlaşdı və dedi ki, "Çox gözəl ifa etdin. Kamançan da çox qəşəngdir". Uşaq cavab verdi ki, "Dostumundur, öz kamançam hələ yoxdur". Aygün məclisdən götürdüyü qonorarın hamısını uşağa verdi. Xeyli də pul idi. Aygünün gözü heç vaxt pulda, var-dövlətdə olmayıb. Çox mərd insan idi. Azərbaycan musiqisinin arxivi getdi bu dünyadan. Allah ona rəhmət eləsin".

Qeyd edək ki, A.Bəylər bu ilin yanvarında uzun sürən xərçəng xəstəliyindən Ankarada dünyasını dəyişib.

Ardını oxu...
Müğənni Aytac Tovuzlu maraqlı açıqlama verib.

Lent.az-ın xəbərinə görə, o, qatıldığı teleproqramlardan birində tez-tez estetik əməliyyatlar etdirdiyini söyləyib.
“Nə qədər yeni plastik əməliyyat varsa, hamısını elətdirirəm. Qorxmuram. İstəyirəm hamıdan gözəl olum, məndən gözəl qadın olmasın, gözəllik dəlisiyəm”,- deyə müğənni bildirib.

29 yaşlı Aytac Tovuzlu bildirib ki, çox gözəl olduğuna görə paxıllığını çəkən çoxdur, onu sevmirlər.

“Amma buna fikir vermirəm, vecimə də deyil”,- deyə o əlavə edib.

Ardını oxu...
  

"Mən pul qazanan kişinin xəyanətini bağışlayardım".

Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva Azad Azərbaycan Televiziyasının (ATV) efirində yayımlanan verilişlərin birində deyib.

"İndiki zamanda pul insanın üzünü ağ edən vasitədir, ad-sandır. Pulu istəməyən yoxdur. Amma insan gərək pula satılmasın. Mən pul qazanan kişinin xəyanətini bağışlayardım, çünki tək qadınam. Qadın gecə fikirləşir ki, sabah haradan çörəkpulu qazanım, bu, çox çətindir. O kişi ki, evdə bütün problemləri həll edir, onu bağışlamaq olar. Çünki o, qadına əziyyət vermir. Sevgi də bir yerə qədərdir".

 
 
 

Ardını oxu...
"Əcəb edib deyib. Əli müəllimə nə edə bilərəm ki, daha deyib də".

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev həmkarı Əli Mirəliyevin "Yusif Mustafayevə Əməkdar artist fəxri adı verdilər, amma heç oxuyan da deyil" ittihamına cavabında deyib.

Sənətçi Əli Mirəliyevi özünə böyük qardaş hesab edir:

"Mənsiz dayana bilmirlər də. Harda qalmaqal var, mütləq bir tərəfində mənim adımı hallandırırlar. Neynək, bu da bir qismətdir. Əli müəllimə hər şey olar, bizim qardaşımızdır. Kim nə istəyir, desin. Söz azaddır".

Qeyd edək ki, 40 ildir sənətdə olan müğənni Manaf Ağayev fəxri ada layiq görülməməsindən şikayətlənib. Müğənni Əli Mirəliyev məsələyə münasibət bildirərkən "Yusif Mustafayevə Əməkdar artist fəxri adı verdilər, amma heç oxuyan da deyil. Manaf neynir ki, fəxri adı, darıxmasın, özüm ona ad verəcəm", deyib.
 
Ardını oxu...
Məşhur "instagram" fenomeni, özünü ekstrasens kimi təqdim edən Bayram Nurlu ilə bağlı yeni sensasion faktlar ortaya çıxıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, bu yaxınlarda Bayram Nurlu xarici səfərdən Bakıya qayıdarkən Heydər Əliyev adına Beynəlxalq Aeroportun "VİP" xidmətlərindən istifadə edib. Bu zaman onun dalınca Azərbaycanın nüfuzlu nazirliklərindən birinə təhkim olunmuş AA seriyalı “BMW" markalı avtomobil göndərilib. Bayram Nurlu həmin avtomobilə əyləşərək, müvafiq ünvana gedib.

Araşdırmamız zamanı məlum olub ki, sözügedən avtomobil hazırda Azərbaycanda nazir müavini vəzifəsində çalışan tanınmış şəxslərdən birinin (adı redaksiyamıza məlumdur - red) xidməti istifadəsindədir.

Əldə etdiyimiz məlumata görə, Bayram Nurlunu hava limanında qarşılamaq üçün göndərilən xidməti avtomobil sözügedən nazir müavinin şəxsi tapşırığı ilə olub və bundan həmin Nazirlik sonradan məlumat alıb.

Məsələ ilə bağlı sözügedən nazir müavininin mövqeyini öyrənməyə çalışacağıq.
 
 


 

 
Ardını oxu...

"Bu yaxın günlərdə mənə "Instagram" sosial şəbəkə hesabıma bir mesaj gəldi. Yazıblar ki, güya mənim həyat yoldaşım kimləsə kənarda görüşür. Həmin an həyat yoldaşıma zəng edib dedim ki, "Elçin mənə belə bir məlumat çatdırdılar". O da cavabında söylədi ki, "Xuraman sən nə danışırsan?!". Dedim ki, Elçin, sənə inanıram. Sadəcə bu yazılanlanların qarşısını almaq lazımdır ki, sənin ünvanına belə sözlər deyilməsin."

Bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu "Günaydın, Azərbaycan!" verilişində deyib.
 
Sənətçi bildirib ki, rejissor həyat yoldaşı Elçinə güvənir və inanır:
 
"Xanımlar onsuz da həyat yoldaşlarının nə etdiklərini hiss edirlər. Mən həyat yoldaşım Elçinə çox güvənirəm, inanıram. Elçinlə artıq 14 ildir ki, ailəliyəm. Bizim dörd gözəl övladımız var. Allah olmayanlara nəsib etsin. 2 qızım və 2 oğlum var. İşimdə-gücümdəyəm. Elçin mənə, mən də ona yardım edir. Bir-birimizlə anlaşırıq, bir həyat yoluna çıxmışıq. Allah bizə nəsib etsin bu yolu sonuna qədər gedək".

 

Ardını oxu...
Müğənni Roza Zərgərli sürrealist üslübda fotosessiyası ilə diqqət çəkib.

Referans.az xəbər veir ki, hər zaman fərqli layihələri ilə diqqət çəkən sənətçi bu dəfə dünyaca məşhur ulduzların ən çox müraciət etdiyi üslübda şəkillər çəkdirib.

4 fərqli obraz yaradan Roza Zərgərlini fotoqraf Oqtay Cəfər lentə alıb. Sənətçinin fərqli fotoları müzakirələrə səbəb olub.
BAKU.WS ifaçının səs-küylü fotosessiyasından olan görüntüləri təqdim edir:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib.

Nazirlikdən "Operativ Media"ya bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmiş “Filmlərin yayımı və nümayişi Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Respublikasının ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət Nazirliyində qeydə alınır və filmlərin dövlət reyestrinə daxil edilir və onlara həmin Qaydaların əlavəsinə uyğun vahid formalı yayım vəsiqəsi verilir.

Qeyd olunub ki, filmlərə müvafiq yayım vəsiqəsinin verilməsi üçün Ekspert Şurası yaradılıb:

"Sözügedən Qaydalarda qeyd olunan meyarlara uyğun filmlərin seçilməsi, reyestrə daxil edilməsi və onlara yayım vəsiqəsinin verilməsi üçün ekspert mövqeyinə zərurət olduğundan Nazirlik yanında kinorejissor, sosioloq, psixoloq, jurnalist, dramaturq və müvafiq sahə üzrə təcrübəyə malik olan bir sıra digər mütəxəssislərdən ibarət tərkibdə Ekspert Şurası yaradılıb".

Vurğulanıb ki, Şura filmlərin qanunvericilikdə müəyyən edilmiş meyarlara uyğunluq baxımından qiymətləndirilməsinə dair peşəkar rəy verir və həmin rəy əsasında müvafiq filmin reyestrə daxil edilməsi və ona yayım vəsiqəsinin verilməsinə dair Nazirlik tərəfindən qərar qəbul edilib.

"Bir daha diqqətinizə çatdırmaq istəyirik ki, burada hər hansı senzuranın tətbiqindən söhbət gedə bilməz", - Nazirlikdən bildirilib.
 
Ardını oxu...
Məşhur müğənni Nura Suri kənd qızı olub.

Lent.az xəbər verir ki, müğənni yeni mahnısı - “Bana bana gəl”ə çəkdirdiyi klipi ilə diqqət çəkib.

Sənətçi bu dəfə Cahangir Cahangirovun ölməz bəstəsi “Bana bana gel”ə yeni nəfəs verib. Sözləri Zeynal Cabbarzadəyə məxsus mahnını fərqli tərzdə Fərid Aqa aranjiman edib.



Klip Astara rayonunun Sım kəndində lentə alınıb. Nura Suri kənddə yaşayan bir xanım obrazında kamera qarşısında keçib.

Onun geyim tərzi marağa səbəb.

Həmin görüntüləri sizlərə təqdim edirik:

Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti