Ardını oxu...
Ermənistana səfəri səs-küy doğuran türkiyəli bloger Alper Rende Azərbaycana səfər edib.
Bakupost.az xəbər verir ki, Şuşaya da baş çəkən bloger səfəri ilə bağlı bunları bildirib:
"Əvvəlki videomuzda mən Ermənistana getmişdim və oradakı insanlardan çox da müsbət reaksiya almamışdım. Bu günlərdə isə Azərbaycanda oldum. Əziz azərbaycanlı türk qardaşlarım sayəsində bizi çox səmimi qarşıladılar. Təbii ki, mən də işğaldan azad edilmiş Qarabağa, Şuşaya getdim, müharibənin izlərinin şahidi oldum. Ümid edirəm ki, bundan sonra sülh hökm sürəcək və hamımız birlikdə sülh içində yaşayacağıq".
Qeyd edək ki, türkiyəli bloger Alper Rende dostları ilə birlikdə İrəvanda olarkən erməni qadınla mübahisə etmişdi. Bu mübahisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Alper Rende səfər zamanı irqçiliklə üzləşdiyini bildirmişdi.

 
 
 
Ardını oxu...
Şou-biznes dünyasında ad davası son vaxtların gündəm olan mövzularındandır. Son dəfə müğənni Şəbnəm Tapdıq həmkarı Şəbnəm Tovuzlunu onunla eyni ad daşıdığına görə məhkəməyə verdiyini açıqlayıb.

Bu yaxınlarda Xalq artisti Zaur Rzayev də oxşar fikir səsləndirmişdi. Tanınmış sənətçi onunla eyni - Zaur adı daşıyan aparıcıları məhkəməyə vermək istədiyini demişdi.

Maraqlıdır, bu məsələ qanunvericilikdə necə tənzimlənir? İnsan onunla eyni adı daşıyan şəxsi bu səbəbdən məhkəməyə verə bilər? Şəxs adlarına patent, yaxud müəllif hüququ almaq mümkündürmü?

Mövzu ilə bağlı danışan vəkil Əkrəm Həsənov bir sıra məqama aydınlıq gətirib:

“Adların patentləşdirilməsi yalnız biznes sahəsi ilə bağlı məsələdir. Hüquqi şəxslərə məxsus olan adlarla bağlı məhkəməyə müraciət etmək mümkündür. Yəni hər hansı mağaza, ticarət obyekti, şirkət, yaxud brend məhsulun patentini almaq olar. Bu zaman həmin adı kimin istifadə edib-edə bilməyəcəyinə patent sahibi özü qərar verir.

Bu hallar əsasən biznes sektorunda yaşanır və həmin sahəni əhatə edir. Hüquqi şəxs onun adını icazəsiz daşıyan digər bir hüquqi şəxsi məhkəməyə verə bilər. Bu qanun pozuntusu sayılır”.

Ə. Həsənov sözügedən hüququn şəxs adlarına aid olmadığını bildirib:

“Hər hansı bir adam onunla eyni adı daşıyan şəxsi məhkəməyə verə bilməz. Belə bir şey dünyanın heç bir ölkəsində mümkün deyil. Hesab edirəm ki, belə iddialarla çıxış etmək ən azı əcaiblikdir. Patentləşdirmənin şəxsi adlara heç bir aidiyyatı yoxdur. Burada hər hansı pul, yaxud qazancdan söhbət getmir ki, ona məhdudiyyət də tətbiq edilsin. Kimsə özündən insan adı icad etsə belə, heç kəsə deyə bilməz ki, bu ad mənə məxsusdur və başqalarına ondan istifadə etmək qadağandır”. \\Yenisabah.az
 
Ardını oxu...
“Bir siz qalmışdınız, siz də soyundunuz, heç yaraşdırmadım”.

Bu günlərdə Türkiyədə keçirilən “Altın Kələbək” müsabiqəsində “Azərbaycanın parlaq ulduzu” nominasiyasında qalib olan aparıcı və aktrisa Kəmalə Piriyevanın yeni imici müzakirələrə səbəb olub.

Sənətçi dərin sinə dekoltesində çəkdirdiyi fotolarını “Instagram” hesabında paylaşıb.

Onun geyimi sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqidlərə məruz qalıb. Əksəriyyət soyunmağı ona yaraşdırmayıb:

“Sənə yaraşmır belə obraz. Nümunəvi, məşhur xanımlardan biri deyirdim, bu da başladı sinəsini reklam etməyə. Bir siz qalmışdınız, siz də soyundunuz, heç yaraşdırmadım. Sizi həmişə abırlı görmüşdüm. Sən də trendə qoşuldun? Belə etmə, sən sadə, məsum gözəlsən…”, – deyə yazan izləyicilərin çoxu onu qınayıb.

Fotoları təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
referans.az
 
Ardını oxu...
Həmkarım Aygün Muradxanlı dünən müğənni adaşı Aygün Kazımova haqqında bir status paylaşıb, adam istəyir ki, bu, düz söhbət olmasın, təkzib olunsun.

Statusun duzlu hissəsini ixtisar etsək, yerdə qalanı belədir: “Aygün Kazımovaya deyiblər, Qarabağda yurda dönənlər üçün yeni il keçiririk, sən də gəl, deyib, 45 min özümə, 75 səhnə dekoru-işıq, 85 min də heyətimə”.

Belə şey ola bilərmi? Əlbəttə, Aygün Muradxanlı yazıbsa, şəkk etmək mümkün deyil. O, belə şeyləri həmişə yazır, başı bəlaya girir, amma sonra anlaşılır ki, yalan yazmayıb. Jurnalistə bu məsələni təşkilatçılardan, yəni müğənni Aygünü Qarabağa dəvət etmək istəyənlərdən biri deyib. Deyib və belə bir cavab alıb.

Belə baxanda, bu, fantastik qiymətdir, toplamda 205 min manat edir. Hansı dövlət qurumu yeni-yeni bərpa olunan yurd yerində bir şənlikdə oxumaq üçün müğənniyə 205 min verər? Oralarda 205 minin 205 dərdi var.

Hələ ona da baxaq ki, bu 5 min haradan çıxıb? Prinsipcə, müğənni birdəfəlik yuvarlaq rəqəm – 200 min tələb etməliydi. Güman etmək olar ki, o, bu 5 mini bazarlıq etmək, minnət qoymaq üçün nəzərdə tutulub: “Yaxşı, sizə endirim edərək, köçkün olduqları üçün 5 min keçərəm”.

Bu, işin zarafat tərəfidir, amma xalq artistinin belə bir qonorar tələb etməsi gerçəkdən absurddur.

A.Kazımova ya hansı ölkədə yaşadığını unudub, ya da hesab edir ki, insaların pul kəsən maşını var. Unudubsa, biri ona desin ki, bura Brodvey deyil, sən də Beyons, Şakira, Rihanna deyilsən. Heç Hadisə və ya Sibel Can da vətən, xalq söhbəti olan yerdə 200 min adı tutmazdılar.

Dünənə qədər televiziya ekranlarında “əhd etmişəm, torpaqlar alınsın, Cıdır düzündə ayaqyalın oynayacam”, “Arzu edirəm ki, gələn il bu vaxt işğaldan azad olunan torpaqlarda əsgərlərimiz, camaatımız qarşısında yeddi gün konsert verək” deyənlər bunlar deyildimi?

Bu söhbəti təkrar edə-edə çürüyünü çıxarıb, lətifəyə döndərmişdilər, hamısı “işğaldan azad olunan torpaqlar” üçün necə fədakarlıqlar edəcəklərini deyir, tamaşaçılar qarşısında ucuz xal toplayırdılar. İnsanlar onlara baxır, “halal olsun, necə vətənpərvərdirlər” deyirdi. Əyninə bayraqlarımızın rənglərindən ibarət əlbisə, hərbi mundir geyənlər vardı, öz aləmlərində gəncləri hərbi-vətənpərvərlik ruhuna kökləyirdilər.

aybay.jpg (23 KB)

Nə oldu bəs? İş real xidmətə gələndə “200 min verin, gəlim”, hə?

O gün bu üzdə olan “ulduz” müğənnilərə dair bir preyskurant da açıqlanmışdı. Guya Aygün və Röya şənliklərdə yarım saatlıq ifa üçün 50 min manat tələb edirlər. O birilərin də adının qarşısında 10 min, 20 min, 30 min yazılmışdı. İçlərində eləsi vardı ki, gəlib adamların eyvanının altında fonoqramsız oxusa, pərdəni çəkər, o səmtə baxmazlar. O da özünü o dairəyə saldırıb, qiymət qoydurmuşdu.

Bu, özünə məzənnə kəsməkdir. Bu ölkədə onlara o pulu verəcək adamlar ya bir olar, ya iki. Onlar da kimlərləsə bəhsləşdikləri üçün verərlər. Gedib Türkiyədən Ebru Gündəşi gətirər, ona üçqat artıq qonorar ödəyərlər, amma adları çəkilənlərin yarım saat disk oxutmasına o qədər pul verməzlər.

Əsas məsələ heç bu müğənnilərin toyda-şənlikdə 10-15 il əvvəl yazdırdıqları mahnıları səsləndirib, ağızlarını açıb-yumub, özlərini oxuyurmuş kimi göstərmələri deyil, əsas məsələ odur ki, onlar xalqa qiymət oxuyurlar, “məni öz məclislərində görmək istəyirlərsə, canları çıxsın, çox pul ödəsinlər” ədası sərgiləyirlər.

Günah, əlbəttə ki, bu “ulduz”ları öz bağrından qoparıb göylərə qaldıranlardadır. Onlara layiq olduqlarından qat-qat artıq hörmət qoya-qoya, qonorar ödəyə-ödəyə bu mərtəbəyə çıxarıblar. Onlar da özlərini bir şey zənn edirlər, elə bilirlər ki, Altay dağlarını bunlar yaradıblar.

İstənilən mədəni, qanunun aliliyinə hörmət qoyulan ölkədə bu cür ərşlə-gürşlə əlləşən, özünün toya çox baha qiymətə getdiyini açıqlayan şəxsi ortalığa çəkir, deklarasiya və vergi tələb edirlər. Deyirlər, bir halda ki, ayda azı 20 toya gedir və hərəsindən 50 min manat alırsan, demək, ayda 1 milyon qazanırsan, gəl, vergini ödə.

Bax, elə olsa, bunlar da öz qınlarına qayıdar və “ayda 3-5 min manat zorla qazanırıq” deyib and içərlər.

Müəllif: Xalid KAZIMLI - Mənbə: musavat.com
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
Ardını oxu...
Jurnalist Məhəmmədəli Qəribli TikTok üzərində bir müddət araşdırmalar apardıqdan sonra həyəcan təbili çalmağa başlayıb. O həmin sosial şəbəkədə canlı yayım açaraq, çoxlu izləyicisi olan tiktokerlərin səhifələrinin nəzarətə alındığını vurğulayıb. Qeyd edək ki, Qəribli bir müddət öncə tiktoker Ləmanın bəzi oliqarxlar tərəfindən ona qarşı hücum silahı kimi istifadə edildiyini demişdi.

Lent.az-a açıqlama verən jurnalistin fikrincə TikTok-un Azərbaycan seqmentində çirkli pulların yuyulması prosesi tanınmış blogerlərin əli ilə aparılır.

“Tiktok-da əsas pullar qurulan oyunlar zamanı atılan jetonlardan gəlir. Bu jetonların hamısı pul ekvivalentindədir. Balansa oturur və sən pul çıxarırsan. Son zamanlar çirkli pulların yuyulması istiqamətində TikTok-un aldadılması ilə məşğuldurlar. Eyni adama hər gün minlərlə dollar hədiyyə göndərilir. Atanlar da eyni adamdır, qəbul edənlər də. Bu sevgidirsə sevgi də deyil. Araşdırmalardan sonra məlum oldu ki, bu çirkli pulların yuyulmasıdır. Blogerlər öz aralarında da sövdələşmə edirlər. Oğurluq kartlardan jetonlar alınır və ucuz satılır. Blogerlər pulları çıxarandan sonra bir hissəsini geri qaytarırlar. Maaşa işləyirlər. Orda isə yalnızca görüntü yaradırlar. Camaat da həvəslənib baxır. Bu təqdim etdiyimiz şəkil hesabları dondurulmuş azərbaycanlı blogerlərin siyahısıdır. Ötən həftə 1 milyon jetondan cəmi 5000 dollar çıxarıla bilib. Çoxu yalandan deyir “profilim işləyir”, amma ehtiyat səhifələrini işlədirlər, jetonları çıxara bilmirlər.

Bunu sübut edən video yayılıb. Jetonları Azərbaycan seqmentində satan Rəşad və Emin qardaşları var. Onlar da Azər Zahidlə buna görə canlı yayımda dava edirlər. Azər Zahid deyir ki, sizdən jeton atıblar, bloka düşüb,çıxara bilmirik.

Məhəmmədəli Qəribli bildirib ki, TikTok səhifəsində hesabı bloklananlardan biri aktrisa Pərvin Abıyevadır. Bundan əlavə, Tosu, Gülüm Gəncə, Azik kimi böyük səhifələri olan TikTokerlərin hesablarına blok qoyulub. Siyahını təqdim edirik.
 
Ardını oxu...
Aparıcı Xoşqədəm Hidayətqızının itləri itkin düşüb.

"Tokio" və "Nana" ləqəbli itlər Mərdəkan-Şüvəlan-Şağan istiqamətində itdiyi ehtimal edilir.

Aparıcı bu barədə canlı yayımda müraciət edib.

Xoşqədəm Baxşəliyeva bildirib ki, itləri tapan şəxslərə mükafat veriləcək. \\Sfera.az
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, məşhur yazar Nuridə Atəşi Xalq artisti, bəstəkar Faiq Sücəddinovun ünvanına sərt ittihamlar səsləndirib. “Neylərsən”, “Darıxmışam”, “Unuda bilməyəcəksən” kimi məşhur əsərlərin söz müəllifi olan Nuridə bildirib ki, Faiq Sücəddinov qonorar alsa da, o bu günə kimi heç bir qonorar almayıb.

Qalmaqallı məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Xalq artisti F.Sücəddinovla əlaqə saxlayıb.

Bəstəkar bildirib ki, heç özü İlhamə Quliyevadan bu əsərlərə görə qonorar almayıb:

“1994-cü ildə mərhum Xalq artisti İlhamə Quliyeva üçün “Neylərsən”, “Darıxmışam”, “Unuda bilməyəcəksən” adlı mahnılar yazmışam. Əgər Nuridə xanım qonorar almaq istəyirsə, bu məsələni mənimlə deyil, “YouTube”la həll etməlidir. Mən özüm İlhamə xanımdan nə qonorar almışam ki, Nuridəyə də qonorar verim? Bu məsələnin üzərindən 29 il keçib... 1994-cü ildə nə pul olub ki?

Bu əsərləri elə belə müğənni yox, İlhamə xanım Quliyeva oxuyub... İlhamə xanımdan kim pul və ya qonorar alıb ki, bizdə alaq. Burada bir məntiq olmalıdır ya yox... Mən uzun illərdir ki, Nuridə xanımı heç görməmişəm nə də ki, o, bununla bağlı mənimlə danışıb... Mən Nuridə xanıma can sağlığı arzu edirəm”.

Qeyd edək ki, N.Atəşi sosial şəbəkə hesabında “Faiq Sücəddinov “Neylərsən”, “Darıxmışam”, “Unuda bilməyəcəksən” kimi çox sayda hit olacaq, sözlərimə yazdığı mahnıları dollarla İlhamə Quliyevaya və müxtəlif müğənnilərə satır, ölkədə məşhur edir, uşaqlarıma bir çörək pulu belə vermirdi.

Bu günə qədər verilişlərə belə məni dəvət etmək istəyən aparıcılara "Nuridəni çağırma" deyir.

Üzümə hansı üzlə çıxacaq, birdən xalqın qarşısında rəzil edərəm deyə. Nə qazandı sizcə, paradan başqa, dostlar? Sadəcə "Neylərsən" mahnısının sözləri ilə xalqımın ürəyində əbədi taxt qurmadımmı? Kim yıxa biləcək bu taxtı? O qədər açacağım faktlar var ki...” post paylaşaraq etiraz edib.
Ardını oxu...
“ “Zəlzələ olmuşdu, mən Yazıçılar Birliyinə üzv seçiləndə vəlvələ oldu. İndi isə şou-biznesdə, sənətdə sünamidir. Müğənnilər hərfləri düzgün, yerində tələffüz edə bilmir. Əsas da “Ç” və “K” hərfləri çatışmır. Bu sənətdə lazımlı amildir. Oxumaqları da yoxdur, üstəlik də gələcək nəsli pozurlar. Çünki mahnı, musiqi böyük qüvvədir. Sənəti uçurumdan qorumalıyıq”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib. O daha sonra efirlərdəki verilişlərdən danışıb.

“Bəzi bir çox verilişlər var ki, qızların üzünü çoxdan açıb. Hamının evində övlad böyüyür. Ciddi senzura olmalıdır. Necə ki, dövlət kanallarına sosial media fenomenləri buraxılmır, eləcə də bütün özəl kanallara da dəvət etməsinlər. Telekanal rəhbəri olsaydım o fenomenləri “abrabotka” edib, sonra efirə icazə verərdim” deyə müğənni bildirib.

Müğəni sənətə gəldiyi ilk illəri də xatırlayıb.

“Sənət insanları fədaidirlər. Biri var fədailər, biri də var sənətdən pul qazananlar. Bu gün də kimsə qeyri-adi şəkil paylaşanda şərhlərdə yazırlar ki, “deyəsən Elza Seyidcahan olmaq istəyirsən”. Dünən Elza Seyidcahanı bəyənmirdiniz, bu gün onu təkrarayırsız! Camaatın gördüyü 1986-cı ildən Elza idi, 1996-cı ildən Elza Seyidcahan kimi efirlərə çıxdım. Heç bəlkə də o vaxt Ledi Qaqa yox idi. Məni qınayırdılar. Bəlkə də o bu obrazları məndən götürmüşdü. Mən keçmişimdən utanmıram. Elza Seyidcahanın həyatı çoxmərtəbəli binanın, çoxuncu mərtəbəsinə bənzəyən ömür filminin təməllərindəndir. Min bir dəfə məndən yazıblar, bu gün də yazırlar” deyə sənətçi bildirib.

Müğənni bildirib ki, sənətçilər, ələxsus da bəstəkarlar üçün yaradıcılıq evləri olmalıdır.

“Sənətkar əsər yazmaq üçün qayğılardan uzaq olmalıdır. Öz dünyasında olmalıdır ki, bəstəkarın bəstəsi, rəssamı rəsmi alınsın. Zaqulbada yaradıcılıq evləri var, amma orada daha çox məmurlar istirahət edir, yaradıcı insanlar yox. İlhamə Quliyeva ömrünün sonuna qədər həmin yaradıcılıq evində qalırdı. Bəlkə bu günki gündə də var, amma bizi axtarmırlar” deyə sənətçi bildirib.
 
Ardını oxu...
“Üçüncü dəfə ailə qurmaram. Oğlum da, qızım da artıq böyükdür. Onların qarşısına nə deyib başqasını çıxararam? Mənim hər şeyim, həyat yoldaşım, qardaşım, sevdiyim, atam oğlumdur”.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Sevda Sanaliyeva “Evdəkilərə salam” proqramında deyib. O, anasının nəvə sevincini yaşaya bilmədiyini bildirib:

“Həkimlər mənə burada və xaricdə demişdilər ki, heç vaxt övlad sahibi olmayacağam. Diaqnoz bu idi. Çox pis olmuşdum. Anam da biləndə çox məyus oldu. Xəstəliyi ağırlaşırdı. Həmişə deyirdi ki, qocalanda sənə kim baxacaq?

Mən müalicə almağa başlayanda gördü ki, çox əziyyət çəkirəm. Bir gün dedi ki, Allahım, qızıma övlad ver və mənim canımı al. İki dəfə bu duanı etdi. Bunun üstündə onunla dalaşdım. Dedim ki, sənsiz heç nə istəmirəm. Onun duası qəbul oldu. Ailə həyatı qurdum və sonra anam daha da ağırlaşmağa başladı. Onda bildim ki, hamiləyəm. Oğlum dünyaya gəldi və qırxı çıxandan sonra anam dünyasını dəyişdi. O sevinci yaşaya bilmədi, nəvəsini qucağına almadı.
Yəqin ki, yaxşı övlad olmuşam, övladlarıma qarşı da beləyəm. Heç vaxt özümü birinci yerə qoymaram. Özümə nəsə alanda vicdan əzabı çəkirəm. Yoxluğu çox görmüşəm, yəqin ki, buna görədir”.

Qeyd edək ki, müğənninin anası Rəhilə Həmidova xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Ətraflı süjetdə:

 
Ardını oxu...
Daha bir fakt: 1993-lər. Həyat yoldaşım Qarabağda döyüşür. Uşaqlarıma əkmək belə alacaq param yox.Qızıl qəfəsdə məhbəs həyatı yaşayıram. Xəstə qızıma ölüm hökmü oxunub. Faiq Sucəddinov “Neylərsən”, “ Darıxmışam”, “Unuda bilməyəcəksən” kimi çoxlu sayda Hit olacaq sözlərimə yazdığı mahnıları dollarla İlhamə Quliyevaya və müxtəlif müğənnilərə satır, ölkədə məşhur edir, uşaqlarıma bir çörək pulu belə mənə vermirdi. Bu günə qədər verilişlərə belə məni dəvət etmək istəyən aparıcılara” Nuridəni çağırma” deyir. Üzümə hansı üzlə çıxacaq, birdən xalqın qarşısında rəzil edərəm deyə. Nə qazandı sizcə,paradan başqa, dostlar? Sadəcə “Neylərsən” mahnısının sözləri ilə mən xalqımın ürəyində əbədi taxt qurmadımmı? Kim yıxa biləcək bu taxtı? O qədər açacağım faktlar var ki sizə, DOSTLAR! Siz burda, mən burda, vaxtımız bol, bolllll....

Müəllif: Nuridə Atəşi
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
 

Dünyapress TV

Xəbər lenti