Zaur Kamal "Həmin Zaur" verilişində yeni mövsümdə daha bir yeniliklə diqqət çəkir.
Referans.az xəbər verir ki, hər zaman efirlərdə aparıcısı olduğu verlişlərdə tək görünən Zaur artıq 19 yaşlı qızla studiyanı bölüşəcək. Aparıcı yeni ortağı barədə bunları deyib:
"Aparıcı edəcəyik. Hələ bir ay öyrənəcək. Təzədir, 19 yaşı var".
Verilişin qonağı olan Şəbnəm Tovuzlunun "Əsas odur efirə yaraşır, şarmı var" sözünə Zaur Kamal "Əsas odur mənə yaraşır yanımda" ifadəsi ilə reaksiya verib. Müğənni Zaurun sözünü yarımçıq kəsərək işlətdiyi cümləyə görə canlı yayımda peşiman edib: "Sənə yaraşmır, sənə evində ailən yaraşır".
"Ay qız, aranı qatma" sözləri ilə aparıcı vəziyyətdən çıxmağa çalışsa da Şəbnəm "Mən bilirəm nə deyirəm" deməklə Zauru daha da çıxılmaz vəziyyətə salıb. Sonda aparıcı müğənniyə "1:0 sənin xeyirinə" sözü ilə mövzunu dəyişib.
Müğənni Nura Suri sosial şəbəkədə onu təhqir edənlərə cavab verib. Bunu "Xəzər axşamı" verilişində danışan ifaçı tez-tez polisə müraciət etdiyini söyləyib: "Mənim haqqımda harada təhqir çıxırsa, onunla mübarizə aparıram. Hələ təkəm, inanıram mənə qoşulacaqlar. Bu işlərlə polisi yormuşam, amma anında taıpılır, iş məhkəməyə qədər gedir. Heç kimin kimisə təhqir etməyə haqqı yoxdur. Bu yaxınlarda iki fərqli səhifədən bir nəfər mənə şərh yazmışdı. Cavab verdim ki, sizdən polisə şikayət etmişəm, sona kimi gedəcəyəm və məhkəmələrdə süründürəcəyəm. Artıq 7 dəfədən çoxdur ki, polisə şikayət etmişəm. Mübarizə aparmaq lazımdır. Şərh yazanlar tapılıb, məhkəmələr də olub. Birinə 15 gün həbs cəzası verilmişdi". (Axşam.az)
Azərbaycanda "Trendyol" reklamlarından ən çox gəlir əldə edən azərbaycanlı blogerlər açıqlanıb.
Bu barədə "ARB" kanalında yayımlanan "Günə son" proqramına qonaq olan tanınmış bloger Ramal İsayev danışıb.
Bildirilib ki, ölkədə sözügedən reklamlardan ən çox pul qazanan bloger Arzu Məmmədovadır. O, bu reklamlardan aylıq 65 min gəlir əldə edir. Bloger Elmira Namazova, aparıcı Zaur Baxşəliyev və Günay Baxşəliyeva aylıq 50 min, İsa Şükürov isə 10 min qazanır. Produser Tarix Əliyev də bu reklamlardan yüksək gəlir əldə edənlər sırasındadır. (metbuat.az)
Mehmet Ali Erbilin qızının sevgilisi ilə hovuz keyfi müzakirələrə səbəb olub.
Mehmet Ali Erbilin qızı Yasmin Erbil sosial mediada hər zaman açıq-saçıq şəkilləri, cəsur pozları ilə adından söz etdirir.
Referans.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, o bu dəfə sevgilisi ilə hovuzdan şəkil paylaşıb.
Hovuzun içində, sevgilisinin qucağında poz verən Yasmin Erbil bu şəkillə sevgilsinin ad gününü təbrik edərək, “yaxşı ki doğuldun, sevgilim, içimdəki uşağı ölməyə qoymadın. Səninlə çox bəxtiyaram” yazıb.
Xalq artisti Flora Kərimova qonaq olduğu proqramlardan birində illərlə küsülü olduğu Xalq artisti Faiq Ağayevlə münasibətlərinin kəskinləşməsi, bunun necə baş verməsi haqqında danışıb.
Flora xanım tam səbəb açıqlamadan Faiq Ağayevi ittiham edib.
“Faiq Ağayev bir ara məni yenidən çimdikləmək istədi. Amma onu yerində oturtdum. Millət mənə sataşan adamlar haqqında elə kompromateriallar göndərir ki…
İnanmasam, sübut görməsəm, bütün övladlarımın canına and içirəm ki, ömrümdə ağzımı açmaram.
Sən Faiq, hansı vicdanla bunları söylədin. Və düşünmədin ki, mən səni pərt edərəm. Mən bunu çox yaxşı bacarıram. Sənin mənə olan planlarının, münasibətinin kökünü kəsərəm.
Niyə bunu etdin Faiq? Səni nə vadar etdi bunları etməyə? Səni nə vadar etdi ki, mən ağzımı açdım? Yalnız özümü müdafiə etmişəm. Heç zaman hücüm etməmişəm”.
Qeyd edək ki, Faiq Ağayev və Flora Kərimovanın münasibətləri 10 il öncə gərginləşmiş, tərəflər bir-birləri haqqında xoş olmayan ifadələr işlətmişdilər.//Lent.az
Nizami Rəmziyə görə Ermənilər müharibəni saxlamışdı Nizami Rəmzi 1947-ci ildə Bakıda anadan olub. Ailədə dörd qardaş, bir bacı olublar. Ailənin ilk övladı olan Nizami atasını çox erkən itirdiyindən ailənin bütün yükü onun üzərinə düşüb. Təhsilini yarımçıq qoyub, ailəni saxlamaqda anasına kömək edib, süd satıb. Onu ilk toylara əmisoğlu Səlim aparıb. Referans.az xəbər verir ki, Nizami Rəmzi xarizmatik adam idi. Təkcə meyxanaçı kimi deyil, sözükeçən adam kimi tanınırdı. Öz aftoriteti sayəsində meyxananı qəbul etdirdi. O vaxta qədər qeyri-ciddi peşə sayılan meyxanaçı, Nizamidən sonra mərtəbəsini artırdı. İlk dəfə meyxananı musiqi ilə dedi, onu efirlərə və xarici ölkələrə çıxardı. El buna görə də, ənənəvi meyxanaçılar onu ciddi rəqib sayırdı və zaman keçdikcə bu rəqabət çirkin bir sima alırdı. Bu barədə bir az sonra... Nizami Rəmzi meyxananı yazanda elə yazırmış ki, beytlərin ilk hərflərindən də bir misra yaranırmış.
Həddindən artıq ağır xasiyyəti olub. Onu güldürmək çox çətin imiş. Qapı döyüləndə qapıya qadın xeylağının getməsinə qarşı çıxacaq qədər mühafizəkar imiş. Nizami qadınla duet ifa edən ilk meyxanaçı olub. Çox yaraşıqlı kişi olduğundan qadınlar özləri onu çay içməyə dəvət edib, şəkil çəkdirirmişlər.
Üçüncü evliliyi sonbeşiyim adlandırdığı özündən 23 yaş balaca Sevda adlı qadınla olub. Xızıda qastrolda olanda Nizami Rəmzi Sevdaya evlilik təklif edərək deyib: “Mənimlə qalarsan?” Ailəsinin bütün etirazlarına məhəl qoymayan Sevda Nizamiyə qoşulub qaçıb. Atası üç yaşında rəhmətə getdiyindən Sevdanı ana babası saxlayır. Nizami ilə qoşulub qaçdığı üçün babası onu heç vaxt bağışlamır. Hətta öləndə də vəsiyyət edir ki, nəvəsini yasına buraxmasınlar. Sonuncu evliliyindən Seyla adlı bir qızı olub.
Müğənni Nadir Qafarzadəni uşaq yaşlarından özü ilə toylara aparırmış. Bir dəfə Nizaminin başı meyxanaya bərk qarışır. Yalnız səhərə yaxın o, Nadiri xatırlayır və onu avtomobillərdən birinə qısılaraq ağlayan vəziyyətdə tapır. Bu hal ona çox pis təsir edir. Pencəyini on iki yaşlı Nadirə geyindirib onu qucağına alır. Səhərə qədər Nadiri qucağında yatırdır.
Çox punktual insan olub. Əgər “saat 6-da gələcəyəm”, deyirdisə, demək, saat 6-da dediyi yerdə olmalı idi. Əgər “iki dəqiqə gecikirəmsə, bilin, Nizami ölüb deyirmiş”. İnsanlara qarşı münasibətdə də elə olub. Kiməsə toyunu aparmağa söz verirdisə, sonradan ona milyon təklif etsələr də, söz verdiyi toya gedirmiş. Bir dəfə isə onu toyuna dəvət etmək istəyən subay oğlanın pulu olmur. Oğlan çıxarıb üzüyünü beh əvəzi vermək istəyəndə Nizami onun əlini kənara itələyib, toyunu aparacağına söz verir.
1990-ci il, Sovet dağılandan və Azərbaycanda baş verən hərcmərclik Rəmzinin meyxanalarına, mahnılarına siyasi bir sima qazandırdı. O, mahnılarından birində ölkədəki vəziyyəti, gileyi, şikayəti ustadına danışır, Vahidin qəbri üstünə gəlib ona məruzə edirmiş kimi dərdini danışır? Ölümündə Ağasəlim Çıldağın adı hallansa da bu barədə heç nə sübut olunmayıb. Ağasəlim Çıldaq Nizaminin evinə gedib gələn adam olub. Hətta onun Nizaminin evində olarkən lentə yazılmış videosu da var. Amma Nizami dünyasını dəyişəndə Ağasəlim onun yasına gəlməyib, sonralar da heç vaxt onların qapısını açmayıb. Buna səbəb isə Ağasəlimin musiqili meyxananın əleyhinə olması olub. Onun fikrincə meyxana ancaq nağara ritmi üzərində deyilməli idi. Aradan zaman keçəndən sonra isə Ağasəlim Nizamini öz tələbəsi adlandırıb. Lakin yoldaşı Sevda xanım müsahibələrində bildirir ki, Nizami Ağasəlimin tələbəsi olmayıb.
Nizaminin ölümünün sifarişli olması məsələsi bu gün də danışılır. Bu işdə təkcə rəqibi olan meyxanaçıların deyil, başqa qüvvələrin də adı hallanır. Lakin bütün bunlar şaiyə olara qalır: Nizami Rəmzinin əvvəlki evliliklərindən olan övladlarının hamısı ilə münasibəti yaxşı olub. Ölən günə qədər onlarla əlaqəsi olub. Deyilənə görə Nizami az yaşayacağını bilirmiş. Bir qaraçı qadın fal açaraq deyib ki, sən çox məşhur olacaqsan, amma az yaşayacaqsan. Ölümündən əvvəl meyxanaçı dostu Kəbirlə birgə söhbətləşirmişlər. Kəbir kəndlərində dəfn olunan ölünün qəbirdə dirilməsindən, kəfəninin cırmasından söhbət edib deyib, “Nizami, sən də öləcəksən, Ağasəlim də. Mən isə meyxananın kralı olacağam”. Nizami isə cavabında belə deyib. “Elə şey yoxdur, biz ikimiz də bir yerdə öləcəyik”. Bu söhbətdən 19 gün sonra 1997-cı il yanvarın 19-da – ad günündən Kəbirgilə gedəndə hər iki dost avtomobil qəzasına düşərək həlak olublar.
Nizami rəhmətə gedəndə Sevda 4 aylıq hamilə olub. Oğlu olacağını bilsə də, Nizaminin dəfnindən 40 gün sonra uşağı tələf etdirib. Məncə həyat yoldaşı Sevda xanımın illər sonra dediyi bu sözlər də Nizaminin abidəsidir: Xoşbəxtəm ki, Nizaminin kədərini çəkirəm...
Çirkli pulların yuyulması, vergidən yayınma və qeyri-qanuni mərc oyunlarında ittiham olunan Dilan Polat və həyat yoldaşı Engin Polat cütlüyü bir müddətdir Türkiyənin gündəmini zəbt edib.
Musavat.com xəbər verir ki, Dilan Polatın həbsi müddətində evinin bağçası, hətta Batmandakı anasının məzarı belə oğrular tərəfindən qazılıb.
Məlumata görə, illər əvvəl atası tərəfindən öldürülən fenomenin anası Nihal Ayhanın məzarı naməlum şəxslər tərəfindən qazılıb və pul axtarılıb.
Belə ki, oğrular Polat ailəsinin sərvətinin bir hissəsinin mərhum anasının məzarında basdırıldığını düşünüblər.
Qeyd edək ki, vəkil Hüseyn Kaya hadisə barədə sosial şəbəkədə paylaşım edib.
Məzarda pul axtaran şəxslərlə bağlı istintaq başladılıb.
Xalq artisti Nazpəri Dostəliyevanın yeni fotosu yayılıb. Müğənni şəkli instaqram profilində yayımlayıb. Bir müddət əvvəl yayılan görüntüsünə görə müzakirələrə səbəb olan Dostəliyevanın plastik əməliyyat etdirdiyi iddia olunmuşdu. İfaçı bu dəfə şəklini fotoşop edərək paylaşıb.