b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_cd8abf8a36c66a530013b853b0332f4b.jpg
  

Ötən günlərdə Bakıya gələn türkiyəli bloger Danla Biliçin tədbirdə onunla şəkil çəkdirmək istəyənləri "zooparkdakılar" deyə adlandırdığı iddia olunub.

Bu barədə aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında paylaşım edib. O, Danlanı nəzərdə tutaraq bu sözləri deyib:

"Yalandan 6 milyon izləyicisi var. Videolarının 1 milyon izləməsi olur, cəmi 150 şərh gəlir. O, da bizim bəzi influenser xanımlarımız kimi yalandan özlərinə izləyici artırırlar. Onun Bakıda hansısa görüşü olub, bizimkilər də görməmişlik ediblər. Bu influenser də həmin izdihamı "zoopark"a bənzədib. Düz deyir, o, böyük adam deyil. Gəlib, bizim də görməmiş blogerlərimiz cumub üstünə ki, onunla şəkil çəkdirsinlər. Guya o da paylaşaq, bizimkilər də düşəcək onun 6 milyonluq izlənməsinə. Buna görə də o, Azərbaycan xanımlarını bu gözlə görüb. Amma bizim dəyərli xanımlarımız və blogerlərimiz var. Hansı ki, özlərinə və izləyicilərinə hörmət edirlər. Görməmişlik etmək lazım deyil".

Tolik təşkilatçıların Danlanın bu hərəkətinə müdaxilə etməməsini pisləyib:

"Ölkəmizə qardaş ölkədən gələn, feyk izləyicilər, feyk şərhlər və bəyənmələrlə dolu olan Danla adlı influenser izdihamı görüb. Bəzi qızlarımızın, sonradan görənlərin canında olduğuna görə düşünüb ki, bütün Azərbaycan xanımları belədir. Amma bu doğru deyil, ora gələn xanımlar belədir. Danlaya bildirmək istəyirəm ki, o tədbirə gələnlər görməmiş deyil, görməmiş olanlar orada idi. Bütün Azərbaycan xanımları elə deyil. Məsələn, səni küçədə görsək, bəlkə də heç salam vermərik. Bildiyiniz kimi, Türkiyədə instaqram dünəndən qadağan edilib. İnşallah, bir gün Azərbaycanda da bu baş verər və bu görməmiş influenserlər, ərəb feyk profillərlə özlərinə şərhlər yazanlar anlayarlar ki, bunlar influenser deyillər. Küçəyə çıxanda çox adamın tanımadığı bu xanımı gətirən təşkilatçı da bu vəziyyətə dərhal etirazını bildirməliydi. Təəssüf ki, bu baş vermədi. Ona görə də hər kəsin yerindən durub Azərbaycana gəlməsinə və xalqımızı aşağılamağa icazə vermək doğru deyil"./axşam.az

 
 
 

Bölmənin digər xəbərləri

08 İyun 2025 Burak Fahriyenin 39 yaşını belə təbrik etdi - FOTO
08 İyun 2025 Seda Sayanın oğlu görüntüsü ilə gündəm oldu - FOTO
08 İyun 2025 Məşhur aktrisa elə görüntülərini paylaşdı ki... - FOTO
07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL

Dünyapress TV

Xəbər lenti