Ardını oxu...
Türkiyəli aktrisa Beren Saat açıqlaması ilə diqqət çəkib.

"DogruXeber.az" xəbər verir ki, verilişlərin birindən qonaq olan aktrisa sosial şəbəkələrdə aktiv olmamasının səbəbini açıqlayıb:

"O qədər insan ağrı çəkir ki, mən xoşbəxt nəsə paylaşmağa utanıram. Həyatımızı yaşamağa davam edəcəyik. Həyat davam edir, amma başqa bir tərəfdə də həyatın davam etmədiyi bir dünya var. O qədər çox insanın həyatı dağıldı ki, mən pa

 
Ardını oxu...
 
Türkiyənin məşhur aktyoru Ata Demirerin qısa müddətdə itirdiyi çəki maraq mövzusuna çevrilib.
Xarici KİV xəbər verir ki,  Ata Dəmirer arıqlamasının sirrini açıqlayıb.
O, 5 ayda 22 kilo arıqlayıb. Qlüteni kəsən məşhur komediyaçı hər gün 45 dəqiqə gəzib. Dəmirer sirrini də bölüşüb:
“Mən naharda, nə də axşam yeməyində çörək yeməmişəm. Gündə 1 saata yaxın yeriyirdim. Hamısı budur... Həftədə cəmi bir dəfə düyü və makaron yedim”.
Tanınmış gülüş ustası şəkərli içkilərdən uzaq durduğunu, şirniyyatı azaltdığını da bildirib:
“Nahar və axşam yeməyində karbohidrat qəbul etməmişəm. Ət və balıq, yəni zülal yedim. Səhər 45 dəqiqə piyada getdim. Məlum oldu ki, mənim qlütenlə bağlı problemim var".
Ardını oxu...
 
Ardını oxu...
“Televiziyada bu gün hər hansı bir şairi, yazıçını, xanəndəni, sənətkarı, professoru təhqir edirlərsə, alçaldırlarsa, bununla da özlərinə reytinq qazanırlarsa, bu, artıq uçurumun lap kandarında olmaq deməkdir.”

Bu sözləri Moderator.az saytına müsahibəsində əməkdar artist Sevinc Sarıyeva söyləyib. O, reytinqə qurban edilmiş televiziya proqramları haqqında danışıb və bildirib ki, buna müasirlik desələr də, əslində, milli dəyərlərimizin tapdanmasıdır.

“Bəlkə də deyəcəklər biz avropalaşmışıq, tamamilə, dəyişməliyik. Amma bizim öz mentalitetimiz, öz dəyərlərimiz var. O dəyərlərimizi itirməmək şərtilə, təbii ki, müasir olmalıyıq. Təbii ki, bizdə də inkişaf olmalıdır, amma yaxşı yöndə. Böyüyün, kiçiyin yeri olmalıdır. Özümə qarşı kiçiklərdən heç bir hörmətsizlik görməmişəm, Allah hamısının canını sağ eləsin. Amma bu televiziyalara baxıram, təəssüf edirəm. Bizə milyonlarla tamaşaçı baxır. Ad çəkmirəm, yaxşı aparıcılarımız da, yaxşı verilişlər də var, amma azdır. Aparıcılar var ki, sualı verir, imkan vermir ki, qarşısındakı şəxs- sənətkar sualın cavabını verib sözünü tamamlasın. Efirə qonaq qismində dəvət etdiyi sənətkarın dilindən bir sözü götürür, başlayır ondan başqa mövzu düzəltməyə. O sənətkarın sözü qalır yarımçıq, aparıcı onun sözünü efirdən başqa cür təqdim edir. Dediyin sözə açıqlama vermədən montaj edib, verirlər saytlara, sosial şəbəkələrə. Mən əməkdar artist olaraq, verilişlərə getməyə ehtiyat edirəm. Verilişlərə dəvət alanda çehtiyat edirəm, seçim edirəm. Bu yaxınlarda Dövlət Televiziyasında Həqiqət Əsgərzadənin verilişində qonaq oldum. O qədər zövq aldım o verilişdən, xanımın dünyagörüşündən, alicənablığından. Sualı verir və şərait yaradırdı ki, qarşısındakı şəxs tələsmədən, aydın şəkildə fikrini izah edə bilsin. Mən əminəm ki, Həqiqət xanım kimi aparıcıya reytinq önəmli deyil, onun üçün verilişin keyfiyyəti əhəmiyyət daşıyır. Bəlkə də gənc aparıcıların qarşısında reytinq tələbi qoyulub deyə, onlar belə edirlər”.

Əməkdar artist əlavə edib ki, bəzən efirə çıxan sənətçi də reytinq naminə nələrəsə razılıq verir. Efirdə onun şəxsi həyatına aid mövzuların müzakirə olunmasına imkan yaradır. Sevinc Sarıyeva hesab edir ki, efirə çıxan hər kəs dəyərlərimizi unutmamalı, davranışlarına fikir verməli, tamaşaçı qarşısında olduğunu məsuliyyətlə dərk etməlidir.

“Onu da deyim ki, heç kimin geyiminə, şəxsi işinə qarışmağa ixtiyarım yoxdur. Həmişə deyirəm ki, bizi zirvəyə qaldıran da, yerə endirən də tamaşaçıdır. Mən öz sənətimlə fəxr edirəm. Bu yaxınlarda demişəm ki, “mənim sənətim şah sənətdir.” Bəli, şah sənətdir. Biz hər gün efir vasitəsilə milyonlarla insanın evində qonaq oluruq. Qonaq olduğumuz evə hörmətsizlik edə bilərikmi? Yox! Bizə hər nəslin nümayəndəsi baxa bilər. Ona görə biz milli əxlaqi dəyərlərimizi özümüzlə bərabər qonaq olduğumuz hər evə ötürməliyik. Biz- muğam ifaçıları isə, xüsusilə bu mövzuda diqqətli olmalıyıq. Geyimimiz, oturuşumuz-duruşumuz, danışığımızla nümunə olmalıyıq. Mən həmişə Mənsum İbrahimovu misal çəkirəm. Başqa sənətçilərimiz inciməsin. O insan təpədən-dırnağa nümunədir, alicənablıqdır, kübarlıqdır. O təkcə efirə yox, hər gün tələbələri qarşısına da eyni qaydada çıxır. Xan əmidən sonra o insan muğamın aristokrat simasıdır. Babək Niftəliyev, Təyyar Bayramov, İlkin Əhmədov kimi xanəndələr də onun yolu ilə gedir, onu özlərinə nümunə seçiblər. Qadın xanəndələr də nümunəvi olmalıdır. Kim deyir ki, yaxşı geyinməsinlər? Amma geyim mədəniyyəti deyilən anlayış var, diqqət etməliyik. Səhnə mədəniyyətini yaxşı bilməliyik. Tamaşaçı bizi dinləyir ki, dərdini, problemini unutsun. Ekran qarşısında əyləşir ki, bir az bizə qulaq assın, əhvalı düzəlsin. Yoxsa ki, televizoru açır görür ki, sənətçi nələrinisə nümayiş etdirir. Tamaşaçı bundan nə zövq ala bilər? Niyə tamaşaçının zövqünün korlayırıq?”

 

Ardını oxu...
 
Əməkdar artist Könül Kərimova və bəstəkar - müğənni Hacı Nazim Məmmədovun birgə çəkilən fotosu tənqidlərə səbəb olub. 
Müğənninin sosial şəbəkədə paylaşdığı fotodakı pozası izləyicilərin xoşuna gəlməyib.
İzləyicilər Könül Kərimovaya “Yaşının bu vaxtında bu nədir?”  şəklində şərhlər yazıblar.

Ardını oxu...
 

Ardını oxu...
“Mən muğam sinfini bitirmişəm. Böyük sənətkarlarımız Səlim Ağayarovdan, İslam Rzayevdən təhsil alıb, Arif Babayevin dərslərində iştirak etmişəm. Hal-hazırda Soltan Hacıbəyov adına musiqi kollecində dərs deyirəm. 25 ildir ki, orada işləyirəm. O vaxt xalq artisti Mələkxanım Əyyubova “İrs” ansamblı ilə, mən isə “Telli” ansamblı ilə birlikdə oxuyurdum. O vaxt toya gedirdik, muğam oxuyanda bəylə gəlin sifətlərini turşudub, narazılıq edirdilər. Sonra başladım özüm üçün mahnılar yazdırmağa. Şükür Allaha bütün mahnılarım sevilir. Muğamı da bilirəm, digər mahnıları da. Toyda bəylə gəlin üçün öncə muğam oxuyuram, sonra digər mahnılara keçid edirəm”
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib. O daha sonra əlavə edib.

“Toya gedirsənsə toy mahnıları olmalıdır da. Camaat oynamağa, şənlənməyə gəlib. Uzaq başı 1, 2 lirik mahnı oxuya bilərsən. Ondan sonra camaat axı rəqs etmək istəyir. Mahnılarımı toylarda bütün müğənnilər oxuyur. İcazə alıb oxuyanlar, hətta popurilərinə salanlar da olub. Demək olar ki, “Davulçu” mahnımı oxumayan müğənni qalmayıb. Mənim hamısı ilə münasibətim yaxşıdır. Pis də oxumurlar. Əlbəttə ki, mahnı onun ilk müəllifinin ifasında sevilir” deyə o bildirib.

Müğənni bu gün “Rəngarəng” verilişində yaşanan anlaşılmazlığa da aydınlıq gətirib.
“Yoldaşım efirə qoşularaq deyir ki, guya məni tanımır. Deyir deyir də. Burada nə var ki? Hamı bilir ki, o mənim zakslı, kəbinli həyat yoldaşım olub. Nə var, nə var mən onun haqqında demişəm ki, yoldaşım indi də dalımca mələyir. Bu söz onun acığına gəlib. Məndən həmin sözün acığını çıxır. Hər bir tək qadın sevib, sevilmək istəyir. Həyat sevgidir. Sevgisiz yaşamaq olmur. Sevmək lazımdır” deyə müğənni bildirib.

Qeyd edək ki, bu gün “Rəngarəng” verilişinə telefonla zəng edən müğənninin keçmiş həyat yoldaşı bunları deyib.
“Özünü mənimlə reklam edir. Biz evli olmamışıq. Oxuya bilirsən oxu. Oxuya bilmirsənsə mənim adımı niyə çəkirsən? Nikahımız da olmayıb” deyə bildirib. Mənzurə Musayeva isə cavabında onun dediklərini yalanlayaraq, keçmiş ərinin fotosunu aparıcıya verərək, efirdə nümayiş etdirməsini xahiş edib. Daha sonra isə müğənni “7 il ailəli olmuşuq, heç olmasa o illərə hörmət et” deyə bildirib.
Ardını oxu...
“Evdən “Sehrli xalat” filmində çəkilməyə icazə vermirdilər. Çünki dərslərim var idi, onlardan kənar qalırdım. Sınaq çəkilişləri yay tətilində olduğu üçün icazə vermişdilər. Sonra dayım dedi ki, uşaqdır, gedib çəkilsin, yadigar qalar. Yaxşı ki, çəkildim. Rəşidlə mən baş rol idik deyə iri planda çəkilirdik. Yay vaxtı idi, hava çox isti idi. Biz də uşaq idik, qaçırdıq, oynayırdıq, tərləyirdik. Yadımdadır, çəkiliş başlayan kimi bizim tərimizi qurudurdular. Əlbəttə ki, bizim üçün çəkilişlərdə iştirak etmək çətin idi, amma oradakı aktyorlardan sözün əsl mənasında valideyn münasibəti görmüşük”

Bunu Moderator.az-a açıqlamasında “Sehrli xalat” filminin Zərifəsi Solmaz Hətəmova deyib. O daha sonra əlavə edib.

“Filmdə polis rolunu oynayan aktyorumuz Tələt Rəhmanov mənim həyat yoldaşımın qohumudur. O vaxt bizə elçi gələndə məni görüb dedi ki, sən burada neynirsən?! (gülür). Bilmirdi ki, mənim üçün elçi gəlib. Tələt Rəhmanovun yoldaşı mənim qaynanamın qohumudur. Dedi ki, “Zərifə, mən heç bilməzdim ki, nə vaxtsa sənin üçün elçi gələcəyəm”. Üstündən illər keçməsinə baxmayaraq o məni unutmamışdı. Tələt Rəhmanov həm də filmdə operator köməkçisi işləyirdi. Çox zəhmətkeş insan idi” deyə sənətçi bildirib.

Solmaz Hətəmova bugünki fəaliyyətindən də danışıb.
“Həkim olmaq istəyirdim, amma alınmadı. Atam da həkim idi. Anamın istəyi ilə sənədlərimi ADNA-ya verdim. İqtisadiyyat fakültəsinin axşam şöbəsinə daxil oldum. Pedaqoji fəaliyyətlə məşğul idim. Uzun müddət Rabitə kollecində dərs demişəm. İndi artıq dərs demirəm. Evdə oluram. Nəvələrimlə vaxt keçirirəm. Xoşbəxt ailəm var” deyə Solmaz Hətəmova bildirib.

Solmaz Hətəmova bu gün uşaq filmlərinin çəkilməməsindən də gileylənib.
“Yoxdur, çəkilmir. Bəlkə çəkilir mən görmürəm? Amma çəkilsəydi ən azından xəbərim olardı. Kino təbliğatdır. Uşaq filmləri isə uşaqlara daha çox lazımdır, vacibdir. Bu gün uşaqlara üçün nə verilişlər var, nə də ki, filmlər. Uşaq məcburdur ki, böyüklər üçün olan filmləri izləsin. Uşaqlar saf olur, onların hər şey yaddaşında qalır. Məsələn, mənim övladlarım bu filmə baxmışdılar. Filmdə hər deyilən sözü yadlarında qalmışdı. Uşaqlarım balaca olanda, onlara hirslənəndə mənə deyirdilər ki, “Zərifə gülümsə”. İşıq sönəndə isə deyirdilər ki, “qorxmayın, məndə fənər var” (gülür). Böyük oğlum 5 yaşı olanda filmi izləmişdi. Ondan soruşmuşdum ki, necə oynamışam? Demişdi ki, “daha təbii oynaya bilərdin” deyə müsahibimiz bildirib.

Ardını oxu...
Dekabrın 3-ü Türkiyədə 49-cu dəfə keçirilən ən prestijli “Altın Kelebek” mükafatları öz sahiblərinə qovuşdu. “Azərbaycanın parlayan ulduzları” nominasiyası üzrə mükafatın sahibləri teleaparıcı və aktrisa Kəmalə Piriyeva, müğənni Samira Əfəndi və bloger Nəcibə Əhmədi olub.

Sənətçilərimiz arasında ötən il “Altın Kelebek” mükafatına layiq görülmüş yeganə kişi sənətçi Ayaz Babayev də həmvətənlərini dəstəkləmək üçün gecəyə qatılıb, onların sevincinə şərik olub. O, Türkiyədən dünən geri qayıdıb.

Elə möhtəşəm gecə haqqında təəssüratlarını da eksklüziv olaraq, Moderator.az saytı ilə bölüşüb.

“Dünən Türk İncəsənət dünyasının ən önəmli ödülü “Altın Kelebek”in ödül töreni idi. Mən də ötənilki qalib kimi orda iştirak etdim. Üç ildir ardıcıl olaraq bu tədbirdə iştirak edirəm, möhtəşəm hisslər yaşayıram. İlk dəfə qazana bilməmişdim, ikincisində mənə layiq görüldü, Azərbaycanın parlayan ulduzu oldum. Bu il isə dəyərli dostlarımız qazandı, onları dəstəkləməyə getdik. Hər biri öz peşəsində, öz yolunda uğurlu insanlardır. Hər üçünü təbrik edirəm, hər üçü dostumuzdur. Həqiqətən, Azərbaycanda “influencer”liyi yüksək səviyyəyə gətirən mənim dəyərli dostum Nəcibə Əhmədi, bizi dünyada təmsil edən Samira Əfəndi, istər serialları, filmləri, istərsə də aparıcılığı ilə möhtəşəm sima Kəmalə Piriyeva- hər üçün o ödülə layiqlidir.”

Gənc və istedadlı müğənni Ayaz Babayev vurğuladı ki, bu mükafatla bağlı bəzi insanlarda şübhələr var və bunun da səbəbi qısqanc sənətçilərin söylədiyi fikirlərdir.
“Arzu edirəm ki, “Altın Kelebek” həyəcanını, arzusunda olan, o möhtəşəm gecədə olmaq istəyən hər kəs yaşasın. Sənətçilərin bəziləri elə sözlər deyir ki, insanlarda da səhv fikirlər formalaşır. Deyirlər, belə uğurlar pulla əldə olunur. Normal məntiqi olan insan başa düşər ki, “Altın Kelebek” 49-cu dəfə keçirilir, yəni yarım əsrlik tarixi olan ödüldən bəhs edirik. Baş sponsoru da “Pantene”dir- Neslihan Atagül, Demet Özdemir kimi ulduzları siması edir, bu gecənin təşkili üçün milyonlarla qonorar xərclənir. Bu o deməkdir ki, orda bizim 5-10 minimiz heç bir rol oynaya bilməz. Səsləndirilən mənfi fikirlər, düşünürəm ki, arzu ilə, qısqanclıqla bağlı olan reaksiyalardır. Arzu edirəm ki, qısqanclıq yaşayan hər kəsə bu ödül qismət olsun. “Altın Kelebek” bizim həyatımızda gözəl bir iz buraxdı. İstəyərdim ki, bu qısqanclıq yox, sənət dostlarım üçün motivasiya olsun.”
 
Ardını oxu...
Xalq artisti İslam Rzayevin bacısı qızı Arzu Şəmiyeva “O üz” verilişinə müsahibə verən müğənni Xatirə İslamın dediklərini yalanlayıb. Xatirə İslam müəllimi İslam Rzayev üçün yubiley təşkil etdiyini bildirib. Mərhumun qohumu isə “İslam Rzayevin xatirəyə ehtiyacı yox idi. Xatirə özü deyirdi ki, İslam müəllimin adı mənim üçün yaşıl işıqdır” deyə münasibət bildirib.

Moderator.az
-a açıqlama verən Arzu Şəmiyeva həqiqətləri olduğu kimi söylədiyini bildirib.
“Xatirə dayımın tələbəsi olub. Hamıya o təmənnasız kömək edirdi. Pul düşkünü deyildi. Nəyinsə xatirinə tələbələrinə dərs deməyib. Əgər tələbənin istedadı var idisə, ona yol göstərirdi. Xatirə anası ilə dayımın evinə gəlirdi. Dayım da, ailəsi də Xatirəyə hər zaman hörmətlə yanaşıb. Xatirəyə sual verin ki, sən heç bir dəfə də olsa İslam müəllimin bacısı, bacısı övladları ilə ünsiyyətdə olmusan? Maraqlanmısan? Bizimlə münasibəti yox idi. Xəstəxanada bir dəfə yaxınlaşıb bizimlə salamlaşdı. Təxminən 7-8 il əvvəl anam sağ idi. Bircə dəfə Xatirəyə İslam Rzayevin bacısı kimi zəng edib bacım oğlunun toyuna dəvət etdi. O da axşam saat 10-da gəlib 10 dəqiqəlik 2 mahnı oxuyub getdi. Sağ olsun. Xatirədən bizim görüb, görəcəyimiz o oldu” deyə sənətkarın qohumu bildirib.
Arzu Şəmiyeva deyir ki, Xatirə İslam Rzayev üçün yubiley təşkil etməyib.
“İslam müəllim həm prezident təqaüdü alırdı, həm Milli Konservatoriyada çalışırdı, həm İncəsənət universitetində, həm də Muğam teatrının bədii rəhbəri idi. Onun nəyə ehtiyacı var idi? Onun Xatirənin köməyinə ehtiyacı var idi sizcə? Yubiley tədbirində bir çox sənətkarlar var idi. Onu Muğam teatrının rəhbəri Arif Qazıyev təşkil etmişdi. Həmin yubiley youtube sosial platformasında da var. İslam dayım Xatirəyə qavalını hədiyyə edəndə Xatirə banket açmışdı. O yəqin ki, yubileylə banketi qarışdırır. Onda belə çıxır ki, “Şöhrət” ordenini də dayıma Xatirə vermişdi?! Bu nə deməkdir? İslam Rzayev Xatirədən heç vaxt istifadə etməyib. Özü efirlərdə deyirdi ki, İslam Rzayev adı mənim üçün yaşıl işıqdır. Xatirə mərd qızdır. Sadəcə dediyi sözlər verilişdə xoşuma gəlmədi deyə etirazımı bildirdim” deyə Arzu Şəmiyeva deyib.
 
Ardını oxu...
"Heç kəs Təranə xanım kimi evində işçi saxlamaz".

Bunu "Günaydın Azərbaycan" verlişində Təranə Qumralın ailəsi ilə birgə efirə gətirdiyi evinin işçisi olan yaşlı qadın deyib.

O, evində çalışdığı ilk gündən bu vaxta kimi bir dəfə də Təranə Qumralla hər hansı bir problem yaşamadığını, ona öz anası kimi münasibət bəslədiyini efirdə açıqlayıb:"Təranə xanım məni dünyanın hər yerini gəzdirib. Qoymayıb mən fikir edim. İki yerdən pensiya alıram, bir hökümətdən, bir də Təranə xanımdan (gülür). Hər gecə 12-də mənə zəng edir ki, "Necəsən, nə var nə yox? Səsin bir cürə gəlir. Bəlkə pulun yoxdur?". Deyirəm var, puluma nə gəlib. Mənim bir çöpümü də bir adam almır, hamısın Təranə xanım alır".//Titul.az

Müğənninin evində çalışan qadının açıqlamalarının ardını videodan izləyə bilərsiniz:

 

Ardını oxu...
Bir neçə gündür, aparıcı Xoşqədəm Hidayətqızının ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində ortaya atılan gəlin-qaynana mövzusu sosial şəbəkələrdə müzakirə yaradıb. Belə ki, verilişdə psixoloq Əli Nağıyev “Psixoloji qanunlara görə, gəlin qaynana və qaynatadan ayrı yaşamalıdır. Mən də valideynəm, övladlarımız qaynatalı-qaynanalı evə getməməlidirlər, bu, psixoloji problem yaradır. Hətta ana və qız eyni mətbəxdə bir tükə görə belə dava çıxara bilirlər, o ki qaldı gəlin-qaynana ola. Ana-atasının evindən çıxa bilməyən kişi xeylağı evlənməməlidir” fikirlərini səsləndirib.

Müzakirələrlə bağlı tanınmış psixoloq Samirə Bağırova Pravda.az-a fikirlərini bölüşüb: “Bu məsələnin mentalitetlə heç bir əlaqəsi yoxdur. “Mentalitet” sözü də, qaydaları da cəmiyyəti iflic vəziyyətdə saxlayır. Ümumiyyətlə, verilişlərdə savadlı ekspert qismində iştirak edən, demək olar ki, yoxdur. Bu mövzunun da müasirlik, Qərb qaydaları ilə heç bir əlaqəsi yoxdur. Valideynlərim 1955-1959-ci il təvəllüdlü olublar. Eyni fikirli insanlar olaraq evləniblər və bizə də eyni tərbiyə verilib ki, hər bir ailə qurmaq istəyən şəxs ayrı yaşamalıdır. Normal ailələrdə sıx-sıx görüşlər davam edir. Kişi ayrı yaşamaq gücündə deyilsə, ev ala bilmir, yaxud kirayə ödəyə bilmirsə, ayrı yuva qura bilmirsə, evlənməyi nə məcburdur? Hər bir qız öz evinin xanımı olmaq istəyir, hər bir insan evində çılpaq gəzmək, yaxud həyat yoldaşı ilə cinsi fantaziyası, bəzən tənbəllik etmək istəyi olur. Hər qadının öz ev qaydaları var. Gəlin, qaynana evinə gəldikdə 20-30 illik qaynananın qurduğu ev qaydalarına qarışa bilmir. Çünki qaynananın hüzurunu pozmuş olur. Ev qaynana və qaynatanındır, mütləq söz-söhbət olacaq. Çünki hər birinin illərlə vərdiş etdikləri qaydaları var. Bu mövzuda “mentalitet” sözünü hallandıranlar eqoist insanlardır. Yəni məsələyə gəlinə qulluq etdirmək, “gəlin tabe olmalıdır” mövqeyi ilə yanaşanlardır. Kimsə öz ailəsində elə görübsə, demək ki, şəxsi sərhədləri olmayıb. Yəni zəif xarakterə sahib olub. Evlilik qərarı verən kişi birmənalı şəkildə öz yuvasını ayrıca qurmalıdır. Əks təqdirdə, evliliyə hazır deyil. Buna evlilik deyilmir, nikaha fiziki olaraq cinsi tələbatını yerinə yetirmək və valideyinlərinə baxan birini almaq üçün imza atır. Elə buna görə də ailə qurmaq istəməyən xanımlar az deyil, çünki “öz evimdə, öz ata-anama baxıram” səbəbini gətirirlər. Yeni qurulan ailənin ayrı yaşamağı ən doğru yanaşmadır. Yeri gəlsə, lap elə mental baxışdan da birgə yaşamaq ayıbdır. Dərinə gedəndə bəy və gəlin valideyinlərinin yanında gecə yataq otağına çəkilir. Hər kəs də bilir ki, orada nə baş verir...”

Dünyapress TV

Xəbər lenti