Türkiyədə yaşayan Azərbaycan əsilli müğənni Tuğba Ekinçi həmkarı Seda Sayan haqqında şok ifadələr işlədib.
Türkiyə mediasının xəbərinə görə, Tuğba Seda Sayanın istifadə olunan qadın olduğunu, ərinin onu pulu üçün sevdiyini bildirib.
“Kişinin pulu, imkanları qadınınkından çox olmalıdır. Qadın varı, şöhrəti, pulu ilə kişidən üstündürsə, kişi o qadının yanında ondan istifadə etmək üçün dayanıb. Üstəlik aralarında çox böyük yaş fərqi var. Seda Sayanı çox sevirəm, amma inciməsin, o, istifadə olunan qadındır, evliliyinin sevgi üzərində qurulmasına inanmıram”,- deyib.
Qeyd edək ki, Seda Sayanın yeddinci əri Çağlar Ötken özündən 25 yaş kiçikdir.
Ardını oxu...