Ardını oxu...
Aktrisa, müğənni və model Paris Hilton Hollivudda ilk Helluin şənliklərindən birinə müğənni Britni Spirsin obrazında gəlib.

O, 2003-cü ilin məşhur “Toxic” klipində Spirsin açıq-saçıq stüardessa görünüşündə qatılıb.

Partidə həmçinin Castin Biber, Meqan Foks, Edvard Norton, Sindi Krouford, Kaya Gerber, Tobi Maquayr, Paris Cekson və digər məşhurlar da iştirak ediblər.
Ardını oxu...
Mənbə: gazeta.ru
 

Ardını oxu...
“Allahdan həmişə özümə ruzi-bərəkət, can sağlığı arzulamışam. Heç vaxt ikinci dəfə ailə həyatı qurmaq istəməmişəm. Bəzən deyirlər ki, Gövhər xanım, maşallah heç qocalmırsınız, baxımlısınız. Soruşurlar ki, niyə 2-ci dəfə ailə həyatı qurmadınız? Neynirəm əri? Ər adamı qocaldır. Mənim ərə gedən vaxtım da deyil. Bir kişi ilə evin içərisində qala bilmərəm, ataram onu bayıra. Sərbəstliyə öyrəşmişəm”

DİA.AZ xəbər verir, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib. O daha sonra əlavə edib.

“Bu qadınlar üçün çox ağır sənətdir. Qadın ailədə, övladlarının yanında olmalıdır. Vaxt-bivaxt gedib gəlirik, gecələr yuxusuz qalırıq. Kənardan baxana bəlkə də asan görünə bilər. Əsl halal qazanc biz musiqiçilərindir ki, zəhmət çəkirik, alın təriylə pul qazanırıq. Buna görə də övladlarımın bu sənətdə olmasını istəmədim. Özləri də istəmədilər, gərək insanın canından gəlsin. Qızım oxuyurdu, dedim ki, bu sənətdə akulalar var, səni udarlar. Onu sənətdən özüm uzaqlaşdırdım” deyə əməkdar artist bildirib.

Gövhər xanım bildirib ki, bir çox sənətkarlarla qonşu olub.
“Uşaqlarım balaca idi, anamın yanına qoyub işlərimə qaçırdım. Anam bu işlərdə mənə kömək edib. “Sovetski” məhəlləsində böyümüşəm, çox adam qorxudan məhəlləmizə gəlmirdi. Çünki oranın öz qayda-qanunları var idi. Zakir Mirzəyev, Aftandil İsrafilov, Firuzə İbadova, Nisə Qasımova, Zeynəb Xanlarova, Yaşar Nuri və s. sənətkarlar bizim məhəllədən çıxıb, qonşu olmuşuq. Bəzən deyirlər ki, uşağım kiməsə qoşuldu pis yollara düşdü. Qətiyyən belə deyil. Zorla heç kimi harasa aparmırlar” deyə sənətkar bildirib.

Gövhər Rzayeva efirlərdən narazılığını da dilə gətirib.

“Əvvəl efir repertuarı başqa idi, toy repertuarı tamam başqa. İndi efirlərdə ancaq toy mahnılarıdır. Başa düşürəm, kasıbçılıqdır, pul qazanmaq lazımdır. Amma sənəti də unutmaq olmaz” deyə musiqiçi deyib.

Qarmon ifaçısı sənətdəki qalmaqallardan da danışıb.

“Mənim heç kimdə işim yoxdur. Bir adam da deyə bilməz ki, Gövhərdən incimişəm. Hərənin öz işi, öz ev-eşiyi var. Məndən kimisə soruşanda çatışmazlıqlarını demirəm, onu tərifləyirəm. Bilirəm ki, bir kəlmə desəm, beşini də o qoyub çatdıracaq. Bu sənətə gələndə anam dedi ki, qulağını kar, gözünü kor, dilini lal et. Mən kiməsə pislik etməklə kimə neynirəm ki?! Haqsızlığı götürmürəm. Bir də görürsən ki, üzdə bir cürdür, arxada başqa cür” deyə əməkdar artist bildirib.

        
Ardını oxu...
Türkiyədə “uşaqlara qarşı cinsi istismar” kimi bir çox cinayətdə ittiham olunan və mütəşəkkil cinayətkar dəstə ilə bağlı iş üzrə həbs cəzası alan Adnan Oktarla bağlı daha bir iddia səslənib. Belə ki, Türkiyənin məşhur ifaçısı Aleyna Tilki cinayətkar dəstənin onu da tələyə salmağa çalışdığını iddia edib.

İfaçının sözlərinə görə həmin vaxt o, 13 yaşında olub. Həmin vaxtlar Tilki arada tələbə yataqxanasının reklamında anasına dəstək olmaq üçün Mərmərə Universitetinin qarşısında reklam broşürləri paylayırdı. Qızın sözlərinə görə, “kedicik”lərdən biri ona yaxınlaşaraq məşhurluq təklif edib.

“Çox istedadlısan, albom çıxarmalısan”, - deyə ona e-mail ünvanını verib.

Ancaq anasının diqqətli davranışından sonra Aleyna Tilki Adnan Oktar cinayət təşkilatı ilə əlaqə saxlamaqdan son anda xilas olub.

Qeyd edək ki, Adnan Oktar 8 658 il həbs cəzasına məhkum edilib. Bu həbsdən sonra sözügedən təşkilatın üzvü olan “kedicik” adlı qadınlara qarşı edilən şiddət və təhqirlər bütün çılpaqlığı ilə ortaya çıxıb.
Təşkilat üzvlərinin gənc qızları alış-veriş mərkəzlərində tələyə saldıqları üzə çıxdıqdan sonra Eser Yenenlerin həyat yoldaşı Berfu Yenenler də Adnan Oktarın şəbəkəsinə düşməkdən çətinliklə xilas olduğunu bildirib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: En Son Haber
 
Ardını oxu...
Türkiyəli sənətçi Işın Karaca özündən 21 yaş kiçik sevgilisi musiqiçi Can Yapıcıoğlu ilə evlənib.

Gununsesi.info xəbər verir ki, Karaca özəl günündən fotoları sosial media hesabında paylaşıb.

Amsterdamda keçirilən toya cütlüyün ailəsi və yaxın tanışları qatılıb.

Xatırladaq ki, Işin Karaca saç qıran kimi tanınan Alopesiya areata xəstəliyinə tutulduğunu açıqlamışdı.

Qeyd edək ki, Karaca 3 illik həyat yoldaşı Tuğrul Odabaşından 2019-cu ildə boşanıb.
 

Ardını oxu...
Ölkədə “TikTok”a giriş rəsmi şəkildə məhdudlaşdırılmasına baxmayaraq, bu qanunları görməməzliyə vurub müəyyən qadağan olunmuş proqramlar vastəsi ilə “TikTok” platformasına qeyri-qanunu girişlər edib, müxtəlif şoular keçirənlərin sayı durmadan artmaqdadır.

Bu dəfə keçirilən yarışda finala qalanlardan biri hamının tanıdığı, inzibati qaydada dəfələrlə məsuliyyətə cəlb olunan, hətta bir dəfə İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə barəsində 15 sutka müddətinə həbs qərarı verilən hamının (Baboş) ləqəbi ilə tanıdığımız Babək Cabbarovdur.

“Baboş” izləyicilər tərəfindən cinsi azlıq nümayəndəsi kimi tanınır, hətta bir neçə dəfə onun yayılan səs yazılarında da bunu özü etiraf etdiyi məlum olur. Digər finalçı isə, “Magerramov” ləqəbi ilə tanınan, söyüş və təhqirə görə “Baboş”dan heç də geri qalmayaraq dəfələrlə inzibati qaydada məsuliyyətə cəlb olunan, hətta 2 dəfə barəsində həbs qərarı çıxarılan Əmrah Məhərrəmovdur. Loru dildə desək, sosial şəbəkə istfadəçilərinin qəhrəmana çevirdiyi 2 “ZEK”in finalıdır.

Finalda isə “Baboş”a 50000 manata yaxın hədiyyə göndərildi. Əsasən də İstanbulda yaşayan iş adamı "İstanbul 100" ləqəbi ilə tanınan Tural Abbasovun göndərdiyi 40000 manatdan çox ona jest olması gündəm olub.

Oyun bitəndən sonra isə ara sakitləşmir. Digər dəstəkçilər “Baboş”un dəstəklənməsini qınayırlar. Həqiqətən qınanılası və biyabırçlıqdır. Bu məbləği Şəhid və qazi ailələrinə yardım etmək daha da faydalı olmazdımı?

Hələ bunlar azmış kimi, tərəflərin bir-biri ilə konfrans zamanı "İstanbul 100" ləqəbi ilə tanınan Tural Abbasov, əslən Naxçıvandan olduğu deyilən Fuad Hüseynov bütün Azərbaycan xalqını və çoxsaylı sosial şəbəkə izləyicilərini ağır söyüşlərlə təhqir edir. Fuad Hüseynov “Mənə bu Respubilkada nəisə deyə biləcək şəxsləri…” qurşağından aşağı söyüşlər söyməklə bir sözlə desən söyüşlərini dayandırmaq bilmir.

Ağlına yox, ağzına gələni danışan bu şəxs və şəxslərə görə Azərbaycan ərazisində "TikTok" platforması müvəqqəti olaraq məhdudlarşırılaraq qanunla girişinə qadağa qoyulub, amma görünür bəzi “papanın gül balaları” pullarına güvənərək bu platformadan rahatlıqla istifadə edərək hər kəsi istədiyi kimi söyüb təhqir edə bilər. Bunların da üfunət iyi verən söyüşlərini gənc nəsillər eşidib rahatlıqla həzm edəcək. Amma bunlar da qanunlardan rahatlıqla yaxa qurtara biləcək.

Çox maraqlıdır ki, ölkədə bəzi rəsmi qurumlar bunlara niyə nəzarət etmir? Sosial şəbəkədə dövriyyə edən bu pullar haradan gəlib hara getdiyini Vergilər Nazirliyi və hüquq-mühafizə orqanları hesabatını aparıbmı? Ümidvarıq təqdim edəcəyimiz bu faktlardan, bu görüntülərdən sonra aidiyyəti qurumlar hər hansı tədbirini əsirgəməyəcək.
 //azerbaycanrealligii.com//

Ardını oxu...
Xəbər verdiyimiz kimi, bir vaxtlar şou-biznesdə Təhminə (Toma) adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimovanın anası qızının narkotik aludəçisi olduğunu açıqlayıb.

Teref.az axşam.az-a istinadən bildirir ki, aparıcı Elgiz Əkbər proqramına qatılan qadına kömək üçün Təhminəni tapıb efirə gətirib. O, Təhminəni reabilitasiya mərkəzinə yollayaraq, sağalmasına çalışıb. Elgiz “Elgizlə izlə” verilişində bildirib ki, Təhminə onu aldadaraq pul alıb və qaçıb:

“İngilis həyat yoldaşı uşağı üçün ona pul göndərir, amma o, başqa yerə xərcləyir. Sonuncu dəfə ona 250 min manat pul göndərib. Hər ay isə 3 min manat göndərir ki, uşağa xərcləsin.

Qızı bahalı reabilitasiya mərkəzinə danışdıq. Gəldi ki, 50 manat borcum var, ver, gedib ödəyim. Balasının canına and içdi. Məni sosial şəbəkədə tənqid edirlər ki, narkotik aludəçisinə güvəndiniz. Yalançını evinə qədər qovarlar. İki uşağı var. Biri xəstədir.

İndi mənim verdiyim pulu götürüb getdi. Hamımızı aldatdı. Yenə də onu küçələrdə görəcəksiniz. İngilis dili bildiyi üçün ancaq xaricilərdən pul istəyir. Bir nəfər var ondan istifadə edir. Pul alır gedib onu nəyəsə xərcləyirlər. Bundan sonra ona heç bir yardım etməyəcəyik”.

Qeyd edək ki, Rövşanə Kərimovanın anası sözügedən verilişə çıxaraq qızının milyonluq evlərini satdığını açıqlamışdı.


 
Ardını oxu...
“Əməkdar artist Aygün Bəylərin səhhətində heç bir problem yoxdur”.

Bu barədə Oxu.Az-a Əməkdar artistin yaxınlarından biri məlumat verib.

İfaçının yaxınlarından verilən məlumata görə, o qan analizi üçün xəstəxanaya üz tutub:

“Aygün xanımın xəstəxanaya yatırılması ilə bağlı yayılan xəbərlər yalandır. Reytinq xətrinə yanlış məlumatlar verirlər. Hər kəs narahat olub. Aygün Bəylərin səhhətində heç bir problem yoxdur. Evdədir. Hər şey qaydasındadır.

Qan analizi verən zaman fotosu çəkilib, paylaşılıb. Dünəndən bu günə qədər yüzlərlə zəng gəlib. Diqqətiniz üçün təşəkkür edirik. Bir daha demək istəyirəm ki, narahat olmayın. Aygün xanım yaxşıdır”.

Xatırladaq ki, bir müddət əvvəl xanəndədə xərçəng aşkarlanıb. O, daha sonra müalicə olunduğunu və sağaldığını deyib.
 
Ardını oxu...
"Oğlum Mənanın 3 ay əvvəl ardıcıl olaraq 1 ay fasilə ilə "sudurqa"sı (epileptik tutma - red.) oldu. Bu hal o, yuxuda olanda baş verir. Sonra onu müayinələrdən keçirtdik, başını "MRT" (Maqnit Rezonans Tomoqrafiya - red.) elətdirdik. Nəticədə bəlli oldu ki, Mənanın başında xoş xasisəli 2 sm. öçüsündə meningioma (Ən çox rast gəlinən xoş xassəli baş beyin şişləri olub, beynin üzərini örtən qoruyucu təbəqə olan meninks - beyin örtüyündən əmələ gəlir - red.) var".

Hurriyyet.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Mənanın atası meyxanaçı Namiq Məna qonaq olduğu "Bizimləsən" ictimai-sosial proqramında deyib.

Söz xiridarı oğlunun ağırlaşan səhhəti ilə bağlı bunları söyləyib: "Oğlumun beynində meningioma aşkar olduqdan sonra təşvişə düşdük. Şükürlər olsun ki, oğlum əməliyyat olundu, müalicələr aldı. Hər şey indi normaldır".

'Məna isə "Yuxuda "sudurqa" məni tutduğuna görə hiss etmirdim heç nə. Yuxudan məni ayıldırdılar, mən də ayılırdım. Üç dəfə ara verə-verə "sudurqa"m olub" sözləri ilə sağlamlıq vəziyyətini ifadə edib.

 
Ardını oxu...
Türkiyəli aktyor Aras Bulut İynemlinin aktyor qardaşı Orçun narkotik maddə aludəçisi olduğunu etiraf edib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Orçunun həyat yoldaşı Eda polisə şikayət edib.

O, həyat yoldaşının ona şiddət göstərdiyini və evdə narkotik yetişdirdiyini bildirib.

Məhkəmə zamanı "Aludəçiyəm, müalicə olunmaq istəyirəm" deyə, açıqlama verən Orçun sərbəst buraxılıb.
 
Ardını oxu...
“Oğlumun toyunu rayonda etdim. Sənət dostlarımın heç birinə deməmişdim. Onları Bakıdakı toya dəvət edəcəm. Sağ olsunlar rayona yalnız qohumlarım və tələbələrim gəlmişdi. Övlad toyu hər bir ananın arzusudur. Hər zaman toylara gedəndə bəzənib-düzənirsən, amma insanın öz övladının toyunda keçirdiyi hiss-həyəcanlar bir başqadır. Həm böyük məsuliyyətdir, həm də həyəcan. Sevinclə-kədər bir-birinə qarışır. Allahdan arzu edirəm ki, sevincli, toylu-büsatlı günlərimiz çox olsun”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Simarə İmanova deyib. O daha sonra əlavə edib.

“Qaynana çox ağır sözdür. Filmdə Nəsibə xanım necə deyir? “Gəlin odur ki, yumurtanın ağını bu gün bişirə, sarısını sabaha saxlaya” (gülür). Yox mən elə qaynanalardan deyiləm. Oğlumu istəyirəmsə, gəlinimi də istəməliyəm. O mənim qızımdır. Bəzən soruşurlar ki, neçə övladın var? Deyirəm ki, ikisi var idi, biri də oldu. Təəccüblənirlər. Gəlinim də ailəmizə qatılırsa, o da mənim qızımdır da. Qızı yoldaşım da, mən də görüb bəyənmişdik. Hazırlaşırdıq ki, oğlumuza deyək, o bizi qabaqladı. Sən demə onlar da bizdən xəbərsiz bir-birlərini sevirmişlər. 4 ildir ki, nişanlı idilər. Toyu universitetə görə gecikdirdik. Şükür Allaha ikisi də universiteti bitirdi” deyə sənətkar bildirib.

Xalq artisti fəaliyyətindən də danışıb.

“Bilirsiniz ki, mən Mədəniyyət və İncəsənət universitetinin dosenti, həmçinin də Sənətşünaslıq üzrə fəlsəfə doktoruyam. Pedaqoji fəaliyyətlə məşğulam, tələbələr yetişdirirəm. Qarşıdan universitetimizin 100 illik yubileyi yaxınlaşır, ona hazırlaşırıq. Yeni layihələrimiz də var, inşallah ki, hamısını həyata keçirəcəyik” deyə sənətkar bildirib.
 

Dünyapress TV

Xəbər lenti