Aktrisa Pərvin Abıyevanın bir neçə gün əvvəl geyindiyi şalvar söz-söhbətə səbəb olub və izləyiciləri aktrisanın alt geyiminin göründüyünü zənn edib. Pərvin özü şərhlərə cavab verib: "O, düşündüyünüz kimi tumuş deyil. Şalvara bitişikdir. Sadəcə yuxarısı var, altı yoxdur". Sənətçinin geyindiyi “Alexander Wangngy” markalı bikini görüntülü şalvarın modelidir. Şalvarın qiyməti 425 dollar, təxminən 722 manatdır.
Türkiyəli məşhur aktrisa Demet Özdemir yay aylarında eşq yaşadığı yunanıstanlı DJ Sergio ilə ayrılıb.
Xarici medianın məlumatına görə, aktrisanın İnstaqram hesabından Sergionu silməsi ayrılıq iddialarını gücləndirib. Lakin yunan DJ Sergio hələ də aktrisanı İnstaqramda izləməyə davam edir. Qeyd edək ki, Oğuzhan Koçdan boşandıqdan sonra Yunanıstana gedən Özdemir Afinada özünə ev almışdı. Aktrisa yunanıstanlı DJ Sergio orda tanış olmuşdu.
“İllərə nə var ki, gəlib keçəcək. Təbii ki, illər keçir və biz də yaşlaşırıq. Bəzən deyirlər ki, filankəsi necə görmüşüksə elə də qalıb, heç dəyişməyib, qocalmayıb. Bunu daha çox efirdə olan insanlar haqda deyirlər. Yaradıcılıqla məşğul olan insanlar zamanın necə keçdiyini hiss etmirlər. Bu mənim üçün də keçərlidir. Tamaşaçılara təqdim etdiyimiz sənət qarşılığında onlardan müsbət enerji, sevgi, alqış görürük. Bizi gözəl, baxımlı qalmağa sövq edən də onlardır. Gözəl olmaq hər zaman şanslı olmaq demək deyil. Gözəl olmaq ən şanssız insan olmaq deməkdir. Mən bunu çox təcrübələrdən keçirmişəm. Bu mənə bəzən mane də olub. Səhnə adamının gözəl görünməsi mütləqdir”
DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, sevilən müğənni Gülüstan Əliyeva deyib. O daha sonra əlavə edib.
“Sevgisiz heç bir canlı yaşaya bilməz. Həmçinin də insan. Sevgi tək qadın və kişi arasında olan bağlılıq deyil. Bunlar əlbəttə ki, vacib amillərdir. Amma insanı yaşadan daha böyük sevgilər, duyğular var” deyə qadın xanəndə həyatda sevginin vacibliyini mütləq hesab edir.
Gülüstan Əliyeva hamı ilə məsafə saxladığını bildirib.
“Muğam sənəti ilə məşğul olan insanlar xaraktercə tam başqa xüsusiyyətə malikdirlər. Onların əksəriyyəti çox ağır təbiətli, qaynayıb-qarışmayan insanlardır. Sənətdə sirdaşım yoxdur. Hamı ilə münasibətim gözəldir. Amma məsafə gözəldir. Ən pisi odur ki, o insanlar haqqında bir fikir bildirə bilmirsən. Çünki çözmək çətindir. Nə yaxşı kimi yaxşıdılar, nə də pis kimi pisdilər. Artıq təəccüblənmirəm” deyə sənətkar bildirib.
Gülüstan Əliyeva sənətə gəldiyi ilk illəri də xatırlayıb.
“Ulu öndər Heydər Əliyevin tapşırığı ilə bölgələrdən istedadlı uşaqları seçib Bakıya gətirirdilər. Mən də seçilən 650 nəfərin içərisində idi. Daha sonra ələnərək 12 nəfər qaldıq. Bu sənət yolunda addımlamağa başladıq. Bu gün o vaxt seçilən həmin sənətkarlar Azərbaycan incəsənətində, muğam sənətində xüsusi yer tuturlar. Onların hərəsinin özünəməxsus səsi var. Hər bir iş üçün sevgi verməlisən. Ömrünü, həyatını sənətinə verdiyin zaman səni dəyərləndirəcəklər. Çalışmaq istedadla yarıbayarıdır. Çalışmadığın anda sən heç kimsən. Sənətkar yox, heç sənətçi də ola bilməzsən” deyə sənətkar bildirib.
Meyxanaçı və müğənni Samirə Yusifqızı efirdə borclarından söz açıb.
Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu "7 tamam" axşam şousunda danışıb.
S.Yusifqızı bildirib ki, götürdüyü borc pulun üzərində faizi də var:
"Bir milyonum olsaydı borclarımı verərdim. İndiki zamanda kimin borcu yoxdur ki,... (gülür) Hamımızın borcu var. Kiməsə borc verib sonra o pulu hədiyyə etmək üçün həmin insanda “ürək” olması lazımdır. Hələ aldığın borcun sələmi də (faizi - red.) olanda o lap biabırçılıqdır.
Götürdüyüm borc pulun sələmi də var. Borca pul versinlər amma Allahdan qorxub o sələmi istəməsinlər", - deyə Samirə vurğulayıb.
Qeyd edək ki, Samirə Yusifqızının iki oğlan bir qız övladı var. Müğənni qazancının az olduğundan pandemiya başladıqdan bu günə kimi taksi fəaliyyəti ilə məşğul olduğunu açıqlamışdı.
Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızı və Vəfa Şərifova arasında qalmaqal davam edir.
Teref.az publika.az-a istinadən xəbər verir ki, ötən gün Afət Fərmanqızı Vəfa Şərifovanın İnstaqram hesabında paylaşdığı videounun altına təhqiramiz rəy yazıb:
"Dişini at kəlləsi kimi ağardıb elə oxuyursan ki, guya vecinə deyil. 15 dəqiqə əvvəl isə "kələ"n zəng edib xahiş etdi ki, o videonu sil. Dedim ki, silmirəm. Səni hansı toyda tutsam, saçlayacam".
Son günlər ölkədə rezonans doğuran iki ölüm hadisəsi baş verib. Əvvəlcə müğənni Yaqut Nəriman əri tərəfindən qətlə yetirildi, daha sonra isə tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı, iş adamı Orxan Məmmədli həyatına son qoydu.
Hər iki hadisə ATV-də yayımlanan “Bizimləsən” verilişində geniş müzakirə olunmaqdadır. Efirə qoşulan ekspertlər müəyyən “sirlər”i açmağa çalışırlar.
Maraqlıdır, aparıcı və digər şəxslərin açıqlamaları istintaqın gedişinə mane olarsa, onları cəza gözləyirmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Elçin Sadıqov həmin şəxslərin məsuliyyətə cəlb oluna biləcəyini deyib.
ATV-də “Bizimləsən” layihəsinə bir gün öncə intihar edən tanınmış biznesmen Orxan Məmmədlinin dostu zəng vurub.
Hurriyyet.Az xəbər verir ki, Amerikada yaşayan Meiza adlı xanım canlı efirə qoşularaq intihar edən şəxs barəsində şok faktlar açıqlayıb.
Meizanın sözlərinə görə, Orxan başqa bir evli qadını sevirmiş. O hətta öz həyat yoldaşından da bir neçə müddətdir ayrı yaşayır sözlərini dilə gətirən xanımın açıqlamaları hər kəsin marağına səbəb olub .