Məşhurları "öldürərək" reytinq yığanlar kimlərdir? - NƏ ETMƏLİ?
“Bu şəhərdə”nin iki simasından biri - əməkdar artist Rafael İsgəndərovun Tiktok ölüm xəbərini yayıb – təbii ki, feyk olduğunu bilə-bilə: Rafael buna çox acıqlı reaksiya verib və media da bunu fürsətə çevirib, müəmmalı bir başlıqla yayıb.
Rafael İsgəndərovun əsəbi, hikkəsi və verdiyi reaksiya anlaşılandır – o yayılan xəbəri görən dost, tanış, qohum hansı hisslər keçirər, kimlər hansı vəziyyətə düşər? Bəlkə də bu xəbərin özü Rafaelin ailəsində faciəyə çevrilə bilərdi.
Maraqlı olan həm də bu xəbərin Rafaelin kanallarımızla bağlı iradlarından sonra yayılmasıdır. Daha doğrusu, paralel ortaya çıxmasıdır – bir tərəfdə Rafael TV-ləri tənqid edir, baxmayaraq ki, bu tənqidində belə sərhəd gözləyir, məlum Zaurlar-Lalə-Elgiz-Xoşqədəm beşliyini və bu beşliyin təsirində olan verilişləri tənqid etməklə bərabər, onların baxımlı olmasına, “reytinq qırmasına” da toxunur, “balansı qoruyur”, digər tərəfdə Rafaelin “ölüm” xəbəri yayılır.
İlahi mizandır sanki, necə də üst-üstə düşür: Rafaelin adını çəkdiyi və üstünə getmədən, böyründən keçərək, cəsarətsizcəsinə, Trampın “qulağını yalayan” gülləsayağı “şou”ya bir “güllə” atır, əvəzində eynilə Trampın qatili kimi anında, yerindəcə “qətlə” yetirilir!
Bu, müqayisə deyil, zatən müqayisəyə də gəlmir – sadəcə, paralel olaylardır, eyni gündə yaşadıqlarımızdır.
Amma Tiktokun Rafaeli məhz insanların əxlaqını dağıdan rüsvayçılıqlara doğru cəsarətsizcəsinə çıxış etdiyi bir vaxtda “öldürməsi” təsadüf deyil. Mahiyyət etibarilə Tiktokdan qətiyyən fərqlənməyən həmin verilişlərə qarşı illərdir çıxışlar, sözlər, ziyalı etirazları kimsəyə təsir etmir – nə kanal rəhbərlərinə, nə də o verilişlərin müəlliflərinə. Bilə-bilə ki bu verilişlər insanların əxlaqını dağıdır, milli mədəniyyətə təcavüzdür, hər gün onlarla ailəni məhv edir, öldürür, dağıdır – yenə eyni templə davam edirlər.
Tiktok da eləcədir: yalan, feyk, düşüklük, əttökən çığır-bağırlar... Amma tiraj var, baxılma var, populyarlaşma var deyə, orda da heç bir məhdudiyyət, ölçü-mizana riayət edilmir!
Faktiki olaraq TV-lərin əlindən sağ çıxmağa çalışanları Tiktok öldürməklə məşğuldur, yaxud əksinə. Rafaelin “ölümü” əslində bir nümunədir – gündə onlarla insanı mənən öldürən, şir-fil-bayquş-qaşqaldağa görə hər şeyini qurban verən Tiktok və ya tv-şouların qətliamlarının qarşısında bir Rafaelin “ölümü” nədir ki?
Rafael bu gün “ölməyibsə” də, nəyinsə hesabına, hansı fövqəlzəhmətin sayəsində ayaqda qalıbsa da, sabah sənət baxımından, peşəkarlıq nöqteyi-nəzərindən “öləcəyi” ehtimalı çox yüksəkdir. Çünki tv-şoular və Tiktok videoları qarşısına çıxan hər şeyi dağıdır, məhv edir, qətlə yetirir. Və onların atdığı güllə heç vaxt yan keçmir – başını qaçırmağa yer də yoxdur. Trampı xilas edən başını qaçırıb monitora baxmasıydımı? Sən hara qaçıracaqsan başını? Monitora? Monitorda daha eybəcər şoulardır...
Rafaelin simasında (yəni “Bu şəhərdə”nin) istedadlı kəsim “manevr” edə bilir, ona görə ayaqdadır: heç bir satirası, hədəfi olmayan “səhnəcik” qurur, ən azı 5-6 blokundan yarısını auditoriyanı toplamağa sərf edir ki, heç olmasa, digər 2-3 blokunda o mənasız, düşük səhnələrlə cəlb etdiklərinə nəsə təqdim edə bilsin!
Bacarırlar, hələ ki! - Həm auditoriyanı, həm də sənəti qoruya bilirlər. Nə vaxta qədər? Sabah bunu saxlaya biləcəklərmi? Bu boyda aşınmanın qarşısında dayanmağa gücləri çatacaqmı? Həm də artıq gənc də deyillər, o enerji də qalmayıb; həm də artıq püxtələşmiş yaşdadırlar, daha fərqli sənət ortaya qoymağa meyilləniblər. Bu statusla davam edə biləcəklərmi?
Problem küll halda həll olunmalıdır, böyük proses başlamalıdır: həm Tiktokda, həm TV-lərdə, həm digər sosial şəbəkələrdə...
Amma heç kəsdən hərəkət yoxdur, heç bir müqavimət mövcud deyil, heç kim başlaya bilmir – çünki başlayacağı halda dəstək qazanacağına inanmır.
Ona görə Rafaellər mütləq öləcək, Baboşlar yaşayacaq, böyüyəcək, artacaq!
Ona görə artıq Rafael yox, Baboşlardan avtoqraf alırlar; artıq Rafael yox, Baboşlar küçədə-bacada barmaqla göstərilir!
Bizdə mədəniyyətin və mənəviyyatın soyqırımı aparılır Tiktok - TT ilə; bizdə maviləşmiş artilleriya ilə hər gün uşaq bağçalarına, məktəblərə, yeniyetmələrə, gənclərə ağır zərbələr endirilir; bu ölkənin mədəniyyətinin və mənəviyyatının kürəyinə “Xəncər” saplanır - bircə ədəd “Patriot”umuz da yoxdur ki, istedadlı insanlar, ziyalılar onun arxasında birləşib, hipersəs, hipervizual raketləri zərərsizləşdirsin...

Sosioloq Lalə Mehralı "Sherg.az"a bildirib ki, məşhur insanların ölüm, evlilik, xəstəlik kimi xəbərlərinə baxış çox olduğuna görə bəzi sahifələr və dırnaq arası saytlar bu ucuz oyuna əl atırlar:

“Lakin həmin insanlar 5 oxucu qazanırlarsa, 15 nəfər oxucunu itirirlər. Ancaq bunun fərqində olmurlar. Bu işə tiktok və instagram səhifələri alət olub. Feyk xəbər yolu ilə öz reytinqlərini qaldırmaq istəyirlər. Qarşı tərəfdə əsəb yaradan məsələdir. İnsanların psixologiyası olduqca gərgindir. Dövrümüzdə çox insan gərgin psixoloji vəziyyət ilə yaşayır. Rafael bəyin də reaksiyasını normal qəbul edirəm. Çünki bir insanın ölüm xəbəri onun özündən çox, doğmalarını narahat edir. Tanınmış sima olduğuna görə onun izləyiciləri və digər narahat olan insanlar da çoxdur. Ümumiyyətlə məhşurluq həmişə fayda ola bilmir. Bəzən həmin məşhurluq insana zərər də verə bilir. Məhşur bir insan bu cür vəziyyətlərə hazır olmalıdır”.
 

Bölmənin digər xəbərləri

08 İyun 2025 Burak Fahriyenin 39 yaşını belə təbrik etdi - FOTO
08 İyun 2025 Seda Sayanın oğlu görüntüsü ilə gündəm oldu - FOTO
08 İyun 2025 Məşhur aktrisa elə görüntülərini paylaşdı ki... - FOTO
07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL

Dünyapress TV

Xəbər lenti