Türkiyəli müğənni Mahsun Kırmızıgülün səhnəyə şortla çıxması tənqid edilib.
Hurriyyet.Az olay-a istinadən bildriir ki, sənətçi haqqında səsləndirilən tənqidlərə cavab verib.
O, konsertindən olan görüntünü paylaşaraq bu sözləri yazıb: "Təxminən bir ay öncə səhnəyə şortla çıxmağın indi tənqid edilir. Hadisə belə baş verib. Konsertdən sonra səhnədən endim və gündəlik geyimimi geyindim. 8-10 dəqiqə sonra isə səhnənin arxa qapısından çıxarkən dinləyicilərimlə rastlaşdım. Onların məni yenidən səhnəyə səslədiklərini eşitdim. Son anda pencək geyinib yenidən səhnəyə çıxmaq məcburiyyətində qaldım. Dinləyicilərimdən də geyimimə görə üzr istədim. Dinləyicilərimə, sevənlərimə heç vaxt hörmətsizlik etməmişəm. Bu sənətdə dinləyicilərinə mənim qədər hörmət edən ikinci sənətçi də yoxdur. Bunu da belə bilin".
Kiçik Kelvin Kordozar Brodus Azərbaycanın Qarabağ bölgəsində erməni separatçılarına dəstək vermək qərarına gəlib və bu barədə öz “Instagram” səhifəsində yazaraq onlara rəğbətini bildirib. Bunu oxuyandan sonra yəqin ki, əksər soydaşlarımız təəccüblə çiyinlərini çəkəcək: “Cəhənnəm olsun həm separatçılar, həm də həmin Kelvin. Nə çox dünyada... onun adı nədir, brontozavrlar, kordozavrlar. Qoy dəstəkləsin”.
Və ümumiyyətlə, bu münasibət kifayət qədər normal və məqbul olacaq. Kelvin üçün. Bəs bu cümlənin əvvəlini dəyişsək, necə olar? Gəlin belə deyək: “Dünyaca məşhur repçi Snoop Dogg (Snup Doq)”.
Burada münasibət və reaksiyalar tamam başqa cür olacaq. Qəzəb, hiddət, məyusluq və təbii ki, suallar... Bunlardan ən vacibi: niyə? Niyə, hansı səbəbdən bütün dünyada, o cümlədən Azərbaycanda milyonlarla pərəstişkarı olan reper İrəvandakı konserti ərəfəsində yazıb: “Sevimli erməni xalqı. Mən sizi düşünürəm və bütün ermənilərə sevgimi göndərirəm. Ermənistanda, Artsaxda və bütün dünyada olan ermənilərə. Mən sevgi və sülh gətirirəm və hər kəsə güc arzulayıram. Sentyabrın 23-də gələcəm”?
Onu buna nə vadar etdi? Məşhur cizgi film qəhrəmanının şərəfinə təxəllüs götürmüş bu amerikalı həqiqətənmi separatçılara və ümumilikdə erməni xalqına sevgi aşılayıb?
Amerikalının əsl hisslərini ifadə etdiyini və son dərəcə səmimi olduğunu güman etmək sadəlövhlük olardı. Hətta onun Ermənistanı xəritədə üçüncü dəfədən tapa biləcəyi ilə bağlı mübahisə də etmək olar. Hər şey dünya qədər köhnədir. Pul hər şeyi, demək olar ki, hər şeyi həll edir.
Fakt budur ki, Snupun sentyabrın 23-də İrəvan Hrazdan stadionunda konserti Ermənistan hökuməti səviyyəsində təşkil olunur. Bu məqsədlə 2 milyard 318,596,8 min dram (təxminən 6 milyon dollar) vəsait ayrılıb.
“Proqramın həyata keçirilməsi Ermənistana gələn turistlərin sayını artırmağa imkan verəcək, mədəni turizmin həcminin və Ermənistana maliyyə axınının artmasına kömək edəcək, ölkənin reytinqi, eləcə də Ermənistan barədə məlumatlılığı artıracaq”, – qərar layihəsində deyilir.
Proqramda 20-25 min insanın iştirak edəcəyi, Ermənistana xaricdən 5-6 min turistin gələcəyi gözlənilir. Beləliklə, bütün bu fəaliyyət kaleydoskopunun və mizan-səhnənin mərkəzində bizim “qəhrəmanımız” yerləşir. Onun bütün bu fantazmaqoriyadan nə qədər pay alacağı dəqiq bilinmir. Ancaq məbləğin layiqli olması ilə mübahisə edə bilməzsiniz.
Prinsipcə, reperin separatçılara və ermənilərə olan “sevgisini” daha diqqətlə təhlil etsək, bu, sadəcə olaraq, qonorarına, onu ödəyənlərə sevgi və ehtiramın təzahürüdür. Bildiyimiz kimi, musiqini pulu ödəyən adam sifariş verir. Ermənilərin hansı musiqiləri sifariş etdiyini hamımız yaxşı bilirik.
Bəs biz necə? Biz qəzəblənirik, Doqu danlayırıq, reperin sosial media hesabında hansısa sanksiyaların tətbiqinə yönəlmiş hansısa kampaniya təşkil edəcəyik. Bütün baş verənləri, ümumiyyətlə, əl-ələ verib səciyyələndirməyə çalışsaq, bunu çox lakonik şəkildə ifadə edə bilərik - boş söhbət.
Sual yarana bilər: nə etmək olar? Həm də amerikalı reperin “cəzasına” çağıran imza toplama kampaniyasından daha çox və daha effektiv iş görə bilərsiniz.
Məsələn, bir çox nüfuzlu musiqiçilərin “Qərb Sahilin Yeni Kralı” hesab etdiyi amerikalı reper Kendrik Lamarı niyə Azərbaycana dəvət etməyək? O, tarixdə Pulitzer mükafatını qazanan ilk qeyri-caz və qeyri-klassik musiqiçidir. Nədir, gəlməyəcək? Təbii ki, gələcək, əgər uyğun məbləğ təklif edilsə. Müqavilə bağlanandan sonra isə Lamar azərbaycanlılara, Qarabağa, bütün Azərbaycana daha da böyük sevgi etiraf edəcək. Və hələ də planetin müxtəlif yerlərində milyonlarla insanların izlədiyi hər cür "ulduzlar", "qalaktikalar" var.
Düşünürəm ki, ermənilərlə bu battlın nəyə lazım olduğu aydındır. Onsuz da bunu ermənilərin özləri da Snup Doqun İrəvana gəlməsini əsaslandırarkən çox bəlağətlə bəyan etdilər.
Bu arada... Hələlik bizim bütün çoxsaylı dövlət qurumları və QHT-lərimiz ermənilərin fəaliyyəti fonunda çox boz görünür və təşəbbüskarlıqdan məhrumdurlar. Qoy düşmən olsunlar, qatil, qaniçən olsunlar. Amma görün, ermənilər öz fahişə Kim Kardaşyanlarından necə məharətlə istifadə edirlər! Sevgilisi Kanye Vestdən necə istifadə etdilər?
Əlbəttə ki, belə bir səviyyəyə əyilməməliyik və ən dibə enmək də düz deyil. Biz onsuz da bunu edə bilməyəcəyik, axı ermənilərin buna istedadı var - lap dibə düşmək istedadı. Amma onların repertuarından bir az da olsa fayda çıxarmaq olar. Və, deyərdim ki, zəruridir. //ayna//
“Bu mövsüm ilk oynayacağım tamaşa sentyabrın 30-da Şekspirin “3-cü Riçard” əsəri olacaq. Şəhidlərlə bağlı Gülhüseyn Hüseynoğlunun hekayəsi, İlqar Fəhminin ssenarisi əsasında “Ana” adlı qısametrajlı filmdə çəkilmişəm. Ola bilsin ki, oktyabrda onun təqdimatı baş tutsun. Yeni obrazlar yaratmaq, filmlərdə çəkilmək istərdim. Qalib bir millətin filmləri də gözəl olmalıdır. Bizə görə canlarından keçən şəhidlərimizin həyatı, igidlikləri haqqında, qazilərimizin göstərdiyi şücaətlə, Şuşanın alınması ilə bağlı filmlər çəkilməlidir. O cür çətin dağ silsiləsini keçib, qalib adını qazanmaq mənə elə gəlir ki, bizim xalqımız üçün baş ucalığıdır. Mən də həmin filmlərdə ana obrazlarını canlandırmaq istəyirəm. Həqiqətən də kamera, çəkiliş meydançası üçün darıxmışam. Bu sənətə o qədər bağlıyam ki, həyatımı onsuz təsəvvür edə bilmirəm”
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Gənc Tamaşaçılar teatrının aktrisası, əməkdar artist Gülər Nəbiyeva deyib. O daha sonra illər öncə çəkildiyi “Girov” filmindən danışıb.
“ “Girov” filmi çox uğurlu ekran əsəri idi. Sadəcə olaraq o illərdə filmlə bağlı bəzi söz-söhbətlər yarandı. Əgər biz bir şeyi humanist ideyalarla çəkiriksə, onda mütləq ətraf aləmdən bəzi qınaqlar gələcək. Mən buna haqq qazandırıram. Öldürmək, məhv etmək heç də insanlıq əlaməti deyil. İstəməzdim ki, qana qanla cavab verilsin. Sadəcə elə bir həddə gəlib çatırsan ki, o zaman məcburiyyət qarşısında qalıb o addımı ata bilərsən. İkinci və ən uğurlu filmlərimdən biri də “40-cı qapı” olub. Bu 2009-cu ildə Amerikada ilk Azərbaycan filmidir ki, “ən yaxşı xarici film” nominassiyası üzrə qızıl mükafat aldı. Düzdür, bu o vaxtı mətbuatda çox da işıqlandırılmadı” deyə sənətkar bildirib.
Əməkdar artist açıq-saçıq səhnələri sevmədiyini bildirib.
“Gizlilik filmdə daha çox effekt verir, nəinki onu açıq-saçıq, bütün çılpaqlığı ilə göstərmək. Bəlkə də sənətçilərimiz deyə bilər ki, mən filan açıq-saçıq rolu böyük məmnuniyyətlə oynaya bilərəm, amma kamera qarşısında o sıxıntını hiss edirsən. Mən açıq-saçıq rolda oynaya bilmərəm. Yalandan nə danışım?! Özümü o obrazda görmürəm. Xanım-xatun obrazları daha çox oynamağa üstünlük verərdim, nəinki açıq-saçıq səhnələri. Açıq-saçıq səhnələr aktyorun, aktrisanın uğuru ola bilməz. Bizim teatrda “Aydın” tamaşasında belə bir səhnə var ki, Gültəkin məcburiyyət qarşısında Dövlət bəyin yanına gəlir və Dövlət bəy Gültəkinin çarşabını götürüb əlindən yerə salır, pencəyini çıxarır və işıq sönür. Həmin anda zalda o səhnəni görmək istəyən o qədər insan var ki. Hamıya maraqlı gəlir ki, görəsən nə oldu?! Yenə də gizlilik. Tamaşaçı marağı budur. Mən “Böyük dayaq” filminə baxanda həmişə fikirləşirəm ki, görəsən Balaş Maya xanımla o xoşbəxt anı yaşaya bildi ya yox?” deyə aktrisa bildirib.
Aktrisa bildirib ki, həyatda tam-tamına xoşbəxt olmaq mümkün deyil.
“İnsan özünü xoşbəxt etmək üçün hər şeyə can atmalıdır. Düzdür, ailə də, oğul-uşaq da insana, ələxsus da qadına xoşbəxtlik gətirir. Xoşbəxtlik sadəcə anlardır. O demək deyil ki, sən 30-40 il xoşbəxt yaşayırsan. Sadəcə orada sənin anların olur. Övladının dünyaya gəlməsi, toy günü, ad günü və s. “Bəlkə də xoşbəxt olardım, xoşbəxtliyin dalınca sürünməsəydim. Səadət içində üzərkən insan, səadət axtarır bəzən uzaqdan”. Əgər mən həyatda yaşadığımı səhnədə də yaşasam orada Gülərlə Nisə xanımın heç bir fərqi olmaz. Küçədə, çöldə-bayırda məni görən tamaşaçılar deyir ki, elə bil ki, mənim həyatımı oynayırsınız. Bəli, biz ümumiləşdirilmiş qadın obrazını yaradırıq. Hər bir kəsin həyatında baş verən anları biz səhnədə canlandırırıq. Tamaşaçı da oradan özünə lazım olanı götürür” deyə əməkdar artist bildirib.
Gülər Nəbiyeva bildirib ki, sənətlə peşəkar aktyorlar məşğul olmalıdırlar.
“Mənə elə gəlir ki, professional aktyolarla işləmək büdcə tələb edir. Hər kəz öz sənətində professionallaşmalıdır. Telefon götürüb nəsə çəkirsənsə o demək deyil ki, sən sənətçisən. Onları sənət baxımından görə bilmirəm. Bilirəm ki, onlar bunu sənət naminə etmirlər. Sabah onlar professional aktyorlarla filmə çəkilərsə, tamaşada oynayarsa müsibət də elə ordan başlayacaq. Dəfələrlə də həyəcanlarının, çaş-baş qalmaqlarının şahidi olmuşam. Demək ki, bu onların sənəti deyil. İndikilər məşhur olub yüngül formada pul qazanmaq istəyirlər. Tiktokerlərə baxıb utanıram. Öz-özümə deyirəm ki, həqiqətənmi bu bizim sənətdir?! Bizim sənətimiz heç də yüngül sənət deyil axı! Bunun təməlini qoyan insanlar, şəxsiyyətlər var ki, biz indi də onların qarşısında baş əyirik. Mənə elə gəlir ki, hər kəs öz işi ilə məşğul olsa daha yaxşı olar. Onlar da məşhur olmaq istəyirlər. Professional olmayan aktyorları seriallara gətirirlər. Nədir-nədir ki, onlara 5 manat az pul verəcəklər. Yaxud da sadəcə onların arzusu efirdə görünməkdir. Bu mənə çatmır” deyə aktrisa bildirib.
"Kim milyoner olmak ister" yarışmasında 1 milyon TL (₼63 300) uduldu.
"Unikal" xəbər verir ki, Türkiyədə 24 yaşlı Rabia Birsen Göğercin "Kim milyoner olmak ister" adlı yarışmada 1 milyonluq suala düzgün cavab verib. Məşhur aktyor Kənan İmirzalıoğlunun təqdim etdiyi yarışmada Qazi Universiteti Biologiya fakültəsinin 24 yaşlı məzunu Rabia Birsen Göğercin 1 milyonluq sualı cavablandırmaq milyonçu adını qazanıb.
DİA.AZ: - Tanınmış müğənni Elnarə Xəlilovanın rəhbərlik etdiyi “El Yaradıcılıq Mərkəzi” növbəti layihəsini təqdim edib.
DİA.AZ xəbər verir ki, mərkəzin tələbəsi Firuzə Məmmədova tanınmış müğənni İlhamə Qasımova ilə bir araya gələrək illər öncə hitə çevrilmiş “Taleyim, gəl” mahnısını ifa edib. Duetə müğənni Elnarə Xəlilovanın ideyası əsasında ekran həyatı verilib.
Qeyd edək ki, bu müğənni Elnarə Xəlilovanın yaradıcılıq mərkəzinin tələbəsi üçün çəkdiyi ilk klip deyil. Sənətçi bundan öncə də bir neçə tələbəsinə klip ekranlaşdırıb. Həmin kliplər sosial şəbəkələrdə paylaşılıb və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Moderator.az-a açıqlama verən sevilən müğənni “Bu kimi layihələri ərsəyə gətirməkdə əsas məqsəd müasir estradanın, incəsənətin və mədəniyyətin əslində necə olmalı olduğunu gənclərə göstərə bilməkdir” deyə bildirib.
Müasir estradanı gənclərə sevdirən müğənniyə biz də yaradıcılıq fəaliyyətində uğurlar və yeni işlər arzu edirik.
Müğənni Roza Zərgərli tez-tez verdiyi açıqlamaları ilə gündəmə gəlir.
Maraqlıdır ki, bundan əvvəl müğənni xanım hər dəfə həyat yoldaşından bəhs etsə də, onun kimliyini mətbuatdan gizli saxlayır.
Məsələ ilə bağlı araşdırması zamanı şok təfərrüatlar ortaya çıxıb.
Məlum olub ki, hazırda Zərgərlinin rəsmi nigahı yoxdur. Onun “ərim” dediyi şəxs isə sadəcə, müğənninin PR işlərinə, eləcə də yaradıcılığına xərclənən pulları təmin edən şəxsdir.
Əldə etdiyimiz məlumata görə, bu şəxs ölkədə məşhurluğu ilə tanınan icra başçılarından birinin kürəkənidir.
Bundan başqa araşdırmalarımız zamanı məlum olub ki, xeyriyyə tədbirləri keçirtməklə də gündəmə gələn Roza xanıma bu işdə məhz icra başçısının kürəkəni kömək edir.
Bu səbəbdən də, Roza Zərgərli reklama hesablanan xeyriyyə tədbirlərini məhz həmin “sponsor”un yaxının rəhbərlik etdiyi müəssisələrə salır.Ancaq o da iddia olunur ki, R.Zərgərlinin iki “adaxlı”sı var.
Belə ki, icra başçısının kürəkənindən maddi dəstək görsə də, könlünü başqa birinə “verib”. Hazırda “ikinci adaxlı” ilə bağlı “birinci adaxlı” yalnız ona danışılan şirin nağılları bilir. Bəlkə də yaxında o oğlanın “qayınatası” olacağını düşünür. Kanal.az
Ermənilər “Cənab leytenant” mahnısını təhrif etdilər: Şəmistan Əlizamanlıdan REAKSİYA - FOTO By gunaytahmaz 08 Sentyabr 2023 20:04
Ermənilərin musiqilərimizi, milli yeməklərimizi, toponimlərimizi və digər mədəniyyət nümunələrimizi öz adlarına çıxardıqları bəs deyilmiş kimi indi də mahnılarımızın sözlərini təhrif etməyə başlayıblar.
Şəmistan Əlizamanlının ifasında sevilən “Cənab leytenant” mahnısının sözlərini, necə deyərlər, özlərinə sərf edən şəkildə “tərcümə” ediblər.
Erməni istifadəçilər sosial şəbəkələrdə yazırlar ki, guya mahnıdakı “hay” kəliməsi “erməni” mənasını verir. Guya azərbaycanlılar hərbçilərdən erməniləri istəyir və bunun mənası onları ələ keçirib, öldürməkdir. Şəmistan Əlizamanlı məsələ ilə bağlı demokrat.az-a açıqlama verib.
“Gülməlidir. Nə deyə bilərəm?! Erməni xisləti öz sözünü deyir. Bu sözlərə sadəcə gülməklə cavab vermək olar”, – deyə Ş.Əlizamanlı qeyd edib.
Aktrisa Zarina Qurbanovanın Türkiyədəki tətili burnundan gəlib.
Bizim.Media xəbər verir ki, məşhur sosial şəbəkə hesabında paylaşım edərək, qəfil yıxılaraq ayağını burxduğunu bildirib.
“Və heçnədən yıxılan həmin o “topal” qız. Bütün gecəni yatmamışam. Sən demə ayağım burxulub. Tətilim yarımçıq qaldı. 39 dərəcə qızdırmam var. Kimin gözü dəydi mənə, çıxsın tökülsün”, - deyə Zarina yayımladığı postda yazıb.
Yenicə Bodrumdan tətildən qayıdan müğənni Zamiq Hüseynov İtaliyaya istirahətə yollanıb.
Oxu.Az-ın məlumatına görə, Zamiq bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Milanda istirahətin dadını çıxaran müğənni şəhərdə fəaliyyət göstərən futbol stadionlarının birinə üz tutub. Müğənninin Milana səyahətindən lentə aldığı görüntüləri təqdim edirik: