Ardını oxu...
Azərbaycanda yay aylarında istirahət sektorunda qiymətlərin bahalaşmasıyla bağlı şikayətlər intensiv xarakter alır. Vətəndaşlar sosial şəbəkələrdə yazır ki, rayonlardakı bir çox otellərdə yay tətilini keçirmək üçün orta aylıq əməkhaqqı yetərli deyil.

Lakin bir müddət əvvəl tanınmış teleaparıcı Elgiz Əkbər Qəbələdəki vəziyyət barədə açıqlama verərək qiymətlərin heç də deyilən kimi olmadığını iddia etdi. Onun sözlərinə görə, Qəbələdə bütün otellər, istirahət mərkəzləri və fərdi evlər doludur və yer tapmaq demək olar ki, mümkünsüzdür. E.Əkbərin sözlərinə görə, rayonlarda restoranların qiyməti də Bakıdan daha ucuzdur.

DİA.AZ bildirir ki, məsələ ilə bağlı əslən Qələbədən olan Əməkdar jurnalist İttifaq Mirzəbəyli Yenisabah.az-a danışıb. O, vəziyyətin qətiyyən Elgiz Əkbərin dediyi kimi olmadığını bildirib:

"Bu açıqlamanı oxuduqdan sonra hətta sosial şəbəkə hesabımda da bu barədə post paylaşmışdım. Vəziyyət heç də deyildiyi kimi deyil. Qəbələdə turistlərə göstərilən xidmət Tbilisidə göstərilən xidmətdən 20 dəfə bahadır. İki dəfə baha olsaydı, haradasa başa düşmək olardı, amma düz 20 dəfə oradan daha bahadır. Qəbələdəki kanat yolu ilə getmək üçün 20 manat ödəməlisən, Tbilisidəki həmin kanat yolunun gediş haqqı bizim pulla 2 manat 50 qəpikdir. Hər şey Tbilisidəki xidmətdən daha bahadır.

Ümumiyyətlə, mən Elgiz Əkbərin adını belə çəkmək istəmirəm, çünki o, mətbuata, jurnalistikaya, televiziyaya ləkədir. Mən sosial şəbəkə hesabımda paylaşım etdikdə belə qeyd etmişdim ki, "hansısa aparıcı". Əgər başa düşsə, ona başa salmaq istəmişəm ki, Qəbələdəki xidmət çox baha qiymətədir. Bundan artıq heç nə deyə bilmirəm. Mən Elgiz, Zaur, Xoşqədəm kimi adamları mətbuata ləkə hesab edirəm və onlar haqqında heç nə demək istəmirəm".
 
Ardını oxu...
Baku TV-də yayımlanan “13 sual” verilişinin növbəti buraxılışı efirə gedib.

Verilişin budəfəki qonağı müğənni Əli Mirəliyev olub.

O, müğənnilərin səhnə geyimlərinə birmənalı münasibət göstərilməməsindən danışıb: “Biz tamaşaçılara nümunə olmalıyıq. “Mən müğənniyəm, istədiyim kimi geyinərəm” fikri düzgün deyil. Anan səni kişi doğub. Bilsəydi ki, sonradan nakişi olacaqsan, səni abort etdirərdi”.

Əli Mirəliyev meyxananın hind üslubunda oxunmasına da münasibət bildirib: “Hindistanda meyxana var?! Kərim, Ağamirzə meyxananı hind üslubunda demir ki. Hind musiqisi hara, meyxana hara?! Meyxana deyə bilməyənlər deməsinlər!”

 
Ardını oxu...
"Fatimə məcburdur, üzr istəyəcək. Qanun qarşısında bunu edəcək. Çünki apellyasiya məhkəməsini də uduzub". TEREF.AZ axşam.az-a istinadla xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli "Mirinin dibçəyi" yutub layihəsində deyib. O, rəqqasə Fatimə Fətəliyeva ilə yaşadığı qalmaqaldan danışıb:

"Məni klinikaya çağırdılar, reklam etməyimi istədilər. Mənə dedilər ki, necə gəlməyinizi soruşan olsa, deyin pul ödəmişəm. Qayıtdım ki, niyə? Məni özünüz çağırmısınız, nəyi gizlədək? Klinikanın böyüyü dedi ki, "sizin daşınız ağırdır. Bir rəqqasə var gəlmək istəyir. Bizdə müalicə alıb, gedəndən sonra da izləmədən çıxartdı. İndi yenə gəlmək istəyir, deyirik, yer yoxdur. Cavab verdi ki, mənim kimi gözəl rəqqasəni qoyub, niyə kobud Naziləni çağırırsınız?". Onun haqqında ağzına gələni də söylədi. Amma adını çəkmədi. Mən də status paylaşdım. Mənim özümə də həmin rəqqasənin Fatimə olduğu sürpriz olub. Özü paylaşım etdi ki, Fatimədir. Fatimə ilə dərdim yoxdur. Ona da dedim ki, səhv etmisən. Üzr istəmə şansın var. Bütün hallarda məndən üzr istəyəcək. Deyir rəqs paltarı götürüb getmisən. Mən bu boyda çəkidə rəqs paltarını harama geyindim?

Həmin çıxışımdan sonra Fatimənin ətrafında olan insanların 90 faizi mənə zəng vurub "əcəb etdin" dedi. Pis oldum ki, deməli, məndən də ona deyirlər".

Nazilə Fatimənin bir vaxtlar onunla özünün barışdığını söyləyib:

"Bir dəfə mənimlə danışmaya-danışmaya "Maşın şou"ya gəldi. Dedi ki, Naziləyə görə gəlmişəm. Bir dəfə də xına məclisi ondan çıxıb mənə gəlib. Zəng ediblər ki, Fatiməyə sifariş verdik, dünən qohumun toyunda oldu, xoşum gəlmədi. Sizi istəyirik. Ondan çıxıb, mən götürməsəm başqasına gedəcək. Götürmüşəm".

Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib. Nazilə məhkəmədə qalib gəlib, Fatimə isə apellyasiyaya müraciət edib. O, bir müddət əvvəl apellyasiya məhkəməsini də uduzub.

Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib.
 
     
Ardını oxu...
57 yaşlı radio aparıcısı Kris Evansə dəri xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə NME nəşri məlumat yayıb .

Evansın sözlərinə görə, xərçəng erkən mərhələdə aşkarlanıb və effektiv şəkildə müalicə edilməlidir.

"Bu melanomadır. Buna bədxassəli melanoma deyilir, amma məncə bu tərif lazımsızdır, çünki melanomadırsa, artıq bədxassəlidir. Ancaq onu erkən tapdılar, buna görə də o, tamamilə müalicə edilməlidir ", - aparıcı deyib.

Radio aparıcısı sentyabrın 14-də müalicəyə başlayacaq.

"Təxminən bir ay sonra mən qaça bilməyəcəm, ona görə də müalicədən sonra yalnız qaçmağı planlaşdırıram"- deyə o zarafat etdi.

Qeyd edək ki, 2015-ci ildə Chris Evansa prostat xərçəngi diaqnozu qoyuldu.
Ardını oxu...
 
Ardını oxu...
"Sabahdan nənəm rəhmətlikdən enli tuman qalıb, onu geyinib, çıxacam səhnəyə. Qonşudan qalma dala. Bəs necə, Əhməd məgər insan deyil?"

Publika.az bildirir ki, bu sözləri müğənnir Nadir Qafarzadə şortikdə səhnəyə çıxan türkiyəli həmkarı Mahsun Kırmızıgül barəsində səsləndirib.
55 yaşlı arabesk ifaçısının şortiklə səhnəyə çıxması Nadir Qafarzadəni özündən çıxarıb:

"55 yaşı var, cavanlıqda şortik geyinməyib axı. Özü də pop ifaçısı deyil, arabesk oxuyur. Bizim müğənnilər şortik geyinsəydi, vedrə, ləyən, vanna bağlamışdılar".

Nadir Qafarzadə daha sonra izləyiciləri barədə təhqiredici ifadələr səsləndirib. Müğənninin bu davranışı izləyicilərin qəzəbinə tuş gəlib, sərt tənqid olunub.(Musavat.com)
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

 

 

ABŞ-də pop müğənnisi Keti Perrinin hitlərinin müəllifi, 48 yaşlı Kamila Leyert-Sequra itkin düşüb.

Bu barədə bəstəkarın dostları xəbər veriblər.

Onların sözlərinə görə, qadını sonuncu dəfə iyunun 29-da görüblər.

“Keti Perrinin “Walking On Air” hitini yazan müğənni-bəstəkar və modelin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır”, – deyə məlumata bildirilir.

Qeyd olunur ki, Leyert-Sequra Beverli Hillsdə yoxa çıxıb. İyun ayından bəri onun harada olmasından xəbər yoxdur.

Bəstəkarın dostları onun qaçırıla biləcəyini istisna etmirlər.

 

Mənbə: Sky News

Ardını oxu...Xeberal.az

Ardını oxu...
Məhkəmə pop müğənnisi Maykl Ceksona qarşı pedofiliya iddialarını yenidən açıb.

İddia xoreoqraf Ueyd Robson və aktyor Ceyms Seyfçak tərəfindən qaldırılıb. İddiaya görə, onlar uşaq olanda Cekson tərəfindən zorlanıblar.

Xatırladaq ki, 2013-cü ildə kişilər Ceksonun sağlığında sahibi olduğu və iddiaçıların fikrincə, onları sui-istifadədən qorumalı olan “MJJ Productions” və “MJJ Ventures Inc” korporasiyalarını məhkəməyə vermişdilər. 2020-ci ildə iddialar Los-Anceles Ali Məhkəməsi tərəfindən rədd edildi, çünki məhkəmə korporasiyaların uşaqları heç bir şəkildə müdafiə edə bilmədiyi qənaətinə gəlib.

Hazırda isə Los-Anceles İkinci Dairə Apellyasiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib.

Qeyd edək ki, Robson və Seyfçukun hekayəsi 2019-cu ildə HBO kanalında yayımlanan “Leaving Neverland” sənədli filmində geniş işıqlandırılıb.
Ardını oxu...
Ardını oxu...
Mənbə: Gazeta.ru
 
Ardını oxu...
Bəzi gənc mügənnilərmiz var. Sözün əsl mənasında həqiqətəndə istedad, bacarığa malikdir. Amma təssüflər olsun ki, onların imkanları sponsorları olmadığı üçün, onları istər televiziya məkanlarında istər yerli mətbuatda rast gəlmək olmur.
Ardını oxu...
Gənc mügənni Aysel Manaflı "Azərbaycan Reallığı"na açıqlamasında bildirir ki, İndi sponsor tapmaq elə də çətin iş deyil. Sadəcə bəziləri bizdə xanım mügənniyə sponsorluq edirsə dərhal beyninə başqa düşüncələr gəlir. Misal üçün ölkəmizdə bahalı restoran, məkanları var adı onların şhou-biznes proqramına düşmək üçün rəhbərliklərindən kiminləsə danışıq aparırsan, elə həmin dəqiqə başqa niyyətlə yatağ təklif edir.

Sponsorluq edəcək qurumlarında hansısa rəhbər şəxsləri mügənniyə o niyyətlə münasibət göstərir və salam-sağ ol edir.

Təbiki bununla razılaşan müğənnilərimiz də az deyil. Ona görə də bu sənət adı gələndə insanlarda tam başqa təsürat yaranır. Xüsusən də xanım mügənnilərə yeni səhnəyə çıxanlara bir sözlə xanım üçün çox çətin işdir.
Ardını oxu...
Aysel Manaflı özü ilə bağlı məsələyədə münasibət bildirib. O, şəxsi həyatından hələ ki danışmaq istəmədiyin bildirib. Bir neçə restoran məkanların şhou proqramlarının səhnəsində Aysel xanıma rast gəlmək olar. Ona toy və şənlik məclislərinədə təklif olunarsa iştırak edir və etməyədə hazır olduğunu bildirir.

Mügənni onu sevib məclislərində görmək istəyənlərin ödəniş məsələsində münasibət bildirib. "İndi insanların sosial durumu çətindir. Onun üçün ödəniş danışığında çalışdığmız qədər böyük ehtimalla razılaşmalar olur deyə mügənni qeyd edib.
 

Dünən Azərbaycan incəsənətində özünə xas yeri olan Xalq artisti İlhamə Quliyevanın doğum günüdür. O yəqin ki, ən təzadlı xarakteri olan sənət adamlarındandır. Haqqında səslənən fikirlər birmənalı deyil. Hətta ölümündən sonra belə, İlhamə qalmaqallara səbəb ola, maraq oyandıra bilir.

Özünə “Primadonna” təxəllüsünü seçmişdi. Sənətkarlığına güvənərək Dədə Qorqudun missiyasına sahiblənmiş, sənətini sevdiyi müğənnilərə də müxtəlif təxəllüslər bağışlamışdı. Ümumiyyətlə, 2000-ci illərin əvvəli Azərbaycan estradasında bir ad almaq, özünə təxəllüs seçmək bumu yaşanırdı, hamısı da qəribə səslənirdi.

Kimsə “Qızıl şlyager” olurdu, kimsə “Nömrə bir”, kimsə “Qızılsəs”, kimsə “MM”, Kimsə “F.A”, kimsə “Toylar kralı”, kimsə “Əjdaha”, kimsə “Barbi”, kimsə “Şahzadə”, kimsə “Faytonçu”. Saymaqla bitməz. İlhamə bu dəstənin önündə liderlik etmək üçün “Primadonna” oldu.

Onun yaradıcılığını iki səhifəyə bölmək olar. Doxsanıncı illərə qədər və sonra. 90-cı illərə qədər tanıdığımız İlhamə daha çox gözəlliyi, ana-atasının şöhrəti sayəsində ortada olsa da, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Rəşid Behbudov və başqa böyük (baxmayaraq ki, fərqli janrlarda idilər və müqayisə edilməzdilər) sənətkarların kölgəsində qalmışdı. Dövr dəyişincə çox daşlar yerindən oynadı. Həmin illərdə İlhamə Quliyeva “Neylərsən?” mahnısı ilə populyarlıq qazanıb zirvəyə qalxdı və bir daha o zirvədən enmədi. Endirmək üçün çalışanlara savaş açdı, qalmaqallar yaşadı.

İlhamə Quliyeva 1943-cü il avqustun 17-də Lənkəranda prokuror Məzahir Quliyev, xanəndə Tükəzban İsmayılovanın ailəsində dünyaya gəlib. Atasının işi ilə əlaqədar olaraq beş yaşına qədər Şəkidə yaşayıblar. Altı yaşı olanda valideynləri ayrılıb. Tükəzban İsmayılova tarzən Həbib Bayramov ilə ailə həyatı qurur. İlhamə Quliyeva Həbib Bayramovu öz doğma atası kimi təqdim edirdi. Söz düşəndə “Quliyeva İlhamə Məzahir qızıyam. Şöhrət ordenini mənə yazanda, vəsiqəmdə atamın adı Həbib yazılıb. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov tərbiyə verib” deyirdi. Hər iki atadan ona var-dövlət miras qalmışdı. Gəncliyindən bu sayədə hamıdan fərqlənir, liderlik etməyi sevirdi.

O çox şey bilirdi. Bildiyi çox məlumatlardan da gah qarşı tərəfi şantaj edib susudurmaq, gah özünə boyun əydirmək üçün istifadə edirdi. Bu mənada çoxları onu sevirmiş kimi görünür, üzünə gülür, dostları sırasında olmağa çalışır, ya da sadəcə yaltaqlanırdılar. İlhamənin nüfuz dairəsi böyük idi, istədiyi adamı özü demiş qaldırıb-endirə bilirdi.

Çoxları üçün qəddar, eqoist görünən bu qadının bir də hamıdan gizli, tamamilə fərqli bir üzü var idi. İçi özünü yandırırdı, çölü özgələrini.

Çox gözəl qadın idi. Amma qadın kimi səadəti yox idi. Nə ömürlük yoldaşı var idi, nə doğma övladı. Deyilənə görə, gözəl qadınları möhkəm qısqanırmış, bu xasiyyətindən özünün də zəhləsi gedirmiş. Xalq artisti Nazpəri Dostəliyeva ilə də bu səbəblə yola gedə bilmirdi. Nazpəri xanıma da “Nazlı Pəri” təxəllüsünü taxsa da, o qəbul etməmiş, hətta efirdə, canlı yayımda aralarında çox sərt mübahisə olmuşdu. İlhamə xanım, “Mən söz yemirəm, yedizdiririəm” deməklə özünə qarşı çox sərt reaksiyalar toplamışdı. İş o həddə çatmışdı ki, ölkənin qaziləri yığışıb ona qarşı bəyanat vermişdilər.

“Qarabağ Qaziləri” İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinə, Milli Teleradio Şurasına, telekanalların rəhbərlərinə, KİV-lərə və rəsmi dövlət qurumlarına İlhamə Quliyeva haqqında şikayət vermişdi.
Haqqında çox şayiələr gəzirdi. Buna çox zaman özü səbəb olur, amma keçib gedərkən arxasında yaratdığı fırtınalara, toz buluduna yuxarıdan aşağı bir baxış atıb acı-acı gülümsəyirdi.

Gənclikdən onunla dostluq etmiş müğənni Firuzə İbadovanın dediyinə görə, İlhamə göründüyü qədər sərt deyilmiş, qalxanını əlinə yalnız özünü müdafiə etmək lazım olanda götürürmüş. Ömrünün son 30 ilində İlhamənin qalxanı əlindən heç düşmədi.

İlhamə vətəndaş nikahında yaşadığı, adı hamıya naməlum olan bir kişidən hamilə qalsa da, övladını dünyaya gətirmədən itirir. Əslində sonralar bir şayiə də çıxdı ortaya, Flora adlı bir xanım İlhamənin doğma qızı olduğunu desə də, məlumat təsdiq olunmadı. İlhamə rəfiqəsi Firuzə İbadovanın ailə problemləri üzündən uşağını abort etdirmək istədiyini biləndə xəstəxanaya gəlib, onu bu işdən yayındırıb. Doğulandan sonra uzun müddət Firuzə xanımın qızı Hülyanın yeməyini o alıb verib. Üzdə deməyi sevməsə də, uşaq evlərinə, qocalar evlərinə ərzaq alıb göndərir, qazan-qazan isti yeməklər aparırmış. Münsif kimi qatıldığı musiqi müsabiqəsində cavanlara pul verirmiş ki, efirə abırlı geyimdə çıxsınlar.

Bir oğulluğu var. Orxan adında. Ölümündən sonra mirasını ona bağışlamadı. Onunla da problem yaşayırdı. Uzun illər köməkçisi işləmiş prodüserinin onu zəhərləyərək asta-asta öldürdüyünü də deyirdi. Sağlığında balonlar dolusu qızıllarım, brilliantlarım var deyib öyünürdü. Ölümündən öncə dostlarına deyirmiş ki, mən öləndə bacımın uşaqlarını içəriyə buraxmayın. Ölümündən sonra üzə çıxan qohum-əqrəbalar bu miras üzündən qalmaqal yaratdılar. Hərçənd kim nə pay qopardı hələ də bəlli deyil.

Ona sağlığında “musiqi mafiyasının babası” da deyirdilər. Ölümündən sonra çoxları onun yerinə göz diksə də, heç kim İlhamə ola bilmədi. Sağlığında İlhamənin onları əzməsindən gileylənənlər ölümündən sonra azad olduqları zəncirlər üçün darıxdılar, İlhamənin yeri görünür dedilər. Sultan Süleymana qalmayan dünya İlhaməyə də qalmadı. Ondan qalan yalnız dillər əzbəri olan deyimləri, söhbətləri və bir də qalmaqallarının, çətin xarakterinin belə kölgə sala bilmədiyi mahnıları oldu.//lent.az

Ardını oxu...
“Telekanalların verdiyi pulun müqabilində rejissorlardan keyfiyyətli iş istəməyə haqqı yoxdur”.

DİA.AZ Yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri rejissor Kənan M.M “Gül kimi şou”da deyib.

O, seriallara ayrılan büdcənin çox cüzi olduğunu deyib:

“Biz sənətçiyik, sehrbaz deyilik. Yəni iki min manata biz serial çəkə bilmərik. İstəməyin bunu. Nə özünüzü pis duruma salın, nə də bizim sənətimizi alçaldın”.

O, aktyorların maddi durumunun ağırlığından da danışıb:

“Çəkilişimiz var idi, aktyor qardaşının ölüm səhnəsini oynayacaqdı. Baxıram ki, adam fikirlidir, obrazda deyil. Soruşuram, nolub? Deyir, evdən zəng gəlib, işıqpulunu ödə. Yəni mən ondan nə istəyim? Bu, fiziki olaraq oradadır”.

Dünyapress TV

Xəbər lenti