Ardını oxu...
Meyxanaçı-müğənni Samirə Yusifqızı müzakirələrə səbəb olacaq açıqlama verib.İfaçı imkanı olan evli kişi ilə sevgi münasibətinə “yox” deyə bilməyəcəyini vurğulayıb.
“Mənə elə gəlir ki, bir çox qadınlar evli bir bəy sevib. Mən də evli adam sevmişəm, həmin şəxsin yoldaşı xarici ölkədə yaşayırdı.Bir çox müğənni var ki, evli kişinin ailəsini dağıdıb, ona ərə gedənlər var. Həmin kişilərin əsas ailəsi elə birinci ailəsidir. İndi təkcə müğənnilər ailə dağıtmır ki… Mən sevilməyə layiq qadınam. Məni sevən oğlan uzağı məndən 10-12 yaş kiçik ola bilər. Övladım yaşında bir oğlanla sevgili olası deyiləm ki… Çox yaş fərqi olanda, düşüncələrimizdə də anlaşılmazlıqlar olacaq. Mənə evli kişi sevgi təklifi etsə, xoşum gəlsə, razılıq verəcəm. Peyğəmbərimizin neçə xanımı olub. İmkanı, pulu varsa, niyə də yox? Buyursun”, deyə o, qeyd edib.
Qeyd edək ki, S.Yusifqızı bir dəfə evli olub, həyat yoldaşı vəfat edib. (Lent.az)
 
Ardını oxu...
Meyxanaçı Rəşad Dağlı tərəfindən qətlə yetirilən İsgəndər Mehdiyevin yazdığı mesajlar ortaya çıxıb.

“Qafqazinfo”nun məlumatına görə, Rəşad Dağlı nömrəsinin çox yayıldığı ərəfədə telefonunu bir müddət bağlı saxlayıb. Bu zaman isə İsgəndər Rəşadın qardaşına zəng edərək onu axtardığını bildirib.

Rəşad Dağlı isə İsgəndərin onu axtardığını öyrənəndə, əvvəlcə onu tanımayıb, meyxanaçı Ələkbər Yasamallının bibisi oğlu olduğunu biləndə tanıyıb. Lakin İsgəndər Mehdiyevin narkotik satışına görə dəfələrlə məhbus həyatını yaşadığını bilən Rəşad, onu ciddiyə almadığını deyib.

İsgəndərin israrlarından sonra Rəşad ona zəng edib. İsgəndər isə həbsxanada olanda bir nəfərin Rəşad Dağlı haqqında “üzdəniraq” ifadəsini işlətdiyini deyib. Rəşad Dağlı İsgəndər Mehdiyevə “üzdəniraq” söhbətinin kim tərəfindən edildiyini, bu şəxsi ortaya çıxarmasını, onunla görüşüb söhbəti aydınlaşdırmaq istədiyini deyib. İsgəndər isə həmin şəxslə görüşməyin lazım olmadığını bildirib. O, Rəşada bu söhbəti özünün edəcəyini deyib.

Rəşad Dağlı söhbəti ciddiyə almadığı üçün telefonu söndürüb. Daha sonra telefonu açanda İsgəndərin ona mesajlar yazdığını görüb:

- “Qaqaş, mənəm İsgəndər. Qaqaş, mən sənə çox dedim, sən az eşitdin. Mən hara kimi lazımdır, səni müdafiə etdim. Rəşad, “üzdəniraq” söhbətin gedir. Nə qədər tezdir, gəl qabağını al”.

- “Qaqaş, nə oldu, razılaşdın? Yəni, bu, olub? Rəşad, mən üç gündür ki, səni müdafiə edirəm. Sən də gəl mənə dəstək ol. Gəl, tək mənimlə görüşəcəksən. Sadəcə, görüşək, bir-iki şey var ki, onları sən bilirsən”.

“Rəşad, o boyda mövzu gedir, sənin üçün heç maraqlı deyil. Mənə təcili zəng elə, gözləyirəm”.

“Rəşad, sən gəlməsən, məcbur olub məhəllədən bir-iki nəfəri götürüb söhbətə gedəcəyəm. Dua elə söhbətimiz sülhlə qurtarsın”.

Rəşad İsgəndərin bu mesajlarından sonra onun Yasamalda lazımsız söhbətlər çıxaracağını düşünərək görüşə razılaşıb. İsgəndər bu zaman ona “boş” gəlməməsini deyib.
Rəşad görüş zamanı İsgəndəri başmaqla görüb və ona “başmaqla söhbətə gedərlər?”, - deyib. İsgəndər isə “narahat olma”, - deyərək Rəşadın maşınına əyləşib.

Rəşad yolda təkidlə ondan ad soruşsa da, İsgəndər ona heç nə deməyib. O, Rəşada həmin adamla özünün görüşməsinə ehtiyac olmadığını deyib:

“Həmin adamın problemi var, ona altı min manat lazımdır, həmin şəxs üç min manat tapıb, üç min manatı isə qalıb. Üç min manat versən, söhbət bağlanar”.

Rəşad isə cavabında “mən üç min versəm, “üzdəniraq” olmuram, verməsəm, oluram?” sualını verib. Rəşad bundan sonra həmin adamın yanına getməyi tələb etsə də, İsgəndər bundan boyun qaçırıb. O, İsgəndərə “bunun mənə heç bir aidiyyəti yoxdur, bu sözü deyənlərin yanına gedək, biz buna görə görüşdük axı”, - deyib.

İsgəndər isə “bir nəfərin də belə söhbəti gedirdi, həmin söhbət pulla həll olundu” sözlərini deyib. Rəşad pul verməyə etiraz edərək, “gedək bu sözü deyənlər mənə bunu sübut etsin”, - söyləyib.

Rəşadın sözlərinə görə, İsgəndər pul ala bilməyəcəyinə əmin olduqdan sonra, onun ünvanına ağır söyüşlər söyüb. Rəşadın iddiasına görə, İsgəndər maşının sürətlər qutusunun yanına qoyulan bıçağı əlində oynadırmış. Bıçağı da onun əlindən alaraq İsgəndəri vurduğunu deyib.

Rəşad bildirib ki, İsgəndər bu söhbəti pula görə ortalığa atıb. Bu, SMS-lərdə də öz əksini tapıb.

Qeyd edək ki, məhkəmə zamanı İsgəndər Mehdiyevin yaxınları Rəşad Dağlıdan şikayətçi olmayıb.

İyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlıya hökm oxunub. Hökmə əsasən, o, doqquz il altı ay müddətinə azadlıqdan məhrum edilib.
 
Ardını oxu...
“Azərbaycanda 5 yaşdan sonra qızlara müştəri axtarırlar” - Vəziroğludan qalmaqallı sözlər

“Qohum evliliklərinin statistikası azalmayıb, əksinə artıb. Hətta bu hesablama bir az Azərbaycansayağı olub. Çünki insanın nəfsi varsa, özü də qız tərəfi varlı, oğlan tərəfi isə kasıb olanda fikirləşirlər ki, onlar balansı düzəltsinlər, imkanlı qız alsınlar və öz oğulları da adam kimi həyat yaşasın”.
Teref.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış jurnalist, fəlsəfə doktoru Anar Vəziroğlu deyib.

O, 2022-ci ildə qeydə alınan nikahların 3,1%-nin qohum nikahları olması faktına münasibət bildirib.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin (DSK) 2022-ci il üzrə yayımladığı hesabatda Azərbaycanda 61.939 nikah qeydə alınıb. Onlardan 1915-i isə qohum evlilikləri olub.
Qeyd edək ki, DSK qohum evlilikləri kimi sadəcə əmi, dayı, xala və bibi uşaqları arasında olan evlilikləri nəzərə alıb.
Öz növbəsində A.Vəziroğlu bildirib:

“Xatırladım ki, Mirzə Fətəli Axundovun özü belə gedib dost-doğma bibisi qızını almışdı. Bu “dəb” həmişə olub. İstəyir filosof, istəyir şair, istəyirsə də jurnalist olsun, sən azərbaycanlısan, şərq adamısan deyə, səndə nəfs var. Bütün o dava-şavalar da buna görə olur.
Baxın, mən demirəm xarici təbliğ edək, amma onlara baxanda görürük ki, belə şey yoxdur. Toyda cəmi 50 qram araq içirlər. Bizdə isə 2 butulkanı “aşırdırlar”. Bu gün xanımlarımız da belədir, kişilərimiz də. Hər şey nəfsin üstündə qurulub. Ona görə də o statistikaya inanmıram”.
“Təkcə Azərbaycanda boşananların sayına baxaq. 10 min adam evlənirsə, 6 mini boşanır. Niyə? Birincisi kasıblıqdırsa, ikincisi qohumlararası münasibətlərdir. Bacı bacı ilə, qardaş qardaşla düşmən olur. Bu da gətirib məhkəmələrə çıxarır. Qızı boşanır, dədəsi mal davası edir, deyir orada mənim bir divanım, çarpayım, bir cüt corabım qalıb. Biz buyuq”, – müsahibimiz qeyd edib.

Jurnalistin fikrincə, maariflənmə təkcə televiziyada, radioda, saytlarda olmamalıdır:
“Maariflənmə evin içindən başlamalıdır. Necə ki uşaq 3 yaşından sonra hər şeyi qanırsa, maariflənmə də buradan başlamalıdır. Hazırda bu dığ-dığalar, zığ-zığalar, kiminsə evini yıxmaq, kimisə ərə vermək və s. bizim iç üzümüzdür. Qız uşağı evdə böyüyür, 5 yaşından sonra ona müştəri axtarmağa başlayırlar ki, görəsən, kimə verim? Təsəvvür edin ki, uşağın beynini ərlə doldururlar. Maariflənmə söhbəti yoxdur. Elm və təhsil naziri Emin Əmrullayev o dəfə dedi ki, Azərbaycanda elmə sərf edilən vaxt çox azdır. Gəlin, görək, evlərdə maariflənmə varmı? Ata uşaqlarını qabağına qoyub nəyisə öyrədirmi? Yoxdur bunlar!”

“Uşaqlar “camaat nə deyər” xatirinə universitetə qəbul olur. Qoy, desinlər ki, filankəsin qızı və oğlu təhsillidir. Mən vaxtında uşaqlarıma demişdim ki, ali təhsil alıb oxuyun ki, hansısa məmur haqqınızı tapdalayıb, sizi aldatmasın, 2x2 4 edir. Bu gün bunu uşaqlarına öyrədənlər yoxdur”, - o, fikirlərini tamamlayıb.
 
Ardını oxu...
Bir müddət öncə vəfat edən məşhur amerikalı ifaçı Tina Törnerin gəlini müğənninin mərhum oğlundan uşaq dünyaya gətirmək niyyətindədir.

O, bu niyyəti barədə “People” jurnalına müsahibəsində açıqlama verib.

Afida Törner etiraf edib ki, hələ sağlığında əri və Tina Törnerin oğlu Ronni Törner öz spermasını dondurmağa nail olub. Afidanın sözlərinə görə, bu, 2022-ci ilin dekabrında bağırsaq xərçəngindən vəfat etmədən öncə 62 yaşlı Ronninin onun üçün ayrılıq hədiyyəsi olub.

Afida bildirib ki, həkimlərin köməyi ilə hamilə qalmağa çalışacaq və uşağı təkbaşına dünyaya gətirəcək.

“Mən Ronnidən uşaq sahibi olmaq istəyirəm. Təbii ki, əgər məndə bu alınsa. İndi 46 yaşım var, amma hələ şans var. Baxaq görək necə olacaq”, - deyə o qeyd edib.
“Ronninin yanımda olmaması mənə hələ də pis təsir edir. Ancaq nə edə bilərəm... Belə isə heç olmasa, ondan bir uşağım olar”, - deyə Afida vurğulayıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Gazeta.ru
 
 
 
Ardını oxu...
Beş il əvvəl Əməkdar artist Aygün Bəylərin TV verilişlərdən birində söylədiyi - “Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur… Elə 80 faizi o gündədir. Mən sənətkaram! Onu xalqın qarşısında bu səviyyəyə qaldırmağa ixtiyarın yoxdur. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən”, - deyə səsləndirdiyi qalmaqallı fikirlərə Xalq artisti Röya Ayxandan cavab gəlib.

Sənətçi qonaq olduğu verilişdə məhkəməyə qədər uzanan məsələ ilə bağı açıqlama verib.

Röya bildirib ki, təhqirlərə görə Bəyləri məhkəməyə versə də, lakin sonradan bu istəyindən vaz keçib:

“Verilişlərin birində məni təhqir etmişdi. Onu məhkəməyə verdim, amma sonra yadımdan çıxdı. Bir gün mənə xəbər gəldi ki, siz qarşı tərəfi Apellyasiya Məhkəməsinə verməlisiniz. Sual verdim ki, hansı məhkəmədən söhbət gedir? Kim? Cavab verdilər ki, filankəsi (Aygün Bəylər - red.).

Dedim ki, cırın, tullayın o ərizəni. Prodüserim Kənanın belə bu məhkəmə məsələsi yadından çıxmışdı. Vəkil zəng vurub, sizin işiniz gedir, deməli idi. Amma demədi. Çünki 15 il birlikdə çalışdığım vəkilim belə bu məsələyə fikir verməyib.

Bəlkə də vəkilim düşünüb ki, qarşı tərəf bizim onu məhkəməyə verdiyimizi bilsin və bizdən əl çəksin. Orada məni şəxsi və sənətlə çox pis təhqir etmişdi. O da olmaz idi”.

Müğənni həmkarı ilə aralarında yaşadığı qalmaqallı məsələni bu cür nəql edib:

“Məhkəməyə nəyə görə verdim... Çünki bir ay əvvəl bizim yaxın dostumuz var, hansı ki, bizi onunla yaxın edib. Onu həmin dostumuzun evinə dəvət etdim. Dedim, ona demə ki, mən buradayam, qoy gəlsin bura.

O, verilişdən əvvəl bir digər başqa verilişdə də haqqımda danışmışdı. Biz görüşdük. Sual verdim ki, bizim nə problemimiz var? Cavab verdi ki, toyların birində məni görmüsən, amma salam verməmisən. Qalxıb ayağa dedim ki, bu problem deyil. Əgər səni toyda görməmişəmsə, 30 dəfə üzr istəyirəm.

Amma bu məsələnin üstündən bir həftə keçdi, o xanım verilişə çıxıb haqqımda xoşagəlməz sözlər danışdı. Həmin o dost dediyim adamın evinə artıq getmirəm. Bu problem elə-belə küsmək deyil, qara nöqtədir. Bu qara nöqtə isə paxıllıqdır.

Allah hər kəsi o qara nöqtədən hifz etsin. Allah hər kəsə can sağlığı, uğur versin. Allah başlarını pul, iş və uğurla o qədər qatsın ki, bizi unutsunlar”.

Qeyd edək ki, Röya Ayxan illər əvvəl Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Ərizədə A.Bəylərin TV-də Röya Ayxanla bağlı səsləndirdiyi fikirləri təkzib etməsi və mənəvi ziyana görə 50 min manat təzminat ödəməsini tələb edib.\\Bizim.media
 
 
 
Ardını oxu...
"Qonorarsız iş görmürəm. Bütün işlərimdən qonorar alıram. Amma dəstəyim, yəni sponsor və təşkilat baxımından o qonorardan çox olur. Aktrisa kimi də istəyərəm ki, fəaliyyət göstərim. Bununla bağlı təkliflər var. Xoşuma gəlsə, bəlkə təklifi qəbul edərəm".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi "Gül kimi şou"da qonaq olarkən deyib. Uzun müddətdir efirə çıxmayan sənətçi qazancından danışıb:

"Qazancım bu sahədən deyil. Uzun illərdir ki, şəxsi biznesim var. Sənətlə bağlı işi yalnız təbim gələndə, istəyəndə görürəm. Toylara da çox zaman getmirəm. Yalnız istədiyim və tanıdığım insanların toylarına gedirəm və orada çıxış edirəm. Mənim də özüməməxsus "rayder"im var. Restoranlarda konsert proqramları ilə çıxış edirəm, amma orada olan şou-proqramlara getmirəm. Evdən küçəyə çıxmaq istəmirəm. Yalnız vacib işim olanda çıxıram".

Natavan şou-biznes nümayəndələri ilə münasibətindən söz açıb:

"Efirlərə çox çıxmağı sevmirəm. Kənara çəkilmək də olmur. Bütün verilişlərə də getmək olmur. Hansı müğənniyə maneə oluram ki? Hərdən hansısa məkanda 30-40 dəqiqəlik konsert proqramı ilə çıxış edirəm, sonra da gedirəm evə. Heç kimlə işim yoxdur və heç kimə dəymirəm, mane olmuram. Toylara gedib çörəyinizi əlinizdən almıram. Amma elə bil, yenə də nəsə düz etmirəm".
 

Ardını oxu...
“Lalə Azərtaş, birdən düşünərsiniz ki, Sərxan, sənə nə düşüb? Mən də həmin sualı sizə səsləndirirəm, sizə nə düşüb? Efirə şikayətçi gəlib, bir-iki gün dinlə və birtərəfli olma. Verilişinizin baxımlı olması üçün Cavanşir sizə lazım idi. Amma hər şeyi dadında buraxmaq gözəldir”

DİA.AZ-ın Lent.az-a istinadən xəbərinə görə, bu fikirləri öz social şəbəkə hesabında şoumen Sərxan Kərəmoğlu yazıb.

"Nə edək? Lalə xanım, Cavanşir Məmmədovu dəfn edək? Onunla qərəzliyinizin sonu nə olacaq? Cavanşir bəy sizə fəxri adla baglı öz aranızda söz deyib, onu efirdə açıqladınız. Cavanşir bəy türk oğlanın "cinayət işi var" deyir, siz onu aydan arı, sudan duru kimi təqdim edirsiniz. Nə üçün?

Efir qaydalarına görə öncədən xəbərdarlıq etmirsiniz ki, haqqınızda bizə şikayət var. Cavanşir bəy deyir, oğlanın mənim qızımla heç bir münasibəti olmayıb. Siz isə onun qızının oğlanla qeyri-rəsmi nikahı olduğunu açıqlayırsınız. Sizin həmin adama inamınız haradan gəlir? Guya sizə Cavanşir bəyin qızının fotolarını göstərib, siz isə xalqa göstərməyi məsləhət bilmirsiniz. Guya xanımlara məsləhət verirsiniz ki, belə şəkillərinizi kimsəyə göndərməyin.

Məsləhət yox, sadəcə bir tövsiyə edirəm: Siz nə etsəniz də, zəhləm getsə də, bildirim ki, Xoşqədəm Hidayətqızı olan teleməkanda sizə baxan olmayacaq. Hələ mən Zaur Baxşəliyevi demirəm... Efir saatlarınız üst-üstə düşənlərin adlarını qeyd edirəm.

Sosial şəbəkələrdən gördüm ki, türk oğlan həbs edilib. Efirdə deyirsiniz ki, Cavanşir haradan bilirdi ki, o, həbs olunacaq? Günahkar sonda yaxalanmalı deyil?

Peşəkarlığınız bu məsələdə məni qane etmədi. Yəqin məndən də bir peşəkar kimi inciməzsiniz".
 
Ardını oxu...
“Oppenheimer” ulduzu Killian Mörfi “Barbie” filminin davamında Ken obrazını canlandırmağa hazır olduğunu açıqlayıb.

Bu barədə aktyor “Cinefilos” “YouTube” kanalında danışıb.

“Barbie 2”də Ken rolunu oynayardımmı? Əlbəttə! Gəlin ssenarini oxuyaq və hər şeyi müzakirə edək. Bunu yoxlamağı səbirsizliklə gözləyirəm. Düşünürəm ki, bu yay belə heyrətamiz filmlərin çıxması kino üçün yaxşıdır”, - deyə Mörfi bildirib.


Qeyd edək ki, uşaq oyuncaqları aləmində baş verənlərdən bəhs edən “Barbie” kinokomediyası onunla eyni gündə yayımlanan və ABŞ-nin nüvə bombasının yaradıcısı haqqında olan “Oppenheimer” filmi ilə tamaşaçı rəğbəti mübarizəsində qalib gəlib - qazancına görə rəqibini iki dəfə üstələyib.

Onu da bildirək ki, bu iki filmin qarşıdurması qeyri-rəsmi olaraq “Barbieheimer” adını alsa da, məzmunlar demək olar ki, bir-birinin tam əksidir: “Barbie” filminin süjeti oyuncaqlar aləmində cərəyan edirsə, rejissor Kristofer Nolanın çəkdiyi üçsaatlıq “Oppenheimer” filmi ABŞ nüvə bombasının atası olmuş alimin dramatik hekayəsindən bəhs edir.

Bundan əvvəl Killian Mörfinin filmdəki obrazına oxşamaq üçün elədiklərinin həmkarlarını şoka saldığı barədə xəbər verilib.
Ardını oxu...
 
Ardını oxu...
“Məndən görüntülü üzr istəyəcək”.

Bunu Qaynarinfo.az-a açıqlamasında şairə Nazilə Səfərli rəqqasə Fatimə ilə aralarında olan məhkəmə qərarından danışarkən deyib. O bildirib ki, ilk gündən Fatiməyə qarşı qaldırdığı məhkəmə işində qarşı tərəfə olan tələbləri dəyişilməz qalıb:

“Məhkəmə mənim xeyrimə qərar verib. Tələbim dəyişməz qalır, heç nə dəyişməyib. Görüntülü üzr istəyəcək, tələb etdiyim təzminatı da ödəyəcək. Rəqsə yeni gələn və maddi vəziyyəti zəif olan qızlara rəqs paltarı alacağam. Onların hər birinə milli geyimlər alacağam. Böhtan atmaq pis bir şeydir. Mənə ünvanlanan ifadəni bağışlamıram. Hələ mən insanlıq elədim, dedim ki, səhv yoldasan, geri dön. Dönə-dönə dedim ki, ünvanıma dediyin ifadələrə görə məndən üzr üstə. İndi qanun qarşısında cavab verəcək. Mən uşaq deyiləm ki, oturduğum yerdə məni təhqir edir. Onun adını çəkməmişəm. Niyə hər deyilən sözü özünə götürür?”
Qeyd edək ki, şair Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyeva arasında baş verən məhkəmə prosesi davam edir. Məhkəmədə uduzan Fatimə Apellyasiya Məhkəməsinə müraciət edib. Amma bu dəfə də proses Nazilə Səfərlinin xeyrinə yekunlaşıb.

Xatırladaq ki, Nazilə Səfərli məhkəmədə Fatimədən 50 min təzminat istəyib. Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı “Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq”.
 

Ardını oxu...
Şairə Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyeva arasında növbəti məhkəmə çəkişməsi yekunlaşıb.

DİA.AZ-ın Lent.az-a istinadən xəbərinə görə, tərəflər arasında mübahisə Fatimənin sosial şəbəkədə yazdığı status səbəbilə başlamışdı. Fatimə Naziləyə kobud qadın demiş, qarşı tərəf də “ biz stol üstündə rəqs etməmişik ki, nazik qalaq” şəklində cavab vermişdi.

İlk məhkəmə qərarından narazı qalan Fatimə Apellyasiya Məhkəməsinə müraciət etsə də yenə uduzub.

"Sabahı gözəl açdım. Vəkilim zəng edib bildirdi ki, apellyasiya məhkəməsini udmuşuq. Haqqım olanı heç kimdə qoymaram.Təfərruatlı sənədlər əlimə gələndə yazaram. Hələ istirahətim davam edir. Axşama rəqqasələr dəvət etmişəm " - deyə o yazıb.

Nazilə Səfərli rəqqasədən 50 min təzminat tələb edib.

Dünyapress TV

Xəbər lenti