Ardını oxu...
Türk musiqisinin tanınmış siması Yıldız Tilbe son paylaşımı ilə hər kəsi təəccübləndirib.

O, bu dəfə aynanın qarşısına keçərək fotolarını çəkib.

Məşhur ifaçı şəkillərini sosail şəbəkə hesabında paylaşıb. O, paylaşımını şərh etməyə ehtiyac görməyib.

Bununla yanaşı, sosial şəbəkələrdə Tilbenin son konsertindən görüntülər yayılıb. Müğənni avqustun 7-də Bodrumdakı Antik Teatrda pərəstişkarlarının qarşısına çıxıb.

cebhe.info
 
 
 
Ardını oxu...
Bir neçə gün öncə əməliyyat olunan aktyor Elcan Rəsulovun son görüntüsü yayılıb.
Aktyor “İnstagram” hesabında fotosunu paylaşaraq bu sözləri yazıb:
“Bütün “necəsən?” suallarına bu şəkillə cavab vermək istəyirəm”.//Sfera.az
Ardını oxu...
 

Ardını oxu...
“Sənətin varsa, səviyyəli mahnın varsa sən bu gün varsan. Biz indinin sənətkarları deyilik. Bəlli bir keçmişimiz var. Gözəl mahnılarla, nəğmələrlə böyümüşük. Durub indi başqa mahnılar oxuyub, necə sevilə bilərik?! Səviyyəsiz, keyfiyyətsiz musiqiləri ifa etmək bizim üçün iki vur ikidir. O mahnıların da içində illərlə süzgəcdən, ələkdən keçib sevilənləri var”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib. O daha sonra əlavə edib.

“Hara gedirəmsə insanların sevgisi ilə rastlaşıram. Allaha deyirəm ki, bunu məndən alma, yoxsa ölərəm. Bu başqa bir hissdir, onu yaşamaq lazımdır” deyə müğənni bildirib.

Ruhəngiz Allahverdiyeva əl işlərindən də danışıb.

“Aksesuarlarımı, bijuteriyalarımı özüm hazırlayıram. Çox gözəl də alınır. Allah mənə bu istedadı verib də. Elə əşyalarım olub ki, hədiyyə vermişəm. Amma pul ödəyib alanlar da olub. Mənim nənəm bəy qızı olub. Gözəl geyinib, keçinib. Mənə də yəqin ki, bu bər-bəzək, geyim-keçim ondan keçib” deyə sənətkar bildirib.

Müğənni bildirib ki, toylarda ondan canlı oxumağını istəyirlər.

“Toylara gedəndə şou proqramla gedirik. Bir çox yerlərdə deyirlər ki, fanaqram oxuyun. Elə insan var gəlib deyir ki, biz istəyirik siz canlı ifa edəsiniz. O adam mənə canlı oxumağım üçün gəlib pul ödəmir ki. Mən yenə də hörmət naminə canlı oxuyuram. Bəzən ya disk, ya flaşkart evdə qalır, canlı oxuyuram” deyə müğənni bildirib.

Ruhəngiz Allahverdiyeva bildirib ki, indi efirlərə çıxmaq asandır.

“Biz də zamanımızda şahidi olmuşuq ki, xalq kimləri sevir, kimləri yox. O zaman çox çətin idi. İxtiyarın nə idi saçını qeyri-adi üsulla yığasan. Efirlərdə artıq-əskik sözlər danışa bilməzdin. O qədər qadağalardan ələnib bu günlərə gəlmişik” deyə müğənni bildirib.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, tanınmış meyxanaçı Elşən Xəzərin İrana casusluq ittihamı ilə saxlanılması məlumatı yayılıb.

Hüquq-mühafizə orqanları tərəfindən təsdiq edilməyən məlumat bir neçə dəqiqə sonra meyxanaçının özü tərəfindən də təkzib olunub.
Mütəmadi olaraq İrana casusluq etməsi ilə bağlı iddialar yayılan meyxanaçının özü ilə əlaqə saxladıq.
E.Xəzər saytımıza açıqlamasında yayılan məlumatların şayiə olduğunu, İranla bağlı məsələyə görə heç vaxt hüquq-mühafizə orqanlarına çağırılmadığını deyib:
“Həqiqətən də bir işi səhv etmiş olsaq, bizə deyərlər ki, bunu etməyin və ya cəzalandırarlar. İranla bağlı söz-söhbətə görə nə istintaqa çağırılmışam nə sorğu-sual edilmişəm. Ölkədən çıxışıma da qadağa qoyulmayıb. Deyilənlər hamısı uşaq oyunudur.
Mən yüz yerdə konsertdə olmuşam-Rusiya, İran, Türkiyə və sair. Niyə ancaq İran deyirlər?
Biz danışmırıq deyə hər dəfə bir məlumat yayırlar. Elə şeylə üstümüzə gəlirlər ki, bu yaxşı şey deyil. Onlara elə qarğış edərəm alt-üst olarlar. Amma ayıbdır, etmirəm. Dediyim kimi, mən heç yerdə saxlanılmamışam və dindirilməmişəm”. \\Qafqazinfo
 
Ardını oxu...
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın yeni yazdığı şeir sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Hurriyyet.Az xəbər verir ki, o, “Əldən getdi” adlı yeni şeirini sosial şəbəkdə paylaşıb.
Şeri olduğu kimi təqdim edirik:
Əldən getdi
Kimin üçün isə
Həmişə özümü qorumuşam
Kimə görə isə
Həmişə onu soyutmuşam
Qorxutmuşam
Qovrulmuşam
Ancaq onu qorumuşam
Ona görə onu qorumuşam ki,
Gözəlliyim əldən getsin
Bir də gördüm
Qorumağa dəyməz artıq
Çünki hər şey əldən getdi.
Getdi, getdi, Nə qaldı ki, bu həyatda?
Kimlər getdi, kimlər qaldı
Kimlər yatdı, kimlər baxdı
Kimlər qaçdı, kimlər satdı
Kimlər yedi, kimlər acdı
Kimlər basdı, kimlər asdı
Kimlər aldı, kimlər verdi
Kimlər çaldı mən oyandım
Kimlər yazdı mən oxudum
Kimlər gəldi mən qaçdım
Kimlər gəldi mən satdım
Kimlər gəldi mən verdim
Kimlər gəldi mən yatdım
Satdım gözəlliklərimi
Alanlara
Verdim gözəliklərimi
Yatanlara
Tökdüm gözəlliklərimi
Yananlara
Sonsünlər, sonsünlər
Yanmasınlar.
Qorumağa dəyməz artıq
Gözəlliyim əldən getdi
Gözəlliyim əldən getdi.

\\Kanal.Az
Ardını oxu...
Dünyaca məşhur italyan dizayner Alessandro Karuso “Nə oldu, Paşinyan?” mahnısının sədaları altında rəqs edərək sosial şəbəkədə paylaşım edib.

Video qısa müddətdə milyonlarla istifadəçi tərəfindən bəyənilib.

Azərbaycanlı istifadəçilər onun rəqsinə müxtəlif şərhlər yazıblar.

Moda və dizayn sahəsində fenomen olan Alessandro Karuso “Nə oldu, Paşinyan?” mahnısı ilə bağlı fikirlərini bölüşüb.

Ona Azərbaycan və Qarabağla bağlı da sual ünvanlanıb. Dünyaca məşhur italyan dizaynerin cavabı belə olub:
“Azərbaycan mənim üçün super ölkədir. Gözəl insanları var. Mən Azərbaycanı sevirəm. Mahnıda adı keçən Paşinyanı isə heç tanımıram. Bilirəm ki, Qarabağ Azərbaycandır. Bir daha vurğulamaq istəyirəm ki, mən bütün dünyanı sevirəm və bununla heç kəsi incitmək istəməmişəm”.

Məşhur dizayner bu il sentyabrda Azərbaycana gəlmək istədiyini də sözlərinə əlavə edib.

Daha ətraflı Xezer TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Bir neçə gün öncə öd əməliyyatı keçirən aktyor-aparıcı Elcan Rəsulovun səhhəti yenidən ağırlaşıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə E.Rəsulov sosial şəbəkə hesabında məlumat verib.
Təcili tibbi yardım maşınından yeni görüntüsünü paylaşan sənətçi başqa xəstəxanaya aparıldığını bildirib.

 
 
 
Ardını oxu...
“İki ildir ki, “Speys” televiziyasında çalışıram. 1 ildir ki, tam ştatdayam. Müşfiq Hətəmovun vaxtından “Speys maqazin” verilişinin aparıcısı olmuşam. Bildiyiniz kimi sonradan telekanala Vado Korovin rəhbərlik etməyə başladı. Bu vaxtı da verilişim davam edirdi. Həm layihə rəhbəri idim, həm də aparıcı. Komandamız o qədər də böyük deyildi, 3 nəfərdən ibarət idik. Amma maqazin verilişini elə səviyyəli və gözəl şəkildə təqdim edirdik ki. Bir mən, bir redaktor, bir də müxbir vasitəsilə... Veriliş həftədə bir dəfə, hər şənbə günü 22:00-da efirə gedirdi. Reytinqi də çox gözəl idi. Yeni komanda gələn kimi bir neçə aparıcını kanaldan uzaqlaşdırsalar da, mənə dəyib toxunan olmadı. Mənə etimad göstərdilər, mən də onlara etimad göstərdim. Buna görə dəfələrlə rəhbərliyə təşəkkürümü də bildirmişəm. Bir gün gördüm ki, verilişimin vaxtını dəyişdiriblər. Artıq yeni rəhbərliyin mənimlə müharibəsi başladı”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış teleaparıcı Aytən Leylaqızı deyib. O bildirib ki, yeni rəhbərlik verilişin vaxtını hər dəfə dəyişdirib, tamaşaçıları televiziyadan uzaq salırdı.

“Verilişim hər şənbə saat 22:00-da efirə gedirdi. Gah atdılar saat 21-00-a, gah atdılar bazar gününə. Elə vaxtlara salırdılar ki.. Verilişin bir vaxtı olmalıdır ki, izləyicilər oturub həmin verilişi, aparıcını gözləsinlər. Öz vaxtımda, yəni saat 22:00-da mən 4-5 reytinq verirdim. Tamaşaçı əgər verilişin vaxtına görə çaş-baş qalıbsa burada hansı reytinqdən danışmaq olar?! Bunu məqsədli şəkildə edirdilər ki, veriliş reytinq verməsin və məni bu səbəblə asanlıqla işdən çıxarsınlar. Yenə də heç nə demədim, sakitcə dayandım. Amma incikliyimi bildirdim və söylədim ki, verilişin vaxtını dəyişmək düzgün deyil. Onlar məni verilişlərə çıxarır, hər şey çox gözəl şəkildə davam edirdi. Vaxt gəlib çatdı mənim məzuniyyətimə. Avqustun 1-dən 14-nə qədər mənim məzuniyyət vaxtım idi. Orada bir baş redaktor var, adı Elnurədir. Ondan soruşdum ki, məzuniyyətə gedib qayıdandan sonra mən nə edəcəyəm?! Nə vaxt başlayırıq? Necə edirik?! Mənə dedi ki, bu haqda sizə bir söz deyə bilmərəm, gedin Vado müəllimin qəbuluna. Vado Korovin mənə dedi ki, Aytən xanım, veriliş reytinq vermir. Ona dedim ki, sonuncu verilişimdə 1.7 reytinq vermişəm. Ona verilişin vaxtının dəyişdirilməsi ilə bağlı haqlı iradlarımı da bildirdim. Bunun özümə qarşı haqsız və hörmətsiz hərəkət olduğunu dedim. İstehza ilə gülərək dedi ki, ola bilər ki, bir dəfə reytinq verəsiz. Son sözü bu oldu ki, veriliş bağlanır və sən də “Speys” tv ilə sağollaşırsan. Mənim üsyanım odur ki, səbəb gətirsinlər ki, mən niyə görə “Speys” dən uzaqlaşdırıldım?! Buna səbəb gətirsinlər! Bu reytinq söhbəti də deyil. Elə də böyük bir məvacib almıram. Ay Vado Korovin, sən ora öz komandanla gəlmisən, qızını, yeznəni, digər qohumlarını ora gətirmisən. Onlara yüksək maaş verirsən və çox az məvacib verən işçini televiziyadan uzaqlaşdırırsan?! Özü də səbəbsiz yerə! “Speys maqazin” davam edir. Əgər veriliş bağlansaydı deyərdim ki, ixtisara düşdüm, normal hal kimi qəbul edərdim. 13 ildir ki, televiziyadayam, bütün bu nömrələri çox gözəl bilirəm. Veriliş aparıcısız davam edir. Ehtimal var ki, özü ilə “Atv”-dən “Speys”-ə gətirdiyi aparıcı Raksana İmiri “Speys səhər” verilişindən çıxarıb, mənim reytinq verən verilişimə aparıcı qoyacaq. Bir sözlə “Speys” kanalında at oynadırlar. Vado Korovinə min bir əziyyətlə ərsəyə gətirdiyim verilişimin halallığını vermirəm! Bəs mənim əziyyətim, yuxusuz gecələrim, həyəcanlarım?! Heçmi vicdanınız sızlamadı?! Heçmi haqsızlıq etdiyiniz üçün narahat olmadınız?! Sizin vasitənizlə “Speys” kanalının sahibi, ulu öndərimiz Heydər Əliyevin qızı, çox hörmətli Sevil xanım Əliyevaya səslənirəm ki, bu haqsızlığı görsün. Məni və bir çox insanları xilas etsin! Mən “Speys maqazin” verilişinə görə 8 nüfuzlu mükafat almışam” deyə aparıcı bildirib.

Tanınmış aparıcı “Speys” kanalının həyətinə çəkdiyi xərclərdən də danışıb.

“Bir gün rəhbərlik məndən xahiş etdi ki, Aytən xanım, sizin dostunuz var, olarmı ki, “Speys”-in həyətini düzətdirəsiz?! “Speys” tv-nin həyətinə 6 min manat civarında vəsait qoydurdum. 300 dənə gül göndərtdirdim. İşıqlandırma işlərini gördülər. Bisetkalar, oturacaqlar gətirdilər. “Speys”-in həyətində bir işıq yox idi, oranı mən işıqlandırdım. Vado müəllim də mənə buna görə təşəkkürünü bildirmişdi. Mən heç vaxt etdiyimi deyən biri deyiləm. Bütün bunları deməyə məni məcbur etdilər” deyə o bildirib.

Ardını oxu...
Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

Xalq artisti İlhamə Quliyevaya həsr olunan buraxılışda bacısı Gülbahar Quliyeva, Əməkdar artist Elza Seyidcahan, müğənni Əli Mirəliyev onunla bağlı xatirələrini bölüşüblər.

Mərhum müğənninin Flora Kərimova ilə qalmaqallarından danışan Ə.Mirəliyev qeyd edib ki, İ.Quliyeva ömrünün sonuna yaxın F.Kərimovanın ondan daha yaxşı oxuduğunu qəbul edib.

“Ölümünə yaxın beyninə yeridə bildim ki, Flora səndən daha yaxşı oxuyur. Dedim ki, Flora mənim qohumum deyil, mənim bibimin qızı sənsən. Amma o, səndən yaxşı oxuyur”.
Bacısı isə ölümündən sonra Xalq artisti haqqında danışanlardan gileylənib:

“İlhamənin sağlığında ona salam vermək üçün sıraya düzülürdülər. Həmin insanlar indi yoxluğundan istifadə edib, onunla bağlı istədiklərini danışırlar”.

Daha ətraflı süjetdə:


 

Ardını oxu...
Türkiyə Prezidenti Racəb Tayib Ərdoğana iki mahnı bəstələyən dəmiryolçu Elşad Səfərov (Səfərli) çalışdığı- Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətin rəhbərliyi tərəfindən iş prosesində sıxışdırıldığını və incidildiyini bildirir. Bəstəkarın sözlərinə görə, ona qarşı bu təzyiqlər sözügedən mahnını yazandan sonra başlayıb. Elşad Səfərov deyir ki, istər işdə, istərsə də kənarda rastlaşdığı təzyiqlərlə bağlı hüquq-mühafizə orqanları və ölkə başçısına müraciətlər ünvanlayıb. Azinforum.az bəstəkarla olan eksklüziv videomüsahibəni təqdim edir:

 

Dünyapress TV

Xəbər lenti