“Tamaşaçının zövqünü niyə korlayırıq?!”
“Televiziyada bu gün hər hansı bir şairi, yazıçını, xanəndəni, sənətkarı, professoru təhqir edirlərsə, alçaldırlarsa, bununla da özlərinə reytinq qazanırlarsa, bu, artıq uçurumun lap kandarında olmaq deməkdir.”

Bu sözləri Moderator.az saytına müsahibəsində əməkdar artist Sevinc Sarıyeva söyləyib. O, reytinqə qurban edilmiş televiziya proqramları haqqında danışıb və bildirib ki, buna müasirlik desələr də, əslində, milli dəyərlərimizin tapdanmasıdır.

“Bəlkə də deyəcəklər biz avropalaşmışıq, tamamilə, dəyişməliyik. Amma bizim öz mentalitetimiz, öz dəyərlərimiz var. O dəyərlərimizi itirməmək şərtilə, təbii ki, müasir olmalıyıq. Təbii ki, bizdə də inkişaf olmalıdır, amma yaxşı yöndə. Böyüyün, kiçiyin yeri olmalıdır. Özümə qarşı kiçiklərdən heç bir hörmətsizlik görməmişəm, Allah hamısının canını sağ eləsin. Amma bu televiziyalara baxıram, təəssüf edirəm. Bizə milyonlarla tamaşaçı baxır. Ad çəkmirəm, yaxşı aparıcılarımız da, yaxşı verilişlər də var, amma azdır. Aparıcılar var ki, sualı verir, imkan vermir ki, qarşısındakı şəxs- sənətkar sualın cavabını verib sözünü tamamlasın. Efirə qonaq qismində dəvət etdiyi sənətkarın dilindən bir sözü götürür, başlayır ondan başqa mövzu düzəltməyə. O sənətkarın sözü qalır yarımçıq, aparıcı onun sözünü efirdən başqa cür təqdim edir. Dediyin sözə açıqlama vermədən montaj edib, verirlər saytlara, sosial şəbəkələrə. Mən əməkdar artist olaraq, verilişlərə getməyə ehtiyat edirəm. Verilişlərə dəvət alanda çehtiyat edirəm, seçim edirəm. Bu yaxınlarda Dövlət Televiziyasında Həqiqət Əsgərzadənin verilişində qonaq oldum. O qədər zövq aldım o verilişdən, xanımın dünyagörüşündən, alicənablığından. Sualı verir və şərait yaradırdı ki, qarşısındakı şəxs tələsmədən, aydın şəkildə fikrini izah edə bilsin. Mən əminəm ki, Həqiqət xanım kimi aparıcıya reytinq önəmli deyil, onun üçün verilişin keyfiyyəti əhəmiyyət daşıyır. Bəlkə də gənc aparıcıların qarşısında reytinq tələbi qoyulub deyə, onlar belə edirlər”.

Əməkdar artist əlavə edib ki, bəzən efirə çıxan sənətçi də reytinq naminə nələrəsə razılıq verir. Efirdə onun şəxsi həyatına aid mövzuların müzakirə olunmasına imkan yaradır. Sevinc Sarıyeva hesab edir ki, efirə çıxan hər kəs dəyərlərimizi unutmamalı, davranışlarına fikir verməli, tamaşaçı qarşısında olduğunu məsuliyyətlə dərk etməlidir.

“Onu da deyim ki, heç kimin geyiminə, şəxsi işinə qarışmağa ixtiyarım yoxdur. Həmişə deyirəm ki, bizi zirvəyə qaldıran da, yerə endirən də tamaşaçıdır. Mən öz sənətimlə fəxr edirəm. Bu yaxınlarda demişəm ki, “mənim sənətim şah sənətdir.” Bəli, şah sənətdir. Biz hər gün efir vasitəsilə milyonlarla insanın evində qonaq oluruq. Qonaq olduğumuz evə hörmətsizlik edə bilərikmi? Yox! Bizə hər nəslin nümayəndəsi baxa bilər. Ona görə biz milli əxlaqi dəyərlərimizi özümüzlə bərabər qonaq olduğumuz hər evə ötürməliyik. Biz- muğam ifaçıları isə, xüsusilə bu mövzuda diqqətli olmalıyıq. Geyimimiz, oturuşumuz-duruşumuz, danışığımızla nümunə olmalıyıq. Mən həmişə Mənsum İbrahimovu misal çəkirəm. Başqa sənətçilərimiz inciməsin. O insan təpədən-dırnağa nümunədir, alicənablıqdır, kübarlıqdır. O təkcə efirə yox, hər gün tələbələri qarşısına da eyni qaydada çıxır. Xan əmidən sonra o insan muğamın aristokrat simasıdır. Babək Niftəliyev, Təyyar Bayramov, İlkin Əhmədov kimi xanəndələr də onun yolu ilə gedir, onu özlərinə nümunə seçiblər. Qadın xanəndələr də nümunəvi olmalıdır. Kim deyir ki, yaxşı geyinməsinlər? Amma geyim mədəniyyəti deyilən anlayış var, diqqət etməliyik. Səhnə mədəniyyətini yaxşı bilməliyik. Tamaşaçı bizi dinləyir ki, dərdini, problemini unutsun. Ekran qarşısında əyləşir ki, bir az bizə qulaq assın, əhvalı düzəlsin. Yoxsa ki, televizoru açır görür ki, sənətçi nələrinisə nümayiş etdirir. Tamaşaçı bundan nə zövq ala bilər? Niyə tamaşaçının zövqünün korlayırıq?”

Bölmənin digər xəbərləri

08 İyun 2025 Burak Fahriyenin 39 yaşını belə təbrik etdi - FOTO
08 İyun 2025 Seda Sayanın oğlu görüntüsü ilə gündəm oldu - FOTO
08 İyun 2025 Məşhur aktrisa elə görüntülərini paylaşdı ki... - FOTO
07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL

Dünyapress TV

Xəbər lenti