Ardını oxu...
Azərbaycanda şəhid ailələrinin hüquqları artırılır.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik layihəsini təqdim edərkən deyib.

O bildirib ki, dəyişikliklə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.

Şöbə müdiri qeyd edib ki, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması ölkə başçısının bilavasitə rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Çoxşaxəli sosial müdafiə tədbirləri nəticəsində hazırda 20 adda təminat və sosial qayğı ilə əhatə olunmuş şəhid ailələrinin mənzil problemi də dövlətin xüsusi nəzarətindədir.

"Bu baxımdan, şəhid ailəsinin üzvlərinə münasibətdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotun saxlanılması ilə bağlı dəyişikliyi nəzərdə tutan layihə bu sahədə növbəti müsbət addım olaraq dəyərləndirilməlidir. Belə ki, mövcud qanunvericilik sistemində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması və yaxud saxlanılmaması ilə bağlı müddəa nəzərdə tutulmayıb".

A.Vəliyev vurğulayıb ki, qanun layihəsi məhz həmin kateqoriyaya aid olan subyektlərin mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçot alınma üzrə normativ tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Ardını oxu...
“Qaldırdığım məsələlər öz həllini tapmır. Əgər millət vəkilinin qaldırdığı məsələ həllini tapmırsa, biz niyə bu məsələni qaldırmalıyıq?”
Bakupost.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Müharibə veteranlarına verilən 80 manat müavinətlə bağlı danışan V.Əhmədov bu məbləğin artırılmasının zəruri olduğunu bildirib:
“182 minə yaxın müharibə veteranı var. Demirik ki, həmin müavinəti bu dəqiqə 300-345 manat edin. 20 və ya 40 manat artırın. İnsanlar bilsin ki, bu məsələ öz həllini tapır. Amma prinsipial mövqe göstərirsiniz ki, yox, bu həll olunmur. İyirmi manat artırsanız, ayda haradasa 3,5-4 milyon, 40 manat artırsanız 7-8 milyon vəsait lazımdır. Bunu tapmaq mümkün deyil? Biz bu məsələni qaldırırıqsa, münasibət bildirilməli və bu, öz həllini tapmalıdır. İnsanlarla millət vəkilləri işləyir. Xahiş edirəm ki, 80 manat məsələsi ilə bağlı istər Maliyyə Nazirliyi, istərsə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsbət addım atsınlar. İnsanlara bununla bağlı cavab verə bilmirik”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə nazirinin müavini Azər Bayramov V.Əhmədovun tənqidinə cavab verib.
O bildirib ki, Azərbaycanın dövlət büdcəsinin sosial yönümlülüyü heç kimdə şübhə doğurmur:
“Hökumət, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial məsələlərə kompleks yanaşır, onları illik büdcə hazırlanarkən nəzərə alır”.
Nazir müavini bildirib ki, deputatların müavinətlərlə bağlı qaldırdığı məsələ aktualdır:
“Qaldırılan məsələ həssasdır. Bunun prioritet istiqamətlərdən ən vacibi olduğu heç kimdə şübhə doğurmur. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu proseslərə daha kompleks baxır. Təkliflər yəqin ki, individual qaydada yox, kompleks yanaşmadan irəli gəlməlidir. Burada təqdim olunan paketə birgə baxılması məsələsi daha öndədir. İstənilən halda sizin həyəcanla qaldırdığınız məsələ aktualdır. Yəqin ki, hökumətdə bu məsələyə baxılacaq. Bizdə bu praktika var ki, millət vəkillərini dəvət etməklə bu məsələ daha geniş müzakirə oluna bilər”.
 
 
 

  

Ardını oxu...
Bir çox abituriyent universitetlərdəki təhsil haqqlarının yüksək olmasından şikayətçidir. Elə fakültələr var ki , illiyi 5 mindən yuxarıdır. Dövlət universitetlərində təhsil haqları necə müəyyən olunur?
Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov Sonxeber.az-a açıqlama verib.

Ekspert bildirib ki, ödənişli təhsili həyata keçirən dövlət mülkiyyətində olan təhsil müəssisələri o qiymətdən Nazirlər Kabinetinin müəyyən etdiyi qiymətdən yuxarı edə bilməz:

"Qanunvericiliyə görə özəl və bələdiyyə təhsil müəssisələri var. Bizim praktikamızda bələdiyyə təhsil müəssisələri yoxdur. Amma özəl təhsil müəsisələri var. Özəl təhsil müəsisələri ödənişləri özləri sərbəst müəyyənləşdirirlər.. Amma dövlət təhsil müəsisələrində adam başına düşən maliyyələşmə sistemi ilə ödəniş hesablanır. Adam başına düşən təhsil müəssilərin növünə, tipinə görə Nazirlər Kabineti müəyyən edir. Ona görə də Nazirlər Kabineti maksimal həddi müəyyən edir.

Ödənişli təhsili həyata keçirən dövlət mülkiyyətində olan təhsil müəssisələri o qiymətdən Nazirlər Kabinetinin müəyyən etdiyi qiymətdən yuxarı edə bilməzlər. Aşağı təhsil proqramı qrantı (burs) elan edib, qiyməti aşağı sala bilərlər. Amma Nazirlər Kabinetinin qiymətdən yuxarı təhsil haqqı müəyyən edə bilməzlər. Dövlət mülkiyyətində olan təhsil müəssisəsidirsə, təhsil haqqını hər bir ixtisas üzrə Nazirlər Kabineti müəyyən edir. Özəl universitetlərdə isə qiymətlər özəl olaraq müəyyən edilir".
 
 
 
Ardını oxu...
Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Bu barədə İqtisadiyyat.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 48978 abituriyentdən (II qrup üzrə 23874 nəfər, III qrup üzrə 25104 nəfər) 1994 nəfər (II qrup üzrə 1259 nəfər, III qrup üzrə 735 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.0 bal toplayan Bakı şəhər Humanitar fənlər təmayüllü məktəb-liseyin məzunu Əliyev Turan Anar oğlu göstərib. O, imtahanın birinci mərhələsində 281.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 693.9 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 393.9 bal toplayıb.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Hacıyeva Zeynəb Hünər qızı göstərib. O, imtahanın birinci mərhələsində 290.0 bal toplayıb. Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu Məhərrəmzadə İlahə Rəşad qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392.5 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 13 iyun saat 10:00-dan 15 iyun saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

• İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

• İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.

Xatırladaq ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat iyunun 17-dək davam edəcək. İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçə bilərlər.
 
Ardını oxu...
Azərbaycan Ukraynaya bu günədək 40 milyon dollarlıq yardım edib.

Tribunainfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyada Ukrayna Bərpa Konfransında çıxışı zamanı deyib.

C.Bayramov, Azərbaycanın Ukraynaya humanitar dəstək göstərən ilk ölkələrdən biri olduğunu, bu günədək dərman, qida, elektrik generatorları və s. daxil olmaqla, ümumilikdə 40 milyon ABŞ dolları dəyərində yardım edildiyini diqqətə çatdırıb.

Bununla yanaşı, ölkəmiz tərəfindən Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün tibbi və sosial-psixoloji reabilitasiya proqramının həyata keçirildiyi, ötən il keçirilən Bərpa Konfransından bu günədək ümumilikdə 154 uşağın bu proqramda iştirak etdiyi bildirilib.

Azərbaycanın Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək göstərdiyi, bu xüsusda İrpen şəhərindəki məkəb binasının yenidənqurma işlərinin artıq yekunlaşdığı diqqətə çatdılıb.
 
Ardını oxu...
Əmək müqaviləsi ləğv edilmiş işçilərə işsizlik sığortası - aşağıdakı hallarda, qaydada və məbləğdə ödənilir:
1.Dövlət orqanı, hüquqi şəxs ləğv edildikdə, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi müddətinin qurtarması əsası olduqda
2. İşsiz kimi məşğulluq orqanında qeydiyyata alındıqda. Sığorta ödənişi almaq hüququ əldə etmiş şəxs ilkin mərhələdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzlərində qeydiyyata alınmalıdır.
3. Sığorta ödənişi - sığorta stajı nəzərə alınmadan ödənilir.
4. Sığorta ödənişi işçinin orta aylıq əmək haqqından hesablanmaqla ödənilir.
5. İşsizlik sığorta ödənişi işçinin orta əmək haqqının 50 faizindən hesablanır.
6. Sığorta ödənişi - ən çoxu işçinin işsiz kimi qeydə alındığı dövlrdən 9 aya qədər ödənilə bilər.
7. Sığorta ödənişi birinci 2 təqvim ayı üçün- 100 faiz, növbəti 2 təqvim ayı üçün- 80 faiz, növbəti 2 ay üçün- 70 faiz məbləğində ödənilir.
8.Növbəti 3 ay üçün-345 manat məbləğində ödənilir.
9. Əmək müqaviləsinin müddəti qurtarma əsası ləğv edilən işçilərə 3 ay müddətində 345 manat məbləğində sığorta ödənişləri verilir.
10. Sığorta ödənişi alanın himayəsində 18 yaşına çatmamış uşaq olduqda (əyani təhsil alan tələbələr və şagirdlər təhsilibitirənədək, lakin 23 yaşından çox olmamaqla) onun əsas sığorta ödənişinə hər uşağa görə 5 faiz əlavə edilir.
Azər Quliyev.
TEREF
 
Ardını oxu...
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına mütamadi olaraq verilən suallardan daha biri:
İşdən sonrakı dövr ərzində, eyni zamanda iş və əmək əlaqədar olmayan münasibətlərlə əlaqədar işçilərin hər hansı bir əmək intizamı məsuliyyəti varmı, bu hallara görə İşəgötürən və ya onun vəzifəli şəxsi tərəfindən işçinin şifahi və yazılı İzahat verməsi tələb oluna bilərmi?
Bununla əlaqədar bildirirəm ki, əlbəttə hər bir idarə, müəssisə və təşkilat rəhbərlərinin və ya İşəgötürənlərin arzusudur ki, onların işçisi və ya əməkdaşları həm iş yerlərində, həm də ictimai həyatda peşəkar olsun, nümunəvi işçi olsun, həm iş yerində, həm də ictimai həyatda nümunəvi həyat tərzi keçirsinlər. Lakin:
1. Nəzərə almaq lazımdır ki, hər bir əmək münasibətləri, o cümlədən də işəgötürənlə işçi arasında olan əmək münasibətləri yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir Yəni, Əmək Məcəlləsi, yalnız əmək münasibətlərini tənzimləyir, şəxsi, ailə və digər münasibətləri tənzim etmir.
2. AR-n Əmək Məcəlləsinə əsasən isə əmək münasibətləri - Əmək Məcəlləsində, əmək qanunvericiliyində, Kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə - işçi arasında qarşılıqlı razılıq əsasında müəyyən edilən münasibətlərdi
3. İşçinin, iş vaxtından sonrakı dövrdə və işə aid olmayan ailə, məişət, davranış və sair münasibətlərinin isə İşəgötürənə heç bir aidiyyatı yoxdur, bu münasibətlərə qarışa bilməz, qarışarsa isə bu işçinin şəxsi və ailə işlərinə qarışmaq və ya müdaxilə etmək kimi qiymətləndirilir.
4. Nə AR-nın Əmək Məcəlləsində, nə də əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə, digər normativ hüquqi aktlarda, eyni zamanda müəssisənin Nizamnaməsindı və ya Əsasnaməsində işəgötürənun, işçinin şəxsi və ailə işlərinə müdaxilə edə bilməsi barədə maddi hüquq normaları nəzərdə tutulmamışdır.
6. İşçi, iş vaxtından sonrakı hərəkətlırinə görə o vaxt əmək intizamı məsuliyyəti daşıyır və ya ondan yazılı İzahat verilməsi tələb oluna bilər ki, bu hərəkətlər bilavasitə işlə və ya əmək münasibətləri ilə əlaqədar olsun.
7. İşçinin iş vaxtından sonra və işə aid dövrə aif olmayan ailə, məişət, davranış və sair münasibətlərinə görə etdiyi qanunsuz hərəkətlərə və ya davranışlara görə müvafiq məsuliyyətə cəlb etmək səlahiyyəti isə İşəgötürənə deyil, müvafiq hüquq mühafizə və məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir.
8. İşçidən yazılı İzahat verməsi tələbi, onun ehtimal olunan əmək intizamını pozması məqsədi ilə və bu barədə onun şəxsi fikrini almaq məqsədilə edilir. İş vaxtından sonra və işə aid olmayan ailə, məişət, davranış və sair münasibətlərinə görə İşəgötürən tərəfindən İşçidən yazılı və ya şifahi İzahatın tələb edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblətini ziddir. Belə ki:
9. İş vaxtından sonra və işə aid olmayan ailə, məişət, davranış və sair münasibətlərinin isə əmək münasibətlərinə heç bir aidiyyatı yoxdur, bu münasibətlər əmək münasibətləri deyil.
10. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər. İntizam tənbehi verməmişdın əvvəl isə yazılı İzahatını tələb edib ala bilər.
11. İşçidən yalnız: iş vaxtı ərzində, bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi hallarında yazılı İzahatın verilməsi tələb edilə bilər.
Yekun olaraq bildirmək istəyirəm ki, hər bir idarə, müəssisə və təşkilatlarda: istehsalat fəaliyyətinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və digər normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirilməsini təmin etmək bu sahədə çalışan hüquqşünasların əsas vəzifələrindən biridir. Məhz hüquqşünaslar bu hallarda öz vəzifələrinə uyğun hərəkətlır etməyə məcburdurlar.
Mənim əvvəllər işlədiyim idarə rəisinin mənə ilk göstərişi bu olmuşdur: İdarədə hər bir işçi öz şəxsi fikrini deyə bilər, yalnız hüquqşünasdan başqa, hüquqşünas isə öz şəxsi fikrini deyil, qanunları deməyə borcludur.
Azər Quliyev.
TEREF
 
Ardını oxu...
“İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü ildə təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980 manat göstərilib.

Dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən isə, bu göstəricinin 990 manat olacağı proqnozlaşdırılır”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin iyunun 7-də keçirilən plenar iclasında deyib.

Qeyd edək ki, bu gün ölkədə yüksək əməkhaqqı alan vətəndaşlarla yanaşı minimum əməkhaqqı alanlar da var. Yüksək maaş alan işçilərin bir çoxu dövlət müəssisələri və müvafiq şirkətlərdə çalışanlar hesab edilir.

Ümumiyyətlə, orta aylıq əməkhaqqının cari ildə 990 manata olacağı nə dərəcədə realdır?

İqtisadçı-ekspert Akif Nəsirli "Cebhe.info"-ya bildirib ki, Azərbaycanda ümumi orta aylıq əməkhaqqı doğurdan da bu ilin sonunadək 1000 manata yaxın ola bilər:

"Artıq Bakı şəhəri və onun ətraf qəsəbələrində, Abşeron yarımadasında ümumiyyətlə, orta aylıq əməkhaqqı 1200 manata yaxınlaşır. Ancaq məsələ burasındadır ki, orta aylıq əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər mübahisə doğurur.

Belə ki, orta aylıq əməkhaqqını hesablayanda ən çox və ən az əməkhaqqı alan arasında böyük fərq varsa, demək bunun hesablama qaydası, iqtisadi göstəricinin əhəmiyyəti aşağı düşür. Yəni, ən çox əməkhaqqı alanla ən az alan arasında 10-15 dəfədən artıq fərq varsa, bu halda orta aylıq əməkhaqqının hesablanması əhəmiyyətini itirir.

Onların məntiqinə görə, əməkhaqqı köhnə lətifədəki kimi hesablanır - "Biz kələm yeyirik, məmurlar isə ət yeyir, orta hesabla biz dolma yeyirik”. Əslində isə bizim dolmadan xəbərimiz yoxdur, yediyimiz kələmdir. Bu təzadı aradan qaldırmaqdan ötrü iqtisadi nəzəriyyətinin başqa bir elementi var.

Həmin element median əməkhaqqından ibarətdir. Median əməkhaqqı nədir? Orta aylıq əməkhaqqı, ümumi əməkhaqqı alanların siyahısı tutulur. Onların aldığı maaş tapılır. Bu maaşların hamısı toplanır və saya bölünür. Yəni ortalama hədd götürülür.

Ancaq median əməkhaqqıda siyahı azalan, yaxud çoxalan xəttlə yığılır və ən yuxarıda ən az əməkhaqqı alan, aşağıda ən çox əməkhaqqı alan olur. Bu işçilərin 50 faizinin ən az əməkhaqqı alanlarını götürürlər.

Siyahıda artan xətlə, azdan çoxa doğru sıralanmış siyahıda, məsələn, 5 milyon işçi varsa, onların 50 faizinin orta aylıq əməkhaqqı çıxarılır. Əgər biri 345 manat əməkhaqqı alırsa, ən çox alan 35-40 min manat alır və bu, böyük fərqdir. Az qala min dəfə fərq var. Belə halda median əməkhaqqı istisadi nəzəriyyəyə görə, işə düşür. Yəni aşağı maaş alanların orta əməkhaqqı çıxır.

Hökumət həmin median əməkhaqqının artırılması ilə məşğul olur. Ümumi orta aylıq əməkhaqqı məfhumu arxa plana keçir. Əgər biz 990 manatdan danışırıqsa, Azərbaycanda median əməkhaqqı uzaqbaşı 450-500 manat olar. Bu gün 1000 manat əməkhaqqı alanın maaşını artırmağa o qədər də ciddi ehtiyac yoxdur. Ciddi ehtiyac, median əməkhaqqını əhatə edən və oradakı orta aylıq əməkhaqqını artırmaq məsələsi aktuallaşır. Burada real problem ortada olur.

Azərbaycanda da həmin vəziyyətdir. Məsələn, SOCAR-da elə işçilər var ki, 30-50 min manat əməkhaqqı alır. Ancaq ölkədə böyük əksəriyyət 345 manat minimum əməkhaqqı alır.

Ondan bir qədər az insan 500-700 manat maaş alır. Yəni bu median əməkhaqqı hansı sərhəddi əhatə edəcəksə, hökumət o işçilərin maaşının artırılması ilə məşğul olmalıdır. Belə ki, hökumətin hədəfi dəyişməlidir. Median əməkhaqqı işə düşməklə hökumətin iqtisadi idarəetmədə hədəfi dəyişir, bu yeni hədəf real problemi ortaya qoyur və bunun aradan qaldırılması yolları axtarılır.

Bu daha məqsədəuyğun işdir, nəinki orta aylıq əməkhaqqı ilə fəxr edək. Median əməkhaqqı 500 manatdan yuxarı deyil. Bu rəqəmi dəqiqləşdirməklə, median əməkhaqqının artıırlması ilə bağlı tədbirlər görülməlidir".
 
Ardını oxu...
Bu gün keçirilən sertifikatlaşdırma imtahanından keçə bilməyən müəllimlərin işinə nə zaman xitam veriləcəyinə münasibət bildirilib.

APA-nın xəbərinə görə, Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib ki, ilkin mərhələdə əldə olunan nəticələr hələ yekun deyil:

“Qarşıdakı günlərdə apellyasiya müraciətlərinə baxılacaq. Yekun nəticələr olduqdan sonra növbəti addımlar atılacaq və bu zaman ictimaiyyətə öncədən məlumat veriləcək”.

Nurlan İsmayılbəyli deyib ki, sertifikatlaşdırmada uğursuz olan müəllimlər MİQ imtahanlarında iştirak edə bilərlər.

O bildirib ki, qanunvericilikdə sertifikatlaşdırmadan uğurla keçə bilməyən müəllimlərin MİQ imtahanlarında iştirakına məhdudiyyətin qoyulması ilə bağlı müddəa yoxdur.
 
 
 
Ardını oxu...
İkisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.

Bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan Respublikasının vətəndaşı ilə nikah bağlamağı seçirlər. Bu hal Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan əcnəbilərə münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan sui-istifadə edilməsi riski yaratmaqla yanaşı, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə mənfi təsir göstərir.

Təqdim olunan qanun layihəsi də məhz ölkəmizdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb.
 
 
 

Dünyapress TV

Xəbər lenti