Ardını oxu...
Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev və Şəfaət Mehdiyev küçələrinin kəsişməsində aparılan xətlənmə sürücülərin çaşqınlığına səbəb olub.

Referans.az xəbər verir ki, bu barədə yol hərəkətinin təhlükəsizliyi üzrə mütəxəssis Aqil Rəhimov sosial şəbəkə hesabında paylaşım edib.

O, sözügedən küçədə çəkilmiş torun ardınca avtobus zolağının gəldiyini göstərərək sürücülərin düzgün hərəkət etməsələr, 100 manat +2 bal cərimələnə biləcəyini diqqətə çatdırıb.

Aqil Rəhimov sürücülərin cərimədən yayınması üçün sarı tordan birbaşa sağ zolağa keçid etmələrini bildirib:

“Düz hərəkət edirsinizsə, ən sol zolağı, sağa dönəcəksinizsə avtobus zolağından sağda yerləşən zolaqlardan birinə keçid edə bilərsiniz. Əgər avtobus zolağından çıxaraq düzünə hərəkət etsəniz cərimələnə bilərsiniz”.
Ardını oxu...
Uşaqlar kişinin himayəsinə verildiyi halda qadının pensiyası avtomatik dayandırılacaq.

Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Qərara əsasən, qadın valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi, habelə qadının xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti və qadının ölüm haqqında şəhadətnaməsinin surəti olduqda “Pensiya” altsistemi tərəfindən əmək pensiyasının ödənilməsi avtomatik olaraq dayandırılacaq.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, indiyə qədər bu, ananın ölüm haqqında şəhadətnaməsinin və ya analıq hüququndan məhrum edilməsi barədə məhkəmə qərarının surəti təqdim edildiyi hallara şamil olunub.
 
Ardını oxu...
Aparıcı Aytən Səfərova iddialı açıqlamaları ilə gündəm olmağa davam edir. O, bu dəfə ailələrə səslənərək qız övladlarına dəyər verməyə çağırıb.

Aparıcı təhsilin insan həyatındakı önəmindən danışıb:

“Qızın ən gözəl cehizi diplomudur. Ona görə də ailələr dilomu olan qızları, məhz diplomu olan oğlanlara ərə verməlidir. İnandırım ki, onda başınız daha az ağrayacaq. Bu klassik düşüncə yox, doğru olan yanaşmadır. Çünki zaman keçdikcə bunun doğru olduğunu görürük. Diplom olanda dünya görüşü daha çox olur. Bu günə qədər yüzlərlə valideyninə qarğış tökən qızların mesajlarını oxumuşuq. Hər biri təhsil almaq istədiyini, amma valideynlərinin onları evləndirdiyini yazıblar. 21-ci əsrdə yaşayırıq, qızlar da, oğlanlar da oxumalıdır”.
 
Ardını oxu...
Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət və bərpa olunması hansı qurumlar tərəfindən həyata keçirilir?
Yalnız bu qurumlarda baxılan və qəbul edilən qərarlar, tərəflər arasında yaranmış əmək mübahisələrinin sona yetməsi ilə nəticələnə bilər.
Pozulmuş əmək hüquqlarının bərpası yalnız bu ardıcıllıqla həyata keçirilə və bərpa oluna bilər. Eyni zamanda işəgötürən tərəfindən də könüllü olaraq və ya öz iradəsi əsasında əmək hüquqları bərpa oluna bilər. Əlbəttə ki, ədalətli və qanuni baxılsa, ədalətli yanaşma olsa
1.Həmkarlar ittifaqları. işçilərin: əmək, sosial, iqtisadi hüquqlarının, qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarət həmkarlar ittifaqları orqanları tərəfindən həyata keçirilir
2. İşəgötürənlərin: əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarət - İşəgötürənlərin nümayəndəli orqanları tər-n həyata keçirilir.
3. İşəgötürən, əmək münasibətlərinin digər iştirakçıları tərəfindən həmkarlar təşkilatının fəaliyyətinə, habelə onların qanuni və əsaslı tələblərinə əməl edilməməsi yolverilməzdir.
4. Dövlət Əmək Müfəttişliyi Xidməti: Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarəti bu qurum tərəfindən həyata keçirir.
5. Dövlət Əmək Müfəttişliyi Xidməti: əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri əmək və sair hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati məsuliyyətə cəlb etmək, digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq hüququna malikdir.
6. Prokurorluq orqanları: Əmək Məcəlləsi və əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların dürüst və eyni cür tətbiq edilməsinə, əmək qanunvericiliyinin tələblərinə düzgün əməl edilməsinə dövlət nəzarəti öz səlahiyyətləri daxilində buqurum tərəfindən həyata keçirir.
7.İstər işçilər,istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi və əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya digər qaydada məhdudlaşdırmağa, hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə və öhdəlikləri yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada: maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
8. Mediasiya təşkilatı. İşçi və İşəgötürən arasında olan mübahisəyə ilkin və məcburi olaraq bu təşkilatda baxılır, tərəflər arasında olan münaqişə səviyyəsinin azaldılması və ya onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədilə həyata keçirilir.
9. Məhkəmə orqanları: İşçi və İşəgötürən arasında olan mübahisəyə məhkəmədə baxılması və icra olunması məcburi olan məhkəmə qərarının qəbul edilməsi.
10. Mediasiyada və Məhkəmədə tərəflərin əmək mübahisələrinə baxılması üçün iddia müddətlərinə əməl etməsi məcburidir.
11. Öz səlahiyyətləri sahəsində digər dövlət və hüquq mühafizə orqanları.
Azər Quliyev
TEREF
 
Ardını oxu...
Çox tez-tez gündəmə gətirilən, amma hələ də tam şəkildə həll yolunu tapmayan əsas məsələlərdən biri də uşaqpuludur. Sözügedən problemin həlli ilə bağlı hansı yeniliklər gözlənilir?

Mövzu ilə bağlı Sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli danışdı.

Ekspert açıqlamasında ölkədəki uşaqların sayını nəzərə alaraq bildi ki, o qədər uşaqa vəsaitin ayrılması büdcə üzərində böyük maddi yük yarada bilər:

"Ümumi adı el arasında "uşaqpulu" adlanan məsələ artıq uzun illərdir həm müzakirə olunur, həm də ciddi bir gözlənti yaradır. Hökumətin mövqeyi bundan ibarətdir ki, müxtəlif sosial lahiyələr çərçivəsində uşaqlara vəsaitlər yönəldilir. Yəni, imkansız ailələrə yardımlar, sosial müavinətlərin verilməsi, valideyinini itirmiş uşaqların saxlanılması üçün, əngəlli insanlar üçün ümumilikdə bir neçə istiqamətdən pul ayrıldığını söyləyir. Hökumətin rəsmi mövqeyi budur. Amma gözlənti də ondan ibarətdir ki, bu birdəfəlik sistem halına gəlsin və bu sistemli şəkildə, anadan olmuş uşaqlara valideyinlər tərəfindən xərclənən vəsaitin bir qismi dövlət tərəfindən qarşılanması sisteminə keçid baş versin. Anlayıram ki, ölkədə 2,7 milyon 0-18 yaşlı uşaqlar var. Bunların hamısına vəsitin ayrılması büdcə üzərində böyük bir maddi yük yarada bilər və hökumətin də çəkindiyi nöqtə bundan ibarətdir. Amma addım-addım bu işi görmək olar və belə şəkildə görmək üçün qanunlarda müəyyən dəyişikliklərə ehtiyac var. Məsələn ilkin addım kimi ailədə ikinci uşağa ayda 100 manat olmaqla vəsaitin verilməsi qanun şəkilində qəbul oluna bilər. Ölkədə təqribən 9000 aildə ikinci uşaq var. Bu qədər uşağa 100 manat vəsitin verilməsi büdcəyə böyük bir yük gətirməz. Yavaş-yavaş ilk addımı atdıqdan və büdcə buna adaptatsiya olunduqdan sonra gələcəkdə 2-ci, 3-cü, 4-cü uşaqlara da eyni qaydada vəsaitlərin verilməsi məsələsi gündəmə gələ bilər".
 
Ardını oxu...
Son zamanlar sosial şəbəkələrdə müxtəlif cəlbedici qumar oyunlarının reklamları ilə qarşılaşırıq. Məsələn; biri lüks avtomobilində əyləşib, avtomobilini oyunda udduğu pulla aldığını deyir. Digəri hesabının necə artdığını göstərir. Bu reklamlara inanan gənclər də sonradan külli miqdarda borca düşüb, ən son çıxış yolunu intiharda görürlər. Məsələn; ötən ay itkin düşən Siyəzən rayon sakini 22 yaşlı Mahmud Məlikov evdən namaz qılmaq adı ilə çıxsa da, geri qayıtmamışdı. Mahmudun atası yerli mətbuata açıqlamasında bildirmişdi, oğlu internet üzərindən qumar oyunlarına qurşanıbmış. Ailə üzvləri onu bu vərdişindən çəkindirməyə çalışıblar. Bu günlərdə itkin düşən gəncin meyidi tapılıb. Bu oyunların Mahmud kimi yüzlərlə aludəçisi var. Nəticə, göz qabağındadır…

Bəs niyə bu qumar oyunları yığışdırılmır? Qanunvericilik bununla bağlı nə deyir?
Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının ərazisində mərc oyunlarının təşkili lisenziyalaşdırılmış bir fəaliyyətdir. Bununla bağlı Azərbaycan Respublikasında iki qanun var, həmin qanunlara əsasən bu fəaliyyət tənzimlənib.

“Bunlar “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunu və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunudur ki, bu qanunda nəzərdə tutulmuş qaydalara riayət edilməklə və lisenziya almaqla idman mərc oyunlarının keçirilməsi yol veriləndir və buna dövlət legitim haqq qazandırır”-deyə hüquqşünas bildirib.

Qanunsuz qumar oyunlarının keçirilməsi və təşkilinə gəldikdə, hüquqşünas qeyd edib ki, bu da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1 maddəsi ilə tənzimlənir. Belə oyunlarının keçirilməsi üçün yer təşkil etmək və ya saxlamağa görə, bunu təşkil edən şəxsə qarşı 5 min manatdan 10 min manata qədər miqdarda cərimə və ya 2 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzası ilə təyin edilir.

Hüquqşünas qeyd edib ki, onlayn qaydada yəni internet informasiya ehtiyatları və internet telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə isə buna görə 10 min manatdan 15 min manata qədər cərimə və ya 2 ildən-3 ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır: “Qeyd edim ki, bu qumar oyunlarının nəticəsində uduzmuş şəxs əgər özünü öldürərsə, bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanılır və araşdırma aparılır.

Mən bir hüquqşünas kimi tövsiyə edərəm ki, mərc oyunlarından hər kəs uzaq dursun. Bilsinlər ki, bunun mənfi nəticələri daha çoxdur”-deyə hüquqşünas əlavə edib.

Xatırladaq ki, ümumiyyətlə qumar oyunu dedikdə, pul vəsaitlərinin, maddi vəsaitlərin qeyri-müəyyənlik və ya təsadüfdən asılı olaraq, qazanılması nəticəsində təşkil olunan oyunlar nəzərdə tutulur.
 
Ardını oxu...
Bəs,yaşa görə pensiya alanların sayı niyə azalır?

İqtisadçı Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, insanlar qocalmadan vəfat edir. İqtisadçı deyib ki, yaşa görə verilən təqaüdlər azalırsa, deməli, həmin yaş qrupuna daxil olan əhalinin ölüm halları artır:

"Pensiyaçıların sayının azalmasının əsas səbəbi odur ki, insanlar qocalığın erkən çağında vəfat edirlər. Sırf yaşa görə verilən pensiyaların azalmasının səbəbi ancaq budur".

Sosioloq Əhməd Qəşəmoğlu Azərbaycanda insanların öznün sağlamlıq mədəniyyətinin arzuolunan səviyyədə olmadığını xatırladıb:

"İnsanlar arzuolunan qədər səhhətini qorumur. Bu çox mühüm amildir. İnsanlar səhhətinin qayğısına qalmağı bacarmırlar. İkincisi, səhiyyə xidmətidir. Bizdən əvvəlki nəsil müalicəvi bitkilərdən istifadə edirdi. O vaxt adamlar bitkilərlə müalicədə daha çox məlumata malik idi, nəinki indi. İndi insanların sağlamlığının qayğısına qalması arzuolunan səviyyədə deyil. Ölkədə səhiyyə xidmətinin keyfiyyəti əsas amildir. Adamlar xəstə olan kimi dərhal xarici ölkəyə üz tutur. Bunlar bir-biri ilə əlaqəlidir. Onların səhiyyə ilə bağlı bilikləri yerində olsa vaxtaşırı həkim müayinəsindən keçərlər”.

Əhməd Qəşəmoğlu hesab edir ki, insanlar özbaşına dərman preparatlarından istifadə etməməlidir:

"Əgər insanlar uzun ömürlü yaşamaq istəyirlərsə, vaxtında müayinə olunmalıdırlar. Bundan əlavə uzunömürlülükdə həm də iqtisadi faktorlar rol oynayır. İnsanın sağlamlıq mədəniyyəti arzuolunan səviyyədə olmayanda qidalardan necə gəldi istifadə edəcək. İnsanlara tövsiyyəm, sağlamlıq mədəniyyəti ilə səhiyyə xidmətinə fikir versələr ömürlərini uzada biləcəklər".
 
 

 


Ardını oxu...
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) işçiyə verdiyi cavab da, onun əmək hüquqlarının pozulmasıdır.
Sosial sığorta haqqında AR Qanunu, Maddə 30. Bu Qanunun pozulmasına görə məsuliyyət: - Bu Qanunun normalarının pozulmasına görə təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar
Qeyd: Bu yoxlamanın xəstəyə nə aidiyyatı var?
Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına (DSMF ) müavinət ödənilir.
Lakin fevral ayından başlayaraq müxtəlif idarə və müəssisələrdə çalışan işçilərdən əmək qabiliyyətlərinin müvəqqəti itirmələri ilə əlaqədar onlara verilmiş xəstəlik vərəqəsinin DSMF tərəfindən ödənilməməsi ilə əlaqədar şikayətlər daxil olur. İşçilərin sorğusuna DSMF apardıqları yoxlama ilə əsaslandırırlar.
SOCARDOWNSTREAM MMC -nin işçisi Axundov Ramil Baxtiyar ogluna 15 - apreldən xəstəlik vərəqi açılıb. Iki bülleten verilib müəssisəyə. O vaxtdan DSMF-dən pulu ala bilmir.
SOCAR Nəqliyyat idarəsində, Xəzər Dəniz Neft Donanmasında ,Bakı Neft emalı zavodunda və sair müəssisələrdə də xəstəlik vərəqələrinin DSMF tərəfindən ödənişi saxlanılıb.
Qeyd:
Düşünürəm ki, DSMF tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirməsi ilə bağlı işçiyə verilmiş xəstəlik vərəqələri ödənilməyən işçilərin məhkəməyə müraciət etməsi mütləqdir!.
Mirvari Gahramanli
TEREF
Ardını oxu...
 
 


 
Ardını oxu...
2014-cü ilin sentyabrında qərar verildi ki, yas mərasimlərində yemək vermək qadağan edilsin. Bu qadağa əsasən rayonlarda işlədi. Bakıda “ehsan mafiyası” qadağanı sındırdı, əvvəlki qaydada davam etdi. İndi azsaylı rayonlarda ehsan adına yalnız halva, pendir, göyərti verilir. Əksər bölgələr yenə öncəki qaydada davam edir.

Toylardan isə söz açmağa dəymir. Restoranların menyu diqtəsi əndazəni aşır. Qiymətlər gözlə görüləcək dərəcədə şişirdilir, toylar bahalanır. Nəticədə əhali ciddi şəkildə yüklənir. Bu da sosial gərginlik yaradır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Vergilər Xidməti və s. menyu ilə bağlı niyə təftiş aparmır? Yas və toy mərasimləri ilə bağlı hökumət hərəkətə keçməlidirmi?

Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov dəfələrlə bu məsələyə toxunduğunu qeyd edib.

Deputat deyib ki, yas və toy məclislərində israfçılığın qarşısının alınması üçün müəyyən addımların atılmasına ehtiyac var:

“Bu gün toy və yasda baş verənlər həqiqətən də ciddi bir israfçılıqdır və insanlar arasında narazılıq yaradan məsələyə çevrilib. Düşünürəm ki, bununla bağlı maarifləndirici təbliğat işləri gücləndirilməlidir. Fikrimcə, gələcəkdə bu istiqamətdə qanunverici müstəvidə də hansısa qərarların qəbul edilməsi məsələsinə baxmalı və onu diqqətdə saxlamalıyıq. Doğrudan da bu, ciddi problem yaradır. Bunun adı israfçılıqdır”.

C.Məmmədovun sözlərinə görə, gələcəkdə insanlar israfçılıq etdikləri üçün daha çox əziyyət çəkəcəklər:

“Nəzərə almalıyıq ki, artıq ərzaq böhranı yaşanır. Gələcəkdə dünyada ərzaq çatışmazlığı da baş verəcək. O mənada biz bu məsələyə yenidən baxmalı və müəyyən qərarlar qəbul etməliyik. Bu qərarlar qəbul edilməsə, gələcəkdə biz olduqca çox çətinliklər çəkəcəyik. Ona görə də bu istiqamətdə müəyyən addımların atılmasına ehtiyac var”.
Ardını oxu...
Əzbərləyin və yadınızda saxlayın☝️
İşçilərin hansı gəlirləri-gəlir vergisindən azad olunur.Bu barədə AR-nın Vergi Məcəlləsində bir çox güzəştlər nəzərdə tutulur. Onlardan daha vacib və işçilərin daha çox rastlaşdığı və gəlir vergisindən azad olan ödəmələr:
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla dövlət müavinətləri.
Əvəzsiz dövlət köçürmələri, dövlət pensiya və təqaüdləri.
Hüquqi şəxsin, onun filialı, nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə - Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar.
İşçinin vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildiyi halda, vəfat edən işçilərin vərəsələrinə - Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar.
Azərbaycan Respublikasının qanunları və ya müvafiq icra hakimiyyəti orqanının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar.
Dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri, dalğıc işləri üçün ödənilən mükafatlar, alimentlər.
Təqvim ili ərzində alınan: hədiyyə, birdəfəlik müavinətlər və maddi yardımlar.
Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərin tibbi müayinədən keçirilməsi üçün işəgötürənin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş xərc məbləğləri.
İş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavə vəsaitin (gündəlik 15 manat), habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin qanunvericiliklə nəzərdə tutulan məbləği.
Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada işçilərə ödənilən ezamiyyə xərclərinin məbləğləri.
Əmək şəraiti zərərli, ağır olan olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə - profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri və sair.
Azər Quliyev.
TEREF
 

Dünyapress TV

Xəbər lenti