Ardını oxu...
Nədən istər işəgötürənlər, istərsə də başqa məsul vəzifəli şəxslər Əmək Məcəlləsi ilə və ya əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa,onları hər hansı yolla məhdudlaşdırmağa, hüquqlardan sui- istifadə etməyə, əmək müqaviləsiilə nəzərdə tutulan öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirməməyə meylidirlər və istədikləri vaxt əmək qanunvericiliyini pozurlar? Qeyd olunan aşağıdakı səbəblərə görə:
1.Əksəriyyət:Azərbaycan Respublikası Əmək
Məcəlləsini və əmək qanunvericiliyinə daxil olan normativ hüquqi aktları - qanun və ya normativ hüquqi akllar kimi qəbul etmirlər. By sahədə olan normativ hüquqi aktları 2-ci,3-cü, 10-cu dərəcəli və ya ümumiyyətlə normativ-hüquqi aktlar kimi qəbul etmirlər.
2.Əksəriyyət Azərbaycan Respublikası Əmək
Məcəlləsini və əmək qanunvericiliyinə daxil olan normativ hüquqi aktları pozmağa görə- qanunvericiliklə müəyyən edilmiş qaydada: maddi, mənəvi, intizam, inzibati və cinayət məsuliyyətinı cəlb olunmamaları.
3. Əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən - Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən inzibati məsuliyyətə cəlb olunmamaları.
4. Əmək qanunvericiliyinə ictimai nəzarəti həyata keçirən Həmkarlar ittifaqı təşkilatının nəzarət funksiyasını həyata keçirməməsi.
5. AR-nın Əmək Məcəlləsinə və digər əmək qanunvericiliyinə daxil olan normativ hüquqi aktları pozmağa görə işəgötürənlərin -tabe olduqları yuxarı təşkilat tərəfindən müvafiq məsuliyyətə cəlb edilməsi üçün tədbirlərin görülməməsi.
Azər Quliyev.
TEREF
 
Ardını oxu...
Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər.

“Report”un əldə etdiyi məlumata görə, bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.

Bəs bu məbləğ necə hesablanacaq?

 
 
 
Ardını oxu...
2023-cü ildə 5446 nəfər yetkinlik yaşına çatmayan şəxs polis şöbələrinə gətirilib.

Bu barədə məlumat Daxili İşlər Nazirliyinin ötən illə bağlı hesabatında qeyd olunub.

Rəsmi məlumata görə, daxili işlər orqanlarına gətirilən uşaqların 767-sini qızlar, 4679-nu oğlanlar təşkil edib.

Polisə aparılan uşaq və yeniyetmələrdən 967-si təhsildən yayınanlar olub.

Rəsmi statistikada spirtli içki və başdumanlandırıcı maddələr, narkotik vasitələr və psixotrop dərmanlar qəbul edən uşaq və yeniyetmələr də az deyil. Ən pis hal, bu yollara düşən yetkinlik yaşına çatmayanların sayının artmasıdır.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının uşaq məsələləri şöbəsinin nümayəndəsi Həsən Əliyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bəzi yetkinlik yaşına çatmayanların cinayət tərkibli əməllərə meyil etməsi təəssüf doğurur:

"Uşaqların əməllərinə görə hüquq-mühafizə orqanlarına dəvət olunmasının səbəbi ilk növbədə valideyn məsuliyyətsizliyidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında da qeyd olunduğu kimi uşaqlara baxmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Çünki uşaqlar sağlam qərar verməkdə çətinlik çəkir və verdikləri qərarların hansı nəticələrə gətirib-çıxaracağını bilmirlər. Bu da bəzi hallarda uşaqların istəyərək, ya da istəməyərək qanun pozuntusu törətməsinə səbəb olur. Təəssüf ki, yalnız qanun pozuntusu ilə bitmir. Bəzən də azyaşlının cinayətin qurbanına çevrilərək ölməsi ilə nəticələnir".

Həsən Əliyev qeyd edib ki, uzun illərdir bütün dövlət qurumları, eləcə də qeyri-kommersiya şirkətləri narkotik vasitələrin həzz vermədiyi, ilk istifadədən sonra bütün həyatı puç etdiyi barədə maarifləndirmə işləri aparsa da, məsələnin ciddiyətinin fərqində olmayanlar hələ də mövcuddur:

"Dövlət Komitəsi kimi il ərzində keçirilən yüzlərlə tədbirdə uşaqlar və valideynlərlə maarifləndirmə işləri aparırıq və valideynlərə onların məsiliyyətsizliyinin nələrə başa gələ biləcəyini söyləyirik.

Bəzi valideynlər belə düşünür ki, "uşaqdır da, böyüyəcək". Bəs uşağa səhvi, düzü kimi öyrətməlidir? Bu yerdə məsuliyyətsiz yanaşırlar. Nəticəsi isə sizin sadaladığınız statistik məlumatlara gətirib çıxarır.

Bütün belə mənfi halların qarşısının alınması istiqamətində dövlət proqramları, tədbirlər planları hazırlanıb. Bu proqramlardan irəli gələn işlərin aparılması zamanı mövcud vəziyyət təhlil edilir nəticəsinə görə addımlar atılır.

Zərərli vərdişlərlə mübarizə sahəsində vətəndaşlar da dövlət orqanları ilə həmrəy hərəkət etməli, narkotik bazarına ağır zərbələr vurmaq üçün dövlət qurumlarına hadisə ilə bağlı öncədən məlumat verərək dəstək olmalıdır.

Eyni məsələlər həll üsulları bir baxımdan təhsildən yayınmaya da aiddir. Uşaqlar bəzi hallarda həyatlarına həyəcan qatmaq üçün dərsdən qaçsalar da, böyük əksəriyyətdə valideynlər uşaqları yayındırırlar.

Dövlət Komitəsinə bu haqda məlumat daxil olan kimi dərhal araşdırır və uşağın təhsilinin bərpa olunması üçün bütün zəruri addımları atır. Valideynlər təhsildən yayınmaya əsas kimi ailənin rifahın aşağı olmasını göstərsə də bilirik ki, dövlət orta təhsil sistemi pulsuzdur.

Üstəlik uşağın gələcəkdə hansı sahədə işləməsindən asılı olmayaraq təhsil onun karyera fəaliyyətinə birbaşa və önəmli təsirə malik dövrdür. Hətta bəzi qızlar, ya qadınlar işləmək istəməyib ev xanımı olmağı seçsələr belə, təhsilli qadının ailəsində böyüyən uşaqla digəri arasında fərq böyük olur".

Onun sözlərinə görə, Dövlət Komitəsi nəinki Bakıda, bütün regionlarda maarifləndirmə işləri aparır, dayanmadan tədbir və təlimlər keçirir, uşaqlara onların hüquqları və hüquqlarının müdafiəsi haqqında məlumatlar verilir:

"Komitəyə təhsildən zorla yayındırılan uşaqlar da şəxsən və gizli formada müraciət edirlər. Biz də uşağın təhsili bərpa edib valideynlərlə profilaktik söhbətlər aparır, təhsildən yayındırmanın hüquqi məsuliyyətini izah edirik.

Azərbaycan dövləti təhsil sisteminin inkişafı istiqamətində böyük addımlar atmağa davam edir və zamanın tələbləri nəzərə alınaraq təhsil sisteminə innovativ yanaşmalar gətirir.

Bütün vətəndaşlar kimi dövlət də uşaqların təhlükəsizliyinin qorunmasının və təhsilin inkişafının marağındadır. Bu addımların atılmasında vətəndaşlar dövlətə inanmalı və atılan addımlarda dəstək olmalıdır".

Ləman İsmayıl
 
Ardını oxu...
İşçini müxtəlif bəhanələrlə işə götürməmək,yaxud tutduğu vəzifəsindən kənarlaşdırmaq üçün məhkumluq haqqında sənəd tələb edərək,bunula da ,ölkə qanunveruciliyini qəsdən pozan və cəzasız qalan bəzi sahə üzrə savadsız(küt) şəxslər üçün anlatma,marifləndirmə və qandırma!!!!!
ARƏM Maddə 48. Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər
1.Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir.
2. Əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz.
3. Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.
4. Əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilir.
5. İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Şəxslər insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşələrə və vəzifələrə qəbul edilərkən insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən, işlədiyi müddətdə isə vaxtaşırı həmin müayinədən keçməlidirlər.
6. Əmək münasibətlərinə girən işçidən bu Məcəllədə nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.
Mirvari Gahramanli
TEREF
 
Ardını oxu...
Neft bugünki qiymətləri fonunda pensiya və maaşlarda artım görmək mümkündür.

Bu sözləri "Xəbər Ertəsi"nə açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.

O bildirib ki, həm ünvanlı sosial yardım, həm də əmək pensiyaları ilə neft qiymətləri arasında bağlılıq zəifdir. Ancaq "qara qızıl"ın qiyməti uzunmüddətli dövrdə yuxarı həddə qalarsa, hökumət sosial islahat paketlərinə yenidən baxa bilər.

Millət vəkili Rüfət Quliyev də deyir ki, pensiya və maaşların artması təkcə neftlə əlaqəli deyil. Lakin "qara qızıl"ın bahalaşmasının da öz üstünlükləri var.

Millət vəkili həmçinin bildirib ki, dövlətin maliyyə imkanlarının artması sosial məsələlərin həllinə də şərait yaradır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
 
 
Ardını oxu...
Evlər kirayə verilən zaman vətəndaş və ev sahibi arasında müqavilə bağlanır. Bu müqaviləyə əsasən də ödənişin vaxtı və məbləği müəyyən olunur.

Bəs kirayəçi ödənişi vaxtında ödəməsə evdən çıxarıla bilər?

Hurriyyet.Az xəbər verir ki, ekspertlərin sözlərinıə görə, ölkəmizdə kirayə müqaviləsi imzalayan şəxslər çox azdır. Bu isə tərəflər arasında bir çox problemlərə, mübahisələrə səbəb olur. Bunlardan biri də ödənişin gecikdirilməsi məsələsidir.

Daha ətraflı video-materialda:

 
Ardını oxu...
Yüksək bal toplayan abituriyentlərin sayının çox olması subbakalavrların şansını azaldıb.

Xezerxeber.az-ın məlumatına görə, bu il tələbə olmaq istəyən abituriyentlərin sayı 85 mindən çoxdur.

Bu göstərici ötən illə müqayisədə beş min nəfər artıb.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, subbakalavrların ali məktəblərə qəbulu ilə bağlı yanaşma düzgün deyil.

Onun sözlərinə görə, bəzi ixtisaslar üzrə məhdudiyyətlər aradan qaldırılmalıdır.
Ekspert qeyd edib ki, hər il təxminən 20 minə yaxın şəxs kolleci bitirsə də, onlardan cəmi altı mini universitetlərə qəbul imkanı qazanır.

Kamran Əsədov onu da əlavə edib ki, subbakalavrlar üçün ali təhsil müəssisələrində xüsusi plan yerlərinin ayrılmasına ehtiyac var. Çünki kolleci bitirən tələbələrin əksəriyyəti sonradan iş tapmaqda ciddi çətinliklərlə üzləşirlər.

Ətraflı süjetdə:

 
Ardını oxu...
Azərbaycan Prezidenti Konstitusiya ilə ona verilmiş hüquqlara görə, müxtəlif məhbusların azad olunması barədə əfv sərəncamı imzalayır. O bunu adətən bayram ərəfələrində edir. Geniş məhbus sayını əhatə edən sərəncamlar isə adətən, Novruz və ya 28 May Müstəqillik günü kimi önəmli bayramlar ərəfəsinə təsadüf edir. Bu səbəbdən hazırda əhv fərmanının verilməsi aktual mövzular sırasındadır. Maraqlıdır, kimlərə bəraət verilməsi nəzərdə tutulur?

Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı "Sherg.az"a bildirib ki, Respublika günündə əfv fərmanının verilməsi hamı tərəfindən səbirsizliklə gözlənilir:

"Ümid edirik ki, bir çox şəxsə bəraət veriləcək. Əfv Komissiyası bu məsələlərə diqqətlə yanaşır. Məhkum haqda komissiya üzvlərinin, müəsisənin rəyləri öyrənilir. Əfvlə bağlı çox müraciətlər var. Hazırda isə konkret rəqəm söyləmək hələ tezdir. Bir aydan çoxdur ki, daha intensiv şəkildə fəaliyyətlərini davam etdirirlər. Gözləntilərimiz böyükdür. Xüsusi ilə "amonçular", siyasi motivlərlə həbs olunanlar barədə qərarın verilməsini istərdik. Bizi narahat edən bir çox məsələlər mövcuddur. Lakin bunların hələ ki, Əfv Komissiyasında baxılması mümkün deyil".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da böyük ümidlərlə əfv fərmanının verilməsini gözlədiyini deyib:

"Əlavə olaraq, qazilər haqda yeni qərarlar qəbul oluna bilər. Belə ki, veteranların, qazilərin təqaüdlərinin artırılacağı müzakirələr arasındadır".
 
Ardını oxu...
Son günlər Bakıda fərdi yaşayış və bağ evlərinin satış qiyməti 18 % artıb.

Ümumiyyətlə, paytaxt sakinlərinin mövsümlə bağlı, yay fəslində fərdi həyət evlərinə marağı daha da artır. Eyni zamanda zəlzələ təhlükəsi ilə əlaqədar da bəzi vətəndaşlar həyət evlərinə üstünlük verirlər.

Maraqlıdır, əgər fərdi yaşayış evlərinin qiyməti artıbsa, o zaman ev bazarında bina evlərinin ucuzlaşmasına təsir göstərəcəkmi?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Cebhe.info”-ya bildirdi ki, ümumilikdə evlərlə bağlı mövsüm başlayandan qiymət artımı olub:

“Məhz qiymət artım mövsümün sonunadək davam edir. Ancaq maksimum 10 faiz artım özünü göstərə bilər. Fərdi evlərə marağın artması əsasən yay aylarının gəlməsi ilə bağlıdır.

Mövsümi olaraq bağ evləri, həyət evləri, torpaq sahələri daha çox yay aylarında satılır. Ancaq birdən-birə kəskin qiymət artımı baş vermir. Qiymət artımı yalnız fərdi yaşayış evlərinin tikintisi üçün yararlı olan, çıxarışı, təyinatı, yaşayış məntəqələri və torpaqları olan boş torpaq sahələrində baş verir.

Ümumilikdə isə fərdi yaşayış evlərinin qiymət artımı bina evlərinin qiymətlərinə təsir etməyəcək. Çünki həm həyət evlərinin, həm də bina evlərinin öz alıcıları var. Həyət evinin alıcıları müxtəlifdir. Bəzi hallarda vətəndaşlar bağ evi alır, yaxud da torpaq sahəsi alır, bütün bunlar başqa-başqa sahələrdir.

Belə ki, fərdi həyət evləri hər mövsümdə alınır. Ancaq kütləvi formada alış may ayından başlayır və avqustun sonunadək davam edir. O da yenə havalarla əlaqədar olaraq baş verir. Tələbat və qiymət ümumilikdə artır.

Zəlzələ təhlükəsi ilə bağlı fərdi həyət evlərinə marağın artmasına gəldikdə isə, əslində zəlzələ Türkiyədə, eləcə də Azərbaycanın Xəzər dənizinin şimal hissəsində olub. Məhz baş verən zəlzələr dağıntı və tələfata səbəb olmayıb. Bakıda zəlzələ o qədər də hiss olunmayıb. Bu baxımdan fərdi həyət evlərinə güclü axın özünü göstərməyib”.
 
Ardını oxu...
“Deputat Siyavuş Novruzovun belə bir fikir səsləndirməsi heç də təsadüfi deyil”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzovun mənzilə ehtiyacı olan jurnalistlərin Qarabağa köçürülən məcburi köçkünlərin boşalmış mənzilləri ilə təmin edilməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən media eksperti Azər Həsrət deyib.

Onun sözlərinə görə, məsələnin gündəmə gətirilməsi mənzilə ciddi ehtiyacı olan jurnalistlər üçün ümid işığı ola bilər.

“Çünki təxminən on il öncə ölkədə jurnalistlərin mənzil ehtiyaclarının qarşılanması üçün atılan addımlar təqdir edilirdi. Bəzi həmkarlarımız bu baxımdan ümidlənmişdilər. Ancaq jurnalistlər üçün tikilən üçüncü bina başqa kateqoriyadan olan vətəndaşlara verilməsi üstün tutuldu. Təbii olaraq, bu, müəyyən narazılıq və narahatlıqlara səbəb oldu”, – deyə media eksperti bildirib.

Azər Həsrət torpaqların işğaldan azad edildiyini, keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtdığını diqqətə çatdırıb:

“Dövlətimiz məcburi köçkünlər üçün on illər ərzində Bakıda və ətraf ərazilərdə mənzillər tikib. Həmin mənzillər isə artıq boşalmağa başlayıb. Hətta həmin evlərin ucuz qiymətə satışı da təşkil olunur. Belə olan təqdirdə, mənzilə ehtiyacı ciddi şəkildə olan jurnalistlərin evlə təmin edilməsi üçün əlavə addımlar atmağa imkan yaranıb.

Deputat Siyavuş Novruzovun belə bir fikir səsləndirməsi heç də təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, o, hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçilərindən biridir. Yəni onlar bir fikir səsləndirərkən mütləq ən üst rəhbərliklə razılaşırlar. Bir sözlə, ümidlər var.

Qarşıdan isə Milli Mətbuat Günü yaxınlaşır. Həmin ərəfədə belə bir addımın atılması yerinə düşərdi. Mənzilə ehtiyacı olan jurnalistlərin evlə təmin edilməsi təqdirlayiq addımdır”.

Dünyapress TV

Xəbər lenti