Ardını oxu...
29 yaşlı Türkan Hadıyeva Bakının Xəzər rayonunda yaşayır.

O, imkan tapdıqca anası ilə birgə küçələrdən, zibilliklərdən taxta, çör-çöp, rezin, odun yığmağa gedir.

Dörd il əvvəl həyat yoldaşını itirən Türkan Hadıyeva indi beş yaşlı oğlu ilə birgə valideynləri ilə qalır.

O deyir ki, dörd nəfərlik ailə onun və oğlunun aldığı müavinətlə dolanır.

Daha ətraflı burada:

 
Ardını oxu...
Baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycanın 21 fevral tarixinədək Türkiyəyə göndərdiyi humanitar yardımların sayı açıqlanıb.

Bu barədə Azərbaycan XİN-in tviter hesabında məlumat verilib.

XİN-in məlumatına görə, qardaş ölkəyə zəruri ləvazimatlarla yanaşı, 24 900 000 manat maddi yardım da edilib.

Bu məbləğdə hökumət, dövlət qurumları, hüquqi və fiziki şəxslər tərəfindən birbaşa maddi yardım öz əksini tapıb.

Təqdim olunan siyahıda isə fiziki şəxslər və ayrı-ayrı şirkətlər tərəfindən göndərilən yardımlar əks olunmayıb.
Ardını oxu...
 
Ardını oxu...
Alim Paşayev 8 yaşında olarkən valideynləri onu 1 saylı İnternat Məktəbinə yazdırıb. Bundan sonra onun valideynlərilyə ünsiyyəti kəsilib. Beləcə, Alim Paşayev ata-ana qayğısından məhrum bir uşaqlıq keçirir.

İndi A.Paşayev Bilgəh qəsəbəsində həyat yoldaşı və iki azyaşlı övladı ilə bir otaqlı evdə kirayədə qalır. O deyir, internat məktəbində bir yerdə qaldığı uşaqlar evlə təmin edilsələr də, o, bu imkandan məhrum olub.

Sosial Xidmətlər Agentliyinin sözçüsü Murad Həşimov Toplum TV-yə bildirib ki, A.Paşayevin onlara təqdim etdiyi rəsmi sənədlərdə çatışmazlıq var.

A.Paşayevin sözlərinə görə, nazirlikdən heç kim ona təqdim etdiyi sənədlər arasında çatışmazlıq olduğunu deməyib. O, yenidən sənədlərini toplayaraq Sosial Xidmətlər Agentliyinə təqdim edəcəyini bildirir. Amma şikayətçinin sözlərinə görə, ailəsinin yeganə problemi ev deyil. Onun bir yaşlı qızının səhhəti ağırlaşıb.

A.Paşayev deyir, övladının müalicəsinin xərclərini qarşılamaqda çətinlik çəkir. TƏBİB-in mətbuat xidmətinin əməkdaşı bildirir ki, istənilən vətəndaş icbari tibbi sığorta vasitəsilə pulsuz müalicə ala bilər.

Vətəndaş isə rəsmi qurumla razılaşmır.

A.Paşayev övladının tezliklə sağlamlığına qovuşamasını istəyir.

Toplum TV

 
Ardını oxu...
Masallı rayonu Boradigah qəsəbə sakini Bəyverdiyev Asif Məhərrəm oğlu özünün və həyat yoldaşının pensiyasının bərpa olunmamasından şikayətçidir.

O, bu barədə Yeniavaz.com-a müraciətində bildirib.

A.Bəyverdiyev deyib ki, problemi ilə bağlı 48 rəsmi müraciət ünvanlayıb:

“Mən 5 ildir nevroloji əsəb xəstəliyindən əziyyət çəkirəm. 5 il pensiya almışam, indi təyinatım dayanıb. Bu barədə Prezident Administrasiyasına, Dövlət Sosial Müdafiə Fonduna, TƏBİB-ə dəfələrlə rəsmi müraciətim olsa da, mənə cavab verilməyib. 48 dəfə rəsmi müraciətim olub. Şablon formada mənə cavablar verilir. Mən Sahil Babayevin müavini Anar müəllim ilə Masallı şəhərində görüşdüm. Hətta o da mənə söz verdi. Bir dənə pensiyamız var. Onu da almasaq, nə yeyək, necə dolanaq, acından ölürük”.

Vətəndaş qeyd edib ki, həyat yoldaşı Bəyverdiyeva Səbinə Mürvət qızı da eyni xəstəlikdən əziyyət çəkir və onun da pensiyası kəsilib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəsmisi Tural Qurbanov Yeniavaz.com-a bildirib ki, Bəyverdiyev Asif Məhərrəm oğlunun əlilliyinin qiymətləndirilməsi ilk növbədə tibb müəssisəsi tərəfindən elektron sistemə daxil edilmiş göndəriş əsasında, özünün iştirakı olmadan aparılıb:

“Müəyyən olunub ki, göndərişdə vətəndaşın mövcud diaqnozuna əsasən aktiv sürücülük vəsiqəsinin olması uyğunsuzluq yaradıb.

Bu baxımdan ona 22.05.2022-ci il tarixdə e-sistem üzərindən imtina qərarı verilib.

Buna baxmayaraq, vətəndaş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.
Müayinə nəticəsində şəxsin əlavə müayinə və müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilib”.

 
Ardını oxu...
Qazaxıstanın Maliyyə Nazirliyi «Milli fond - uşaqlara» layihəsinin smetasını təqdim edib. Layihəyə uyğun olaraq, hər uşağın yığım hesabına hər il 18 yaşa qədər 150 dollar köçürüləcək.

Bu barədə nur.kz agenliyi xəbər verib.

Agentliyin xəbər verdiyi kimi, proqram 2024-cü ildə işə buraxılacaq. Ona uyğun olaraq, Mlli fondun gəlirlərindən 50 faizi 18 yaşa qədər olan bütün qazaxıstanlılar arasında bölünəcək. Yığım xarici valyuta ilə həyata keçiriləcək. Hesablar vergidən azad olunacaq.
Ətraflı

«Uşaq doğularkən hesablar avtomatik olaraq, açılacaq - Ədliyyə Nazirliyinin fiziki şəxslər üçün məlumat bazası əsasında. Hər il yanvarın 1-də vəsaitlər şərti olaraq hesablara köçürüləcək - 18 yaşa çatana qədər» - Maliyyə naziri Dauren Temirbekov danışıb.

Onun sözlərinə görə, yığım hesabları bütün uşaqlar üçün açılacaq, layihənin işə buraxılmasından əvvəl doğulmuşlar üçün də. Proqram iştirakçılarına vəsaitlərin ödənişi onlar 18 yaşa çatana qədər dollarla həyata keçiriləcək. Yeniyetmələr bu pulları Qazaxıstanda yaşayış yeri almağa və ya təhsilə, o cümlədən, xaricdə təhsil almağa sərf edə biləcəklər. Uşaq 18 yaşına qədər bu vəsaiti almaq hüququnu o zaman itirəcək ki, o, ölkədən gedəcək və vətəndaşlığını itirəcək. Bu halda onun adına yığılmış vəsait digər proqram iştirakçıları arasında bölünəcək.

Xatırladırıq ki, Qazaxıstanın sosial həyatında bu, bir ilkdir - xeyirli olsun.
Ardını oxu...
“Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində Azərbaycan televiziyaları, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə xeyriyyə məqsədli ortaq yayım başa çatıb.

Oxu.Az xəbər verir ki, kampaniya çərçivəsində ümumilikdə 115 milyard 146 milyon 528 min lirə vəsait toplanıb. Vətəndaşlar tərəfindən 9 milyon 10 min SMS göndərilib.

Qeyd edək ki, toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.

21:34

Azərbaycan Televiziyası, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə xeyriyyə məqsədli ortaq yayıma start verilib.

Yayımı “Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində təşkil edilib.

Yayım zamanı dünya ictimaiyyətinə Türkiyədəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə ianələr etmələri üçün müraciət edilir.

Qeyd edək ki, toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.
 
Ardını oxu...
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 çağrı mərkəzinə zəng vurub dəfn pulunun ödənilməsində yaranmış ləngimənin səbəbini soruşuram. Xanım cavab verir ki, DOST-a müraciətdən sonra 15 iş günü ərzində cavab veriləcək". DİA.AZ-ın bildirdiyinə görə, bu fikirlər iqtisadçı ekspert Samir Əliyevin sosial şəbəkə hesabında paylaşdığı etirazında yer alıb.

"Xatırladıram ki, müraciətimin üstündən 3 həftə (16 iş günü) keçib. Növbəti cavab belə olur ki, yəqin 30 günlük icraata götürülüb. Sual verirəm ki, bu nə çətin bir işdir ki, 15 iş günü azlıq etdi, keçiblər 30 iş gününə? Cavab belə olur ki, bilmirəm, DOST-a müraciət edin. DOST-la necə əlaqə saxlamağı soruşanda isə cavab məni şoka saldı. Məlum oldu ki, DOST-a zəng etmək mümkün deyil. Bunun üçün Mərkəzin özünə təşrif buyurmaq lazımdır.

ƏƏSMN-nin çağrı mərkəzindən verilən cavab sadəcə biabırçılıqdır. Yəni, DOST-a zəng vurmaq üçün 142 çağrı mərkəzini yığmalısan, onlar da sənə deyir ki, özün getməlisən Mərkəzə. Üstəgəl əlavə 30 gündə nəyi yoxlayırlar?", - deyə o qeyd edib.
 
Ardını oxu...
Aparıcı Vüsalə Əlizadə həbs edilən prodüser Təranə Səmədova barədə danışıb.

DİA.AZ Olay.az-a istinadən xəbər verir ki, xəbər verir ki, sənətçi təqdim etdiyi “7 canlı” verilişində bu xəbərdən təəssüfləndiyini bildirib:

“Dəfələrlə o qədər çalışdım ki, bir tanış kimi dəstək olum, məsləhət verdim. Allah anası İradə xalaya rəhmət etsin, çox gözəl insan idi. Təranənin yaşanan belə problemlərinə görə çox əziyyət çəkirdi.

Allah balalarını qorusun. Uşaqlar dövlət himayəsinə veriləcək deyirlər. Çox təəssüf, Təranə... Həyatını yenidən, sıfırdan qura bilərdin, hər şeyi gözəl edə bilərdin. Allah qorusun, heç kim həyatdan sığortalanmayıb, amma... Allah qapısını açsın”.

Qeyd edək ki, Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.
 
 

Dünyapress TV

Xəbər lenti