Qazaxıstanın Maliyyə Nazirliyi «Milli fond - uşaqlara» layihəsinin smetasını təqdim edib. Layihəyə uyğun olaraq, hər uşağın yığım hesabına hər il 18 yaşa qədər 150 dollar köçürüləcək.
Bu barədə nur.kz agenliyi xəbər verib.
Agentliyin xəbər verdiyi kimi, proqram 2024-cü ildə işə buraxılacaq. Ona uyğun olaraq, Mlli fondun gəlirlərindən 50 faizi 18 yaşa qədər olan bütün qazaxıstanlılar arasında bölünəcək. Yığım xarici valyuta ilə həyata keçiriləcək. Hesablar vergidən azad olunacaq. Ətraflı
«Uşaq doğularkən hesablar avtomatik olaraq, açılacaq - Ədliyyə Nazirliyinin fiziki şəxslər üçün məlumat bazası əsasında. Hər il yanvarın 1-də vəsaitlər şərti olaraq hesablara köçürüləcək - 18 yaşa çatana qədər» - Maliyyə naziri Dauren Temirbekov danışıb.
Onun sözlərinə görə, yığım hesabları bütün uşaqlar üçün açılacaq, layihənin işə buraxılmasından əvvəl doğulmuşlar üçün də. Proqram iştirakçılarına vəsaitlərin ödənişi onlar 18 yaşa çatana qədər dollarla həyata keçiriləcək. Yeniyetmələr bu pulları Qazaxıstanda yaşayış yeri almağa və ya təhsilə, o cümlədən, xaricdə təhsil almağa sərf edə biləcəklər. Uşaq 18 yaşına qədər bu vəsaiti almaq hüququnu o zaman itirəcək ki, o, ölkədən gedəcək və vətəndaşlığını itirəcək. Bu halda onun adına yığılmış vəsait digər proqram iştirakçıları arasında bölünəcək.
Xatırladırıq ki, Qazaxıstanın sosial həyatında bu, bir ilkdir - xeyirli olsun.