Ardını oxu...
Bakıda küçədə siqaret kötüyünü yerə atanlar inzibati məsuliyyət daşıyırlar.

Polis əməkdaşları bu prosesə nəzarəti gücləndirib.

Küçədə siqaret çəkib kötüyünü zibil qabından kənar yerə atan şəxs barəsində 50 manat cərimə tətbiq edilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin verdiyi məlumata görə, bu məsələ qanunvericilikdə nəzərdə tutulub.
“Azərbaycanda “Tütün və ya tütün məmulatı haqqında” Qanuna əsasən, küçəyə siqaret kötüyü atmaq inzibati məsuliyyət yaradır. Küçəyə siqaret kötüyü atan şəxs buna görə 50 manat cərimə edilir. Bu məsələ İnzibati Xətalar Məcəlləsində də öz əksini tapıb”.
 

Ardını oxu...
 
 

 
Naxçıvan Muxtar Respublikasının sakini Məmmədon Akif Vəli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi işlədidyi “Gəmiqaya” şirkətinin rəhbərliyindən narazılığını bildirir.

 

“Mən, Məmmədov Akif Vəli oğlu, 2007-ci ildən “Gəmiqaya” şirkətində mühafizəçi vəzifəsində işləmişəm. Orada bizi qul kimi, saat 20:00-dan 08:00-a kimi fasiləsiz işlədirdilər.

13 il orada davamlı işlədim. Əmək haqqım 330 manat idi. Ayın hər gününü işlədiyim üçün əmək haqqımda artım olmalı idi. Amma mən artım olan 150 manatı heç vaxt almamışam.

Həmçinin, bu 13 il müddətində heç vaxt məzuniyyətə də çıxmamışam. Təkcə məndən kəsilən pullarla nə qədər vəsait edir.

Mühafizə otağı çox balaca, dar idi, içərisində hərəkət etmək olmurdu. Ayaqlarımız keyləşirdi. Bu otağı Tikinti naziri Asəf Məmmədov gördüyü zaman əmr vermişdi ki, otaq dəyişdirilsin. Amma məhəl qoyan olmadı.

Bu vəziyyət məni canımdan etdi, 2021-ci ildə əməliyyat oldum, əməliyyat kağızımı iş yerində qəbul etmədilər ki, sən bizə lazım deyilsən, xəstəsən, belə işləyə bilməzsən. Başa düşmədim ki, hər əməliyyat olan adam yararsız hesab olunur?!

2022-ci ildə cənab Fuad Nəcəfliyə məktub yazıb, vəziyyətim barəsində onları məlumatlandırdım. Ali Məclisdən məktubum Respublika Prokurorluğuna göndərilib. Orada araşdırmalar zamanı aydın olub ki, “Gəmiqaya” şirkəti qanunsuzluğa yol verib. Mənim artıq işlədiyim ortaya çıxmışdı. Daha sonra mən Naxçıvan mediasiyasına 50 manat dövlət rüsumu ödədikdən sonra şirkətdən bir nəfər çağırtdırdım. Şirkətin nümayəndəsi Səfiyar Abışov məni yola gətirmək və yaxud da başından etmək niyyəti ilə deyir ki, sən gərək 2022-ci ildə müraciət edərdin. Mən ona bildirdim ki, cənab Fuad Nəcəfliyə və Ali Məclisə müraciət etmişəm. Mənə deyirlər ki, bu sübut deyil. Başa düşə bilmirəm, əmək kitabçamda işə girmə və çıxma vaxtlarım, dövlət aktım var, bunlar necə ola bilər ki, əsassız sayılır?

Bu şirkətin başında olan türk vətandaşı Vulkan bəyə gedib şikayəti deməyə qorxurlar.

Sizdən xahiş edirəm, mənə köməklik edin, problemim həll yolunu tapsın, haqqım tapdalanmasın”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//

 

XalqXeber.Az
Ardını oxu...
Dövlət Əmək Müfəttişliyi Xidməti ! Bəlkə maraqlanasınız? Xatırlayırsınızsa ölkəmizin Əmək Məcəlləsində belə bir maddə var:
ARƏM maddə 15 !
İşçilər, məlumatınız yoxdu, hələ sizi cənab Mehbaliyevin həmkarlar təşkilatı üzvü edib,əmək haqqınızın 1%-ni də əlinizdən almayıblar?
Rövşənn Həsənovv yazdı:
Mirvari xanım, bütün supermarketlərdə qanunun bu tələbi pozulur. Axşam saat 8.00-dən sonra gecə növbəsi sayılır, amma iş növbələrinin bir (2-ci) hissəsi saat 20.00–22.00-arası (ya 20.00–23.00) olanlara əməkhaqqı gündüz iş tarifi ilə hesablanır. Hələ gecə növbələri (20.00–08.00) işləyən hipermarket işçilərinə də.
Bundan başqa, o ticarət müəssisələrinin hamısı işçiləri hər ay 4 gün artıq işlədib, əməhaqlarını ödəməyirlər: həftəlik iş saatı qanunda 40 saat göstərilir, amma 1.000-lərlə işçi bütün “marka” marketlərdə (Bravo, Almarket, Bazarstore, Rahstmarket və digərləri) hər həftənin 6 günü 48 saat (nahar fasilələri bu rəqəmə aid deyil) işlədilirlər, əməkhaqları isə 40-saatlıq iş həftəsi hesabı ilə ödənir; müəyyən maliyyə-mühasibat maxinasiyası yolu ilə (əməkhaqqını gündəlik işəçıxmaya görə verirlər, amma o əziyyətə və hər gün 8 saat ayaq üstə qalmağa görə aşağıdır; təsəvvür edin: 95–98% yeniyetmə, gənc və “sonbahar”, yəni ilkin ortayaş işçilərdir, çoxu subaydır. Bunlar 2–3, uzağı 5 ildən sonra ucdantutma onurğa, ürək-damar, böyrək sallanması və böyrək çatışmazlığı, sinir xəstəsi olurlar. Bu gənc nəsilin ailə həyatı və nəsilvermə imkanları necə olacaq? Bizi milli faciə gözləyir.
Bir digər qanunsuzluq həmin supermarketlərin çozunda (əsasən, bütün “Bravo”larda və Bazarstorelarda) dayanmadan ucadan gurultulu və eybəcər, həmdə yad dillərdə) musiqi oxudulmasıdır. Müştəri ilə satıcı ya kassir bir-birlərini aydın eşidə bilməyirlər, təkrar söyləməli olurlar. Əksər işçi bundan gizli sinir xəstəsi olurlar, amma iş yerini itirmə qorxusundan səslərini çıxardmaüdan, müdiriyyətə şikayət etməkdən çəkinirlər.
Mirvari Gahramanli
Teref.az
 
Ardını oxu...
2-ci Qarabağ müharibəsinin iştirakçıları Müdafiə Nazirliyi önündə etiraz edib. Martın 7-də baş tutan aksiyada Etirazçılar veteranlıq statuslarını ala bilmədiklərini deyirlər. Onlara Müdafiə Nazirliyindən səbəb kimi isə müharibə dövründə müdafiədə olduqları göstərilir.

Etirazçılar Müdafiə Nazirliyinin qəbul şöbəsinə çağrılsalar da, onlar qəbula girməkdən imtina ediblər.

Məsələylə bağlı isə Müdafiə Nazirliyindən suallarımıza cavab almaq mümkün olmayıb.

Toplum TV

 
Ardını oxu...
"Mən yaslarda oluram, o cümlədən qəbiristanlıqlarda monitorinq aparmışam. Son illər həyatını itirənlərin əksəriyyəti 57-62 yaş arasındadır, 65 yaşdan sonra vəfat edən azdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib.

Razi Nurullayev Ombudsmanın illik məruzəsində qadınlar üçün əmək pensiyasına çıxma yaşının azaldılmasının təklif edildiyini xatırladıb:

"Mən bu təklifi dəstəkləyirəm. Qadınlar üçün pensiya yaşının 60 yaş, kişilər üçün isə 62 yaş olmasını təklif edirəm”.
 

Ardını oxu...
Martın 18-dən Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı fəaliyyətə başlayır. Həmin marşrut üzrə biletlər artıq martın 4-dən satışa çıxarılıb.
Bu münasibətlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi və ADY rəsmiləri, Dövlət Turizm Agentliyi, nəqliyyat üzrə ekspertlər və blogerlərin iştirakı ilə Bakı-Qəbələ qatarının rəmzi səfəri təşkil edilib. 309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarda standart, biznes və birinci sinif olmaqla ümumilikdə 364 yer var. Qatar həftəsonları, hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11.20-də mənzilbaşına çatacaq. Bazar günü saat 19:00-da isə Qəbələdən Bakıya yola düşəcək və saat 22:20-da mənzil başına çatacaq.

Qeyd edək ki, Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 , biznes sinfi üçün 31, birinci sinif üçün isə 93 manatdır.

Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından almaq olar.

DİA.AZ-ın məlumatına görə, qatar nəqliyyatı təhlükəsizliyə və sürətli gedişə görə cəlbedici olduğunu deyən iqtisadçı-ekspert Natiq Cəfərli "Sherg.az"a bildirib ki, pula və zamana qənaət əhalini bu nəqliyyat növündən istifadəyə təşviq edir:

"Bakıdan Qəbələyə 3 saat 40 dəqiqəyə çatmaq o qədər də sürətli deyil. Bakıdan Qəbələni mərkəzinə 216 km məsafədir və avtomobillə təxminən 2 saat 45 dəqiqəyə çatmaq mümkündür. Hətta Bakı-Şamaxı yolu yenidən qurulub və ən azından Şamaxıya qədər daha sürətlə çatmaq olur. Yəni Avropada şəhərlərarası sürət qatarlarının özəlliyi sürətli və ucuz olmasıdır. Həmçinin Qəbələyə taksi qiymətləri də 10-12 manat təşkil edir. Bu nöqteyi nəzərdən götürsək, qatarın nə qiyməti, nə də çatış vaxtı uyğun deyil. Bunun ciddi bir tələb görəcəyini isə gözləmirəm".

Ekspert qeyd edib ki, praktikada bu qatarlardan tez-tez istifadə edilir:

"Bu isə əhaliyə seçim imkanı yaradır. Yəni bir qatara çatmadıqda, digəri ilə gedə bilirsən. Lakin bu xətt üzrə hərəkət gündə bir dəfə olacaq. Gündə bir dəfə reysin olması isə bu qiymətə görə doğru yanaşma deyil. Digər tərəfdən Qəbələ dəmiryolu stansiyası şəhərin mərkəzindən xeyli uzaqdadır.

Oradan mərkəzə gəlmək üçün, avtobus xidməti olmadığına görə taksidən istifadə edilməlidir. Bu da təxminən 3-4 manatlıq əlavə xərc deməkdir. Ümumiyyətlə, belə nəqliyyat növlərində daha çevik qiymət sistemindən istifadə etmək lazımdır.

Məsələn, tələbələr üçün tələbə kartı ilə bilet alarkən daha ucuz tarif ola bilər. Və yaxud təqaüdçülərə müəyyən üstünlüklər verilə bilər. Yəni indiki kimi konkret qiymətin olması doğru deyil".
Ardını oxu...
İsmayıllı rayon sakini Kamran Baxtıyev Toplum TV-nin qaynar xəttinə yazaraq güzəranından gileylənib. Şikayətçi heç bir yerdən gəliri olmadığını, beş az yaşlı övladı olduğunu və onların tələbatını ödəyə bilmədiyini deyir.

“Evimiz uçuq, salxaq evdir. Şəraitim olduqca pisdir. Beş azyaşlı övladım var və mən bir ata olaraq onların tələbatını ödəyə bilmirəm. Ünvanlı sosial yardım üçün müraciət edirəm, deyirlər işin olmalıdır ki, sənə yardım edə bilək. İşi haradan tapım?! Rayon yerində iş üçün hara müraciət edirəm, deyirlər, işi kim itirib ki, sən tapasan. 4 ildir İsmayıllı rayon məşğulluq mərkəzinə gedib gəlirəm ki, mənə fəhləlik işi də olsa, verin, işləyim. Deyirlər, iş olanda xəbər edəcəyik. Ancaq 4 ildir heç bir xəbər yoxdur. Telefonum olmadığı üçün qonşunun telefonundan zəng edib maraqlanıram, tez-tez gedirəm. Ancaq onlardan bir səs çıxmır. Sonuncu dəfə dedim ki, iş yoxdursa, heç olmazsa inək, qoyun-quzu verim saxlayım, dolanım. Onda da deyirlər ki, sənin heyvan saxlamaq üçün yerin yoxdur. Həyətim balacadır. Bəs mən nə edim, necə edim ki, övladlarımın qarnını doyuzdura bilim”.

İsmayıllı rayon Məşğulluq Mərkəzinə günlərlə zəng etsək də, telefonlarımıza cavab verən olmadı.

Ünvanlı sosial yardıma gəlincə isə bu kimi şikayətlərlə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirilir ki, əgər vətəndaş əmək qabiliyyətli şəxsdirsə, məşğul şəxs olmalıdır ki, onun ünvanlı sosial yardım məsələsinə baxılsın.
Toplum TV
 

Dünyapress TV

Xəbər lenti