Ardını oxu...
Bura Sabunçu rayonunda yerləşən “Bit bazarı”-dır. Arzu Məmmədova hər şənbə-bazar bu bazara azyaşlı körpəsilə birgə gəlir. Deyir, dolanışığını burada ikinci əl əşyalar satmaqla təmin etməyə çalışır.

Arzu Məmmədovanın iki övladı var. Böyük övladı bacısının himayəsindədir. Azyaşlı körpəsinə dayə tuta bilmədiyindən məcbur olur ki, onu da özü ilə bərabər bazar yollarında aparıb-gətirsin.

Arzu Məmmədova bu evdə kirayə yaşayır. Mənzilin bir hissəsinin tavanı uçulub-tökülür. Arzu Məmmədova şəraitsiz evdən, imkansızlıqdan gileylənir.

Şikayətçinin sözlərinə görə ünvanlı sosial yardım almaq üçün Sosial Müdafiə Nazirliyinə müraciət etsə də, rədd cavabı alıb.
Sosial Müdafiə Nazirliyinin sözçüsü Rəşad Mehdili Toplum Tv-yə bildirib ki, ailənin ünvanlı sosial yardım hüququnun yoxlanılması üçün şikayətçi ilə əlaqə yaradılıb. Məlum olub ki, Arzu Məmmədova həyat yoldaşından ayrılıb, lakin aliment almır. Arzu Məmmədova aliment almaması barədə arayış əldə etdikdən sonra ünvanlı sosial yardımla bağlı müraciət edə bilər.

Arzu Məmmədova deyir, sosial yardım almaq üçün lazımı sənədləri əldə etmək üçün çalışacaq, amma bunu necə edəcəyini bilmir.

Toplum TV
 
Ardını oxu...
Elm və təhsil naziri Emin Əmrullayevin bir neçə gün öncə səsləndirdiyi bir fikir geniş müzakirə mövzusuna çevrilib. Söhbət məktəblərdə dərslərin sentyabrın 1-i başlamasından gedir.

Referans.az-ın məlumatına görə, mövzuya münasibət bildirən təhsil eksperti Kamran Əsədov hesab edir ki, dərslərin sentyabrın 15-dən deyil, 1-dən başlamasını təmin etmək lazımdır.

Ekspertin fikrincə, dünya ölkələrində dərslər havanın temperaturuna uyğun şəkildə başlayır. Bu səbəbdən də ölkəmizdə dərslər sentyabrın 1-i başlamalı və mayın 31-i bitməlidir. Çünki Azərbaycanda sentyabrın 1-i ilə 15-i arasındakı hava temperaturu, iyun ayının 1-dən 14-ə qədər olan temperturla eyni deyil.

Ekspertin fikrincə, dərslərin sentyabrın 1-i başlaması həm də 34 həftəlik dərs yükünün tam şəkildə təşkil edilməsinə şərait yaradacaq.

“Qəbul imatahanlarının mart ayında keçirildiyi i nəzərə alsaq, bu həm də şagirdlərə imatahan üçün əlavə 2-3 həftə qazandıracaq. Bu qərarın qəbul olunması həm də maliyyə problemlərini də aradan qaldıracaq”,- deyə ekspert bildirib.

Qeyd edək ki, nazir Emin Əmrullayev bugünlərdə çıxışı zamanı təhsil işçisi kimi məktəblərdə tədrisin sentyabrın 1-dən başlamasını daha uyğun hesab edib. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirildi ki, hazırda bu prosesin dəyişdirilməsi müzakirə olunmur.

Teref.az mövzu ilə bağlı Xəzər tv-nin daha ətraflı hazırladığı videomaterialı təqdim edir:
 
Ardını oxu...
Zərərçəkən dəymiş zərərin sığorta ödənişindən artıq hissəsini zərərvurandan tələb edə bilər.

Teref.az “Report”a istinadla xəbər verir ki, bu, Bakı Apellyasiya Məhkəməsinin icbari sığorta ilə bağlı müraciəti əsasında Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarda öz əksini tapıb.

Qərarda deyilir ki, “İcbari sığortalar haqqında” qanunun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir. Ancaq qanunun 10-cu, 20.4-cü, 56-cı və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.

Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.

Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər.
Ardını oxu...
Azərbaycan müstəqillik əldə etdikdən sonra pensiyaçıların sayı 6,8% azalıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycanın müstəqillik əldə etməsindən sonrakı ilk ildə - 1992-ci ildə ölkədə 1 miyon 287 min 687 pensiyaçı olub və bunların 803 min 114 nəfərini yaşa görə pensiya alanlar təşkil edib.
Həmin dövürdə Azərbaycan əhalisinin sayı 7 milyon 324,1 min nəfər olduğu üçün yaşa görə pensiya alanların sayı əhalinin ümumi sayının 10,96%-nə bərabər olub.
Bu ilin əvvəlinə olan sonuncu məlumata görə Azərbaycanda 1 milyon 200 min 475 pensiyaçı olub və onların 707 min 1 nəfəri yaşa görə pensiya alıb. Azərbaycan əhalsinin sayı isə 2022-ci ilin yekununda 10 milyon 156,4 min nəfərə çatıb. Bu da o deməkdir ki, Azərbaycan əhalisinin 6,96%-i yaşa görə pensiya alır.
Son 30 ildə əhalinin ümumi sayı 36,7% artdığı halda, yaşa görə pensiya alanların sayı 12% azalıb.
1992-ci il 2022-ci il
Pensiyaçıların ümumi sayı 1 287 687 nəfər 1 200 475 nəfər
Yaşa görə pensiya 803 114 nəfər 707 001 nəfər
Əhalinin ümumi sayı 7 324,1 min nəfər 10 156,4 min nəfər
Yaşa görə pensiya alanların əhalinin ümumi sayına nisbəti 10,96 % 6,96 %
 
Ardını oxu...
Konstitusiya Məhkəməsi işçiyə fərdi əmək mübahisəsi zamanı belə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi halı ilə bağlı qərar qəbul edib.

Bakı Apellyasiya Məhkəməsi bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət edib və Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsini istəyib.

Qəbul olunan qərarda deyilir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.

Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi,hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.
 
Ardını oxu...
Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 72,6 min ailənin 321 min 100 üzvü ünvanlı dövlət sosial yardım alıb. Bir nəfərə düşən aylıq ünvanlı dövlət sosial yardımın məbləği isə 95 manat 50 qəpik olub.

Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ünvanlı dövlət sosial yardım alan ailələrin və şəxslərin sayı 2,2 dəfə çox olub.

Son bir ildə ünvanlı dövlət sosial yardım alan ailələrin sayı 39,2 min ailə, ünvanlı dövlət sosial yardım alan şəxslərin sayı isə 174 min 670 nəfər artıb.

Ünvanlı dövlət sosial yardım alanların sayına görə ilk sırada Bakı şəhəri yer alıb. Paytaxtda 34 min 318 nəfər ünvanlı dövlət sosial yardım alıb.

Bakıdan sonra ən çox Tovuz rayonun sakinləri sosial yardım alıblar - 18 min 467 nəfər.

Bundan başqa Lənkəran rayonunda sosial yardım alanların sayı 17 min 436, Masallı rayonunda 16 min 161, Yardımlı rayonunda isə 13 min 325 nəfər olub.

Sosial yardım alanların sayının az olduğu rayonların ilk sırasında Xankəndi (140 nəfər), Xızı (328 nəfər), Balakən (332 nəfər) və Naftalan (449 nəfər) yer alıb.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardım orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarından - 243 manatdan aşağı olan aztəminatlı ailələrə verilir.

Digər şəhər və rayonlarda isə sosial yardım alanların sayı aşağıdakı kimi olub:
Ardını oxu...
Daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara xəbərdarlıq edilməyə başlanılıb.
Bu məqsədlə mənzillərə bildirişlər göndərilir.
Evini sığorta etdirməyən vətəndaşlar cərimələnəcək. Belə olduğu halda çıxarışı olmayan evlərin aqibəti sual doğurur.
BAKU.TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 

Ardını oxu...
Göyçay rayonu, 1-ci Ərəbcəbirli kənd sakini Hüseynov Ceyhun Akif oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Milli Məclisin sədri Sahibə Qafarovaya, Baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Ombudsman Səbinə Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə ünvanladığı müraciəti olduğu kimi təqdim edirik:

“Cənab Prezident!

Yazaraq Sizə bildirmək istəyirəm ki, mən 1969-cu il təvəllüdlü Hüseynov Ceyhun Akif oğlu, 1988-ci ildə hərbi xidmət dövründə şiddətli ağrılar verən mədə yarası səbəbilə əməliyyat olunmuşam. Həmin tarixdən 2007-ci ilə qədər həyatda qalmaq üçün davamlı ambulator müalicələr almışam.

2007-ci ildə Göyçay rayon Mərkəzi Xəstəxanasında qeydiyyata düşmüşəm və 2009-cu ildə xəstəliyim 2-ci dərəcəli əlilliklə öz təsdiqini tapmışdır. Bir müddət sonra, yəni 2010-cu ildə mədəmdə olan yaranın deşilməsi səbəbilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında əməliyyat olundum. O zamandan etibarən xüsusi pəhrizlər və ambulator müalicələrlə yaşayıram. Bəzən xəstəliyimin şiddətli ağrıları səbəbilə günlərlə yatağa məhkum oluram. Hətta yaxın insanların köməkliyilə öz ehtiyaclarımı qarşılayıram.

Aldığım pensiya ilə demək olar ki, yalnız müalicələrimi etdirirdim. Xəstə halda və eyni zamanda maddi sıxıntılarla keçirdiyim illər ərzində dövlətimin mənə verdiyi pensiya üçün Sizə minnətdaram. Lakin 2021-ci ilin fevral ayından etibarən naməlum səbəblərlə aldığım pensiya dayandırıldı. 22.03.2021-ci il tarixdə TSEK-ə göndərilən müayinəyə imtina cavabı gəldi. İmtina səbəbi odur ki, guya dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: “2007-dən xəstə olmasına baxmayaraq 1 gün də olsun stasionar müalicəsi yoxdur, müayinələr qənaətbəxş deyil”. Halbuki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında aparılmış müayinədə, diaqnoz "REFLÜKS EZOFAGİT(GRADE A), KARDİYANİN ÇATMAMAZLIĞI, KATARAL EROZİV QASTRİT, EROZİV BULBIT.DUODENAL ÇAPIĞ DEFORMASİYA, DUODENAL XORA. QANAXMA-FORREST 3" göstərilmişdir.

Bundan əlavə, imtinadan sonra Göyçay rayon Mərkəzi Xəstəxanasında da stasionar müalicə almışam. Sonuncu dəfə isə bir daha Göyçay rayon Mərkəzi Xəstəxanasından Respublika Klinik Xəstəxanasına göndəriş verdilər. Lakin orada Covid 19-la əlaqədər olaraq stasionar müalicə almağım mümkünsüz olduğu üçün, bir çox müayinələrdən keçdim və mənim Göyçay rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə almağımı tövsiyə etdilər. Mən də rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə olundum. Buna baxmayaraq, xəstəliyimdə sağalma müşahidə olunmur.

Göyçay rayon Mərkəzi Xəstəxanasının Həkim komissiyası 10.08.2021-ci il tarixdə TSEK-ə yenidən “Forma-88” göndərdi. Lakin 14.08.2021-ci il tarixdə bir daha əsassız imtina cavabı gəldi. İmtina səbəbi: “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkim rəyi: Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan göstəriciləri qeyd olunmayıb. İxtisaslaşmış əlavə müayinə məsləhət görülür”.

Cənab Prezident!

Sizdən çox xahiş edirəm, yuxarıda qeyd etdiyim faktların ətraflı araşdırılıb, haqqım olan 2-ci dərəcəli əlilliyin yenidən bərpa olunması üçün tapşırıq verəsiniz! Çox xahiş edirəm, TSEK tərəfindən Həkim Komissiyası təşkil edilib, yaşadığım ünvanda obyektiv müayinə aparılmasını təmin edəsiniz!

Həqiqətən də maddi sıxıntılar elə bir həddə çatıb ki, pensiyam kəsiləndən bəri müalicə oluna bilmirəm. Məndən və həyat yoldaşımdam ibarət ailəmiz var. O da uzun illərdir ki, onkoloji xəstədir. Ümid edirəm ki, dediklərim tərəfinizdən tezliklə obyektiv araşdırılacaq və əlimdən alınmış hüquqlarım bərpa olunacaqdır! Sizə öncədən təşəkkürümüzü bildiririk”.

“Hürriyyət”
Ardını oxu...
Bakı şəhəri, H.B.Əliyev küçəsi 6, mənzil 51-də yaşayan Məmmədova Xanım Bəylər qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, qızı Nigar Məmmədovaya layiq olduğu elmi dərəcəni vermirlər. Şikayətçinin redaksiyamıza göndərdiyi məktubu ixtisarla təqdim edirik:

“Hörmətli redaksiya!

Keçən ilin may ayında, qızımın dissertasiya müdafiəsi ərəfəsində Ali Attestasiya Komissiyasında mövcud olan iki korrupsiya tələsi haqqında bizə ətraflı məlumat verdilər. Dedilər ki, iddiaçıların hamısını bir nəfər kimi ekspert şuralarına çağırırlar və onları orada sındırıb, öz məqsədlərinə çatana kimi get-gələ salırlar. Ekspert şuralarına gələ bilməyən iddiaçılar üçün yalançı plagiat düzəldib, deyirlər “get gör neynəyirsən”.

Bu məlumatdan sonra, həmin tələləri ləğv etdirmək məqsədi ilə ölkəmizin Prezidentinə, Birinci vitse-prezidentə, Milli Məclisin sədrinə, Prezident Aministasiyasının rəhbərinə, Birinci vitse-prezidentin Katibliyinin rəisinə, DTX rəisinə, Baş Prokurora çoxsaylı müraciətlər etdim. Heç bir tədbir görülmədi.

Ali Attestasiya Komissiyasında qızımın dissertasiyasının təsdiqi bizə əvvəlcədən məlum olan ssenari üzrə getdi. Belə ki, qızımın dissertasiyasını 07.10.2022-ci il tarixdə təsdiq üçün Ali Attestasiya Komissiyasına təqdim etdilər və 11.10.2022-ci il tarixdə qeydiyyata aldılar. 11.01.2023-cü il tarixdə dissertasiyaya baxılma müddəti bitdiyindən, qızımın müdafiə etdiyi Elmi Şuranın katibindən dissertasiya barədə soruşduq, o isə Ali Attestasiya Komissiyası ilə əlaqə saxlayıb bildirdi ki, Ekspert Şurasının 16.01.2023-cü il tarixdə keçiriləcək iclasında qızımın dissertasiya işi müzakirəyə çıxarılacaq və qızımı bu iclasa dəvət ediblər. Soruşduq ki, bu nə cür dəvətdir, bizim xəbərimiz yoxdur? Dedilər ki, bu cənablar, Ali Attestasiya Komissiyasına verilmiş əlaqə telefonuna dəvət barədə mesaj göndərirlər.

14.01.2023-cü il tarixdə Ali Attestasiya Komissiyasının sədrinə qızımın xaricdə ikinci təhsil alması və onu Bakıya gətirdmək üçün bizim maliyyə vəsaitimizin olmaması barədə teleqram vurdum. 16.01.2023-cü il tarixdə qızımın Ekspert Şurasında iştirkının mümkünsüzlüyünü bilən kimi, onun dissertasiyasını plagiat yoxlanışına göndəriblər. Halbuki, plagiat yoxlanışı Ali Attestasiya Komissiyasının vəzifəsi deyil və bu qanunsuz hərəkətdir… Ən əsas da odur ki, iddiaçını tələyə salmaq üçün plagiat yoxlanışını müdafiədən qabaq deyil, dissertasiyaların təsdiqinin son mərhələsində aparırlar. Məqsəd iddiaçını “yükləməkdir”. Bu yükün ağırlığı, “Attestasiya komissiyasında rüşvətxorluq, qohumbazlıqdır” sərlövhəsi adı altında saytların birində dərc olunan yazıda qeyd edilib: “İllər keçir, Ali Attestasiya Komissiyasında rəhbərliklər dəyişir. Ancaq bir dəyişməyən üsul-idarədir, rüşvətxoşluuqdur, korrupsiyadır. Bu illər ərzində hətta elmi dərəcələrin qiyməti də 20 mindən 30 minə qədər qalxdı. Hətta pulundan keçib bunu ödəyərək adlar, dərəcələr alanlar da oldu. Milyonlarla belə faktlar ictimailəşsə də hələ ki, heç nə dəyişməyib, al-ver davam edir…”.

30 min manatı biz haradan alaq? Bu açıqlamada yazılanlar əsasında demək olar ki, Ekspert Şuraları, əslində, qapalı əqli mülkiyyət hərraclarıdırlar. Pulun varsa, əqli mülkiyyətin olan dissertasiyanı özəlləşdirirsən, yoxdursa xoş getdin. Amma bu hərraclarda yığılan pullar dövlətə deyil, ciblərə gedir. Plagiat hoqqasının məğzi də bundan ibarətdir…

5.13.02.2023-cü il tarixdə Ali Attestasiya Komissiyası sədrinin müavini S.Cabarovun mənim qızıma göndərdiyi məktubunu bizə təqdim ediblər. 08.02.2023-cü il tarixli, 3-50/2-70/2023 saylı məktubunda bu cənab bildirir ki, “Ali Attestasiya Komissiyasının Kollegiyası dissertasiya işində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunduğunu və iqtisad elmləri üzrə ekspert şurasının tövsiyəsini nəzərə alaraq 06.02.2023-cü il tarixli qərarı ilə iddiaçı Nigar Arzu qızı Məmmədovaya “Dəyər zəncirinin genişləndirilməsi kontekstində Azərbaycan neft-kimya sənayesinin dünya bazarına inteqrasiyasının rasional istiqamətləri” mövzusunda 5310.01 –“Dünya iqtisadiyyatı” ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina etmişdir”.

Bu qərar gözlənilən idi. Qızımın müdafiəsindən əvvəl, bu ssenari ilə bizi tanış etmişdilər. Bu məktubu alandan sonra qızım, Ali Attestasiya Komissiyasının Kollegiyasının qərarının təsdiq edilmiş surətinin və plagiat hesabatının verilməsi barədə Komissiya sədrinin adına elektron ərizə ünvanladı. Qızım mənə vəkalətnamə verdiyi üçün, mən də analoji müraciəti etdim və bundan əlavə Komissiya sədrinin adına iki dəfə teleqram göndərdim. Kollegiyanın qərarını bizə vermədilər. Bu günə kimi bizə bu qərarı vermirlər. Bir müddət keçəndən sonra qızımın elekrom poçtuna “palgiat faktları” barədə imzasız və möhürsüz sənəd göndərdilər. 04.03.2023-cü il tarixdə qızım bu “plagiat faktları”na yazdığı izahatı, Ali Attestasiya Komissiyasının Kollegiyasının onun barəsində çıxardığı, lakin tanış olmadığı qərarından şikayət ərizəsi ilə birlikdə Ali Attestasiya Komissiyasının poçt ünvanına göndərdi. Mən bu sənədin pdf formatını Bakıda çap etdirib, poçtla Ali Attestasiya Komissiyasına göndərdim.

Həyat yoldaşım göndərilmiş plagiat sənədini rus dilinə tərcümə edib, rus iqtisadçıları ilə müzakirə etdi və mart ayında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin qəbuluna yazıldı. Mart ayının birinci həftəsinin tam olmadığını bəhanə edərək, bu qəbulu keçirmədilər. Halbuki, Ali Attestasiya Komissitasının saytında birinci həftənin tam olub-olmaması barədə heç nə yazılmayıb. Mart ayının 17-də həyat yoldaşımı Ali Attestasiya Komissiyasının şöbə müdiri Mübariz Məmmədlinin qəbuluna dəvət etdilər. Həyat yoldaşım Mübariz müəllimdən təkidlə xahiş edib ki, plagiat faktları sənədinin müəlliflərini çağırsınlar və bu sənəddəki faktların əssasız və mənasız olduğunu onlara sübut etsin. Həyat yoldaşımın bu xahişini nəzərə almadılar.

Sonra Ali Attestasiya Komissiyasının Aparat rəhbərinin qəbulunda olanda da eyni xahişi edib və xahişini yerinə yetirməyiblər. 17 aprel tarixində mənim həyat yolaşım, Ali Attestasiya Komissiyası sədrinin müavininin qəbulunda olmuş, orada bəyan etmişdir ki, bir gündən sonra Famil Mustafayevin qəbulunda olacaq və onun plagiat adlandırdığı faktların hansının üstünə barmağını qoysa, ona bu faktın plagiat olmadığını sübut edəcək. Bu söhbətin videosuna baxandan sonra, Famil Mustafayev mənim həyat yoldaşımı qəbul etməkdən imtina etdi və qızımın electron poçtuna onu 26.04.2023-cü il tarixdə Ekspert Şurasının iclasına dəvət barədə imzasız və möhürsüz məlumat göndərtdirdi. Biz bu adama başa sala bilmirik ki, subordinasiya baxımından aşağı orqan olan Ekspert Şurası Kollegiyanın qərarını ləğv edə bilməz…

Həyat yoldaşım Ali Attestasiya Komissiyasında qəbullarda olanda ona deyiblər ki, “Ekspert Şurasında qızınızın apelyasiya şikayətinə baxırlar və əgər gızınız verilən suallara Şura üzvlərinin xoşuna gələn cavablar versə, Kollegiyaya tövsiyyə edəcəklər ki, qızınıza elmi dərəcənin verilməməsi barədə çıxardığı qərarı ləğv etsin”. Birincisi, mənim qızım apelyasiya şikayəti verməmişdir. O, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”sinin 10.1. maddəsinə əsasən şikayət vermişdir. Apellyasiya şikayətini Apellyasiya Şurasına sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar verə bilərlər. Ali Attestasiya Komissiyasında yaradılmış Apellyasiya Şurasının Əsasnaməsinin 1.1 maddəsinə əsasən “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) Apelyasiya Şurası (bundan sonra – Apelyasiya Şurası) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Komissiyanın qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən (bu Əsasnamənin 1.7-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) verdikləri şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə (bundan sonra – şikayət) baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır”. Və həmin əsasnamənin 5.1.3. maddəsinə əsasən şikayətçinin şikayət ərizəsində onun VÖEN-inin göstərilməsi tələb olunur. Mənim qızım sahibkar deyil, onun VÖEN-i yoxdur. Famil Mustafayev Ekspert Şurasını hətta Apellyasiya Şurası kimi qəbul etsə belə, qızımın verdiyi şikayət orada baxılmamalıdır. Çünki Ekspert Şurasının verdiyi tövsiyyə əsasında Kollegiya elmi dərəcənin verilməməsi barədə artıq qərar qəbul edib. Ya Famil Mustafayevin qanundan xəbəri yoxdur, ya da ki, şəxsi maraqları naminə özünü qanundan xəbərsiz kimi aparır. Çünki Azərbaycan Qanunlarına uyğun olmayan ekspert şuralarının əsasnaməsini, plagiat qaydalarını və s. düzədib, öz məqsədlərinə çatmaq üçün düşüblər iddiaçıların üstünə. Ekspert şuraları haqqında düzəltdikləri əsasnamədə, ekspert şuralarının vəzifələrindən biri “dissertasiya şuralarının və Komissiyanın qərarlarından verilmiş şikayət ərizələrinə (apellyasiyalara) baxılması və müvafiq tövsiyələrin hazırlanması”dır. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”də “şikayət “ sözü var, “şikayət ərizələri (apellyasiyalar)” sözü yoxdur. Şikayət və apelyasiya şikayətinin fərqini mən yuxarıda izah etdiyim üçün, bir daha bu məsələyə qayıtmaq istəmirəm. Komissiyanın qərarından verilmiş şikayətin Ekspert Şurasında baxılmasının İnzibati İcraat haqqında Qanuna zidd olması da yuxarıda Qanunun maddələri ilə əsaslandırıldığından bu məsələyə bir də qayıtmıram.

Famil Mustafayev və onun əməkdaşları aşkarladıqları plagiat faktlarını mənim həyat yoldaşımla müzakirə etməkdən çəkinirlər. Hesab edirlər ki, plagiat faktları iddiaçı ilə müzakirə edilməlidir. Bu bəhanə də əsassız və qanunaziddir. Belə ki, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə görə şikayətə inzibati qaydada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Bu qanunun 79.1 maddəsinə əsasən, “İnzibati şikayətlər üzrə icraat bu fəslin xüsusiyyətləri nəzərə alınmaqla bu Qanunun IV fəslində müəyyən olunmuş qaydada həyata keçirilir”. Həmin Qanunun İV fəslində yer alan 37.1 maddəsinə əsasən, “Fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər”. Yəni bir daha bu məmurların Qanunları öz məqsədlərinə çatmaq üçün təhrif etdiklərinin şahidi oluruq.

Hörmətli redaksiya!

Elm, dövlətin texniki və texnoloji müstəqilliyinin əsasıdır. SSRİ dövründə Azərbaycan SSR yüksək elmi potensiala, inkişaf etmiş sənaye və kənd təsərrüfatına malik idi. SSRİ dağılandan sonra keçən əsrin 90-cı illərində özəlləşmə adı altında sənaye müəssisələrini qəpik-quruşa özəlləşdirib, həmin müəssisələrin böyük əksəriyyətini dağıdaraq, İrana mettallom kimi satdılar. Bu özəlləşdirmənin iştirakçılarından biri Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev olmuşdur. Dağıdılan sənaye obyektlərindən biri və ən nəhəngi neft-kimya kompleksi olmuşdur. Mənim qızımın dissertasiyası bu kompleksin bərpasına və fəaliyyətinin təkmilləşdirilməsinə həsr edilib. Famil Mustafayev dağıdıcı fəaliyyətini davam etdirərək, bir vaxtlar dağıdılmasında iştirak etdiyi kimya kompleksinin bərpası və fəaliyyəti üçün əhəmiyyətə malik olan dissertasiyanın təsdiqinə imkan vermir. Al Attestasiya Komissiyasında mövcud olan qaunusuzluqlar və özbaşınalıqlar barədə mənim Azərbaycanın dövlət rəhbərlərinə etdiyim çoxsaylı müraciətlərin hamısı bloklanır. Heç bir tədbir görülmür.

Biz pulsuz olduğumuz üçün, qızıma layiq olduğu elmi dərəcəni vermirlər”. //“Hürriyyət”//
 

Dünyapress TV

Xəbər lenti