Göyçay sakini ÇARƏSİZ DURUMDA...
Göyçay rayonu, 1-ci Ərəbcəbirli kənd sakini Hüseynov Ceyhun Akif oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Milli Məclisin sədri Sahibə Qafarovaya, Baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Ombudsman Səbinə Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə ünvanladığı müraciəti olduğu kimi təqdim edirik:

“Cənab Prezident!

Yazaraq Sizə bildirmək istəyirəm ki, mən 1969-cu il təvəllüdlü Hüseynov Ceyhun Akif oğlu, 1988-ci ildə hərbi xidmət dövründə şiddətli ağrılar verən mədə yarası səbəbilə əməliyyat olunmuşam. Həmin tarixdən 2007-ci ilə qədər həyatda qalmaq üçün davamlı ambulator müalicələr almışam.

2007-ci ildə Göyçay rayon Mərkəzi Xəstəxanasında qeydiyyata düşmüşəm və 2009-cu ildə xəstəliyim 2-ci dərəcəli əlilliklə öz təsdiqini tapmışdır. Bir müddət sonra, yəni 2010-cu ildə mədəmdə olan yaranın deşilməsi səbəbilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında əməliyyat olundum. O zamandan etibarən xüsusi pəhrizlər və ambulator müalicələrlə yaşayıram. Bəzən xəstəliyimin şiddətli ağrıları səbəbilə günlərlə yatağa məhkum oluram. Hətta yaxın insanların köməkliyilə öz ehtiyaclarımı qarşılayıram.

Aldığım pensiya ilə demək olar ki, yalnız müalicələrimi etdirirdim. Xəstə halda və eyni zamanda maddi sıxıntılarla keçirdiyim illər ərzində dövlətimin mənə verdiyi pensiya üçün Sizə minnətdaram. Lakin 2021-ci ilin fevral ayından etibarən naməlum səbəblərlə aldığım pensiya dayandırıldı. 22.03.2021-ci il tarixdə TSEK-ə göndərilən müayinəyə imtina cavabı gəldi. İmtina səbəbi odur ki, guya dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: “2007-dən xəstə olmasına baxmayaraq 1 gün də olsun stasionar müalicəsi yoxdur, müayinələr qənaətbəxş deyil”. Halbuki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında aparılmış müayinədə, diaqnoz "REFLÜKS EZOFAGİT(GRADE A), KARDİYANİN ÇATMAMAZLIĞI, KATARAL EROZİV QASTRİT, EROZİV BULBIT.DUODENAL ÇAPIĞ DEFORMASİYA, DUODENAL XORA. QANAXMA-FORREST 3" göstərilmişdir.

Bundan əlavə, imtinadan sonra Göyçay rayon Mərkəzi Xəstəxanasında da stasionar müalicə almışam. Sonuncu dəfə isə bir daha Göyçay rayon Mərkəzi Xəstəxanasından Respublika Klinik Xəstəxanasına göndəriş verdilər. Lakin orada Covid 19-la əlaqədər olaraq stasionar müalicə almağım mümkünsüz olduğu üçün, bir çox müayinələrdən keçdim və mənim Göyçay rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə almağımı tövsiyə etdilər. Mən də rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə olundum. Buna baxmayaraq, xəstəliyimdə sağalma müşahidə olunmur.

Göyçay rayon Mərkəzi Xəstəxanasının Həkim komissiyası 10.08.2021-ci il tarixdə TSEK-ə yenidən “Forma-88” göndərdi. Lakin 14.08.2021-ci il tarixdə bir daha əsassız imtina cavabı gəldi. İmtina səbəbi: “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkim rəyi: Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan göstəriciləri qeyd olunmayıb. İxtisaslaşmış əlavə müayinə məsləhət görülür”.

Cənab Prezident!

Sizdən çox xahiş edirəm, yuxarıda qeyd etdiyim faktların ətraflı araşdırılıb, haqqım olan 2-ci dərəcəli əlilliyin yenidən bərpa olunması üçün tapşırıq verəsiniz! Çox xahiş edirəm, TSEK tərəfindən Həkim Komissiyası təşkil edilib, yaşadığım ünvanda obyektiv müayinə aparılmasını təmin edəsiniz!

Həqiqətən də maddi sıxıntılar elə bir həddə çatıb ki, pensiyam kəsiləndən bəri müalicə oluna bilmirəm. Məndən və həyat yoldaşımdam ibarət ailəmiz var. O da uzun illərdir ki, onkoloji xəstədir. Ümid edirəm ki, dediklərim tərəfinizdən tezliklə obyektiv araşdırılacaq və əlimdən alınmış hüquqlarım bərpa olunacaqdır! Sizə öncədən təşəkkürümüzü bildiririk”.

“Hürriyyət”

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA
09 Aprel 2025 TOVUZ SAKİNİ İŞDƏN HAQSIZ YERƏ ÇIXARILDIĞINI İDDİA EDİR, AMMA... - Sosial Təminat Agentliyindən vətəndaşın şikayətinə reaksiya
09 Aprel 2025 "Dövlət bu cür müavinətlərin marağında olmalıdır" — Uşaqpulu yenidən GÜNDƏMDƏ

Dünyapress TV

Xəbər lenti