Ardını oxu...
Sosial təminat sistemi əhatə etdiyi əhali qruplarından biri də qanunvericilikdə nəzərdə tutulan kateqoriyalara aid olan uşaqlardır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bakupost.az -a verilən məlumata görə, hazırda:
• 18 yaşadək əlilliyi olan şəxslər- 50 min uşaq,
• Ailə başçısını itirmiş uşaqlar - 166 min uşaq,
• Aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlar - 160 min uşaq,
• İşləyən valideynlər - 3 yaşadək uşaqlara qulluğa görə - 35 min uşaq,
• Uşağın anadan olmasına görə birdəfəlik müavinət - 120 min uşaq,təminata ehtiyac duyan həssas qruplara yönəldilməsidir.
Ardını oxu...
 
Ardını oxu...
2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Sadəcə, hökumət belə müəyyən edib. Hansı meyarlar əsas götürülüb, alternativ qiymətləndirmələr nəzərə alınıbmı, vətəndaş cəmiyyətinə, sadə vətəndaşlara, müxalifətə qulaq verilibmi? Birmənalı olaraq, yox!

Azərbaycanda dövlət büdcəsi dövlət qurumlarının təqdim etdiyi maliyyə ehtiyacları əsasında Maliyyə Nazirliyi tərəfindən tərtib olunur. Hesablama Palatası ona rəy yazır, riskləri qiymətləndirir, Milli Məclis qəbul edir, prezident də imzalayır.

Bu mərhələlərin heç birində cəmiyyətin digər üzvlərinin iştirakı yoxdur. Hələ indiyə qədər görünməyib ki, müstəqil iqtisadçıların, müxalifətin, vətəndaş cəmiyyəti institutları ilə birgə müzakirə, dinləmə keçirilsin.

Vətəndaş ən yaxşı halda Milli Məclisdə bir neçə iclasın büdcəyə həsr olunduğunu görür. Komitələrin birgə toplantılarında və plenar iclasda bir neçə deputat danışır, gileylənir, təklif verir, amma heç nə dəyişmir. Maliyyə Nazirli tərəfindən çox kiçik istisnalarla kosmetik dəyişikliklər edilir və proses bitir. Verilən təkliflər, səsləndirilən narazılıqlar da havada qalır.

Qayıdaq yaşayış minimumu ilə bağlı artım rəqəmlərinə. Xatırladaq ki, cari 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat olub. Ehtiyac meyarı isə 200 manatdır. Hökumət gələn il cəmi 20-40 manat civarında artım etməyə özündə güc tapıb. Ehtiyac meyarı isə ilk dəfə yaşayış minimumu ilə bərabərləşdirilərək, 246 manata çatdırılacaq. Amma pensiyaçılar, uşaqlar üçün təsdiq edilən rəqəmlər ehtiyac meyarından aşağıdır. Azərbaycanda yaşa görə verilən sosial müavinət də (180 manat) nə az, nə çox minimum istehlak zənbilini dolduracaq qədər deyil – 66 manat azdır. Nəzərə alaq ki, Azərbaycanda 65 yaşa çatan vətəndaşların böyük bir hissəsi arzusunda olduqları pensiya yox, yaşa görə 180 manat müavinət alırlar. Hökumətin qanunvericiliyə 2017-ci ildə etdiyi dəyişikliklər on minlərlə vətəndaşı pensiya hüququndan məhrum edib. Pensiya yaşı artırılıb, habelə, onu əldə etmək üçün təyin olunan pensiya kapitalı əlçatmaz həddə yüksəldib.

Statistik məlumatlara görə, kişilərin yalnız 47 faizi 65 il yaşayıb pensiyaya, yaxud, 180 manatlıq müavinətə iddia edə bilər. Qalan 53 faiz qocalıq yaşına çatmadan dünyadan köçür… Sosial qurumların proqnozuna görə, gələn il pensiya alanların sayında daha 16 faiz azalma gözlənilir. ƏƏSM bu yaxınlarda təmtəraqla elan etmişdi ki, qanunsuz (?) müavinətlərin, pensiyaların kəsilməsi nəticəsində büdcəyə 850 milyon manat qənaət ediblər!…

Hazırda ölkədə gündəlik istehlak, ərzaq mallarının, xidmətlərin dəyəri ehtiyac meyarından azı 2 dəfə yüksəkdir. Deputatlardan biri Milli Məclisdə bunu belə ifadə etmişdi: “Pensiyaları 50-100 manat artırsaq da azdır, insanların ehtiyacına yetməz…” Aşağıda təqdim olunan cədvəldə yaşayış minimumun əsasında duran istehlak səbətinin Dövlət Statistika Komitəsi tərəfindən tərtib olunan minimal rasional toplu ilə müqayisədə çatışmazlığın miqyasını görmək mümkündür. Göründüyü kimi, marqarin və çörəkdən başqa digər məhsullar üzrə istehlak səbəti lazım olan minimumdan geridə qalır.

Bura qədər aydındır, bəs minimum maaş, pensiyalar artırılacaqmı? Hazırda ölkədə minimum təqaüd 240, maaş isə 300 manatdır, vergi çıxıldıqda vətəndaşın əlində 270 manat qalır. Hökumət nə düşünür, yüz minlərlə insan minimum ehtiyac meyarı həddində gəlirə məhkum ediləcək, yoxsa, əhəmiyyətli artımlar olacaq?

Gələn ilin büdcə layihəsinə nəzər yetirdikdə ciddi artımların olacağı gözə dəymir. Ümumilikdə sosial yönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu, cari illə müqayisədə 1 milyard 289 milyon manat, yaxud 9,3 faiz çoxdur. Əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində proqnozlaşdırılır. Bu da ötən ilki rəqəmlərdən təxminən 550 milyon manat çoxdur. Yəni ən yaxşı halda pensiyaçıların, minimum əmək haqqı alanların gəlirlərində 10-12 faiz artım gözləyə bilərik. Bu da illik bahalığın, inflyasıyanın üçdə biri qədər deyil. Qarşıdan isə böhranlı 2023-cü ilə gəlir…

Turqut
 
 
 
Ardını oxu...
Azərbaycanda işsizlikdən sığorta ödənişi almaq asanlaşacaq. Bu, yeni yaradılan Azərbaycanın məşğulluq xəritəsinin məlumatlarından istifadə hesabına mümkün olacaq.

TEREF.Az Xəzər TV-yə istinadən xəbər verir ki, xəritə gələcəkdə əhali artımı, iş yerlərinin sayı, qadın və kişilər arasında məşğulluq, məktəbli və tələbələrin sayı kimi amilləri izləyəcək. Bu da öz növbəsində rayonlarda yeni iş yerlərinin yaradılmasının zəruri olub-olmadığını müəyyənləşdirməyə kömək edəcək.

Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli bildirib ki, özünüməşğulluq proqramına cəlb olunmaq və işlə təmin olunmaq üçün müraciət edənlərin qeydiyyat proseduru da sadələşəcək. O, işsizlikdən sığorta ödənişlərinin təqdim edilmə mexanizminə diqqət çəkib.

Mustafa Abbasbəyli son 5 il ərzində həyata keçirilmiş məşğulluq tədbirlərindən də danışıb.

Qeyd edək ki, məşğulluq xəritəsinin yaxın vaxtlarda istifadəyə veriləcəyi gözlənilir.

Bu linkə daxil olmaqla İşsizlikdən sığorta ödənişi barədə ətraflı məlumat ala bilərsiz.
 
 
 
Ardını oxu...
2002-ci ilə kimi xidmət haqqından azad olan qazi və şəhid ailələri 20 ildir müavinətdən məhrumdurlar
Azərbaycan Respublikası Prezidentinin 26.12.2001 tarixli 613 saylı “ Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslərə 130 min manat məbləğində aylıq müavinət ayrılması qərara alınıb. Prezident fərmanı ilk illərdə icra olunsa da, nəzərdə tutulan indeksasiya aparılmayıb və getdikcə tamam unudulub , verilməsindən imtina edilib. Elə unudulub ki, nəzərdə tutulan məbləğin denominasiyası da həyata keçirilməyib.
Prezident 05.01.2021 tarixli 1244 saylı fərmanla “130 min” sözlərini “26” sözləri ilə əvəz edəndən sonra da sözügedən müavinətin qazilərə verilməsi “yaddan çıxıb”. Beş gün qabaq – 12 noyabr 2022-ci il tarixli 274 saylı fərmanı ilə Prezident yenidən 26.01.2001 -ci il tarixli fərmanı yada salıb, “müdafiəsi zamanı əlil olanlara” sözlərini “ müdafiəsində iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəz edib. “Əlil” sözünün “əlilliyi olan şəxs” sözü ilə əvəz edilməsi də icrası və tətbiqi məcburi olan prezident fərmanının icrasına gətirməyib.
ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı fərmandan 5 il sonra qəbul edilən 07.02.2006 tarixli “Sosial müavinətlər haqqında” qanunun 11.1.6 maddəsinin prezident fərmanını tətbiq etməyə qadağa qoyduğunu bildirməkdən yorulmur. Belə çıxır, qanun 5 il geriyə tətbiq edilir və prezident fərmanını qüvvədən salır? Absurd deyilmi? Axı, birincisi, qanunun geriyə qüvvəsi yoxdur, yalnız vətəndaşın hüquqi vəziyyətini yaxşılaşdıran aktların geriyə qüvvəsi var və ikincisi, əlillərə ayrılan kommunal xidmət əvəzi müavinət sosial müavinət deyil! Bu müavinət əlilliyi olan şəxslərin sosial müdafiəsi üçün ayrılıb və həm sosial müavinət , həm də əmək pensiyası alan əlillərə verilməlidir. Maliyyə Nazirliyinin bu məsələdə mövqeyi 05.01.2017 -ci il tarixli məktubla belədir ki, Qarabağ əlillərinə ayrılan 26 manat məbləğində aylıq müavinət pensiya ilə bir yerdə ödənilir . Onu da vurğulayaq ki, prezident fərmanında sosial pensiyaçılara , yəni sosial müavinət alanlara 6 manat məbləğində müavinət müəyyən edilməsi də sözügedən müavinətin sosial müavinət olmadığını ortaya qoyur. Maraqlıdır, prezident fərmanında terminlərin dəyişilməsi ilə bağlı dəyişikliklər edilsə də, “sosial pensiyaçılara” sözləri “sosial müavinət alanlara”, yaxud “sosial müavinətçilərə” sözləri ilə əvəz edilməyib. Açıq şəkildə aztəminatlı ailələrə ayrılan müavinətlərin Maliyyə Nazirliyi ilə birlikdə yeyilməsi sosial yönümlü büdcənin “sosial yeymli” olmasını ortaya qoyur.
Biz hələ 29.12.2000 tarixli 597 saylı “ Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında “ Prezident sərəncamı ilə Qarabağ əlillərinə verilməsi nəzərdə tutulan 50 min, 60 min və 70 min manatlıq aylıq müavinətin verilməsindən imtinanı demirik. DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı bu imtinanı da “Sosial müavinətlər haqqında” qanunun 11.1.6 maddəsi ilə izah edir. Prezidentin 23.12.2021 tarixli 1525 saylı fərmanı ilə hərbi qulluqçuların vəzifə maaşlarına 20 faizlik əlavə də qazi və şəhid ailələrinin pensiyalarına “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsi (“ Qanunun 20-ci maddəsi ilə qulluq stajına görə əmək pensiyasına əlavələr alan əmək pensiyaçılarının əvvəl tutduqları vəzifələr üzrə əməkhaqqıları artırıldıqda pensiya bu artıma uyğun olaraq yenidən hesablanır”) tətbiq edilərək yenidən hesablanmayıb. Maraqlıdır, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial “Sosial müavinətlər haqqında” qanunu yanlış olaraq 5-10 il qabaqkı prezident aktlarına tətbiq edib, qazi və şəhid ailələrinin cüzi müavinətlərini mənimsəyir, amma “qəttəzə” prezident fərmanını tətbiq etmir ki, “əlavə” pensiyaya artımı şərtləndirmir”. Onu da deyək ki, 29.12.2000 tarixli 597 saylı sərəncam Prezidentin yadına salınmır, yoxsa “50 min”,”60 min”, “70 min” sözlərini “10”,”12”,”14” sözləri ilə , “əlil” sözünü “əlilliyi olan şəxs” sözü ilə dəyişərdi. Yeni təyin etdiyi sosial – iqtisadi məsələlər üzrə köməkçisi yadına salar, inşallah!
Bəs qanunverici nə fikirləşir? Milli Məclisin Əmək və sosial siyasət komitəsinin də prezident fərmanı ilə müəyyən edilən əlavələrin, 20 ildir dəyişməməsi bir yana, verilməyən aylıq müavinətlərin mənimsənilməsindən xəbəri yoxdur? Yoxsa, mənimsəməyə ortaqdır ? Bəs Konstitusiyanın 133-cü maddəsi ilə qanunların icrasına və tətbiqinə nəzarət edən prokurorluq necə, nəzarəti yeyintidən pay bölgüsü ilə həyata keçirir ? Bəs Hesablama Palatası ? Bəs ,bəs.. Bəs deyilmi ? “Bəsdir” deyib NİDA qoyan olacaqmı? Qanun, fərman tətbiq edilməyəcəksə, qəbul edilməsinin və söz birləşmələrinin dəyişdirilməsinin sosial təminata , müdafiəyə nə yetkisi ola bilər?
...Görək bu ilin büdcəsində qazi və şəhid ailələrinə 20 ildir verilməyən müavinətin artırılması əks olunacaq?
Məğrur Bədəlli
TEREF.AZ
 
Ardını oxu...
“Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin dediyi “dövlətdən müavinət alan 600 min uşağın olması səbəbindən uşaqpulunun verilməsi gündəmdə deyil” fikirlərini qəbul etmirəm. Biz bunu belə hesab etmirik. Müavinətlərin verildiyi strukturu bilmək istəyirik. 600 min uşağın hansı qrupa aid olmasını bilmək istərdik”.

Teref.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin noyabrın 17-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, uşaqpulu ilə bağlı məsələni mübahisələndirmək lazımdır və bunun üzərinə gedilməlidir:

“Nəzərə almaq lazımdır ki, uşaqpulu birbaşa ünvana çatan məbləğdir. 01.01.2021-ci il statistikasına baxsaq ölkədə 1 milyon 228 min pensiyaçı var idisə hazırda onların sayı 1 milyon 118 minə düşüb. Ölüm saylarına baxsaq xoşagəlməz hallarla qarşılaşırıq. Koronavirus və digər xəstəliklərlə bağlı pensiyaçı sayında azalma oldu. Odur ki, pensiya yaşının azaldılması da gündəmdir”. \\Azmedia.az
 
Ardını oxu...
Azərbaycanda “uşaq pulu” veriləcəyi ilə bağlı müzakirələr artıb.
Belə müzakirələrdən biri də İTV-nin efirində aparılıb.
Müakirələrdə çıxış edən ekspertlər bildiriblər ki, “uşaq pulu” əsasən Avropa ölkələrində verilir. Bunun əsas səbəbi isə həmin ölkələrdə insanların sayının artırmağa maraq yaratmaqdır. Xüsusən Qərbi Avropa ölkələrində bu aktual məsələdir.
“Uşaq pulu” uşaqların zəruri ehtiyaclarını ödəmək üçün verilir. “Ünvanlı yardım” isə “uşaq pulu”nu əvəz etmir. Bəzi ölkələrdə bunların hər ikisi verilir.
Bu sahədə yaranmış problemlər və digər aktual məsələlərlə bağlı ətraflı sujetdə tanış ola bilərsiz.

 
 
 
Ardını oxu...
Deputat Vahid Əhmədov minimum əməkhaqqının 500 manata çatdırılmasını təklif edir. O, təklifini qiymətlərin yüksəlməsi ilə izah edib.

Azərbaycanda minimum əməkhaqqının bundan öncə qaldırılması təklifi yay aylarında Türkiyədə minimum əməkhaqqı 5 min 500 lirəyə (502 manat) çatdırılanda da səsləndirilmişdi. Amma onda hökumət və parlamentdən təklifə bir elə də müsbət münasibət olmamışdı. Hazırda Azərbaycanda minimum əməkhaqqı 300 manatdır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin 10 ayında ölkədə inflyasiya 14 faizə yaxın olub. Ərzaq inflyasiyasının isə 20 faizə çatdığı açıqlanıb. Hərçənd, bir çox müstəqil iqtisadçılar bunun az qala açıqlanan rəqəmlərdən iki dəfə yüksək olduğunu iddia edirlər.

Amma indi də bu təklifə, hələlik, hakimiyyətdən hər hansı müsbət reaksiya müşahidə edilmir. Növbəti ildə orta aylıq əməkhaqqının artımı cəmi 7.1 faiz səviyyəsində nəzərdə tutulub.
Ətraflı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Turan"a bildirilib ki, son üç il yarım ərzində Azərbaycanda 4 milyon vətəndaşı əhatə edən üç sosial islahat paketi icra olunub və bunun üçün yalnız dövlət büdcəsindən əlavə 6 milyard manat ayrılıb: "Həmin dövrdə minimum əməkhaqqı 2.3 dəfə, əməkhaqqı fondu 2.2 dəfə artıb, əməkhaqqı fonduna əlavə 8 milyard manat yönəldilib. Median əməkhaqqında 86 faiz, minimum pensiyada 2.2 dəfə, orta aylıq pensiyada 75 faiz artım baş verib".

İqtisadçı Rəşad Həsənov isə Azadlıq Radiosuna bildirib ki, rəqəm müzakirə olunandır: "Amma əsas məsələ başqadır. Dövlət büdcəsi ilə bağlı Hesablama Palatanın rəyindən elə bir qənaət formalaşır ki, hökumət 2023-cü ildə antiinflyasiya tədbirləri kimi, əsasən, məhz əhalinin xərcləmələrinin cilovlanması və tələbin məhdudlaşdırılmasını görür. Bu yanaşma isə o qədər də düzgün deyil".

Ekspertin fikrincə, burada hökumətin funksiyası qızıl balansın tapılması olmalıdır. O hesab edir ki, 2023-cü il büdcəsində ümumi həcmi dəyişməməklə əsas ağırlıq sosial xərclərə verilməli idi: "Təəssüf ki, bu, baş tutmadı. Ən azından bu günə qədər əldə olunan sənədlərdə bu məqam tam əks etdirilməyib. Əməkhaqqı fondunda 5 faiz artım nəzərdə tutulub ki, bu da daha çox məhz təhsil və səhiyyə sektorunda özünü göstərəcək. 650 milyonun 470 milyonu təhsil sektoruna yönəldiləcək. Bu da böyük ehtimalla 2022-ci ilin sentyabrından başlanan sertifikasiya ilə bağlıdır".

İqtisadçı qeyd edir ki, hökumətin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60-65 faizinə çatdırılmalı idi: "Əgər hazırda Azərbaycanda orta aylıq əməkhaqqı 830 manat kimi göstərilirsə, bu o deməkdir ki, minimum əməkhaqqı təxminən 550 manat olmalıdır".

R.Həsənovun sözlərinə görə, metodologiya özü dəyişməlidir: "Bu, düzgün yanaşma deyil ki, hansısa sərəncamla, büdcəyə baxılmaqla minimum əməkhaqqı ilə bağlı qərarlar qəbul edilir. Bu, kifayət qədər böyük sosial qrupun maaşlarıdır. Belə olduğu təqdirdə daha yaxşı olar ki, mütərəqqi təcrübələr gətirilsin. Yəni həmkarlar ittifaqları, hökumət və biznesin birgə əməkdaşlığı formatında ildə ən azından iki dəfə minimum əməkhaqqının səviyyəsinin müəyyənləşdirilməsi ilə bağlı bir rəqəm ortaya çıxarılmalıdır".
 
 
 
Ardını oxu...
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Elşən Əliyev ifadə verib.

O bildirib ki, müəllim işləyir, 15 saylı cəzaçəkmə müəssisəsində məhkumlara dərs deyir. Onun sözlərinə görə, bundan əvvəl "Şahbulaq" MMC-yə direktor təyin olunub.

Şahid deyib ki, şəhid ailələrinə evlərin tikilməsi üçün müqavilə bağlayıb. Bildirib ki, müqavilə bağlanandan sonra orada işdən çıxıb, evlərin tikintisində iştirak etməyib.

Şahidin sözlərinə görə, MMC-nin təsisçisi Şahin Hüseynovun təklifi ilə MMC-yə gəlib, orada işlədiyi müddətdə heç bir ödəniş almayıb, MMC-də heç bir maliyyə işinə qarışmayıb.

İstintaq sənədlərinə görə, MMC-də 12350 manat çatışmazlıq yaranıb. Şahid bu çatışmazlıqdan xəbəri olmayıb.

Digər şahid İbrahim İsmayılov deyib ki, əmisi Teyyub İsmayılovun rəhbərlik etdiyi "Araz İnşaat" MMC-də işləyib. Onun sözlərinə görə, şəhid ailələri üçün 23 evin tikintisinin aparılması üçün tenderdə qalib olublar. Qeyd edib ki, hər evə görə nazirliyin tikilməkdə olan obyektlər idarəsinin rəisi Natiq Əzizova 3 min manat olmaqla, ümumilikdə 69 min manat veriblər.

Şahid qeyd edib ki, Şamaxı rayonunda yarımçıq evlərin bərpası üçün MMC-yə 345 min manat köçürülüb: "Həmin məbləğ görülən işə görə az oldu. Buna görə də pulu geri qaytardıq. Pulu Fuad Əlizadəyə (DSMF-nin Bakı şəhərində hüquqi şəxslərlə iş üzrə departamentinin audit şöbəsinin müdiri - red.) veriblər. Onlar özləri yarımçıq evlərin bərpa etdilər".

Daha sonra ifadə verən şahid Elçin Əliyev deyib ki, Dövlət Əmək Müfəttişliyinin regional mərkəzinin Ucar rayon şöbəsinin rəisi olub.

Onun sözlərinə görə, ərazi üzrə 120-130 müəssisədə yoxlama keçiriblər. O bildirib ki, Dövlət Əmək Müfəttişliyinin rəis müavini Anar Quliyevə il ərzində 800 manat qəzet pulu verib: "Həmin pulu da öz şəxsi hesabımdan verirdim. Anar müəllimin özünə pulu birbaşa verməmişəm. Zəng edib ki, sürücüm regiona gələcək, pulu onunla göndər. Mən də pulu sürücü ilə göndərmişəm. Həmin pulu nəşriyyatda qəzetlərə çatdırıb".

Ətraflı
Şahid ifadəsində əlavə edib ki, müəssisələrdə apardıqları yoxlamalar zamanı heç kimdən rüşvət almayıb.

Digər şahid, 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi olmuş Cəfər Əliyev deyib ki, müəssisəslərdə yoxlamalar baş idarə tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, Dövlət Əmək Müfəttişliyinin Xidmət sektorunun müdiri Emil Allahverdiyev onların işinə müdaxilə edib: "İri müəssisəsləri Emin Allahverdiyevin özü yoxlayıb. Yoxlamalarla bağlı müəssisələrin siyahısını biz təqdim edirdik. Onlar isə təsdiqləyirdilər. İri müəssisələri özləri yoxlayırdılar. Eşitdiyimə görə iri müəssisələrdən Emil Allahverdiyevin özü nəsə alıb".

Bu zaman onun istintaqa verdiyi ifadəsi elan olunub. Həmin ifadəyə görə, Nizami rayonunda iri müəssisələri yoxlamağa Emil Allahverdiyev özü gedib, yoxlamaların müsbət həll olunması üçün 20 min manat alıb.

Şahid qismində ifadə verən Elçin Mahmudov deyib ki, vaxtilə Qusar rayon polis şöbəsinin cinayət axtarış şöbəsinin rəisi işləyib. Onun sözlərinə görə, Səfail Mirzəyevi həmin dövrdə tanıyıb. O deyib ki, təqaüdə çıxandan sonra Səfail Mirzəyevin təsis etdiyi "Bina" MMC-də işləyib, buna görə aylıq 500 manat əməkhaqqı alıb.

Şahid deyib ki, şəhid ailələri üçün Qusar rayonunda iki ev tikiblər, hər evin tikintisinə görə tikilməkdə olan obyektlərin rəisi Natiq Əzizova 3 min manat veriblər. Prokuror isə şahidi şəhid ailələrinə tikilməsi üçün dövlət büdcəsindən ayrılan pulu mənimsəməkdə ittiham edib.

Şahid isə deyib ki, şəhid ailələri üçün ayrılan vəsaiti mənimsəyənlərin cəzasını Allah verəcək: "Bu, vicdansızlıqdır".

Növbəti proses noyabrın 21-nə təyin olunub.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.
 

Ardını oxu...
“Milli Məclisin üzvləri həssas təbəqədən olan uşaqlara uşaqpulunun verilməsi ilə bağlı məsələni qaldırdı. Mən bu barədə dəfələrlə açıqlama vermişəm. Bir daha bildirirəm ki, bu gün həssas kateqoriyadan olan 600 min uşaq dövlətdən müavinət alır”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

“Həmin vəsaitləri həm ünvanlı sosial yardım alan ailələrin övladları, həm sağlamlıq imkanları məhdud olan uşaqlar alır, həm də beş və daha çox övladı olan ailələr alır. Dövlətin və hökumətin yanaşması ondan ibarətdir ki, həssas kateqoriyadan olan uşaqlara dəstək verməliyik".
Ardını oxu...
"Azərbaycanda özəl pensiya fondunun yaradılması ilə bağlı qanun niyə qəbul edilmir?"

Teref.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.

"Ölkədə əhalisi bir fondun əlində qalmalı deyil. Bəlkə, əhali onun verdiyi güzəştlərlə qane deyil", - deputat deyib.

Parlamentari, həmçinin şəhid və qazi ailələrinin problemlərini diqqətə çatdırıb.

"Digər tərəfdən şəhid və qazi ailələrinə evlərin verilməsində problemlər var. Bakıda problem həl olunsa da, regionda hələ də qalmaqdadır. Şəhid ailələri evlə təmin olunmur, nazirliyin bununla bağlı təcrübəsi var. Bu məsələyə daha da diqqət artırılmalıdır. Bu gün büdcədə niyə qalıq qalır? Qalığın qalmasının tərəfdarı deyiləm, işlədiyim vaxtda da demişəm. Pulu xərcləməyə veriblər. İndi minumum əmək haqqı 300 manatdır, bunu edin 500 manat, əhali normal dolansın. Artıq pulunuz da var, əhaliyə verilməsinin tərəfdarıyam”, - deyə Vahid Əhmədov təkliflər irəli sürüb.

Qeyd edək ki, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də iştirak edir./Modern.az
 

Dünyapress TV

Xəbər lenti