Məmurlar üçün pensiya yaşı 70-ə qaldırılır? -
“Getdikcə daha çox aktuallıq kəsb edən bir sosial problemi millət vəkillərinin və hökümətin diqqətinə çatdırmaq istəyirəm. Bir neçə il bundan qabaq Əmək Məcəlləsinə edilən dəyişikliyə görə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyənlərin son yaş həddi 65 yaş müəyyən edilib. Yalnız cüzi istisnalarla ildə bir dəfə uzadılmaqla işçi 70 yaşa çatanadək işləyə bilər".

DİA.AZ bildirir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

O deyib ki, son zamanlar xüsusilə təhsil, səhiyyə və TƏBİB-ə aid təşkilatlarda yaş məhdudiyyətinin tətbiqi sərt xarakter alıb:

"Sanki bu insanlarla uzun illər həmin peşənin mütəxəssisi olmamış, heç bir bilik və bacarığa malik deyillərmiş kimi davranaraq onları elə ad günündəcə işdən azad edirlər. Təşkilatda olan alternativ vakant iş yerləri də onlara təklif olunmur. Bu isə təhsil və tibb işçiləri arasında ciddi narazılıq və sosial gərginlik yaradır. Bizə edilən müraciətlərin sayı və xarakteri də müvafiq yumşalmanın vacibliyini diktə edir.

Nəzərə alsaq ki, bu peşə sahiblərinin pensiyası da təxminən minimum pensiya həddindədir və başqa iş tapmaq imkanı da praktik olaraq mümkün deyil, onda uzun illər cəmiyyətə təhsil verən və sağlamlığının keşiyində dayanan bu nəcib peşə sahiblərinə qarşı belə davranışı nə milli, nə də dövlət əxlaqına sığışdırmaq mümkündür. Təəssüf ki, fərdi qaydada etdiyimiz müraciətlər də müsbət həll olunmur.

Mənim fikrimcə, yaş həddi insanın çalışma imkanına əngəl olmamalıdır. Əgər bilik və bacarığı, sağlamlığı imkan verirsə, müvafiq sertifikasiya və attestasiyadan keçibsə, formal yaş məhdudiyyətinə görə insanları əmək fəaliyyətindən kənarda qoymaq doğru deyil. Bu, vətəndaşın Konstitusiya ilə təmin olunan əmək hüququnun pozulmasıdır.

Təklif edirəm ki, Əmək Məcəlləsində dəyişiklik edək və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışmanın son həddi 65 yaşdan 70 yaşa qaldırılsın. Əgər bu təklifi Milli Məclis dəstəkləyərsə, hökumət də etiraz etmədiyi halda qanun layihəsini hazırlayıb payız sessiyasında müzakirənizə təqdim edə bilərik".

Qeyd edək ki, son vaxtlar pensiya yaşı ilə müzakirələr artıb. Belə ki, müzakirələrdə həm pensiya yaşından əlavə çalışmaq istəyi, həm pensiya yaşının çox olması, eləcə də pensiya kapitalı kimi problemlər öz əksini tapır.

Bu baxımdan səslənən təkliflərdən biri də pensiya yaşından əlavə çalışmaq olduğunu nəzərə alsaq, bu gün vətəndaşlar üçün 70 yaşa qədər çalışmaq, yoxsa 65 yaşda pensiyaya çıxmaq daha uyğundur?

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, Azərbaycanda, xüsusilə dövlət müəssisələrində çalışanlar sırf əmək haqqı ilə kifayətlənmirlər:

“Ona görə də bizdə heç kəs pensiyaya çıxmaq istəmir. Avropa, Qərb, ümumiyyətlə, inkişaf etmiş ölkələrə baxsaq görərik ki, orada əksinədir. Yəni pensiya yaşının artırılmamasını, pensiyaya tez çıxmalarını istəyirlər. Çünki orada məmurlar maaşa işləyirlər və ona uyğun da yüksək pensiya alırlar.

Maaşdan əlavə heç nə yoxdur, onlar istəyir ki, müəyyən yaşa qədər işləsinlər, sonra da istirahət etsinlər. Bizdə təklifin özü təəccüblüdür. Azərbaycanda illərlə ona görə işləmək istəyirlər ki, maaşa işləmirlər. Vəzifədə qalıb, artıq pullar qazanmaq istəyirlər”.

Ekspert bu istiqamətdə təklifin əleyhinədir:

“Hesab edirəm ki, heç bir istisna lazım deyil. İmkan verməlidirlər ki, gənc kadrlar həmin vəzifələrə gəlsinlər. Xüsusən də nəzərə alsaq ki, ölkədə əhali sayı artıb. Azərbaycanda onsuz da dövlət məmurlarının pensiyası o qədər də az deyil. Məsələn, hakimlər və digər vəzifəli adamların əmək haqqı bir neçə mindir. Ölkədə məmurlar var ki, 3-5 min manat, hətta ondan da çox pensiya alırlar. Pensiyanı az alan özəl sektorda çalışanlardır.

Bunun özü də pensiya sisteminin ədalətsizliyidir. Azərbaycan şəraiti üçün dövlət müəssisələrində çalışanlar onsuz da pis pensiya almırlar. Təbii ki, pensiya nə qədər çox olsa, o qədər yaxşıdır. Ancaq dövlət də öz yorğanına görə ayağını uzatsın, pul yoxdursa, yoxdur”.

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? - Ali Məhkəmənin mövqeyi
23 Noyabr 2024 “Sosial yardım üçün verilən müavinət kartım boş çıxıb” – ASTARA SAKİNİ
23 Noyabr 2024 Lerik sakini əlilliyə görə müavinətinin səbəbsiz yerə kəsildiyini İDDİA EDİR – ŞİKAYƏT
23 Noyabr 2024 “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
22 Noyabr 2024 26 saniyəyə 1300 dollar qazanan müğənni və 453 manat qazanan elmi işçi VİDEO
22 Noyabr 2024 Nazirin dediyi 130 min boş iş yeri hardadır? - İqtisadçı ekspertdən açıqlama
22 Noyabr 2024 Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?
21 Noyabr 2024 Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir - AKTUAL
20 Noyabr 2024 Əmək pensiyaları yanvardan bu qədər artacaq
19 Noyabr 2024 Müəllimlərə təhsil kartı ilə güzəşt ediləcək yerlər AÇIQLANDI: geyim mağazaları, supermarketlər, restoranlar, nəqliyyat..
19 Noyabr 2024 Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
19 Noyabr 2024 Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
18 Noyabr 2024 Cənub rayonlarımız “qocalıb”?
17 Noyabr 2024 İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
17 Noyabr 2024 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
15 Noyabr 2024 Məhkəmə müstəvisinə çixdiği halda bu fakt artiq özü bir hüquqi xətadir
14 Noyabr 2024 Həqiqətən körpə uşağın "40"ı var? - Din və tibb nə deyir? (FOTO)
13 Noyabr 2024 Məktəb və universitetlərdə dəyişiklik başlayır: Öncə nədən?
13 Noyabr 2024 Mal-qarası tələf olan sahibkarlar necə və nə qədər sığorta ödənişi ala bilərlər?
13 Noyabr 2024 Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA

Dünyapress TV

Xəbər lenti