Ardını oxu...
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə

Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 87, mənzil 7-də yaşayan Tağıyev Əli Əlövsət oğlu tərəfindən

MÜRACİƏT

Cənab nazir, mən mətbuat vasitəsi ilə Sizə bildirirəm ki, təcili olaraq məni şəxsən özünüz qəbul edəsiniz. Sizin qəbulunuza düşməkdə məqsədim rəhbərlik etdiyiniz nazirliyin əsassız və qanunsuz əməlləri barədə Sizə məlumat verməkdir.
Ardını oxu...
Belə ki, aztəminatlı ailə olaraq ünvanlı dövlət sosial yardım almaq üçün 03.06.2023-cü il tarixində elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişik. Bu müraciətimiz VEMTAS tərəfindən qeydiyyata alınsada dərhal imtina verilib.ÜDSY-dən imtinaya səbəb kimi göstərilib ki, «Ailənin mülkiyyətində və istifadəsində nəqliyyat vasitəsinin olması (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla)» Həmin imtinanı bu ərizəmə əlavə edirəm.
Ardını oxu...

Rəhbərliki etdiyiniz nazirlik tərəfindən bizə verilmiş bu imtina əsassızdır.Ona görə ki, mən Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bizə verilmiş arayışda göstərilib ki, yoldaşımın adında umumiyyətlə maşın olmayıb. Həmin arayışlarıda ərizəmə əlavə edirəm. Mənim adımda olan maşın (1984-cü ilin buraxılışı, vaz 2102 markalı minik avtomobili) 2020-ci ilin iyul ayında satmışam başqa şəxsə. İmtinada göstərilən maşın tamamilə başqa maşındır. Belə ki, ailəmizə məxsus olan 01 BA 494 dövlət qeydiyyat nişanlı qaz-53 yük maşını göstərilib.

Ardını oxu...
Polis İdarəsindən bizə məlumat verdilər ki, bu maşın Tağıyev Əli Əlimirzə oğluna məxsusdur. Yəni bizim ad, soyadlarımız eynidir. Ata adlarımızı fərqlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin qurub-yaratdığı VEMTAS sistemi ata adları müxtəlif olan şəxsləri ayırd edə bilmir. Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin sistemindən çıxarılmış arayışları bu müraciətimə əlavə edirəm.
Ardını oxu...
Cənab nazir, mətbuat vasitəsi ilə Sizdən xahiş məni şəxsən özünüz təcili qəbul edəsiniz Əlimdə olan bu subutları Sizə təqdim edim.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Əlillərin, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər barədə Azərbaycan Respublikası Qanununvericiliyinin tələblərinə əməl etmək hər bir idarə, müəssisə və təşkilatların borcudur:
1. Qanunvericilyə əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər aşağıdakılardır: əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, məcburi köçkünlər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 18 yaşadək əlilliyi müəyyən edilmiş uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər.
2. Bu işçilər barədə Kvotanın miqdarı müvafiq inzibati ərazi vahidində əmək bazarındakı vəziyyətdən asılı olaraq, müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən (orta illik siyahı sayının 2,5 faizi əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün nəzərdə tutulmaqla) çox olmamaq şərti ilə müəyyən edilir.
3. İşəgötürənlər: Məşğulluq xidməti tərəfindən göndəriş verilmiş və sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri, onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyə borçludurlar.
4. İdarə, müəssisə və təşkilatlarda qanunla nəzərdə tutulam qaydada Kvotanın saxlamaq məqsədilə, ştatların ixtisarı və ya işçilərin sayının azaldılması zamanı, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən işçilərə üstünlük verməklə onları işdə saxlamaq və ya digər müvafiq işlə təmin etmək
5. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək, eyni zamanda sosial müdafiəyə xüsusi ehtiyacı olan, işə düzəlməkdə çətinlik çəkən digər işçilərini işə qəbul edilməsi və ya işdə saxlanılması Əmək Məcəlləsi üzrə işəgötürənin əsas vəzifələrindən biridir.
6. Məşğulluq xidməti tərəfindən göndəriş verilmiş, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməkdən imtina edən işəgötürənlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
7. Məşğulluq xidməti tərəfindən göndərilmiş və sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, yaxud dövlət büdcəsinə vəsait köçürülməməsinə görə: min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Azər Quliyev.
Teref.az
Ardını oxu...
Prezidentin, MM-in, KM-in, məhkəmənin ləğv edə bilmədiyi qərarı Filial necə ləğv edib?
İllərdir pensiya , sosial təminat hüququ ilə bağlı iki qurumun – son xidmət yerim olan DİN-lə ƏƏSMN-
in özbaşınalığı arasında yaşam uğrunda savaşdayam. DİN Maliyyə Plan İdarəsi “Hərbi qulluqçuların
pensiya təminatı haqqında” qanunun 15v , 23b maddələrinə əsasən, uyğun olaraq minimum
pensiyanın 300 və 100 faizi həcmində pensiyaya əlavəni, 58-ci maddə əsasında dolanışıq xərcləri
indeksinin dəyişməsi ilə bağlı pensiyamı yenidən hesablamayıb; ƏƏSMN tabeliyində DSMF ( Xüsusi
Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) pensiyam Fonda keçəndən sonra “Əmək pensiyaları haqqında”
qanunun 26.1 maddəsinə qarşı çıxaraq, DİN-də təyin edilən pensiyanı 45.10 manat azaldıb, 19-cu
maddəyə əsasən, 1-ci dərəcəli əlilə qulluğa görə 11 manat, 1-ci dərəcəli Qarabağ əlilinin pensiyasına
110 manat əlavəni hesablamaqdan imtina edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi (hakim Elçin
Məmmədov) 05.07.2017-ci il tarixli 2-1(81)-1889/17 saylı qərarla pensiyama 110 manat əlavənin
hesablanmalı olmasını qərara alıb və qərar 2023-cü ilin aprelinə kimi icra olunub.
Pensiyamın düzgün hesablanmamasından şikayətlərimə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə
Mərkəzi Filialın (XŞTÜMF) direktoru Şahin Əliyev 26.01.2023 tarixli, onun müavini Elnur Qurbanov
22.02.2023 tarixli eyni məzmunlu məktublarla pensiyamın məhkəmə qərarı ilə əlavə olunan 110
manatla birlikdə 1112.44 manat hesablandığını, 30 gün müddətində məhkəməyə müraciət etmək
hüququmu bildiriblər. 25.02.2023-cü ildə Bakı İnzibati Məhkəməsinə iddia təqdim edilib və martda
icraata götürülüb. Məhkəmə (hakim Bəhlul Cəlalov) mayın 2-ə hazırlıq iclası təyin edəndə, apreldən
pensiyama məhkəmə qərarı ilə əlavə olunan 110 manatı kəsməklə yenidən 138.79 manat azaldıb Ardını oxu...
973.65 manata salıblar. Özbaşınalığa baxın, XŞTÜMF rəsmi məktublarla məhkəmə qaydasında
hüququmu təmin etməyi bildirir, məhkəməyə müraciət edəndə isə pensiyamı daha da azaldır. Belədə
deyiblər, yumurtlamadı-yumurtlamadı, falı da yedi?
“Əmək pensiyaları haqqında” qanunun Qarabağ qaziləri ilə bağlı heç bir tələbinə əməl etməyən Filial ,
pensiyadan məbləğ tutmaqda da özbaşınalıq edir. Sözügedən qanunun 39-cu maddəsinə görə,
pensiyadan tutulma yalnız pensiyaçının razılığı ilə olmalıdır, razılıq olmadıqda məhkəmə yolu ilə
tutula bilər. Belə çıxır, pensiya ödəyən orqanın pensiya qanunvericiliyindən xəbəri yoxdur ?! Bəs
Konstitusiyadan necə? Konstitusiyanın 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından
çıxarılır və icrası məcburidir. Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş
məsuliyyətə səbəb olur.
Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Konstitusiyaya hörmətsizliyi o həddədir ki,
PREZİDENTİN, MİLLİ MƏCLİSİN, KONSTİTUSİYA MƏHKƏMƏSİNİN, MƏHKƏMƏ HAKİMİYYƏTİNİN LƏĞV
EDƏ BİLMƏDİYİ MƏHKƏMƏ QƏRARINI LƏĞV EDİR?! Bunun bir adı var: ÖZBAŞINALIQ!
Hələ ki özbaşınalıq sürür...
Məğrur Bədəlsoy
 
Ardını oxu...
QAZİ kimi mənzil qeydiyyatına alınmam üçün 2008-ci ildə müvafiq sənədləri toplayaraq Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etdim və oradan da mənə Nazir müavini Qadir Əliyevin imzası ilə mənzil qeydiyyatına alınmam barədə müvafiq cavab verildi.Sonrakı illər də növbəm ilə maraqlananda mənə başdan sovdu cavablar verilirdi...Şikayət etdim əvəzində oğlumun işdən çıxarılması ilə təhdid etdilər və məni dövlətimuzə və dövlətçiliyimizə qarşı narahat adam kimi tanıtmağa başladılar. HALBU Kİ, MƏN BU DÖVLƏT VƏ MİLLƏT ÜÇÜN 1990-cı ilə qədər qulluq etdiyim Rusiyada bütün şəraitimi,o cümlədən xidməti karyeramı ataraq vətənin müdafiəsinə gəldim və bu yolda vuruşaraq Qazi oldum.Ən nəhayət oğlumu işlədiyi Sədərək rayon İcra Hakimiyyətində heç bir səbəb olmadan işdən çıxardılar...Son zamanlar məlum oldu ki, Naxçıvan MR ƏƏSM Nazirliyində mənim qeydiyyatım olmayıb və yoxdur.Onlar mənə yenidən mənzil qeydiyyatına alınmam üçün Şərur rayon İH müraciət etməmi tövsiyə etdilər...Sağ olsunlar Şərur rayon İcra Hakimiyyətinin şöbə müdiri Ceyhun müəllim və müvafiq əməkdaşları müraciətimə operativ olaraq baxıldılar. Şərur rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı verilərək mənzil qeydiyyatına alınmam üçün sənədlər yenidən NAXÇIVAN MR ƏƏSM Nazirliyinə göndərildi... Məni incidən bax bu 15 ilin haqsızlığıdır.Oğlumun haqsız olaraq işdən çıxarılmasıdır...İndi mən bir 15 ildə gözləməliyəm ki, mənzil ala biləm. Amma bunlar unudurlar ki, bu gün mənim 66 yaşım var və nəinki,15 il heç 15 gün belə yaşamağa ümid yoxdur...
Vidadi Kərimbəyli
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
“Aylıq 300-400 manat əmək haqqı alan kasıb adam niyə istirahət mərkəzinə gedib istirahət etməlidir ki? Ümumiyyətlə, 300-400 manat alan adamlarına yadına belə yerlərdə istirahət etmək düşür? Onlar ancaq axşam evə gedəndə nə yeyə biləcəyi haqqında düşünür”.

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli istirahət mərkəzlərinin qiymətindən danışarkən deyib. Ekspertin fikirincə, kasıb işləməli, gəlirlərini artırmalıdır:

“Kasıb varlı kimi istirahət edəcəksə, varlı ilə kasıbın nə fərq olacaq ki? Sahibkarlar istirahət mərkəzlərinə istədiyi qiyməti təyin edə bilər, heç kim qiymətin enməsi ilə bağlı sahibkara tapşırıq verə bilməz. Hamının dincəlməsi üçün yeganə ümid hökumətin minumum əmək haqqını artırmasından keçir”.

Xalid Kərimli istirahət mərkəzlərinin əksəriyyətinin özəl, şəxsi kapitalla qurulan biznes olduğunu vurğulayıb:

“İstirahət mərkəzlərinin tikilməsi üçün sahibkarlar bəlkə də milyonlarla pul xərcləyirlər. Bundan əlavə orada mərkəzin əməkdaşları işləyir, onların əmək haqqı, kommunal, vergi və s. xərcləri də var. İstirahət mərkəzləri sosial, xeyriyyə obyektləri deyil, sahibkarlar oradan pul qazanmalıdır. Bu gün Azərbaycanda orta aylıq əmək haqqı 900 manatdır. Hərə öz büdcəsinə görə ayağını uzatmalıdır. Elə istirahət mərkəzləri var ki, günü 250 manat təşkil edir”.
Ardını oxu...
Bir-iki gün əvvəl Gəncədə idim. Bakıdan sonra ən çox rusca danışılan şəhərin Gəncə olduğunu hələ sovet dövründən bilirdim. Burada sanki "biz də urusca bilirik, Bakıdan əskik döyülük" kimi kompleksləri o vaxtdan müşahidə etmişdim.
Bu son dəfələrdə isə Bakıdan sonra ən çox it, yəni bahalı, baxımlı əyləncə itləri gəzdirilən şəhərin Gəncə olduğunu gördüm... görünür bu məsələdə də "əskik döyülük..." şüuru rol oynayır...
Bu dəfə gördüyümü isə heç görməmişdim.
Çox əziz bir insanın qonağı idik. Məclisdə Gəncədən, Bakıdan, Moskvadan qonaqlar vardı. Bir də ata türk (azərbaycanlı), ana rus olan, Moskvada doğulub böyüyən Gəncə əsilli gözəl balalar... on yaşın altında oğlanlar... onaltı yaşlı qız... onların heç biri - Türk tarixi qəhrəmanlarının adlarını daşıyan bu balaca igidlərin heç biri ata dilini bilmirdilər... ənənəvi olaraq...
Gəncədən olan ailənin iki oğlu da qonaqlar arasında idi... onlar da rusca danışırdılar... Söhbətin əvvəli haradan başladı bilmədim... Gəncəli uşaqların anası rus qadına dedi:
- Yox, başa düşürlər, ancaq yaxşı bilmirlər, aksentlə danışırlar.
Görünürdü ki, bu "aksent" məsələsi ananın qürur mənbəyidir.
Bu qüruru üzündə ifadə edən qadının özü də rusca "aksentlə" danışırdı, hiss olunurdu ki, rus dili onun işlək dili deyil.
Moskvalı qadın russayağı "arvad" çılğınlığı ilə dedi:
-Necə yəni?! Bu uşaqlar azərbaycanlıdırlar, Azərbaycanda yaşayırlar və Azərbaycan dilini bilmirlər... mən bunu başa düşmürəm... bu, nə deməkdi?!
Gənc qadın, xoş simalı, göyçək, gəncəli ana rus qadının etirazına incə-incə gülümsünməkdə, bəzi izahlar verməkdə idi...
Həmin gün, həmin məclisdə axşama kimi o rus qadın soyuq mavi gözlərini bərəldib bəlkə dörd-beş dəfə səsini qaldıraraq eyni söhbətə qayıtdı:
- Mən heç cür anlaya bilmirəm... Necə ola bilər ki azərbaycanlı Azərbaycanda doğulur, böyüyür, yaşayır və Azərbaycan dilini bilmir? Mən bunu anlamıram... bu necə olur?
Gənc qadın isə gülə-gülə: "onlar böyüyüb Rusiyaya gedəcəklər" dedi.
Rus qadın bir az da coşdu:
- Qətiyyən anlamıram! Axı bu uşaqlar Azərbaycanda yaşayır... azərbaycanlıdırlar...
Gənc qadın yenə incə-incə gülür və rusun hayqıran soruları qarşısında qısıq səslə izahlar verirdi. Onun dediklərinin bəzilərini eşidir, bəzilərini eşitmirdim. Məsafəli oturmuşduq... rusun səsi isə aləmi başına götürmüşdü...
Olaya uzaqdan tamaşa edirdim...
Məni bilirsiniz nə maraqlandırırdı? Gənc qadın rus qadının hayqıraraq söylədiyi bu ağır sualları qarşısında, görəsən, hansı hissləri keçirir? Ümuniyyətlə, hər hansı bir hiss, rahatsızlıq, utanc yaşayırmı?
Çox istəyərdim bunu ondan soruşum.
Amma belə bir fürsətim olmadı... uzaqdan gördüyüm isə həyat verib böyütdüyü oğullarına ana dilini, dövlət dilini öyrətməyi lazımsız hesab edən, "aksent" sevinci yaşayan bir qadının... nə analığını, nə vətəndaşlığını, nə kimliyin idrak etmiş birinin məmnun təbəssümü idi...
Mehriban Vezir
Teref.az
Ardını oxu...
Bu şərtlər, əmək hüquqları pozulmuş hər bir işçinin bilməsi üçün vacib olan şərtlərdir:
1. Əmək hüquqlarınızın pozulmasında əsas şərt: əmək münasibətlərində işəgötürən tərəfindən sizə qarşı həqiqətən əmək qanunvericiliyinin tələblərinin pozulması halları baş verməlidir.
2. Pozulmuş əmək hüquqlarınızın bərpasında imkanınız və gücünüz çatan səviyyədə mübarizə aparmaq və bütün qanuni yollardan istifadə etmək.
3. Hüququnu müdafiə etməklə işçi məhkəmə qərarı ilə öz əmək hüquqlarını tam bərpa edə bilər.
4. Məhkəmə qərarı ilə dəymiş ziyanın (maddi və mənəvi) ödənilməsinə nail ola bilərsiniz.
5. Məhkəmə qərarı ilə iddianızı qismən də olsa təmin edə bilərsiniz.
6. İşəgötürənlə qarşılıqlı razılıq əsasında iddia tələbləriniz barədə qismən də olsa razılıq əldə edə bilərsiniz.
7. İddia tələbləri hətta qanunsuz olaraq təmin edilmədikdə belə, haqqım üçün əlimdən gələni etdim deyə özünüzü rahat hiss edə bilərsiniz.
8. Əmək hüquqlarını müdafiə etmək üçün əsas şərtlərdən biri də əmək qanunvericiliyini bilən hüquqşünas və vəkilin hüquqi xidmətlərindən istifadə edilməsidir.
9. İddia tələblərinin qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmasıdır.
10. Əmək hüquqlarının bərpa olunması uzun bir prosesdir, həmkarlar təşkilatı, məhkəməyə qədər, mediasiya prosesi, məhkəmələr və s. Hər hansı bir mərhələdə uğursuzluqdan həvəsdən düşməmək və yekun məhkəmə qərarı qəbul edilənədək öz haqqınızı müdafiə etmək.
11. Əmək hüquqlarınızın bərpa olunması üçün əsas şərtlərdən biri də sizin öz mübarizənizdə haqlı olmağınız, haqlı olmağınıza inanmaq, heç bir çətinlikdən qorxmadan prinsipial mübarizə aparmağınızdır.
12.Mediasiya prosesində mübahisənin İşəgötürənlə sülh yolu ilə həll olunmasıns nail ola bilərsiniz.
13. Yekun olaraq nəzərə lazımdır ki, əmək hüquqlarınızı pozan işəgötürən də güclüdür, müəyyən maddi və digər əlaqələrə malikdir, hüquqşünas, kadr, iqtisadçı və sair kimi mütəxəssislərə malikdir, öz müdafiənizi düzgün qurmadıqda uğur qazana bilmək şansınız da azalmış olur.
Praktikaya və təcrübəmə əsasən deyirəm, tam olmasada, öz əmək hüquqlarını axıra qədər prinsipial müdafiə edən işçilərin əksəriyyəti bu hüquqlarını bərpa etmıyə nail olur.
Azər Quliyev.
 
Ardını oxu...
Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazrliyi ötən həftə məlumat yayaraq, 650 nəfər əlilə ümumilikdə 70 min manatdan artıq birdəfəlik yardım verildiyini bildirmişdi. Sakinlər tərəfindən redaksiyamıza daxil olan çoxsaylı təkzib müraciətlərindən sonra, Naxçıvanda qeydiyyatda olan birinci dərəcəli əlillər arasında müxtəlif vasitələrlə sorğu keçirdik. Məlum oldu ki, sorğuda iştirak edən 100 nəfər əlilin heç birinə bu yardımdan verilməyib. Halbuki, nazirlik məlumatında H. Əliyevin 100 illiyi münasibəti ilə baş tutan bu aksiyada müxtəlif dərəcəli 105 əlilə 200 manat, 514-ünə 100 manat, bir nəfərə isə 500 manat yardım verdiyini iddia edirdi.
Sorğuda iştirak edənlərin cavablarından belə məlum olur ki, tək onlar yox, ətrafda tanıdıqları digər əlillər də adı çəkilən yardımdan bəhrələnməyib. Digərləri kimi birinci qrup əlil olan Y. Babayev də onlara ayrılan yardımların mənimsənildiyini iddia edir:
“Belə bir yardım haqda birinci dəfədir ki, sizdən eşidirəm. Tanıdığım çoxsaylı əlillərin də heç biri belə bir yardım almayıb. Alsaydılar, xəbərimiz olardı. Çünki, belə bir şey olsa mütləq bir-birimizə xəbər verərdik. Mən özüm ağır dializ xəstəsiyəm. Əgər yardım verilirsə, birinci növbədə mənim kimi xəstələr nəzərə alınmalı idi. Mənim müalicəm üçün xeyli vəsait lazımdır, imkanımız çatmır, borc-xərc edirik. Dəfələrlə həmin nazirliyə müraciət etsəm də, nəticəsi olmayıb. Sonuncu dəfə iki həftə öncə müraciət etmişəm. Yardım verirdilərsə, niyə nəzərə almayıblar? Belə çıxır ki, nazrlik yardım adı altında bizə ayrılan 70 min manatı mənimsəyib“.
Yataq xəstəsi olan birinci qrup əlil Şərur rayon sakini F. Cəfərov da tanıdığı xeyli sayda əlilin bu yardımı almadığını bildirir:
“Yalan söhbətdir. Tanıdığım 10-larla əlil var, heç birinə yardım verilməyib. Bu birinci dəfə deyil. Ehtiyacı olmayan öz adamlarının adına yazıb, pulları mənimsəyirlər“.
Naxçıvan şəhər sakini S. Musayev isə deyir ki, iki həftə öncə pul yox, küçədə əlillər üçün ərzaq yardımının paylandığını eşidib. Ancaq, vəsiqəsini götürüb, hadisə yerinə gedib çatana kimi yardım bitib:
“Dedilər ki, Naxçıvan MR Prokurorluğunun qarşısında əlillərə ərzaq paylayırlar. Cəmi 10-15 bağlama olub. Mən çatdım ki, qurtarıb. Bağlamanın hər birinin içində iki makaron, iki litr duru yağ, düyü, çay və qənd olub. Demək olar ki, şəhərdəki bütün əlilləri tanıyıram. Heç kimə bir manat da olsun yardım verilməyib. Belə bir yardım haqda da eşitməmişik. Varsa da özləri mənimsəyib”.
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazrliyi ilə əlaqə saxlasaq da, əlillərin iddiaları ilə bağlı cavab ala bilmədik. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
 
Ardını oxu...
“Cərimələrin artırılması, əslində, vətəndaş üçün böyük bir yükdür. Bu səviyyədə cərimə artırılmaz. Çünki bu, doğru bir yanaşma deyil. Ona görə ki, cəriməni həddən artıq sərtləşdirəndə bu pul vətəndaşın cibindən çıxır. Vətəndaş yoxsullaşanda isə dövlət yoxsullaşır. Mən bu prinsipin əleyhinəyəm”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yol hərəkəti ilə bağlı cərimələrin artırılması məsələsinə münasibət bildirib.

Xatırladaq ki, yol hərəkəti qanunlarının pozulması ilə əlaqədar cərimələrin 5 dəfədən çox artırılması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri cərimə məbləğlərinin fantastik şəkildə artırılmasının əleyhinə olduqlarını söyləyiblər.

Məlumat üçün qeyd edək ki, avtomobil yollarının saxlanılması və qorunması qaydalarının (38.1) pozulmasına görə cərimələr yeni layihəyə əsasən, 5 dəfədən çox artırılıb.

Məsələn, məcəllənin hazırkı variantında vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər isə 1.000 manatdan 2.000 manatadək məbləğdə cərimə edilirsə, dəyişikliklərə əsasən, vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər isə 2.000 manatdan 3.000 manatadək məbləğdə cərimə olunacaq.

Öz növbəsində, F.Mustafa söyləyib ki, son illər bu tendensiya daha da sürətlənməkdədir və ayrı-ayrı yerlərdə vəsait azlığı vətəndaş üzərindən edilməyə yönəlir:

“Bu da yanlış bir yanaşmadır. Əksinə, bacardıqca, vətəndaşın yükünü azaltmaq lazımdır. Yoxsa ki, hər şeyə rüsum, hər şeyə cərimə, ödəniş - bu, artıq normal yaşam imkanlarından kənara çıxır”.

“Biri var, vətəndaş zəngin yaşaya, bu, başqa məsələ. Məsələn, ABŞ-da səhiyyə xərci adambaşına 10 min dollardır. Bizdə isə sadəcə 100 dollar. Əgər bir adam müalicəsi üçün normal dərman ala bilmirsə, yaxud həkimə gedə bilmirsə, bunun adı nədir?! Buna görə də bu kimi cərimələr vətəndaşlara çox böyük ziyan vurur. Qısası, cərimələrin bu qədər artırılması prinsipinin əleyhinəyəm”, - deputat fikirlərini tamamlayıb.
Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirakı günlərdir ölkəsində müzakirə olunur. Ermənilər bununla bağlı ən müxtəlif iddialar irəli sürürlər. Siz Paşinyanın bu gözlənilməz addımı ilə bağlı hansı fikirdəsiniz?

- Əvvəla, bu bir dəvət səfəri idi. Paşinyan bir qonşu ölkənin hökumət başçısı kimi Türkiyəyə dəvət olunmuşdu, o da bunu qəbul edərək Türkiyə prezidentinin andiçmə mərasimində iştirak etdi. Bu həm Türkiyənin yeni seçilən prezidentinə legitim münasibət, həm də gələcək münasibətlərin bərpası yönündə atılmış ciddi bir təməldir. Paşinyan Ermənistan hökumətinin başçısı kimi dolayı yolla nümayiş etdirdi ki, bütün düşmənçiliyi unudaraq normal qonşuluq münasibətləri qurmağa hazırdır. Məncə, verilən mesajlardan biri də bu idi.

Qənaətimə görə, Paşinyan Ermənistanın bütün siyasi çevrələrindəki şəxslərdən fərqli olaraq düşünür ki, Ermənistanın gələcəyi nə İran, nə Rusiya, nə digər ölkələrlə münasibətlərdən keçir. Buna görə də Qərbə inteqrasiya xəttini götürən Nikol Paşinyan bu yolun Türkiyədən keçdiyini anlayır. Bu səbəbdən də regionun əsas strateji ölkəsi olan iki türk dövləti – Türkiyə və Azərbaycanla normal münasibətlər qurmaq istəyir. Əlbəttə, buna mane olmağa çalışan daxili və xarici amillər var. Birincisi, daxili ictimai rəydir, ikincisi də Rusiyanın Ermənistandakı “5-ci kolon”u və “Qarabağ klanı”dır. Artıq görürük ki, Paşinyan ictimai rəyi buna hazırlamaq üçünü ciddi təbliğat sistemi qurub.

Moskva görüşü öncəsi səsləndirilən sərt bəyanatların mahiyyəti bu idi ki, Azərbaycanla sülhün yeganə alternativi müharibədir. Yəni demək istəyir ki, əgər sülh istəmirlərsə, hər bir erməni ailəsi öz övladını növbəti müharibəyə hazırlamalıdır. Paşinyan da anlayır ki, erməni xalqı yeni müharibəyə hazır deyil. Buna görə də çox seçim qoymur - ya sülh, ya müharibə. Ermənistanın ictimai rəyi buna uzunmüddətli dirəniş göstərə bilməz. Müxalifət bunu “düşmənçilik” kimi qəbul edir, Paşinyanı xalqa “satqın” kimi göstərməyə çalışır və insanları müqavimətə çağırır. Bu qondarma prosesin içində din xadimləri, erməni kilsəsi də iştirak edir. Amma biz Paşinyan hökumətinə qarşı kütləvi etiraz görmürük. Bu da onu göstərir ki, Paşinyan təbliğat baxımından istəyinə nail ola biləcək.

Artıq ictimai rəyi hazırlayan bəyanatlar və sərt anti-Rusiya açıqlamaları verilir, Qarabağın Azərbaycan ərazisi olduğu vurğulanır və sülh müqaviləsinin imzalanacağı mesajları bəyan edilir. Yəni Ermənistanda ictimai rəy sülhə hazırlanır. Digər yandan da Türkiyə ilə münasibətlərin bərpasına yönəlik ciddi bir jest edilir. Hədəf də əhatəli sülhə nail olmaqdır.

- Ermənistandan Rusiyaya yönəlik sərt və açıq mesajlara diqqət çəkdiniz. Necə düşünürsünüz: Ermənistanın Rusiyadan aralanması üçün münbit zəmin varmı?

- Ermənistanın Rusiyadan uzaqlaşması üçün ciddi cəhdləri var. İrəvan Kremlin Azərbaycanla sülh prosesində yer almasını da istəmir. Digər yandan, KTMT-dən uzaqlaşır, artıq Ermənistanın KTMT-nin heç bir toplantısında birinci şəxs səviyyəsində iştirak etmir, bu qurumun qəbul etdiyi sənədləri imzalamaqdan imtina edir. KTMT-nin hərbi təlimlərindən də yayınırlar. Artıq KTMT-dən çıxmaq məsələsi açıq formada qoyulub.

Ermənistan 10 noyabr anlaşmasının 9-cu bəndindən imtina etdi. 9-cu bənddə deyilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılacaq yollara Rusiyanın sərhəd qoşunları nəzarət etməlidir. Ermənistan bu ifadədən imtina etdiyini açıqladı. Ermənistan bütün sərhədlərinin öz sərhəd qoşunları tərəfindən qorunmasının vacibliyini bildirir. Yəni Rusiyanı prosesdən uzaqlaşdırmağa çalışır. Bu da o deməkdir ki, tədricən Ermənistanın İran və Türkiyə ilə sərhədlərindəki Rusiya sərhəd qoşunları çıxarılacaq. Buna hazırlıq gedir. Bu da mərkəzdənqaçma prosesinin ən açıq nümunələrindən biridir.

Nəhayət, Ermənistan Rusiyanın Qarabağdakı sülhməramlı kontingetindən narazıdır və açıq şəkildə onları tənqid edir. Bu o deməkdir ki, Ermənistan ciddi şəkildə Rusiyadan uzaqlaşır. Paşinyan son Moskva görüşündə də göstərdi ki, Rusiya platformasında hansısa anlaşmanın əldə edilməsini istəmir. Liderlərin üçtərəfli görüşünün cəmi 20 dəqiqə çəkməsi də bunu göstərdi. Rusiyadan sürətlə uzaqlaşan bir Ermənistan görürük. İstəyir Paşinyanın öz təşəbbüsü, istəyir Qərbin təhriki ilə olsun, əsas budur ki, bu proses gedir.

Sülh müqaviləsinin imzalanmasından, Qarabağın dağlıq hissəsindəki erməni qanunsuz silahlı birləşmələrin çıxarılmasından və separatçı rejimin ləğv edilməsindən sonra növbə Rusiyanın Ermənistandakı hərbi bazalarına çatacaq. Bu gəlişmə Rusiyanın bu ölkədəki bazalarının çıxarılmasını tətikləyəcək. Əslində, Rusiyanı narahat edən ən ciddi məsələlərdən biri budur. Çünki rus qoşunlarının Azərbaycanla (Qarabağ) yanaşı, Ermənistandan çıxarılması da Rusiyanın bütövlükdə Cənubi Qafqazdan çıxarılması anlamına gəlir.

- Xarici işlər nazirlərinin növbəti Vaşinqton görüşündən, ABŞ-ın vasitəçiliyindən gözləntiniz necədir?

- Düşünürəm ki, ABŞ-ın öz əlini daşın altına qoyması və təşəbbüsü ələ alması Fransanın dağıdıcı fəaliyyətinin qarşısını almağa hesablanıb. Çünki Kişinyovdakı görüşdə Makronun öz dağıdıcı missiyasını davam etdirdiyini gördük. Diqqətçəkən bir məqam da Almaniyanın prosesə qoşulmasıdır. Yanlış olaraq düşünürlər ki, Almaniya Fransaya qarşı bir balans üçün bura daxil edilib. Bu belə deyil. Zənnimcə, bir “xristian klubu”nun müsəlman Azərbaycanına qarşı danışıqlar aparması sülh prosesinə töhfə vermir. Əlbəttə, Azərbaycan bununla razı ola bilməz. Kişinyovda elementar bir bəyanatın imzalanmaması da bunu ortaya qoydu. Buna görə də ABŞ Vaşinqton və Brüsseldə əldə edilmiş anlaşmalar, mövqelərin yaxınlaşması çərçivəsində geridönməz proses yaratmaq istəyir. Ən azı ərazi bütövlüyünün qarşılıqlı tanınması və Qarabağ məsələsinin birdəfəlik həllinin formulunun tapılmasına cəhd edir.

ABŞ Dövlət Departamenti Azərbaycan prezidentinin Moskva görüşündən öncə separatçı rejimin özünü buraxacağı təqdirdə amnistiyaya düşə biləcəyi ilə bağlı bəyanatını təqdir etdiyini açıqladı. Bu da o deməkdir ki, ABŞ həllin bu formulunu dəstəkləyir. Bu da Azərbaycanın mövqeyini gücləndirən amildir. Əslində, sülh müqaviləsinin imzalanmasını çətinləşdirən məsələ Qarabağla əlaqəlidir. Bu məsələ tam həll olunmalı və Ermənistan öz mövqeyini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təsdiqləməlidir ki, sülh müqaviləsi sürətlə imzalansın.

Sərhədlərin delimitasiyasına gəlincə, bu, uzunmüddətli məsələdir. Bunu illərlə danışıb, ayırıcı xətləri müəyyən etmək mümkündür. Məsələn, bu gün də Azərbaycan və Gürcüstan sərhəd məsələsini müzakirə edir. Ermənistanla da edə bilərik. Ona görə də sülh müqaviləsi ilə bağlı açar məsələ Qarabağla bağlıdır. Ermənistan ərazimizə əsassız iddiaya son qoyduğunu rəsmən təsdiqləməlidir ki, bu sazişi imzalamaq mümkün olsun. Bunun üçün də Ermənistanın Qarabağın dağlıq hissəsində qalan qoşunları çıxarılmalıdır. Ermənistan bu addımı atsa, məsələləri çözmək daha asan olacaq. Bunun alternativini isə Ermənistanla yanaşı, onun havadarları, Rusiya və Qərb də bilir. Azərbaycan bu prosesin uzun çəkməsinə uzun müddət dözməyəcək. Necə ki Laçın yolunda sərhəd-buraxılış məntəqəsini özümüz qoyduq, qalan məsələləri də birtərəfli qaydada beynəlxalq hüquq normaları çərçivəsində özümüz həll edə bilərik. Əvvəl antiterror əməliyyatları, sonra separatçı rejimin ləğvi və sair.

Azərbaycan bu addımları özü atsa, ABŞ-ın, ümumən Qərbin bu prosesdəki mövqeləri zəifləyəcək. Əlbəttə, ABŞ da, Avropa Birliyi də bunu istəməz. İndi ABŞ-ın imkanı var, bu imkanı fürsətə çevirə bilsə, prosesi finişə çatdırmaq mümkün olacaq.
 

Ardını oxu...
Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev növbəti tədris ilindən 6-cı siniflərdə “Təbiət” fənninin tədris ediləcəyi, əvəzində isə biologiya və fizikanın tədris olunmayacağını deyib.

Elm və Təhsil Nazirliyindən mətbuata bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinə əsasən, ümumi təhsilin səviyyələri üzrə tədris olunan fənlərin siyahısında müəyyən dəyişikliklər edilib: “Ümumi orta təhsil səviyyəsindən “Həyat bilgisi” fənni çıxarılaraq “Təbiət” fənni əlavə edilib.

2022-2023-cü dərs ilində ölkənin bütün V siniflərində təbiət fənni tədris olunub. 2023-2024-cü dərs ilində bütün VI siniflərdə “Təbiət” fənninin tədrisinin davam etdirilməsi nəzərdə tutulur. “Təbiət” fənninin məzmununa fizika, kimya və biologiya fənləri üzrə ilkin biliklər daxil edilib. İnteqrativ məzmunlu bu fənn VII siniflərdə tədris olunacaq fizika, kimya və biologiya fənlərinə keçid xarakteri daşıyır”.

Qeyd edilib ki, V-VI siniflərdə təbiət fənni tədris edilmiş şagirdlər IX və XI siniflərə çatdıqda müvafiq imtahanların proqramları da onların təhsil aldığı standart və mövzulara uyğunlaşdırılacaq.

Qeyd edək ki, VI siniflərdə “Təbiət” fənninin tədrisi, əvəzində isə biologiya və fizikanın tədris olunmayacağı fikri birmənalı qarşılanmayıb.

Yeni fənnin tədrisi şagirdlərin dərs yükünün azaldılmasında müsbət addım olsa da, həmin fənləri hansı fənn müəlliminin tədris edəcəyi, müəllimlərin dərs yükünün azalacağı müzakirə edilir?

DİA.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirib ki, bu proses ötən ildən başlanılıb və V-VI siniflərində “Həyat bilgisi”nin əvəzinə “Təbiət” fənni tədris olunur:

“VI sinifdə “Həyat bilgisi” ilə yanaşı, biologiya, fizika, coğrafiya fənləri də burada öz əksini tapıb. Dərslik çox yüksək keyfiyyətlə, Sinqapur modelinə uyğun olaraq hazırlanıb. Bütün dünyada fənlərin istiqamətlər üzrə tədrisinə üstünlük verilir. Ancaq bu, o demək deyil ki, bizdə fizika, kimya, biologiya fənləri artıq tədris olunmayacaq. V-VI sinifdən həmin fənlər haqqında ilkin təsəvvürlər yaradacaq mövzular salınıb.

VII sinifdən isə dərsliyə davam edəcək. Ancaq problem ondadır ki, bunu kim tədris edəcək? Fizika, kimya, biologiya müəllimi tədris edəcək? Çox güman ki, yenə fizika, kmya, biologiya müəllimləri tədris edəcəklər”.

O bildirib ki, ümumilikdə isə yalnış anlaşma olub:

“Fənlər ləğv olunmur. VI sinifdə fənlər birləşdiriləcək və orada fizika, kimya, biologiyadan da mövzular var. Problem həmin fənni tədris edəcək müəllimlərin olmamasıdır. Yaxud da kim olması ilə bağlı bir həftəlik təlimlər lazım olan keyfiyyəti verməyəcək.

İstər-istəməz həmin dərslik Azərbaycan məktəblərində keçirilən dərsliklərə nisbətən daha keyfiyyətlidir. Ancaq fənni kimin tədris edəcəyi ilə bağlı məsələ problemlidir, kadr yoxdur. Müəllim bir fənni tədris etsə, digər fənn qalacaq. Orada eyni zamanda bir neçə fəndən mövzu var. Ümumilikdə isə “Təbiət” fənnində adıçıkilən fənlərlə bağlı ilkin təsəvvür yaradan mövzular var. Arzu edərdim ki, digər dərsliklər də həmin dərslik keyfiyyətində olsun”.

Dünyapress TV

Xəbər lenti