Ardını oxu...
2024-cü ildə Azərbaycanda dəniz nəqliyyatı ilə 2 milyard 647,6 milyon ABŞ dolları dəyərində 2 milyon 807,5 min ton yük daşınıb.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 37,5 % və 1,7 % çoxdur.

Ötən il dəniz nəqliyyatı ilə 97,2 milyon ABŞ dolları (əvvəlki ilə nisbətən 46,7 % az) dəyərində 95,5 min ton (21 % çox) yük ixrac edilib, 2 milyard 550,4 milyon ABŞ dolları (7,4 % çox) dəyərində 2 milyon 712 min ton yük (46,3 % çox) yük idxal olunub.
 
Ardını oxu...
2024-cü ildə Azərbaycanda avtomobil nəqliyyatı ilə 12 milyard 508,3 milyon ABŞ dolları dəyərində 5 milyon 916 min ton yük beynəlxalq yük daşımaları həyata keçirilib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 3,3 % və 9 % çoxdur.

Ötən il avtomobil nəqliyyatı ilə 10 milyard 404,5 milyon ABŞ dolları (əvvəlki ilə nisbətən 1,3 % çox) dəyərində 3 milyon 592,4 min ton (5,7 % çox) yük idxal edilib, 2 milyard 103,8 milyon ABŞ dolları (15 % çox) dəyərində 2 milyon 323,6 min ton (14,6 % çox) yük ixrac olunub.
 
Ardını oxu...
“Azərbaycanda korrupsiya bəzi orqanların bütün pillələrini əhatə edən sistemli bir problemdir. Dövlət subsidiyalarının təyinatına uyğun istifadə edilməməsi isə korrupsiyanın ən bariz nümunələrindən biridir. Subsidiyalar kənd təsərrüfatından tutmuş digər sahələrə qədər məqsədəuyğun istiqamətlərdə xərclənmir. Əksinə, bəzi məmurlar bu vəsaitləri şəxsi maraqları üçün istifadə edirlər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

ADP lideri Hesablama Palatasının “Bakı Metropoliteni” QSC-də apardığı audit nəticəsində sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırılması ilə bağlı yaydığı informasiyaları şərh edib.
Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, sərnişindaşıma fəaliyyəti üzrə subsidiyalar düzgün tənzimlənməyib:

“Belə ki, yaranan sərbəst vəsaitlər əsaslandırılmadan muzdlu işçilərə fərdi mükafat adı ilə ödənilib. Bu ödənişlər gəlirdən çıxılan xərclərə aid edilərək sərnişindaşıma xidmətlərinin maya dəyərinin artmasına səbəb olub”.

Mövzu ilə bağlı fikirlərini bölüşən S. Cəlaloğlu ilə bildirib ki, “Bakı Metropoliteni” QSC-nin sabiq mərhum rəhbəri Tağı Əhmədovdan sonra sözügedən vəzifəyə gələn Zaur Hüseynovun dövründə bu kimi hallar metroda çoxluq təşkil edib:

“Dövlətin ayırdığı subsidiyalar saxta sənədlərlə mənimsənilir. Bu mənimsəmə yalnız bir sahəyə deyil, demək olar ki, bir sıra sektorlara sirayət edib. Bakı metrosunda da korrupsiya faktları geniş yayılıb. Bir çox rəhbər şəxsin dövlət vəsaitlərini şəxsi maraqlarına yönəltdiyi məlumdur. Bundan əvvəl metro rəhbərlərindən birinin milyonlarla rüşvət aldığı və bu psixologiya ilə fəaliyyət göstərdiyi bildirilib. Korrupsiyanın bu cür sistemli xarakter daşıması dövlət qurumlarını şəxsi obyekt kimi idarəetmə mentalitetindən qaynaqlanır”.

S. Cəlaloğluna görə, korrupsiya ilə məşğul olan şəxslərin çox yüngül cəzalarla azadlığa buraxılması, digərlərinə də eyni yolu izləmək üçün stimul verir:

“Bu proses dövlət büdcəsinin talan edilməsi, əhalinin kasıblaşması və xalqla dövlət arasında ziddiyyətlərin dərinləşməsi ilə nəticələnir. Mənə elə gəlir ki, hesablama Palatası, Baş Prokurorluq, maliyyə nəzarəti orqanları və digər qurumlar bu cür korrupsiya halları ilə bağlı vaxtında müdaxilə etsələr, bu kimi qurumlar da öz fəaliyyətinə çəki-düzən verərlər”.
 
Ardını oxu...
Dünyanın ən zəngin insanı Şimali Amerika-da yaşayır.

İndex.az xəbər verir ki, “Space X” və “Tesla” kimj böyük şirkətlərin sahibi İlon Mask 454,1 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı insanıdır.

TEREF müxtəlif qitələrin ən varlı insanlarını sizə təqdim edir:

1.
Ardını oxu...
ABŞ prezidenti Donald Tramp bir daha bəyan edib ki, qlobal neft qiymətləri yüksək olaraq qaldıqca, Ukraynadakı münaqişə asanlıqla həll edilməyəcək.

APA xəbər verir ki, Tramp bu barədə Ukrayna münaqişəsinə münasibət bildirərkən danışıb.

Xatırladaq ki, bir gün əvvəl də amerikalı siyasətçi ilk dəfə olaraq xammalın qiymətləri ilə münaqişə arasında əlaqə olduğunu açıqlamışdı.

O həmçinin neft hasilatını artırmaq üçün OPEC+ və Səudiyyə Ərəbistanına müraciət etmək planı olduğunu açıqlayıb.
 
          
Ardını oxu...
Ukrayna üzərindən Rusiya qazının tranziti məsələsi Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin (XİN) 27 yanvar tarixli iclasında qaldırıla bilər.

“Report” xəbər verir ki, bu barədə Brüsseldə yüksək səviyyəli avropalı mənbə jurnalistlərə bildirib.

"Mən istisna etmirəm ki, bu məsələ bir nazir tərəfindən qaldırıla bilər. Lakin əvvəllər biz Slovakiya və Macarıstanla əlaqə saxlamışıq və belə nəticəyə gəlmişik ki, tranzitin dayandırılması onların enerji təhlükəsizliyinə təhlükə yaratmır", - o bildirib.
 
Ardını oxu...
Ötən il Gürcüstan Azərbaycana 290 milyon ABŞ dolları dəyərində 12 min 849 ədəd avtomobil ixrac edib.

İndex.az xəbər verir ki, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 34%, kəmiyyət olaraq – 43% azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 2 milyard 427 milyon ABŞ dolları dəyərində 106 min 51 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 14 % çox və 0,4 % azdır.

Gürcüstandan Qırğızıstana 1,19 milyard ABŞ dolları dəyərində 34 min 560 ədəd, Qazaxıstana 751 milyon ABŞ dolları dəyərində 48 min 986 ədəd, Ermənistana 99,7 milyon ABŞ dolları dəyərində 5 min 17 ədəd, Tacikistana 24,3 milyon ABŞ dolları dəyərində 1 min 496 ədəd avtomobil tədarük edilib.
 
Ardını oxu...
Sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.

"DogruXeber.az" xəbər verir ki, bu, "Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2026-cı il yanvarın 1-nə qədər uzadılır.

Qeyd edək ki, əvvəl bu müddət 2025-ci il yanvarın 1-dək müəyyən edilmişdi.
Ardını oxu...
  


Dünya bazarında xam şəkər qiymətləri 2021-ci ilin yayından bəri ən aşağı səviyyəyə düşüb.

Musavat.com xəbər verir ki, Londonun ICE birjasında mart ayı şəkər fyuçersləri 1 funt üçün 17,5 sentə qədər ucuzlaşıb.

Analitiklər bunu Hindistandan yeni ixracat və Braziliyada yaxşı məhsul gözləntiləri ilə əsaslandırırlar. Belə ki, Trading Economics-in yazdığına görə, dünyanın ikinci ən böyük şəkər istehsalçısı olan Hindistanın hakimiyyət orqanları sentyabrın sonunda başa çatacaq cari kənd təsərrüfatı ilində 1 milyon tona qədər şəkər ixracı üçün kvota verib. Ümumilikdə, ölkə bu kənd təsərrüfatı ilində 27 milyon tondan çox şəkər istehsal etməyi gözləyir.

Eyni zamanda dünyanın aparıcı şəkər istehsalçısı olan Braziliyada şəkər qamışı plantasiyaları üçün əlverişli hava şəraiti ölkə üzrə məhsul proqnozlarının daha yüksək olmasına səbəb olub. Bundan əlavə, etanolun qiymətlərinin düşməsi fermerləri bioyanacaq istehsalına deyil, daha çox qamışı şəkər emalına yönəlməyə vadar edib.

Musavat.com

Ardını oxu...
   

ABŞ-ın BMT-yə 2,8 milyard dollar borcu var.

Musavat.com xəbər verir ki, bunu BMT baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Hak deyib. Onun sözlərinə görə, bu məbləğin 1,5 milyard dolları dünya təşkilatının əsas büdcəsinə aiddir: "ABŞ-ın BMT-nin adi büdcəsinə borcu 1,5 milyard dollardır. Əgər müntəzəm büdcəni, sülhməramlı missiyalar və tribunalların büdcəsini nəzərə alsaq, ümumi məbləğ 2,8 milyard dollar təşkil edir".

Hak onu da xatırladıb ki, dünya təşkilatının müəyyən edilmiş qaydalarına görə, bir ölkənin borcu iki il ərzində BMT-nin adi büdcəsinə tələb olunan töhfələrin məbləğindən artıq olarsa, bu ölkə BMT Baş Assambleyasında səsvermə hüququnu itirir. BMT Baş Assambleyasının təsdiq etdiyi 2025-ci il üçün müntəzəm büdcəsi 3,72 milyard dollardır.

Vaşinqton BMT-nin əsas sponsorlarından biri olaraq qalır və 2022-ci ildə onun töhfələri təşkilatın ümumi büdcəsinin üçdə birindən çoxunu təşkil edib.

 

Musavat.com

Dünyapress TV

Xəbər lenti