"Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarından pul götürənlərin Nəzərinə - Çıxış yolları və …
Son dövrlərdə xüsusilə “Azpulmat” və “Manato” kimi geniş müştəri bazasına malik BOKT-larla bağlı narazılıqlar artmaqdadır. Yüksək faizlə kredit götürən müştərilər borclarını banklara köçürməklə daha sərfəli şərtlər əldə etməyə çalışırlar. Lakin bankların bu müraciətləri qəbul etməməsi suallar yaradır: Kredit tarixçəsi təmiz olan və aylıq ödənişlərində problem yaşamayan BOKT müştəriləri banklar üçün hansı risklər doğurur?
Bu barədə Moderator.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda kredit portfeli baxımından banklar və Bank Olmayan Kredit Təşkilatları (BOKT) arasında ciddi fərqlər mövcuddur. Ümumiyyətlə, kredit portfelinin böyük əksəriyyəti banklar tərəfindən təmin edilir. Təxminən 98%-i banklara, yalnız 2%-i isə BOKT-lərə aiddir:

“BOKT-lərin banklardan fərqli olaraq daha az kredit vermələrinin bir neçə səbəbi vardır. BOKT-lərin maliyyə imkanları banklarla müqayisədə məhduddur. Banklar, geniş sərmayə və maliyyə bazarına çıxış imkanları sayəsində daha yüksək həcmdə kredit verə bilirlər. Banklar həmçinin böyük miqdarda depozit toplaya bilirlər, bu da onların daha əlverişli faiz şərtləri ilə kredit verə bilmələrini təmin edir. Banklar üçün borc alma imkanları daha geniş olduğundan, daha aşağı faizlə kredit təklif edə bilirlər. Digər tərəfdən, BOKT-lər daha çox riskli müştərilərə kredit verməyə meyllidirlər. Banklar isə kredit verərkən daha sərt tələblərlə hərəkət edirlər: rəsmi gəlir, kredit öhdəliklərinə nisbət və digər requlyativ tələblər banklar üçün vacibdir. Mərkəzi Bankın tələbləri banklara kredit verərkən riskləri minimuma endirməyə imkan verir. Buna görə də, banklar daha az riskli müştərilərə yönəlir və rəsmi gəliri olmayan, öhdəliklərini yaxşı idarə edə bilməyən şəxslərə kredit vermirlər. BOKT-lər isə bu sərt tələblərə tabe deyillər və banklardan kredit ala bilməyən şəxslərə daha çox kredit verirlər. Bu isə onların kredit portfellərinin daha riskli olduğunu göstərir. BOKT-lər, iqtisadiyyatın kiçik bir hissəsini təşkil etdikləri üçün, tənzimləyici orqanlar tərəfindən daha az sərt qaydalarla fəaliyyət göstərirlər və buna görə də riskləri özləri idarə etməli olurlar”.

İqtisadçının fikirincə, BOKT-lərin daha yüksək faizlə kredit verməsi, maliyyə resurslarının məhdud olması və sərt tənzimləmə olmadığından qaynaqlanır. Buna baxmayaraq, bu təşkilatlar hələ də banklar üçün əlverişsiz vəziyyətdə olan müştərilərə kredit verirlər:
“Bank Olmayan Kredit Təşkilatları (BOKT) ilə banklar arasında əsas fərq müştəri seçimində və risklərin idarə edilməsində ortaya çıxır. Banklar kredit verərkən daha çox rəsmi gəliri olan, borc öhdəliklərini vaxtında yerinə yetirən və kredit tarixçəsi təmiz olan şəxsləri seçirlər. Onlar üçün əsas risk, verilmiş kreditin vaxtında və faizlərlə birlikdə geri qaytarılmamasıdır. Banklar humanitar qurum deyillər – onların əsas işi kapitalı dövriyyəyə buraxıb faizlə geri qaytarmaqdır. BOKT-lər isə daha fərqli yanaşma tətbiq edirlər. Onlar bankdan kredit ala bilməyən şəxslərə kredit təklif edirlər. Müştərinin rəsmi gəliri olmasa belə, qeyri-rəsmi gəlirlərinin olub-olmamasını araşdıraraq kredit verə bilirlər. Lakin bu müştərilər bankların standartlarına cavab vermədiyi üçün daha riskli hesab olunurlar. Məhz bu risklərə görə BOKT-lər kredit faizlərini yüksək tutur. Banklar 15% ilə kredit verə bilirsə, BOKT-lərdə bu rəqəm 18-20%-ə qədər yüksələ bilər. Bu, onların risklərini kompensasiya etməsi üçün tətbiq olunan mexanizmdir. BOKT-lər hər bir müştərini ayrıca qiymətləndirir və fərqli üsullarla onların ödəmə qabiliyyətini analiz edir. Bununla belə, banklar üçün etibarlı müştərilər – rəsmi gəliri olan, öhdəliklərini vaxtında icra edən şəxslər – qızıl dəyərindədir. Onlar belə müştəriləri “göydə çıraqla axtarırlar”, çünki əsas məqsədləri verdikləri kreditlərin vaxtında geri qaytarılmasını təmin etməkdir. Bütün bu səbəblərdən, banklar riskli müştərilərə kredit verməkdən çəkinir, çünki bu, onlara əlavə problemlər yarada bilər. Bu sistemin nəticəsi isə odur ki, kredit ala bilməyənlər BOKT-lərə, daha da çarəsiz qalanlar isə lombardlara və hətta qeyri-qanuni yollarla borc verən şəxslərə müraciət edirlər”.
X.Kərimli hesab edir ki, Azərbaycanda Bank Olmayan Kredit Təşkilatları (BOKT) ilə bağlı yaranan problemlərin bir hissəsi müştərilərin öhdəliklərini vaxtında yerinə yetirməməsidir:
“Banklar üçün əsas problem odur ki, müştəri vəsaiti vaxtında ödəmədikdə, bu, bankların kredit resurslarını idarə etməsini çətinləşdirir. Banklar pulu alır, depozitləri satır və kredit verirlər, amma bu prosesin vaxtında düzgün idarə olunması vacibdir. Əks halda, müştəri banka aktiv olaraq qayıtmalı və öhdəliklərini yerinə yetirməlidir. Əgər müştəri vaxtında borcunu qaytarmırsa, bankın məhkəmə yolu ilə və ya başqa yollarla tələbi təmin etməsi lazım olur ki, bu da əlavə maliyyə və vaxt yükü yaradır.BOKT-lərin daha yüksək faizlə kredit verməsi, maliyyə strategiyası və risklə bağlı məsələlərdən qaynaqlanır. BOKT-lər, banklar üçün riskli olan müştərilərə kredit verirlər, lakin banklar daha sərt tənzimləyici qaydalara tabe olduğundan, yalnız rəsmi gəliri olan və kredit tarixçəsi təmiz olan müştərilərə müraciət edirlər. Bu, bankların daha aşağı faizlə kredit vermələrinə imkan yaradır. BOKT-lər isə məhdud maliyyə imkanları ilə fəaliyyət göstərirlər, buna görə də onlar daha yüksək faizlə kredit verməyə məcbur olurlar.Vətəndaşların BOKT-dan banklara keçid etməsi çətindir, çünki BOKT-lərdə yüksək faizlə verilən kreditlər banklarda daha münasib şərtlərlə yenidən maliyyələşdirilə bilməz. Yalnız riskli olmayan müştərilər, yəni rəsmi gəliri olan, kredit tarixçəsi təmiz və öhdəlikləri uyğun olan şəxslər banklardan daha sərfəli şərtlərlə kredit ala bilərlər. Bu səbəbdən, müştərilər BOKT-dan daha aşağı faizlə banklara keçid etmək istəyərkən, yalnız çox sərt tələbləri ödəyənlər bu imkandan faydalana bilərlər”.
“Alternativ olaraq, BOKT-dən daha yüksək faizlə kredit verən lombardlar və qanunsuz sələmçilər kimi digər maliyyə strukturları da mövcuddur. Lakin bu yollar qanuni olmadığı üçün risklidir və müştərilərin hüquqi baxımdan qorunmamış vəziyyətə düşmələrinə səbəb ola bilər. Bu səbəbdən, BOKT-dən banklara keçid imkanı çətin və məhdud olduğu halda, müştərilər riskli maliyyə strukturlarına müraciət etməkdən çəkinməlidirlər.Bəli, banklara müraciət edə bilər, banklar onu rifah yenidən maliyyələşdirə bilər. Rifah nəsə eləyə bilər. Amma dediyim kimi, burada rəsmi gəlirlər olmalıdır. Kredit tarixçələri korlanmamalıdır və öhdəlikləri də gəlirlərə nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi həddə olmalıdır”,- deyə iqtisadçı Xalid Kərimli qeyd edib.
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?
29 May 2025 Ayı ətinin satışına icazə veriləcək

Dünyapress TV

Xəbər lenti