Ardını oxu...
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil fənnindən danışıq bloku üzrə imtahan keçirir.

Bu barədə Oxu.Az-a DİM-dən bildirilib.

Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək. İştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidirlər.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iştirakçı imtahana buraxılmayacaq.
 
Ardını oxu...
Azərbaycan mətbəxi dünya festivallarında sözünü deyib, xarici turistlər tərəfindən yüksək qarşılanıb. Əgər bu atlası çəkən adamlar bizdən çox dolma növü olan ölkə təqdim edə bilsələr, onda gedib ləzzətdən danışa bilərlər. Deməli, ədalətli deyillər.

Bu sözləri Axar.az-a qida eksperti Ağa Salamov Azərbaycan yeməklərinin “TasteAtlas”ın reytinqində yüksək yer tutmaması ilə bağlı danışarkən deyib.

Milli mətbəximizin hər zaman yüksək qiymətləndirildiyinə toxunan qida eksperti bildirib ki, kulinariyadan anlayışı olan istənilən mütəxəssis onun dəyərini anlayır:

“Bu, bir qəzetçi və sahibkar olan şəxs tərəfindən yaradılan dünya dad atlasıdır. Azərbaycan mətbəxi dünyada öz sözünü deyib. Tahir Əmiraslanovun “Azərbaycan dolmalar” kitabında 300-dən çox dolma növü ilə tanış olmaq mümkündür. Elə bir ölkə varmı ki, onların bu qədər dolma növü olsun? Sizcə, bu qədər bol çeşidli yeməkləri olan, 9 iqlim qurşağında yerləşən Azərbaycanda dadsız yemək ola bilər? Mümkün deyil. Sadəcə, bu adamlar kim onlara pul təklif edir, gəlib onları çəkirlər”.

O vurğulayıb ki, “TasteAtlas” özü 2015-ci ildə yaranıb, bizim milli mətbəximiz isə minilliklərə söykənir:

“Azərbaycan mətbəxinin rəqibi olmadığı üçün bir çox ölkələrdə qısqanclıqla yanaşırlar. Çünki mətbəximizi önə çəksələr, o biri mətbəxlər çox uduzacaq. Nəyimizə lazımdır “TasteAtlas”da bayrağımız oldu, ya olmadı?”
 
Ardını oxu...
"İldə 365 gün var, onun 253 günü imtahan keçirilir".

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, ildə 600 mindən çox insan DİM-in sistemdə biliyin qiymətləndirilməsi prosedurlarından keçir: "4000-dən çox marker yoxlamalarda iştirak edir. İl ərzində 40 adda, 253 imtahan keçirilib. Təhsil sistemi ətalətli sistemdir. Lakin təhsil sisteminin dayanıqlı inkişafı üçün hər hansı yenilik və innovasiya sistemdə mövcud olan ənənəyə söykənməlidir".//APA
 
Ardını oxu...
Teref xeber verir ki, 13.12.2023- də dərc etdiyimiz "Göycayda 1-ci Vitse- Prezident Mehriban xanım Əliyevanın məskunlaşdırdığı qazi ailəsini kim küçəyə atır? VİDEO/ŞİKAYƏT" məqaləmizə Göyçay Rayon İcra Hakimiyyətindən operativ cavab gəlib.
Göyçay Rayon İcra Hakimiyyətinin cavabını təqdim edirik:
Paylaşımda göstərilən ailə rayonun Yekəxana kənd sakinləri olmaqla Elm və Təhsil Nazirliyinin balansında olan Göyçay şəhər 7 nömrəli uşaq bağçasının inzibati binasında müvəqqəti olaraq məskunlaşmışlar.
Qeyd olunan bağçanın əsaslı təmir olunması ilə bağlı Nazirlik tərəfindən müvafiq qərar qəbul olunduğundan vətəndaşların bağçanın inzibati binasından çıxması barədə xəbərdarlıq edilmişdir.
Həmçinin ailə icazəsiz olaraq məktəbəqədər təhsil müəssisəsinin balansında olan elektrik sayğacına müdaxilə edərək yaşadıqları otağa elektrik xətti çəkmiş və istifadə etdikləri işıq sərfiyyatı bağçanın balansında olan sayğaca borc kimi yazılmışdır.
Qeyd etmək istəyirik ki, ailənin rayonun Yekəxana kəndində fərdi yaşayış evi və torpaq sahəsi vardır.
Göyçay Rayon İcra Hakimiyyəti
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
Ardını oxu...
Uzun müddətdir aktiv jurnalistika ilə məşğul olduğum üçün, azdan-çoxdan mənim də normal əlaqələrim formalaşıb. Buna görə də çoxlu sayda, müxtəlif məzmunlu tədbirlərə dəvət alıram. Bu dəvətlərin böyük əksəriyyətində iştirak edə bilmirəm. Çünki bir tədbirdə iştirak etmək üçün azı yarım gününü xərcləməlisən.
Onda da işin-gücün tökülüb qalır. Elə jurnalistlər var ki, bütün günü tədbirlərdən şəkillər çəkib paylaşırlar. Bir az diqqətlə baxanda görürsən ki, bu adamlar gün ərzində azı 2-3 tədbirdə iştirak edir. Maraqlı sual yaranır: bəs bunlar yazı nə vaxt yazır və ümumiyyətlə jurnalistika ilə nə zaman məşğul olurlar? Müşahidələr bunu deməyə əsas verir ki, bu qəbildən olanlar jurnalistika ilə qəti məşğul olmur, sadəcə, bu adla dövlətdən qopardıqları pulları yemək üçün baş girələyirlər.
Ən maraqlısı budur ki, bir çoxları özlərinə aid olan və ya olmayan hansı tədbirə gəldi gedirlər. Başıma gələn bir hadisəni danışım. 22 iyulda keçirilən mətbuat bayramında məni bir mötəbər tədbirə dəvət etmişdilər. Dəvət edəndə bildirdilər ki, həmin sahədən yazılar yazdığım üçün qurum məni mükafatlandırmaq istəyir.
Doğrudan da həmin sahə ilə bağlı yazılarım olduğu üçün, etika naminə həmin tədbirdə iştirak etdim. Zal dolu idi. Tədbirdə dövlət qurumlarının nümayəndələri, 7-8 millət vəkili və başqa tanınmış simalar iştirak edirdi. Təltifetmədə gördüm ki, kimə gəldi, aidiyyəti olan və ya olmayan fərqli peşə nümayəndələrinə də mükafat verirlər. Mükafatın adı isə belə idi: “Milli mətbuatın inkişafındakı xudmətlərinə görə”.
Məni səhnəyə dəvət edib, mükafatı təqdim edəndə danışmaq istədiyimi bildirdim. İrad tutdum ki, hansısa müğənniyə bu mükafat niyə verilir? Müğənninin mətbuatın inkişafında nə rolu ola bilər? İrad tutdum ki, lap bu mükafatı verirlər, bəs bəziləri niyə layiq olmadığı mükafatı alır? Təəssüf ki, bizdə imtina mədəniyyətindən daha çox, “nə verdilər qapazla, qoy cibinə” prinsipi inkişaf edib.
Bu geniş məzmunlu girişi təsadüfən vermədim. Dünən qarşıma bir paylaşım çıxdı. Həmi postdan belə başa düşdüm ki, “Tik-Tok” un regional nümayəndəliyi yola saldığımız ilə dair hesat vermək üçün qonaqlıq təşkil edib və ora bəzi media nümayəndələrini dəvət edib. Dəvətliləri gözdən keçirdim, əksıriyyətinin sözügedən şəbəkə ilə yaxından və uzaqdan heç bir əlaqəsinin olmayanlar idi.
Hətta aralarında elələri vardı ki, “Tik-Tok” a fahişəxana deyirdi. İndi isə gedib faişəxana dediyi qurumun tədbirində yemək yeyir, boy verib şəkil çəkdirir. Çox maraqlıdır, sözügedən şəbəkənin ölkəmizə aid sektorunun saflaşması uğrunda aktiv mübarizə aparan, sırf xəbər yayımı ilə məşöul olub, dəhşətli rekordlar qıran heç bir media nümayəndəsinə həmin tədbirdə rast gəlmədim.
Bu anda yadıma bir misal düşdü. Səsi və ifa tərzi normal olmayan bir müğənni yaxınlaşın təbiətçə baməzə adam olan , məşhur kamança ustası Habil Əliyevə və deyir: “Habil müəllim, məni təbrik edə bilərsiniz, Xalq Artisti fəxri adını aldım”. Habil müəllim gülümsəyərək deyir: “Ayıb olsun, bu fəxri adı onlar verirdisə, bəs sən niyə götürürdün?”
“Tik-Tok” da nəinki fəaliyyəti heç profili belə olmayan media nümayəndəsinin həmin tədbirdə nə işi ola bilərdi? Kül olsun elə nümayəndəliyin də başına ki, seqmenti dəqiq araşdırmadan belə biabırçılığa imza atıb. Hesabatda uğurlu səhifələr kimi təqdim edilənlərin heç biri Azərbaycanda populiyarləğa sahib deyil. Deyəsən “Tik-Tok”u da bizim medianın gününə sala biliblər.
Məhəmmədəli Qəribli,
AZİNFORUM.AZ
 
Ardını oxu...
Ucarda ağır yol-nəqliyyat hadisəsi olub.

APA-nın xəbərinə görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

“Mercedes-Benz” markalı 99-LK-537 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən piyada, Ucar rayon sakini - 1956-cı il təvəllüdlü Nəriman Həmzə oğlu Abdulrəhmanovu vurub.

Ağır xəsarət alan zərərçəkəni sürücü öz avtomobili ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Həkimlərin zəruri tibbi yardımlarına baxmayaraq o, xəstəxanada ölüb.
İlkin ehtimala görə, hadisəyə əsas səbəb prospektin işıqlandırılmaması olub.

Qeyd edək ki, prospektin qaranlıq olması səbəbindən analoji hadisələr ərazidə tez-tez baş verir.

Hadisəni törədən şəxs polis əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Alman çoban iti Moskvada uşaq arabasında yatan körpəni öldürməyə cəhd edib.

it uşağa hücum edərək uşaq arabasından çıxarıb və onu dişləyərək öldürməyə çalışıb.

Fövqəladə hadisə Sosenskoye yaşayış ərazisində baş verib. 33 yaşlı sakin üç aylıq oğlunu iti ilə evinin yaxınlığındakı küçədə uşaq arabasında qoyub və o, evə gedib. Qayıdanda itinin qarda uşağı parçaladığını görüb.

Qarın, kürək və ayaqların çoxsaylı yaraları olan uşaq reanimasiyadadır. Körpənin kəllə-beyin travması və qansızma ilə beyin əzilməsi də var.

İtin taleyi ilə bağlı məlumat yoxdur.

Təfərrüatlar dəqiqləşdirilir.
Mənbə: lent.az
 
Ardını oxu...
Azərbaycanla Ermənistan arasında sülh sənədinin imzalanması inandırıcı deyil. Burada platformalar arasında açıq rəqabət var. Digər bir müstəvidə hansısa bir razılıq əldə ediləndə bu, qısqanclıqla qarşılanır. Amma bunun fonunda Qərb platforması yenidən gündəmdədir. Məhz bu kontekstdə Azərbaycanla Ermənistan arasında növbəti görüşün Brüsseldə olması gözlənilir. Vaşinqtonda da belə bir görüşün olması ehtimalı var.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Şərtlərlə bağlı tərəflər arasında fikir ayrılığı var. Azərbaycan Prezidenti ADA Universitetindəki Forumda bu barədə danışdı. Qərbi azərbaycanlıların və Qarabağdan getmiş ermənilərin geri dönüşü məsələsinə toxunuldu. Azərbaycan tərəfinin yanaşması bu cürdür. Ermənistan parlamentinin spikeri Alen Simonyan isə açıqlamasında Qərbi azərbaycanlıların geri qayıtmasını qeyri-konstruktiv adlandırıb. Onlar hətta ermənilər üçün hansısa bir “özəl statusdan” danışır”, – deyə o qeyd edib.

Mərkəz sədri hesab edir ki, sülh sazişində qarşılıqlı olaraq Qərbi azərbaycanlıların və ermənilərin geri dönüşü məsələsi əksini tapmayacaq:

“Çünki Azərbaycan buna heç vaxt birtərəfli şəkildə razı olmayacaq. Yəni, Qarabağda yaşamış ermənilərlə bağlı məsələnin sülh sazişində yer almasına Azərbaycan imkan verməyəcək. Erməni tərəfi də Qərbi azərbaycanlıların Ermənistana qayıdışına razı olmayacağı ehtimalı var”.

Fərid Şəfiyevə görə, məhz bu kontekstdə sülh müstəvisində irəliləyişin olması mümkündür:

“Son bir iki ayda tərəflər arasında gərginlik var idi. Hətta pessimist proqnozlar da eşidilirdi. İndiki halda da ümumilikdə sülh sazişi ilə bağlı bəzi maddələr üzrə konkret razılaşma yoxdur. Sözsüz ki, artıq tərəflər arasında saxlanılan şəxslərin qarşılıqlı mübadiləsi və digər məsələlər prosesdə irəliləyişə dair ümidləri gücləndirir. Azərbaycanla Ermənistan bunu vasitəçi olmadan edib. Sərhəddə delimitasiya və demarkasiya ilə bağlı da görüşü heç bir vasitəçi olmadan baş tutub”.
 
Ardını oxu...
Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Maştağa-Kürdəxanı şosesində qeydə alınıb.

1971-ci il təvəllüdlü Abbas İsrail oğlu Həsənov idarə etdiyi “VAZ-2107” markalı maşını işıq dirəyinə çırpıb.

Avtomobilə yüngül zərər dəyib. Sürücü isə sükan arxasında ölü aşkarlanıb.
Əraziyə cəlb olunan Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücünün meyidini müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon şöbəsinə təhvil verib.

Ekspertlər müəyyən edib ki, sürücü qəza keçirmədən öncə infarkt keçirərək ölüb.

Fakt araşdırılır.
 

Dünyapress TV

Xəbər lenti