Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun nəvəsinin toyu olub.

Qaynarinfo-nun məlumatına görə, Bakıdakı restoranların birində keçirilən toy mərasimində Vaqif Axundov özü də iştirak edib.

General-polkovnik toyda “Azərbaycan oğluyam” musiqi sədaları altında nəvəsi ilə birgə rəqs də edib.

Ardını oxu...
"Beynəlxalq taksi şirkətlərinin fəaliyyətini dayandıracağı ilə bağlı rəsmi məlumat yoxdur".

TEREF.AZ bildirir ki, bunu "Sherg.az"a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bu ayın ortalarında beynəlxalq taksi şirkətlərinin fəaliyyətinin dayandırılacağı ilə bağlı iddialara münasibət bildirərkən deyib.

O bildirib ki, hamı Milli Məclisdə olan müzakirələrin yekununu və dövlət qurumlarının rəsmi açıqlamasını gözləyir:

"Ümumiyyətlə belə bir hadisənin olması fonunda qiymətlərin yüksəlməsi gözləniləndir. Aidiyyəti qurumlar çalışmalıdır ki, taksi qiymətləri artmasın. Yəni elə addımlar atılmalıdır ki, vətəndaşlar üçün taksi əlçatan olsun. Çünki taksi ictimai nəqliyyatın bir qoludur. Bu gün ictimai nəqliyyatın avtobus qolunun bərbad olması səbəbilə insanların daşınmasını həyata keçirmək lazımdır. Əgər müvafiq qurumlar insanları avtobus vasitəsilə bir nöqtədən digərinə daşıya bilmirsə, bu işi onların əvəzinə taksi görür. Ona görə də taksi adi vətəndaşlar üçün əlçatan olmalıdır. Yalnız ictimai nəqliyyatda qayda-qanun yaradıldıqdan və xəttə kifayət qədər avtobus buraxıldıqdan sonra taksi qiymətləri artırıla bilər. İndiki dövrdə qiymətlərin stabil qalması üçün çalışılmalıdır".

Qeyd edək ki, "Bolt" və "Uber" kimi beynəlxalq taksi xidmətlərinin ay ərzində ləğv ediləcəyi ilə bağlı iddialar dolaşır. Bu isə qiymətlərin artması fonunda insanları ciddi narahat edir.
 
Ardını oxu...
Rusiyalı azarkeş Vyaçeslav Neçiporçuk İstanbulun mərkəzində öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb.

Çempionlar Liqasının finalına baxmaq üçün Türkiyəyə gələn 40 yaşlı kişi ürəyindən bıçaqlanıb. O, telefonunu əlindən almaq istəyən 4 qarətçiyə müqavimət göstərib.

Məlumata görə, ixtisasca hüquqşünas olan Vyaçeslav Neçiporçuk cümə günü şəhərə iş məqsədi ilə gəlib və eyni zamanda dostları ilə Çempionlar Liqasının finalında iştirak etməyə razılaşıb. Oyundan sonra dostlar istirahət üçün bir məkana gediblər. Səhər tezdən otelə qayıdarkən Vyaçeslava hücum edilib.
Ardını oxu...
Sumqayıtda 21 yaşlı gənc döyülüb.

Teref.az xəbər verir ki, şəhər sakini Səlcuq Bayramov gecəqondu məhəlləsində avtomobil təmiri mərkəzinin qarşısında döyülüb.

Mübahisənin səbəbi avtomobilin düzgün park edilməməsi olub. Hadisə nəticəsində S.Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, Səlcuq Bayramov Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun qardaşıdır.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Son günlər Bakıda bir neçə yerdə avtomobil yanıb.

Bir avtomobil hərəkətdə olanda, digəri isə yol kənarında dayanmış vəziyyətdə qəfil alışıb.

Hər iki hadisə son bir neçə gündə paytaxda yaşanıb. Xəsarət alan olmasa da, minik avtomobillərinə ciddi ziyan dəyib.

Bu faktlar avtomobillərin hansı səbəbdən alışdığını gündəmə gətirir.
"Əsas səbəb nəqliyyat vasitələrinin elektrik naqillərində və yanacaq sistemində baş verən nasazlıqlardır".

 
Ardını oxu...
Bakının Suraxanı rayonunda yol qəzası zamanı yaralanan qadın təcili yardım avtomobilində ölüb.

Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

1952-ci il təvəllüdlü Rəhmanova Hilda Cavad qızı yolu keçərkən onu Nurlan Həşimovun idarə etdiyi “Opel” markalı avtomobil vurub. Qadın xəsarətlər aldığından 11 saylı Təcili Tibbi Yardım Stansiyası Hövsan filialının əməkdaşları tərəfindən Sabunçu Tibb Mərkəzinə gətirilib.

Hadisəni törətdiyi deyilən sürücü və H.Rəhmanovanın qohumları APA-ya bildiriblər ki, təcili yardım xidmətinin əməkdaşları yaralını xərəklə rentgen otağına apararkən xərək nasaz olduğundan qadın orada yerə düşüb və ağır xəsarət alaraq ölüb. Yaxınları onu da qeyd edirlər ki, hadisə zamanı xəsarət alan Hilda Rəhmanovanın huşu özündə olub.

Hazırda faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Ardını oxu...
Ankaraya yağan güclü yağış nəticəsində bəzi ərazilərdə daşqınlar baş verib.

Türkiyə paytaxtında evlər, iş yerləri su altında qalıb, küçələr göllərə çevrilib.

Bu səbəbdən şəhərdəki bir sıra nəqliyyat vasitələri suda qalıb.

Avtomobillərində bəzi vətəndaşlar, o cümlədən uşaqlar yanğınsöndürənlər tərəfindən xilas edilib.
Keçiören bölgəsinin Etlik məhəlləsində torpaq sürüşməsi nəticəsində binanın istinad divarı uçub.

Kazımkarabekir, Qazi və Ankara Vağzalının yeraltı keçidləri isə nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb.

 
 
 
Ardını oxu...
Abşeron rayonunda meyit tapılıb.

APA xəbər verir ki, Qobu qəsəbə qəbiristanlığında 30-35 yaşlarında naməlum kişi meyiti aşkarlanıb.

Meyitə baxış zamanı hər iki qolunda və boynunda narkotik vasitələrin istifadəsinə xas olan iynə izləri aşkar edilib.
Araşdırma aparılır.
 
Ardını oxu...
Dərs ilinin sona çatmasına sayılı günlər qalıb.

Xezerxeber.az xəbər verir ki, ancaq məktəblərin böyük əksəriyyətində artıq kitablar yığılıb, şagirdlər isə indidən tətilə buraxılıb.

Hələ ayın 9-u olmasına baxmayaraq, məktəblərin əksəriyyətində eyni hal yaşanmaqdadır.

Dərs ilinin bitməsinə sayılı günlər qalmış şagirdlərin əksəriyyəti məktəbə getmir.

Elə şagirdlər kimi, valideynlər də məktəblərdə dərs ilinin indidən bitdiyini təsdiqləyirlər.

Məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyindən bildirildi ki, dərs ili vaxtından əvvəl yekunlaşa bilməz. Kitabların yığılması və davamiyyətlə bağlı məsələlər üçünsə xüsusi monitorinqlər aparılır.

Qeyd edək ki, bu il respublika üzrə XI sinifləri 84 076 nəfər şagirdin bitirməsi proqnozlaşdırılır.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
Sosial şəbəkələrdə Gədəbəy rayonu ərazisində yerləşən qızıl mədənində istismar prosesində ətraf mühitin çirkləndirilməsi ilə bağlı yayılan məlumatlar yerində araşdırılıb.

Bu barədə AZƏRTAC-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Qurumun rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, Xidmətin əməkdaşları tərəfindən Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən Gədəbəy qızıl mədənində istehsal zamanı əmələ gələn sianid tərkibli suların çökdürülməsi üçün nəzərdə tutulan gölə baxış keçirilib.
Baxış zamanı qızıl mədənindən çıxan çirkab suların membranlanmış borular vasitəsilə xüsusi örtüklə izolyasiya olunmuş anbara ötürüldüyü, orada çökdürüldükdən sonra təkrar istifadəyə qaytarıldığı müəyyənləşdirilib. Vizual müşahidələr, monitorinqlər və araşdırmalar göstərib ki, anbardan ətraf ərazilərə və yaxınlıqdakı çaya sianid tərkibli çirkab su axıdılmır. Atmosfer havasında da hər hansı iy və qoxu müşahidə olunmayıb.
 

Dünyapress TV

Xəbər lenti