Tapança ilə silahlanmış şəxs İstanbuldan 100 km aralıda magistral yolun yaxınlığında yük maşını sürücüsünü girov götürərək Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya ilə görüş tələb edib.
Teleqraf.com “Haber Global” telekanalına istinadən xəbər verir ki, jandarma patrulu magistral yolun girişində yük maşını saxlamağa çalışsa da, silahlı şəxs sürücüdən hərəkətinə davam etməyi tələb edib. Buna cavab olaraq jandarmlar havaya xəbərdarlıq atəşi açıb və maşını saxlayıblar. Nəqliyyatın hərəkəti dayandırılıb.
Hadisə yerinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub və kişini təslim olmağa razı salmağa çalışırlar