Ardını oxu...
Toplumun Nəbzi verilişinin bugünkü qonaqları hüquq müdafiəçiləri Mirvari Qəhrəmanlı, Arif Yunus , "Vətəndaş" İB sədri Günel Səfərovadır. Onlarla 2014-cü ildən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı açıq qalmış cinayət işinə xitam verilməsindən danışacağıq.
Baş Prokurorluğun İstintaq İdarəsində 2014-cü ildən bir sıra qeyri-hökumət təşkilatları ilə (QHT) bağlı açıq qalmış cinayət işinə xitam verilib. Bu barədə AzadlıqRadiosuna prokurorluqdan verilən məlumatda bildirilir ki, bu proses may ayından başlayıb.
Məlumata görə, QHT-lərlə bağlı cinayət işində adı keçən təşkilatların rəhbərləri bugünlərdə İstintaq İdarəsinə çağırılıb. Onlar da artıq cinayət işinə xitam verilməsi haqda məlumatlandırılıb.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində (bu qurumun adı sonradan dəyişib sadəcə İstintaq İdarəsi oldu-red.) 2014-cü ildə bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə qarşı cinayət işi başlanmışdı.
Həmin il bir sıra hüquq müdafiəçiləri – Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev və başqaları bu cinayət işi çərçivəsində həbs olunmuşdu. Onlar dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, vergidən yayınma və başqa əməllərdə ittiham olunsalar da, özləri ittihamları qəbul etmirdilər. Avropa İnsan Hüquqları Məhkəməsi də bu şəxslərin konkret cinayət əməlinə görə yox, siyasi motivlərlə cəzalandırıldığı qənaətinə gəlmişdi.

 
Ardını oxu...
Ceyranları ev sahibindən müsadirə etdilər
Həyətdəki bağçasında ceyran bəsləyən adam məsuliyyətə cəlb edilib.
İstanbulun Silivri səmtində evinin bağçasında vəhşi heyvanlar saxlayan şəxs haqqında polisə verilən məlumat əsasında əməliyyat keçirilib. Əraziyə gələn polis əməkdaşları axtarış zamanı verilən informasiyanın doğru olduğunu təsbit edib. Ev sahibinin bağçada 12 ceyran – xallı və ağ ceyranlar, eləcə də 6 tovuz quşu bəslədiyi müəyyənləşib. Qeyd edilir ki, xallı və ağ ceyranlar da, tovuz quşu da nəsli kəsilməkdə olan heyvan növlərinə aiddir və onları ovlamaq, satmaq və satın almaq, onlara sahiblənmək də yasaqdır. Təbiətdən qoparılan heyvanlar “Nəsli Tükənməkdə olan Növlərin Ticarətinə qarşı Sözləşmə” sənədinin tələblərinə uyğun olaraq ev sahibindən müsadirə edilərək Təbiəti Qoruma və Milli Parklar Müdirliyinə təslim edilib. Qanunu pozan şəxs isə polis tərəfindən saxlanılaraq şöbəyə gətirilib. \\Sherg.az
 

Ardını oxu...
“Ali məktəblərə qəbul zamanı abuturiyentlərin yüksək bal toplanılmamasının əsas səbəbi məntiqdən olan sualların çoxluğudur”.

DİA.AZ bildirir ki, bunu Bizim.Media-ya açıqlamasında təhsil üzrə ekspert Nadir İsrafilov deyib.

O bildirib ki, Sovet dönəmində məntiq, fəlsəfə və iqtisadiyyat ayrıcı fənn kimi tədris olunurdu:

“Çox təəssüf ki, bu gün bunların heç biri tədris edilmir. Amma bir məsələ var ki, bu gün bütün imtahan sualları məntiq üzərində qurulub. Hətta bir ara baxçaya qəbul zamanı da məntiqdən sual salırdılar.

Hazırda DİM keçirdiyi bütün imtahanlarda məntiqdən çoxlu sayda sual salınır. Məntiqlə yanaşanda orta məktəbdə şagirdə nə öyrədilibsə, ondan da o soruşulmalıdır. Halbuki, məntiq heç yerdə tədris olunmur. Məntiq keçirilmirsə şagirdə, abuturiyentə niyə məntiqdən sual verilir? Bax, bunu anlamaq olmur”.

Nadir İsrafilov məntiqə yanaşmanın özündə də fərqlilik və ziddiyyət olduğunu qeyd edib:

“Məsələn, Albert Eynşteyn deyirdi ki, məntiq elm deyil. Məntiq bizi A nöqtəsindən B nöqtəsinə aparır. Lakin təxayülümüz V nöqtəsindədir. Dində də bu var ki, nəyin 100 faiz düz və yaxud səhv olduğunu kiməsə sübut eləmək mümkün deyil. Çünki, hər kəsin öz həqiqəti var. Hər kəsin öz yanaşması var.

Kimsə hesab edir bu doğrudur, kimsə hesab edir ki, bu yanlışdır. Adi misal çəkim. Bu gün təhsilimizdə nə qədər yeniliklər olur. Amma bu yeniliyi də hamı eyni cür qarşılamır. Hərənin məsələyə öz yanaşması və fikrinin sübutu üçün öz arqumenti olur. Bilik Günü, məktəbli forması və digər məsələlərlə bağlı cəmiyyətdə nə qədər fikir ayrılığı var?! Yəni hər kəs istənilən məsələ barədə öz məntiqi ilə şıxış edir”.

Ekspert hesab edir ki, tələb olunan istənilən məsələnin bazası olmalıdır:

“Əgər, orta məktəbdə riyaziyyat keçiriksə, kimya keçiriksə, ali məktəbə qəbul zamanı da bunu tələb edə bilərik. Amma biz orta məktəbdə məntiq keçmirik axı?! Di gəl ki, qəbul imtahanlarında sualların çoxu məntiqə əsaslanır. Ona görə də məntiq ya bir fənn kimi tədris olunmalıdır, ya da imtahanlardakı məntiq sualları ləğv olunmalıdır. Belə olarsa, qəbul zamanı yüksək bal toplayanların da sayı artar və sağlam rəqabət yaranar”.
Ardını oxu...
İyul ayının 1-dən etibarən Azərbaycanın bütün quru sərhədlərini açacağı gözlənilir.

Bu məlumatı “Caucasian Live” Teleqram kanalı yayıb.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə bu barədə qərarın hələ olmadığını bildirib.

Qeyd edək ki, Nazirlər Kabinetinin son qərarı ilə sərhədlərdə keçid məhdudiyyəti 1 iyula qədər uzadılmışdı.

DİA.AZ-ın məlumatına görə, deputat Vuqar İskəndərov Cebhe TV- yə açıqlamasında bildirdir ki, quru sərhədlərinin bağlı olması nəinki vətəndaşlar, dövlət üçün də çətinliklər yaradır:

"İlk növbədə bu, iqtisadi cəhətdən çətinliklər yaradır. Heç bir dövlət istəməz ki, insanları bu və ya digər formada əziyyət çəksin. Avtomobil və ya avtobusla getməli olduğu yerə təyyarə ilə getsin. İkinci məsələ, ölkənin özü iqtisadi çətinliklə üzləşir. Yəni daşımalar və digər məsələlər var. İqtisadi cəhətdən heç bir dövlətə sərf etməz. Demək burada çox ciddi məsələlər var. Bu yenə də təhlükəsizliklə bağlıdır. Quru sərhədlərinin iyul ayında açılması ilə bağlı məlumatlı deyiləm. Amma düşünürəm ki, yaxın zamanda açılacaq".

Məsələyə münasibət bildirən millət vəkili Naqif Həmzəyev deyir ki, sosial mediada məlumatlar yayılsa da, unutmayaq ki, quru sərhədlərinin bağlı olması ilə bağlı Nazirlər Kabinetinin qərarı var:

"Quru sərhədlərinin açılmasını hər kəs arzulayır. Mən də istəyirəm ki, ən pis halda azərbaycan vətəndaşları üçün Gürcüstan və Naxçıvan istiqamətində sərhədlərin açılması reallaşsın. Sonrakı dövrdə mərhələli şəkildə Rusiya və digər qonşu ölkələrə quru sərhədlərinaçılsın . Amma ilkin mərhələ Gürcüstan və Naxçıvana gediş-gəliş təmin edilsə, xüsusilə də istilərin başladı dövrdə bu çox yaxşı xəbər olardı. Daha rahat, avtomobillə istirahət yerlərinə gedə bilməsi üçün Gürcüstana quru sərhədinin açılması yaxşı olardı. Vətəndaşlar Gürcüstan vasitəsilə Türkiyəyə də getmək imkanı qazanardılar".
 

Ardını oxu...
«Təzadlar» qəzetinin rəhbərliyi Yasamal rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Elşad Həsənovun barəsində Bakı İnzibati Məhkəməsinə «Məcburetmə haqqında» iddia ərizəsi təqdim edib. Qəzet rəhbərliyi iddia tələbini onunla əsaslandırıb ki, İcra başçısı qəzetin (eyni adlı saytın) informasiya sorğusunu cavablandırmaqdan faktiki olaraq imtina etmişdir.

Qeyd edək ki, keşmiş deputatdır və vaxtilə səs verdiyi «Media haqqında» və «İnformasiya əldə etmək haqqında» Qanunların tələblərini pozmamalı idi. Amma pozub. Ona görə də qəzetin baş redaktoru Asif Mərzili məhkəmə iddiası qaldırmağa məcbur olub.

Xatırladaq ki, cavabdeh-Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Həsənov Elşad Eldar oğluna göndərilmiş 16.03.2023-cü il tarixli, T-2023//03-05 saylı İnformasiya sorğusu bu günədək cavablandırılmayıb. Həmin İnformasiya Sorğusu 27 mart 2023-cü il tarixdə İcra Hakimiyyətinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilərək poçt qəbzinə imza atılmışdır.

Bir vacib məqam: «Media haqqında» Qanunun 17.4.-cü maddəsində yazılır: «Media subyektləri və jurnalistlər məlumatı verməkdən imtina edən dövlət orqanlarından (qurumlarından), bələdiyyələrdən, müəssisə və təşkilatlardan, qeyri-hökumət təşkilatlarından, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən qanunla müəyyənləşdirilmiş qaydada şikayət etmək hüququna malikdir».

Ən vacibi isə budur: jurnalistin-medianın informasiya sorğusundanu cavablandırmaqdan imtina jurnalistin peşə fəaliyyətinə maneçilikdir və bu əməl Azərbaycan Cinayət Məcəlləsində belə tovsiv olunur: "Maddə 163. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma:

163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Yəni, jurnalistin peşə fəaliyyətinə ya zor tətbiq edərək mane oldun, ya da informasiya sorğusunu cavablandırmamaqla onun yazmaq-araşdırmaq istədiyi problemin işıqlandırmasına bu yolla mane oldun, sonluq-nəticə eynidir!

Güman edək ki, məhkəmə informasiya sorğusundan imtina edən cavabdehlərə qanunun və məcəllənin bu maddələrinin sanksiyasını da başa salacaq.

Sonda: qeyd edək ki, məhkəmənin hazırlıq iclası 2023-cü ilin avqust ayının 1-də, saat 11:50-yə təyin edilib. İddiaya hakim Günel Sevdimalıyevanın sədrliyi ilə baxılacaq. 
//tezadlar.az//
 
Ardını oxu...
Aparıcı Sevinc Telmanqızı TV Müsavat-ın canlı efirində quru sərhədlərinin bağlı olmasından danışıb.

Sevinc Telmanqızı deyib: "Millət vəkilləri gəlir efirimizə, soruşanda deyirlər, təhlükəsizlik səbəbindəndir. Biz həmişə məkrli qonşuların əhatəsində olmuşuq, istər İran, istər, Rusiya, istər Ermənistan. Belə düşünsək, onda gərək heç vaxt quru sərhədlər açılmasın. Ucuz istirahətə getmək istəyənlər var, amma sadəcə bu da deyil. İranda, Gürcüstanda qohumları olan var, müalicə üçün getmək istəyənlər var".

Ətraflı videoda:

 
 
 
Ardını oxu...
İcbari Tibbi Sığorta sistemində tragikomik vəziyyət yaşanır. Sistem gözlənildiyi kimi özünü doğrultmadı, vətəndaşlar kimi həkimlər də narazıdır.

Tribunainfo.az yazır ki, həkimlər artıq İcbari Tibbi Sığortadan şikayət etməyə başlayıblar. Səbəb isə sığorta ilə gələn hər pasientin müayinəsinə görə həkimə maksimum 5 manat bonus yazılmasıdır.
Hətta bir çox hallarda həkim müayinəsi üçün 90 qəpik, 1 manat hesabalanır. Bu isə həkimin az qala bir manatlıq taksi sürücüsü qədər qazancının olmasından azdır. Əksər həkimlərə il ərzində yığılan bonus 500-700 manat olur. Bu da bir xəstənin qəbulunun həkimə təxminən 1 manata başa gəlməsi deməkdir.

Narazılıq və şikayətlərdən o qənaətə gəlmək olur ki, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin fəaliyyəti nə vətəndaşlara, nə tibb işçilərinə heç bir fayda vermir.
Ardını oxu...
İranın İsfahan vilayətində təbii fəlakət ziyanlar törədib
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində azı 2 nəfər ölüb. Bundan başqa isə 5 nəfər yaralanıb.
Daşqınlarda azı 15 evin dağılıb, 1 nəfər isə itkin düşüb..
Ardını oxu...
Bakıda avtobusdan enən şagirdi avtomobil vurub.
Tribunainfo.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Parlament prospektində baş verib.
Minik avtomobili dayanmış avtobusu sağdan ötməyə çalışıb. Bu zaman avtobusdan düşən məktəbli qızı vurub.
Xəsarət alan Elm və Təhsil Nazirliyinin İncəsənət Gimnaziyasının 7-ci sinif şagirdi Nərmin İmanzadə Kliniki Tibbi Mərkəzin Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib.
Valideyninin razılığı ilə məktəblinin də fikirlərini öyrəndik.
Minik avtomobilinin sürücüsü isə kamera qarşısında müsahibədən imtina etdi.
O, şifahi olaraq bildirdi ki, avtobus dayanacaqdan kənarda saxlayıb və nəticədə belə hadisə baş verib.
”Baku Bus” MMC-nin hüquq müdafiəçisi Rüstəm Cəfərov isə bu iddianın əsassız olduğunu qeyd etdi.
Rüstəm Cəfərov əlavə etdi ki, hər hansı sürücü dayanacaqdan kənarda saxlamağa cəhd etsə, bununla bağlı müvafiq tədbirlər görülür.
Faktla bağlı Səbail rayon polis idarəsinin istintaq şöbəsində araşdırma aparılır.

 
 
 
Ardını oxu...
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda monitorinq üzrə həmməruzəçiləri Yan Liddel-Qreynqer (Böyük Britaniya) və Liz Kristoffersen (Norveç) Azərbaycana səfərləri çərçivəsində müxalifətdə olan siyasi partiyalar Azərbaycan Xalq Cəbəhəsi Partiyasının, Respublikaçı Alterrnativ-REAL Partiyasının sədrləri və media təmsilçiləri ilə görüşüb.

REAL Partiyasının sədri İlqar Məmmədov Telegram kanalında yazıb ki, AŞPA həmməruzəçiləri ilə görüşdə partiyalar haqqında yeni qanuna qarşı olsalar da, tələb olunan 5 minlik siyahını hazırlayıblar.
Ardını oxu...
İlqar Məmmədov AŞPA həmməruzəçiləri ilə görüşüb (Mənbə: REAL Partiyası)
"Avropa Məhkəməsinin siyasi məhbus kimi tanıdığı 7 nəfərin də digər 8 nəfər kimi bəraət almasına səy göstərməyə çağırdım. Seçki pozuntularına dair Avropa Məhkəməsinin verdiyi qərar sayına görə ölkəmizin anti-rekordçu olduğunu nəzərə alaraq, AŞ Nazirlər Komitəsini yerindən tərpətməyə çağırdım. Bu qərarların icrası üçün gərək Nazirlər Komitəsi əməli iş görsün - heç olmasa partiyamızla əlaqədə hazırlanan sənədə uyğun olaraq icra nəzarəti qursun. Nəhayət Şuranın gözü qarşısında 13 il müddətinə bütün seçkilərdə iştirakdan məhrum edildiyimi dedim. Avropa Şurasının belə davam etdiyi təqdirdə ölkədə siyasətlə peşəkarca məşğul olmaq istəyən adamın tapılmayacağını qonaqlara çatdırdım", o qeyd edib.

AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb ki, görüşdə insan hüquqları sahəsində çoxsaylı problemlər diqqət mərkəzində olub.

"Ölkədə insan hüquqlarının hər addımbaşı pozulmasını, 100 nəfərdən artıq siyasi məhbusun, o cümlədən inanclı siyasi məhbusların taleyini, ictimai-siyasi fəallara işgəncə verilməsi hallarını, əsassız inzibati həbslərin siyasi repressiya alətinə çevrilməsini, seçki institutunun tamamilə sıradan çıxarılmasını, sərbəst toplaşmaq azadlığının son 4 ildə tamamilə qadağan olunmasını, müxalif siyasi partiyaların qeydiyyatının ləğvi üçün "hüquqi baza" yaradılmasını, bir sözlə, ailə hakimiyyətinin Azərbaycanda polis rejimi yaratmasını müzakirə etdik".

Kərimli bildirib ki, AŞPA məruzəçilərinə çox açıq şəkildə Azərbaycanın Avropa Şurasına üzv olduğu son 22 ildə bu qurumun Azərbaycanın demokratikləşməsinə kömək edə bilmədiyini deyib.

"Tam əksinə, Azərbaycan təəssüf ki, ilbəil daha da anti-demokrat olmaq istiqamətində irəliləyir. Yeri gəlmişkən, qəti inamımı bura yazıram. Azərbaycanı bu avtoritarizm bataqlığından yalnız Azərbaycan xalqının özünün hamılıqla dinc mübarizəyə qoşulması xilas edə bilər", o qeyd edib.

AŞPA həmməruzəçiləri iyunun 6-da Azərbaycanın müstəqil media qurumlarının nümayəndələri ilə görüşüb.

Görüşdə media ictimaiyyətinin nümayəndələri mətbuat və informasiya azadlığının məhdudlaşdırılmasını qeyd ediblər.

Xüsusilə media haqqında yeni qanunun müstəqil mətbuatın üzərində "Damokl qılıncı" kimi asıldığı vurğulanıb. Bu sənəd media subyektlərini dövlət reyestrinə daxil etməyə məcbur edir, lakin bunun üçün ciddi şərtlər irəli sürülür. Artıq 40-dan çox KİV-in reyestrə daxil edilməsi müraciətinə imtina cavabı verilib.

Həmçinin bir sıra KİV-lərin internet saytlarının bloklanması, jurnalistlərə qarşı cinayətlərin araşdırılmaması, müstəqil medianın iqtisadi əsaslarının çox zəif olması, arzuolunmaz jurnalistləra cinayət və inzibati işlərın açılması qeyd edilib.

AŞPA nümayəndələri əldə etdikləri məlumatlardan Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsini qiymətləndirən hesabatın hazırlanmasında istifadə edəcəklərini bildiriblər.
 

Dünyapress TV

Xəbər lenti