Fransada “Airbus Atlantic” şirkətinin 700-dən çox əməkdaşı Milad bayramı öncəsi korporativ şam yeməyində zəhərlənib.
“Report” xəbər verir ki, bu barədə AFP yazıb.
Regional Səhiyyə Agentliyi (ARS) zərərçəkmiş yeddi yüzdən çox insanın qusma və ya ishal kimi simptomlar yaşadığını açıqlayıb.
Agentlik şirkətin restoranında dekabrın 14-də keçiriləcək bayram ziyafətinin menüsü ilə bağlı heç bir məlumat verməsə də, kütləvi qida zəhərlənməsinin mənbəyini müəyyən etmək üçün araşdırma elan edib. Səbəb işçilərin əksəriyyətinin yediyi pendir ola biləcəyi güman edilir.
“Airbus Atlantic” Avropanın “Airbus” aerokosmik qrupunun törəmə şirkətidir və beş ölkədə 15 000 əməkdaşı var.