Ardını oxu...
Tramp ABŞ-da ölüm hökmünün bərpası haqqında sərəncam imzalayıb.

Demokrat.az xəbər verir ki, bu barədə AP News xəbər verir.

ABŞ prezidenti Donald Tramp rəsmi olaraq vəzifəyə gəldikdən bir neçə saat sonra federal səviyyədə ölüm cəzasının bərpası haqqında fərman imzalayıb. Bununla da 2021-ci ildə tətbiq edilən bu cəza növünə moratorium ləğv edilib. Materialda qeyd olunur ki, sənəd ölkənin Ədliyyə Nazirliyinin əməkdaşlarını bütün lazımi tədbirləri görməyə məcbur edir.

Cəza polis əməkdaşlarının qətli ilə bağlı cinayət işlərində iştirak edənlərə tətbiq ediləcək. Eyni cəza ölümlə cəzalandırılan cinayətlər törətmiş qeyri-qanuni miqrantlara da aid olacaq.

Sərəncamda vurğulanır ki, amerikalıları iyrənc əməllərdən qorumaq ABŞ hökumətinin ən mühüm vəzifəsidir.
 

Ardını oxu...
  

Dünya liderləri ABŞ Prezidenti Donald Tramp vəzifəsinə başlaması münasibətilə təbrik ediblər.

“Report” xəbər verir ki, onlar bu barədə “X” hesablarında yazıblar.

Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, ABŞ ölkəsinin əsas strateji tərəfdaşı və müttəfiqidir. O, Trampın hakimiyyəti dövründə əməkdaşlığı səbrsizliklə gözlədiyini diqqətə çatdırıb.

Moldova Prezidenti Maya Sandu ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb: “Hər iki xalq üçün təhlükəsizlik, enerji əməkdaşlığı və rifahı gücləndirmək üçün birgə işləməyi səbirsizliklə gözləyirik”.

İtaliyanın Baş naziri Corciya Meloni yeni prezidentə ən xoş arzularını çatdırıb: “Əminəm ki, xalqlarımız arasındakı dostluq, habelə bizi birləşdirən dəyərlər İtaliya ilə ABŞ arasında əməkdaşlığı gücləndirməyə, qlobal çağırışlarla birlikdə üzləşməyə və xalqlarımız üçün firavanlıq, təhlükəsizlik gələcəyini qurmağa davam edəcək”.

Baş nazirin sözlərinə görə, İtaliya ABŞ və Avropa arasında dialoqun möhkəmləndirilməsinə sadiq qalacaq.

Gürcüstan Baş naziri İrakli Kobaxidze Trampa uğurlar arzulayıb: “Onun rəhbərliyi altında ABŞ qlobal sülhü təşviq etməli və Gürcüstanla ikitərəfli münasibətləri gücləndirməlidir”.

Çexiya Baş naziri Petr Fiala qeyd edib ki, ABŞ həm təhlükəsizlik, həm də ticarət sahəsində ölkəsinin əsas müttəfiqidir: “Əminəm ki, Prezident Tramp və onun yeni administrasiyası ilə birlikdə bu əlaqələri uğurla inkişaf etdirməyə davam edəcəyik”.

Misir Prezidenti Əbülfəttah Əl-Sisi də Tramp vəzifəyə başlaması münasibətilə ilk təbrik edənlərdən olub: “Mən ölkələrimiz arasında strateji münasibətlərin genişləndirilməsi və hər iki xalqın mənafeyinə, regionumuzda və dünyada təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə xidmət edən ümumi maraqlarımıza nail olmaq üçün Zati-aliləri ilə işləməyə, həmçinin əməkdaşlığı davam etdirməyə sadiqliyimizi təsdiqləyirəm”.

Belçika Baş naziri Aleksandr De Kro ölkəsinin ABŞ ilə çoxdankı müttəfiq və etibarlı tərəfdaş olmasına diqqət çəkib: “Belçika qlobal çağırışların öhdəsindən gəlmək, vətəndaşlarımızın rifahını və təhlükəsizliyini artırmaq üçün ABŞ administrasiyası ilə işləməyi səbirsizliklə gözləyir”.

İordaniya Kralı II Abdullah ibn Al Hüseyn də Trampı təbrik edib: “Biz ABŞ ilə tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Daha firavan və dinc dünya yolunda sizinlə işləməyə sadiqik”.

Macarıstanın Baş naziri Viktor Orban da Trampı təbrik edib və ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Ardını oxu...
Kuba hökuməti yanvarın 20-ni Olqin əyalətində sursat anbarında baş vermiş partlayış nəticəsində hərbçilərin ölməsi ilə əlaqədar matəm günü elan edib.

Bu barədə ölkə Prezidenti Migel Dias-Kanel Bermudes sosial şəbəkədə məlumat verib.

“Olqin hərbi dairəsinin hərbi materiallarının saxlandığı tikinti sahəsində həlak olan igid hərbçilərin xatirəsinə yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik”, – o bildirib.

Xatırladaq ki, yanvarın 7-də sursat anbarında baş verən partlayışlar nəticəsində 13 hərbçi ölüb.
 
Ardını oxu...
Ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayan AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi birmənalı olaraq Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən vurulub. Bu gün birgə araşdırmanın əsas suallarından biri budur ki, mülki təyyarəyə atəş açmaq qərarını kim verib və təyyarəni pilotsuz uçuş aparatı ilə necə səhv salmaq olardı?

Bunu “Report”a müsahibəsində Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev deyib.

Kaliyev qeyd edib ki, hadisənin özü ilə bağlı araşdırma çox vaxt aparacaq, amma çox yaxında ilkin nəticələr açıqlanacaq. “Azərbaycan və Rusiya tərəfi prosesdə fəal iştirak edirlər. Qazaxıstanın vəzifəsi təhqiqatı koordinasiya etmək və qəzaya uğramış təyyarənin gövdəsinin bütün elementlərinin təhlükəsizliyini təmin etməkdir”, - o bildirib.

O xatırladıb ki, Rusiya təyyarənin HHM sistemi ilə vurulmasını inkar etmir. “Təyyarə vurulub, istənmədən olsa belə. Aydındır ki, heç bir bədxah niyyət olmayıb. Sual budur ki, kim mülki təyyarəni PUA-dan ayıra bilməyib və kim sərnişin təyyarəsinə atəş açmaq əmrini verib”, - agentliyin mənbəsi bildirib.

“Qazaxıstan Aktau yaxınlığında baş vermiş aviaqəzanın təhqiqatını aparan beynəlxalq dövlət komissiyasının rəhbəri kimi özünü ən peşəkar şəkildə və düzgün formada aparır. Bu, onun qərəzsizliyində və həyata keçirilən bütün fəaliyyətlərin şəffaflığında özünü göstərir”, - Kaliyev bildirib.

Politoloq xatırladıb ki, bunun əsas sübutu Qazaxıstanın “qara qutular”ı oxumaq üçün onları qəzaya uğramış “Embraer” təyyarəsini istehsal edən Braziliyaya vermək qərarıdır. Səsyazılarının oxunmasında həm Azərbaycandan, həm də Rusiyadan nümayəndələr iştirak edir.
 
Ardını oxu...
ABŞ-nin yeni seçilən Prezidenti Donald Trampın andiçmə mərasimi başlayıb.
Kapitolidə keçirilən tədbir həm televiziya kanalları, həm də sosial şəbəkə vasitəsilə canlı olaraq yayımlanır.

Mərasimin görüntülərini təqdim edirik:

 
Ardını oxu...
Son günlər Rusiyanın bəzi siyasi dairələri və media qurumları Azərbaycana qarşı təhqiredici ifadələr səsləndirir. Ukrayna müharibəsinə dair Rusiyanın maraqlarına zidd mövqe sərgiləyənlərə qarşı dərhal tədbirlər görüldüyü halda, Azərbaycana yönələn bu hücumlara qarşı hələ də reaksiya verilməyib.

Bu vəziyyət sözügedən kampaniyanın müəyyən dairələr tərəfindən məqsədli şəkildə idarə olunduğu şübhəsini yaradır. Azərbaycan isə təyyarə qəzası ilə bağlı Rusiyaya qarşı emosional çıxışlar etməyib, yalnız obyektiv istintaq və ədalətli yanaşma tələb edib. Buna baxmayaraq, hazırda məsələ əsas mahiyyətindən yayındırılaraq, Azərbaycan haqsız yerə hədəfə çevrilməyə çalışılır. Azərbaycan cəmiyyəti isə prosesin şəffaf və qərəzsiz şəkildə araşdırılmasını gözləyir.

Son prosesləri "Sherg.az"a şərh edən Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyir ki, bu cür bayağı təbliğatın sifarişçiləri həqiqəti ört-basdır etməyi dayandırmalıdırlar:

"Rusiyanın hakimiyyət dairələri ilə ənənəvi işbirliyində olan media resurslarının, eləcə də XXI əsrdə yaşasaq da, XIX əsrin kommunaçıları və ya 1930-cu illərin proletkulçuları kimi düşünən və danışan neobolşevik təbliğatçılarının Azərbaycanın mülki təyyarəsinin vurulması ilə bağlı ölkəmizə qarşı səsləndirdiyi həqarətlər, uydurduğu nağıllar və əfsanələr həqiqəti etiraf edə bilməməyin, cəsarətsizliyin, xudpəsəndliyin, reallıqdan uzaq və ikrah doğuran təkəbbürün, eləcə də siyasi əxlaqsızlığın bariz nümunəsidir. Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir. Düşünürəm ki, bu cür bayağı təbliğatın sifarişçiləri yaxın keçmişə və bu günün reallıqlarına – hər kəsin açıq-aşkar görə biləcəyi mənzərəyə nəzər salaraq nəticə çıxarmalı, həqiqəti inkar etməyin, yalanla ört-basdır etməyin və şər-böhtan atmağın heç bir effekt verməyəcəyini anlamalıdırlar. Bu, ilk növbədə onların öz maraqlarına xidmət edə bilər. Əks halda, heç kimin inanmadığı və güvənmədiyi, yalnız acı təbəssüm doğuran təbliğat boşluqlar yaradır və bu boşluqları "vaxtı keçmiş" və ya "istifadə müddəti başa çatmış" epitetlərlə doldurmaq mümkün deyil. "Kommunaçı" medianın və təbliğatçı zehniyyətin təhdid və həqarətlərinin "doza"sından asılı olmayaraq, Azərbaycan təyyarəsinin vurulması fakt olaraq qalır.

Belə məqamlarda ləyaqətli davranış sərgiləmək yalnız fərdlər üçün deyil, dövlətlər üçün də vacib olan bir anlayışdır. Ən azından, yaxın keçmişdə Azərbaycanın nümayiş etdirdiyi davranışdan nümunə götürə bilərlər. Azərbaycan cəmiyyəti böyük təmkin, anlayış və siyasi əxlaq nümayiş etdirərək istintaqın ədalətli aparılmasını, günahkarların cəzalandırılmasını və müvafiq təzminatların ödənilməsini gözləyir. Bunun alternativi yoxdur. Ölkəmizdə şantaj və həqarət təbliğatı qəbul edilmir və edilməyəcək. Daha yaxşı olardı ki, Rusiya hakimiyyəti işbirliyində olduğu media resurslarının nəfəsliyini açsın və havanı dəyişsin.
 
Ardını oxu...
Yanvarın 14-də Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Tədbir İrəvan vaxtı ilə saat 22:00-da baş tutub və Ermənistan XİN-in platformalarında işıqlandırılıb. İmzalanma mərasimi ABŞ Dövlət Departamentinin “YouTube” kanalında canlı yayımlanıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın digər ölkələrlə münasibətləri inkişaf etdirmək üçün suveren hüquqa malik olduğunu deyib: “Biz əsas məsələdən çıxış etməyə davam edirik: bizim Ermənistanla öz ikitərəfli münasibətlərimiz var, biz bu əlaqələri yüksək qiymətləndiririk və biz onları daha da inkişaf etdirmək niyyətindəyik. İkitərəfli aspektlərlə yanaşı, inteqrasiya prosesləri çərçivəsində, o cümlədən Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində qarşılıqlı fəaliyyətimizin aspektləri, əlbəttə, bizim üçün çox vacibdir”.

Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu mövzuda danışıb. Onun sözlərinə görə, Ermənistanın Aİ-yə daxil olmaq prosesinə başlamaq qərarı bu ölkənin hakimiyyətinin suveren seçimidir. Lakin Lavrov əlavə edib ki, Ermənistan eyni zamanda həm Aİ-nin, həm də Aİİ-nin üzvü ola bilməz.

Bununla bağlı xatırlatmaq istərdik ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da Ermənistanın Aİ üzvlüyünün ölkənin Aİİ-yə üzvlüyü ilə bir araya sığmadığını bəyan edib.

Bəli, Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyanın da bəyanatı var idi. O bildirib ki, Ermənistan Aİİ-dən çıxmaq barədə düşünmür. Eyni şəkildə, görünür, onlar İrəvanda Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıqdan danışacaqlar. Deyirlər ki, bu, Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında strateji müttəfiqliyə mane olmur.

Reallıq isə tamam başqadır. Bu, ondan ibarətdir ki, Rusiya Ukraynaya qarşı müharibədə çox zəifləyib və bu, hər yerdə, hətta İrəvanda da müşahidə olunur. Bəli, taktiki cəhətdən rus işğalçı qüvvələri lokal qələbələr əldə edirlər. Onlar Pokrovsk şəhərindən yan keçib onu “boğmağa” çalışırlar, lakin düşmənin daha da iddialı məqsədi Pokrovsk ilə Çasovıy Yar arasında irimiqyaslı “halqa” yaratmaqdır. Bu barədə OBOZ.UA-ya müsahibəsində Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı İvan Stupak məlumat verib.

Bundan əlavə, Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bildirir ki, rus işğalçıları Ukrayna qoşunlarını bu şəhərlərdən geri çəkilməyə məcbur etmək üçün Donetsk vilayətinin Pokrovsk və Mirnoqrad şəhərlərinə yerüstü təchizat yollarını kəsməyi planlaşdırır. Amma strateji baxımdan Rusiya artıq uduzub. Məsələn, Qara dəniz donanmasını itirdi. Ondan qalan yalnız bir filotiliyadır. Xeyli sayda tank və ya zirehli döyüş maşını məhv edilib.

Eyni şey Rusiya hava hücumundan müdafiə sistemləri ilə də baş verir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukraynaya genişmiqyaslı hərbi təcavüz zamanı Rusiya işğalçı qüvvələri 1040-dan çox hava hücumundan müdafiə sistemini itirib. Nəticədə Rusiyanın müxtəlif yaşayış məntəqələrinə zərbələr endirən, neft-qaz infrastruktur obyektlərini dağıdan Ukraynanın hücumları qarşısında Rusiya Federasiyası acizdir. Məsələn, Saratov vilayətinin Engelsdəki neft bazasında. Orada ən azı 3 ədəd 120 min kubmetrlik çən məhv edilib, altı çən zədələnib və strateji təyyarə parkı 800 min ton yanacaqsız qalıb.

Ancaq bunlar Rusiyanın yeganə itkiləri deyil. Belə ki, hətta Hindistan da Rusiya neftinin daşınmasına görə ABŞ-ın yeni sanksiyalarına məruz qalan rus tankerlərini öz limanlarına buraxmayacaq. Yüksək rütbəli Hindistan rəsmisinin sözlərinə görə, yalnız yanvarın 10-dan əvvəl icarəyə götürülmüş gəmilərə, martın 12-dən əvvəl boşaldılması şərti ilə icazə veriləcək. Bundan əlavə, yanvarın 1-dən Rusiya qazının Ukrayna ərazisindən tranziti dayandırılıb və bu, “Qazprom”u il ərzində təxminən altı milyard dollar qazancından məhrum edib.

İndi isə məlum olub ki, “Qazprom”un rəhbəri Aleksey Millerin masasında “Qazprom” idarə heyətinin sədr müavini Yelena İlyuxinanın mərkəzi ofisdə və Sankt-Peterburqda işçilərin sayını azaltmaq təklifi ilə məktubu var. Sankt-Peterburq filialında guya şirkət illik 50 milyard rubl əmək haqqı fondunu verə bilmir. Böyük audit gözlənilir, nəticədə 1.5 mindən çox adam işdən çıxarıla bilər.

Bəli, bütün bunlar Rusiyanın strateji məğlubiyyətinin sübutudur ki, bu da hamıya aydındır. O cümlədən, çoxdan köhnəlmiş rus “krışasını” Amerika və Fransa ilə əvəz etməyə tələsən Ermənistan liderləri üçün. İrəvan unudur ki, belə böyük problemlərlə olsa belə, Rusiya Ermənistan üzərində çoxlu təsir rıçaqlarını özündə saxlayır. Rusiya bunu onlara xatırladacaqmı? Mütləq! Yeganə sual: Nə vaxt və hansı formada?

/AYNA.az
 

Ardını oxu...
 

Meksika sərhəd rəsmiləri Meksika ilə ABŞ arasında miqrantların və qaçaqmal malların daşınması üçün istifadə edilən gizli tunelin möhürlənməsi planlarını açıqlayıblar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Meksikanın Syudad Xuares şəhəri ilə Texasın El-Paso şəhərlərini birləşdirən 300 metr uzunluğunda tunel yağış sularının kollektoru sisteminin adı altında gizlədilib. Keçən həftə aşkar edilən tuneln tikintisi, ekspertlərin fikrincə, ən azı bir il çəkib.

Tunelin kəşfi vəzifəyə gəldikdən sonra qeyri-qanuni immiqrasiya ilə mübarizə aparacağını və genişmiqyaslı deportasiyalara başlayacağını vəd edən Donald Trampın andiçmə mərasiminə hazırlıq zamanı sərhəd nəzarətinin artırılması ilə eyni vaxta təsadüf edir.

Hazırda ABŞ-Meksika sərhədində belə marşrutlardan istifadənin qarşısını almaq üçün əlavə təhlükəsizlik tədbirləri görülür.

Qeyd edək ki, bundan əvvəl də ABŞ-Meksika sərhədində bu kimi tunellər aşkarlanıb.

Musavat.com

Ardını oxu...
Mükəmməl bir ənənə var Amerikada. Prezidentlik müddəti sona çatan prezident özündən sonra gələn yeni prezidentə bir məktub ünvanlayır. Və o məktubu Ağ evin Oval otağındakı yazı masasının üstünə buraxır. Yeni prezident də iş otağına ilk dəfə girəndə ən birinci işi o məktubu oxumaq olur.
Prezidentlik müddəti sona çatmış Corc Buş yeni seçilmiş prezident Bill Klintona 20 yanvar 1993 tarixli belə bir gözəl məktub yazıb getmişdi:
"Bu qeydi oxuyanda siz bizim prezidentimiz olacaqsınız. Sizə ən xoş arzularımı bildirirəm. Uğurlarınız indi ölkəmizin uğurları olacaq. Mən sizə dərindən sadiqəm"…
İbrahim Nebioğlu
TEREF
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti