Ardını oxu...
  

İranda Azərbaycan türklərinin milli-mədəni, qanuni hüquqlarının təmin olunmadığı ən yüksək səviyyələrdə belə etiraf edilir. İran Prezidenti Məsud Pezeşkianın seçkiqabağı təşviqat kampaniyasında bu məsələyə diqqət yetirilməsi, azərbaycanlı seçicilərin prosesdə fəallığının artırılması kimi faktlar bunu təsdiqləyir.

Ölkədə sərbəst toplaşmaq haqqında qanuna tətbiq edilən məhdudiyyətlər də türklərin milli-mədəni hüquqlarının təmin olunmaması ilə bağlı etirazlarını bildirməsinə problemlər yaradır.

Güney Azərbaycan cəmiyyəti çıxış yolu kimi idman oyunları zamanı müxtəlif şüarlarla istəklərini bəyan edirlər. Məsələn, Güney Azərbaycanın Urmiya şəhərində “Durnalar yuvası” idman kompleksində voleybol yarışmasında yerli “Şahridari Urmiya” və İsfahanın “Giti Pasand” komandaları arasında voleybol oyununa qatılan güneyli xanımlar da milli şüarlar səsləndiriblər. Belə oyunlarında “Türk dilində mədrəsə olmalıdır hər kəsə!”; “Azərbaycan var olsun, istəməyən kor olsun!”; “Bura (Urmiya - nəzərdə tutulur red.) Türkdür, Türk!”; “Urmiya türkündür, türkün də qalacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz!” və s. sloqanları nümayiş olunur və ya səsləndirilir.

Güney Azərbaycan türklərinin qanuni milli-mədəni hüquqlarının təmini ilə bağlı şüarlar Təbrizin “Traktorsazi” (tərəfdarları ona “Qızıl qurd”, yaxud “Qırmızı qurd” da deyirlər) futbol komandasının oyunlarında da yuxarıdakılarla yanaşı, “Haray, haray, mən türkəm!”, “Yaşa, yaşa, Azərbaycan!”, "Urmu gölü səslənir, susuzam, haray, haray!” kimi şüarlar səslənir.

Oyunlarının nəticəsindən asılı olmayaraq, tərəfdarları komandanı daim alqışlayır, ona sadiqliklərini nümayiş etdirirlər. “Traktor”çuların belə davranışı şovinist düşüncəlilərin xoşuna gəlmir. Onlar hakimiyyətdəki bu siyasi-ideologiyanın daşıyıcılarına güvənərək, hətta ola bilsin, onların tapşırığı ilə güney azərbaycanlıları aşağılayır, onlara hücum edirlər.

Yanvarın 26-da İran çempionatında 17-ci turun oyununda “Qızıl qurdlar” əzəli rəqiblərinin - Tehranın “Persepolis” klubunun qonağı olublar. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ardını oxu...Ardını oxu...

Bu məğlubiyyətdən sonra "Traktor" liderliyi əldən verərək 35 xalla ikinci pilləyə düşüb.

Qeyd edək ki, "Persepolis"in baş məşqçisi Türkiyənin tanınmış futbol mütəxəssisi İsmail Kartaldır.

Bildirilib ki, gərgin şəraitdə keçən oyun zamanı tehranlı azarkeşlər davamlı olaraq "Traktor" komandasının oyunçularına və azərbaycanlılara qarşı təhqiramiz, irqçi şüarlar səsləndiriblər.

“Persepolis”in azarkeşləri meydana yad cisimlər atıb, Təbriz təmsilçisinin tərəfdarlarına hücum ediblər və nəticədə 33 nəfər yaralanıb.

"Traktor" Klubu hadisə ilə bağlı İran Futbol Federasiyasına və məhkəməyə şikayət edib. Komandanın baş direktoru Səid Müzəffərizadə “Persepolis” azarkeşlərinin irqçi və etnik şüarlar məsələsini FİFA-nın təqib edəcəyini açıqlayıb: “Biz bütün lazımi hüquqi tədbirləri görmüşük. Bununla bağlı təcili və əsaslı tədbir görülməzsə, FİFA vasitəsilə məsələni tam qətiyyətlə davam etdirəcəyik. İrqçi və etnik şüarlar məsələsinin heç bir əsası yoxdur. Biz bununla bağlı heç bir tolerantlığı qəbul etməyəcəyik. Təcrübə göstərir ki, bir və ya iki oyunluq cəza kimi stereotip hərəkətlər problemin həlli deyil. Futbol Federasiyası bunu nəzərə almalıdır”.

O, oyunu idarə edən Cavad Xiyabanini və “Persepolis”in baş məşqçisi Kərim Baqerini azarkeşlərin türklərə qarşı şüarlar söyləməsi, irqi ayrı-seçkilik davranışına səssiz qalmasına görə də tənqid edib: “Onlar ən azından azarkeşləri xəbərdar etməli idilər”.

Baş verən şovinist, irqçi hadisəyə İran Prezidenti Məsud Pezeşkian da münasibət bildirib. O bunu “qəbuledilməz” adlandırıb. Hökumət başçısı deyib: “Tehranın “Azadi” stadionunda baş verənlər, təhqiramiz şüarlar anlaşılan deyil və qəbuledilməzdir”.

Ardını oxu...Ardını oxu...

Qarışıq Azərbaycan türkcəsində çıxışı zamanı Məsud Pezeşkian vurğulayıb ki, bu kimi hallara qarşı sərt tədbir görülməsə, daha şiddətli hadisələr baş verə bilər".

O, məsələnin araşdırılması və tədbir görülməsini uyğun sahənin naziri ilə müzakirə edəcəyini və hadisənin səbəbkarlarının müəyyən edilməsi üçün ona tapışırıq verəcəyini söyləyib. Prezident İran Futbol Federasiyası İntizam Komitəsinin günahkarlara qarşı ciddi reaksiya verməsinin vacibliyini də vurğulayıb.

Əvvəllər də stadionlarda, kütləvi tədbirlərdə, kütləvi informasiya vasitələrində, hətta İran televiziya verilişlərində Azərbaycan türkləri təhqir edilib. Bu, az qala, panfarsçı düşüncə sisteminin daşıyıcıları, bir sıra İran məmurları üçün fəaliyyət növüdür, hədəfdir.

Azərbaycan türkcəsində bir məktəbi, bir sinfi belə olmayan azərbaycanlıları təhqir edən, bu işlərin təşkilatçıları olan panfarsçılar bu düşüncənin ideoloqları fars dili və ədəbiyyatının inkişafının qayğısına qalır, onu qoruyurlar.

İranda yeni tədris ilinin açılması münasibətilə Ermənistanda fars dili sinfinin açılışı olub. Tehranın bu ölkədəki səfirliyinin maliyyə yardımı ilə İrəvanın 61 saylı məktəbində “Hafiz zalı” və fars dili sinfi açılıb. Bu, İran hakimiyyətinin fars dili və ədəbiyyatının təbliği ilə bağlı ilk hadisə deyil. Oxşar tədbirlər Mərkəzi Asiyada, Rusiyada və başqa ölkələrdə həyata keçirilir.

Ancaq bu hakimiyyət Azərbaycan türkcəsinin qanuni tədrisini həyata keçirməməklə konstitusiyanın uyğun maddələrini 45 ildir pozur.

Ardını oxu...

Panfarsçılar fars dilinin inkişafına və qorunmasına çox həssaslıqla yanaşırlar. Bu günlərdə İran hökumətinin sözçüsü Fatimə Mühacirani televiziya kanallarından birində ingiliscə çıxış edərək “yeni bankçılıq” sözündən istifadə edib. O, ifadənin fars dilində qarşılığının olmamasından məyusluğunu bildirib. Sözçü Fars Dili və Ədəbiyyatı Akademiyasının fəaliyyətini də tənqid edərək deyib: “Fars dilini qorumaq hamımızın borcudur. Fars dili bizim üçün sərhəd kimidir və hər vasitə ilə qorunmalıdır”.

Azərbaycan türkcəsində məktəbi qadağan edən, fars dilini ölkənin sərhədi sayan bir ölkənin televiziyasında “Traktor”a qarşı yeni məhdudiyyət tətbiq edilib. Tərəfdarları oyun zamanı "Türk dilində mədrəsə olmalıdır hər kəsə!”, "Urmu, Zəncan, Ərdəbil - Bu səs Təbrizdən gəlir" şüarlarını səsləndirkləri üçün qarşılaşma bir-iki dəqiqə gecikmə ilə yayımlanıb.

“Traktor”un tərəfdarı olan qızlar “Persepolis” tərəfdarlarının irqçi və təhqiramiz şüarlarına etiraz olaraq ağızlarını yapışqan lentlə bağlayıblar. Onlar bu davranışla Azərbaycan türklərinin fərqli bir millət olduğunu, heç bir təhqir onları fars irqçiləri səviyyəsinə endirməyəcəyini nümayiş etdirdiklərini bildiriblər.

Bundan başqa, komandanın tərəfdarları Təbrizin Sahənd stadionunda “Persepolis”lə oyunda baş verənlərə “Ana, namus - iki müqəddəs söz" pankartını qaldırmaqla etiraz ediblər.

Ardını oxu...Ardını oxu...

Panfarsçı düşüncəyə görə, Azərbaycan türkcəsində məktəb olarsa, İran parçalanar. Yaxud İslam Respublikası rəhbərliyində bəziləri belə düşünürlər ki, ölkəyə xaricdən müdaxilə var. Ancaq “Pesepolis”lə oyunda baş verənlər, hökumət sözçüsünün açıqlaması xarici müdaxiləyə ehtiyac olmadığını göstərir. Bu ölkənin düşmənləri elə Tehranda “Traktor”un “Pesepolis”lə oyununda türklərə qarşı irqi ayrı-seçkilik edənlər, azərbaycanlıları təhqir edənlər, onlara hücum çəkənlərdir.

Fevralın 3-də Prezident Məsud Pezeşkian İran inqilabının 46 illiyinə həsr olunacaq tədbirlərlə bağlı müşavirədə bildirib: “Bu gün xaricdən düşmənlər tərəfindən İrana müdaxilə edilir. İranın zəiflədiyini bildirir, insanların küçələrə çıxıb ölkəyə problem yaratmasını istəyirlər. Biz xalqa xidmət etməliyik və problemi həll edə bilmiriksə, cəmiyyətə üzrxahlıq dili ilə izah etməliyik”.

Ölkəni zəiflədən xarici müdaxilə, düşmənlər deyil. Daha çox öz vətəndaşını təhqir edənlər, onların qanuni, təbii hüququnun təmin olunmasını istəyənlərə qarşı irqi-etnik ayrı-seçkilik edənlər, fars dilini türk dilindən üstün tutanlar bu düşüncənin daşıyıcılarıdır. Ölkənin belə vətəndaşları cəmiyyətin zəifləməsinə, onun parçalanmasına xidmət edirlər. İranın paytaxtı Tehranda təhqir edilən, aparteid davranışa məruz qalan türk, azərbaycanlı onu özününkü bilər? Bu düşüncə vətəndaşların mərkəzdənqaçma meyillərini gücləndirər...

Sədrəddin İsmayılov
Report

 
 
 

Ardını oxu...
  

2020-ci ildə COVID-19 pandemiyası Uhandakı biolaboratoriyadan sızma ilə başladı və Amerika iqtisadiyyatına 14 trilyon dollara başa gəldi.

Bu barədə Ağ Evin ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kanada, Çin və Meksikaya qarşı ticarət tarifləri tətbiqinin səbəblərini izah etdiyi sənəddə deyilir.

"On milyonlarla insanın ölümünə səbəb olan və ABŞ iqtisadiyyatına azı 14 trilyon dollara başa gələn COVID-19 pandemiyası Çin Kommunist Partiyasının inkar etməyə davam etdiyi Çinin Uhan şəhərindəki laboratoriyada yaranıb", - Ağ Evin açıqlamasında qeyd olunur.\\“Report”

Ardını oxu...
Gürcüstanda aksiya iştirakçıları paytaxtdan çıxışı qismən bağlayıblar.

Etirazçılar "Tbilisi Mall" ticarət mərkəzinin girişində toplaşıblar, lakin sonradan yol boyu yürüş keçirməyə qərar veriblər.

Onların arasında müxalifət nümayəndələri də daxil olmaqla, bir neçə yüz nəfər var.

Ticarət mərkəzinin yaxınlığında polis qüvvələri cəmləşdirilib. Etirazçılarla polis arasında toqquşma qeydə alınmayıb. Ara-sıra hökumət əleyhinə şüarlar səsləndirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi bundan əvvəl bəyanat yayaraq, Tbilisiyə girişin beynəlxalq əhəmiyyətli strateji yol olduğunu və onun bağlanmasının cinayət məsuliyyəti daşıyacağını mitinq iştirakçılarının diqqətinə çatdırıb. Bildirilir ki, ticarət mərkəzi adi rejimdə fəaliyyətini davam etdirir.
 
Ardını oxu...
“Qərib Babayanın “Qarabağ” mahnısını oxuyanların görüntülərini paylaşdığı üçün saxlanılması ciddi siqnaldır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni türkoloq Varujan Geqamyan deyib.

Onun sözlərinə görə, həbs hadisəsi bir neçə səbəbə görə təhlükəlidir:

“Birincisi, bu, ilk növbədə, söz azadlığının məhdudlaşdırılmasıdır. İkincisi, Ermənistanda Türkiyə əleyhinə gündəmin məhdudlaşdırılmasıdır. Üçüncüsü, Ermənistanda Türkiyə və Azərbaycana zidd hərəkətləri, proqramları, addımları, təşəbbüsləri qadağan etməyə çalışırlar. Bu, ilk belə hadisə deyil, məsələn, “artsax”ın (məhv olmuş terrorçu rejim – red.) xəritəsinin Milli Assambleyanın zalından çıxarılması buna nümunədir.

Sonuncusu, bu tendensiya Türkiyə-Azərbaycan müşahidə qüvvələrinin Ermənistanda yerləşdirilməsinə qədər çatacaq. Mən şişirtmirəm. Məsələn, 1918-ci il Batum müqaviləsinə əsasən türk zabitləri ermənilərin türk qoşunlarının Ermənistanda hərəkətinə mane olmamaları üçün bütün erməni stansiyalarında və yollarında yerləşdirilməli idi. Proses ona doğru gedir”.
 
Ardını oxu...
Türkiyə Böyük Millət Məclisinin erməni əsilli keçmiş deputatı Garo Paylanın Ermənistana səfəri müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, iki gün əvvəl İrəvanın Malatiya-Sebastiya inzibati rayonunda yerləşən Avetisyan məktəbində rəhbərlik yuxarı sinif şagirdlərini toplayıb hazır olmalarını tapşırıb.

Məlumata görə, bu hazırlıq Garo Paylanın məktəbə gəlməsi üçün görülüb, lakin onun gedişi çox adamı narazı salıb.

Belə ki, keçmiş deputat ziyarəti müddətində türklərlə ermənilərin mütləq barışmalı olduğunu bildirib. O deyib ki, düşmən münasibətlər artıq sonlandırılmalıdır, yeni nəsil revanş düşüncəsi ilə böyüməməlidir. Çünki nəticədə ermənilə özləri zərərli çıxırlar.

Paylan şagirdlərə İkinci Qarabağ müharibəsini nümunə göstərib və orada çox sayda erməni gənclərin öldüyünü bildirib. “Sizin kimi minlərlə gənc gedib döyüşdü, amma nəticədə hamısı öldü. Dərsinizi almasanız sizi də eyni aqibət gözləyir”, – keçmiş deputat bildirib.

Həm şagirdlər, həm də müəllimlərin çox ciddi şəkildə narazı qaldığı, hətta bəzilərinin görüşə qatılmağa məcbur edildiyi bildirilir.

Qeyd edək ki, G. Paylan Azərbaycana və Türkiyə hökumətinə qarşı kəskin çıxışları ilə tanınır. O, Ermənistanın hazırkı hökuməti ilə yaxın daimi təmasdadır. Paylanın İrəvana səfərlərinin sayının artması ölkədə bir çox insanı narahat edib. O, Türkiyədə bölücü ideyologiyaları dəstəkləyir və Azərbaycana qarşı əsassız ittihamlar səsləndirir.
 
Ardını oxu...
“Sheba” Tibb Mərkəzinin baş kardioloqu doktor Eyal Heller İsrail Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtona uçub.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Nəşr bildirib ki, Netanyahunun ofisindən həkimin səfərinin səbəbləri barədə heç bir məlumat verilməsə də, bu, baş nazirin səhhətini - xüsusən də dekabrın sonlarında prostat əməliyyatından sonra - diqqətlə izləmək istəyini göstərə bilər.

Qrəyində problemlər olan Netanyahuya 2023-cü ildən kardiostimulyator qoşulub.

Qeyd edək ki, Netanyahu Trampla görüş üçün ABŞ-a gedib.
 
Ardını oxu...
“Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il Ermənistana Azərbaycana qarşı addım atarkən düz 30 dəfə düşünməyi öyrədib”.

“Haber Global” xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri Aygün Attar erməniəsilli siyasətçi, Xalqların Demokratik Partiyasından (HDP) olan keçmiş millət vəkili Qaro Paylanın Azərbaycanla bağlı səsləndirdiyi iddialara cavabında deyib.

““Aqos” qəzetində köşə yazarı olan Qaro sonra millət vəkili seçilib. Hazırda bizim məvacibimizdən tutulan vergilər hesabına rahat yaşayır. Amma dinc durmur. Türkiyə Böyük Millət Məclisinin üzvü olanda həm daxildə, həm də xaricdə Türkiyə və türklük əleyhinə çalışıb. Böyüdüyü, suyunu içib və çörəyini yediyi ölkənin yox, başqalarının səsi olub. Fəal diaspor fəaliyyətinə görə, Xocalıda əli qana bulaşmış Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan tərəfindən qızıl medalla mükafatlandırılıb”, - o bildirib.

A.Attar bildirib ki, Q.Paylanın son açıqlaması məntiqsizdir: “Yəni, Ermənistan silahlanacaq, Azərbaycan da oturub özünə dost olmayan ölkənin güclənməsi üçün gözləyəcək? Elə bilirsiniz ki, Ermənistan normallaşma adı altında Azərbaycan və Türkiyəyə qarşı qurulan oyunların fərqində deyilik? Azərbaycan milləti və dövləti sizin niyyətinizi bilir. Allah düşmənin də mərd olanını qismət eləsin. Azərbaycan qarşısındakı düşmənin mərd olmadığını bilsə də, həm hərb meydanında, həm də diplomatik müstəvidə mərdcə davranıb. Bu ritorika özü ilə Qarabağ zəfərini gətirib. Dediyim odur ki, özünə gəl, Qaro Paylan!”.

Qeyd edək ki, erməniəsilli siyasətçi son açıqlamasında Ermənistanın bir tərəfdən Azərbaycanla normallaşma adı ilə vaxt qazandığını, digər tərəfdənsə Fransa və ABŞ-dan silah aldığını deyib.
 
 

 


Ardını oxu...
Gürcüstanın baş naziri İrakli Kobaxidze parlament seçkilərindən sonra öz təzə postunda xaricə ilk səfərini Azərbaycana etdi. Bu, sözsüz ki, qərb qonşumuzun ölkəmizə verdiyi strateji önəmin təzahürü idi. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti Bakıda buna görə gürcü liderə məxsusi təşəkkürünü bildirdi.

Kobaxidze xaricə ikinci rəsmi səfərini bu həftə Ermənistana reallaşdırıb. Bu da məntiqlidir. İstənilən normal ölkə ən əvvəl öz qonşuları ilə dinc, əmin-anlıq içində, qarşılıqlı faydalı iqtisadi-ticari əməkdaşlıq şəraitində yaşamağı tərcih edir. Dara düşəndı dada ilk yetişən qonşu olmurmu? “Yaxın qonşu uzaq qohumdan yaxşıdır” ifadəsi yəqin ki, buna görə yaranıb. Nəyi ki, Ermənistan və ermənilər barədə söyləmək çətindir. Amma mövzu bu deyil...

Məsələ ondadır ki, Ermənistana səfər çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili həmkarı, xarici işlər nazirinin müavini Vahan Kostanyanla birgə İrəvanda uydurma “erməni soyqırımı memorialı”nı ziyarət edib. Ora ölkəsi adından əklil qoyub. “Gürcü nazir soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib”, - xəbərdə qeyd edilir.

İndi bu hərəkəti necə oxuyaq, nə cür anlayaq, hansı dəftərə yazaq?

Olayın ən absurd tərəfi odur ki, Gürcüstanın özü saxta soyqırımı tanımayıb. Üstəlik, elə bu səfır ərəfəsində baş nazir Nikol Paşinyan qondarma genosid iddiasını şübhə altına alan açıqlama ilə gündəm yaratmışdı. Elə isə ürəkbulandıran, Türkiyə və Azərbaycan rahatsız edən belə demarşa, əklil-məklilə nə lüzum var idi? Rəsmi Tiflis bununla Bakı, Ankara və İrəvana hansı mesajı verir, nəyin anonsunu, siqnalı çatdırır?...

Yada salaq, Türkiyə və Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran, onun iki ən böyük ticarət tərəfdaşıdır. Adi dilə çevirəndə bu, həm də minlərlə iş yeri, etibarlı əmək bazarı deməkdir.

Əlavə olaraq, qərb qonşumuz Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatında hərbi-strateji və digər sahələr üzrə fəal əməkdaşlıq içindədir. Öz ordusunu gücləndirir, iqtisadiyyatını inkişaf etdirir. Vaxtilə, mərhum Heydər Əliyevin dövründə qazsız qalan Gürcüstanı və onun əhalisini soyuq qışdan xilas edən də Azərbaycan olmuşdu.

O zaman bu nə turşu, o nə pəhriz?..

Böyük ehtimalla, erməni tərəfi ziyarət məsələsində təkid etməyib. Yoxsa baş nazir Kobaxidze də üzdəniraq kompleksə baş çəkərdi. Yəni bu, çörəyi dizi üstündə olan gürcülərin XİN başçısının öz təşəbbüsüdür.

Yeri gəlmişkən, ötən ay bir qrup İran deputatı da İrəvanda eyni yaramazlığa imza atmışdı. Ancaq o İrandır. Keçmiş Dağlıq Qarabağ problemi zamanı erməni işğalına hər cür dəstək verən, daim Azərbaycanın və Türkiyənin ayağının altını qazan, Zəngəzur dəhlizinə qarşı çıxan, dövlət maraqlarını həmişə ümmət maraqlarından üstün tutan türkofob İran.

Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?..

Bəs Gürcüstana nə gəlib? Belə şeylər unudulmur. Unudula bilməz. Heç nə yaddan çıxmır, çıxmayacaq. İllah da arxadan vurulan zərbələr...

Zahid SƏFƏROĞLU - musavat.com
 
Ardını oxu...
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu haqqında Türkiyə Baş Prokurorluğunun başlatdığı istintaq işi çərçivəsində bu gün İstanbul Ədliyyəsində ifadə verib.

Bu barədə "Haber Global" televiziya kanalında efirə gedən süjetdə qeyd olunub.

Qeyd olunur ki, Ekrem İmamoğlunun ifadəsi iki saata yaxın çəkib. Daha sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri ədliyyə orqanı binasını tərk edib.

Xatırladaq ki, E.İmamoğlu bir neçə gün əvvəl televiziya proqramında iştirak edərkən İstanbul baş prokuroru Akın Gürlek və ailəsinə qarşı səsləndirdiyi ifadələrə görə "hədə" və "terrorizmlə mübarizə aparan şəxsləri hədəf göstərmə" ittihamları ilə üzləşib. Bununla yanaşı, o, məhkəmə ekspertinə təzyiq göstərmək cəhdində ittiham edilir.
 

Dünyapress TV

Xəbər lenti