Ardını oxu...
ABŞ kəşfiyyat agentliklərinin məlumatına görə, İsrail Tehranın zəifləməsindən yararlanmağa çalışaraq bu il İranın nüvə obyektlərinə irimiqyaslı zərbələr endirmək imkanını nəzərdən keçirir.
Əgər ABŞ və İsrail nüvə obyektlərimizi vurmağa cəsarət etsə, İran yüzlərlə dəfə çox nüvə obyektləri tikəcək. Bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian Buşehr əyalətinə səfəri zamanı deyib.
"Onlar (ABŞ və İsrail bizim nüvə mərkəzlərimizə zərbə endirməklə hədələyirlər. Binaları vura bilərlər, lakin onları tikən "beyinlərə" zərbə vura bilməzlər. Yüz mərkəzə zərbə endirsinlər, yenə minlərlə eyni mərkəz tikiləcək", - İran prezidenti bildirib.

Bundan əvvəl "The Wall Street Journal" yazıb ki, ABŞ kəşfiyyat agentliklərinin məlumatına görə, İsrail Tehranın zəifləməsindən yararlanmağa çalışaraq bu il İranın nüvə obyektlərinə irimiqyaslı zərbələr endirmək imkanını nəzərdən keçirir.
Fevralın 10-da ABŞ prezidenti Donald Tramp deyib ki, İranın nüvə silahı inkişaf etdirməsi ya bombalarla, ya da müqavilə imzalamaqla dayandırıla bilər. ABŞ lideri əlavə edib ki, o, hərbi zərbələrə əl atmadan İslam Respublikası ilə razılığa gəlmək istəyir.
Ardını oxu...
ABŞ Nümayəndələr Palatasının deputatı, konqresmen Qreqorio Kasar İlon Maskın hökümətin xərclərinin ixtisar edilməsi ilə bağlı apardığı siyasəti tənqid edib.

Gununsesi.info bildirir ki, konqresmen İlon Maskı vətəndaşların sosial təminatını əlindən almaqda ittiham edib.

“Heç bilirsinizmi ki, cənab Mask öz müqavilələri üçün federal hökumətdən gündə nə qədər pul alır? Gündə 8 milyon dollar! Bu ölkədə sosial təminatla yaşayan orta statistik adam, pensiyaçı yaşamaq üçün gündə nə qədər pul qazandığını bilirsinizmi? 65 dollardır. Biz İlon Maskın gündə 8 milyon dollar qazanmasına baxmırıq, amma Respublikaçı alt komitənin nümayəndələrinin sizin nənənizin 65 dollarında gözü var”, – deyə konqresmen çıxışında bildirib.

O bildirib ki, Respublikaçılar hökumətin səmərəliliyindən danışarkən, vergi ödəməyən və dövlət müqavilələri ilə varlanan milyarderləri görməməzliyə vururlar: “Onlar İlon Maskı məsuliyyətə cəlb etməli olan nəzarətçilərin işdən çıxarılmasına baxmırlar. Amma dövlət məktəblərini, rifahınızın ixtisarına baxırlar”.
Ardını oxu...
Lukaşenkonun Belarusu Rusiyanın Avropa İttifaqına, NATO-ya qarşı bir növ “döyüş” meydanıdır

Ukrayna Prezidenti Volodimir Zelenski Putinin 2025-ci ildə Belarusa qoşun yerləşdirə və onu Rusiya-Ukrayna müharibəsinə cəlb edəcə biləcəyinə eyham vurub. Çox güman ki, o, Putin üçün Belarus üzərində nəzarət səviyyəsinin getdikcə artdığını nəzərdə tutur. Və bu halda Lukaşenkonun hər hansı addımlarında “müttəfiqini” mümkün qədər dəstəkləməkdən başqa çarəsi qalmayacaq.

Xüsusilə, Rusiya kontingentinin təlimlər adı altında Belarus ərazisinə daxil olması istisna deyil. Xatırlatmaq istəyirəm ki, "Qərb - 2021" təlimlərinin keçirilməsi ruslara öz qüvvələrini Belarusda cəmləşdirməyə və daha sonra Ukraynaya şimaldan hücum etməyə imkan verdi. Qoşunların Belarus sərhədində yerləşdirilməsi Ukraynanın Avropa İttifaqı ilə sərhədində, Litva və Ukrayna ilə təzyiqi artırdı.

Yəni bu, Ukrayna üçün təhlükələr yaradır. Axı biz şimaldan Kiyev, Çerniqov və ya Rivne vilayətlərinə təkrar hücum gözləmirik. Lakin bu variantı istisna etmək olmaz, ona görə də Ukrayna Müdafiə Qüvvələri sərhədi mümkün qədər gücləndirir.

Digər tərəfdən, Lukaşenkonun Belarusu Rusiyanın Avropa İttifaqına, NATO-ya qarşı bir növ “döyüş” meydanıdır. Kreml Avropa ölkələrinə qarşı buradan təıxribat törətməyə kifayət qədər qadirdir. Üstəlik, ya hibrid, ya da birbaşa hərbi təxribat eyni Polşaya və ya Litvaya qarşı törədilə bilər. Polşa və ya Litva sərhədində Belarus və ya Belarusdan gələn rus qoşunları arasında hətta kiçik silahlı toqquşma olarsa, NATO və Avropa İttifaqı ölkələrinin bütün diqqəti bu ərazilərə yönələcək. Və müvafiq olaraq, Ukraynaya yardım əhəmiyyətli dərəcədə azala bilər.

Biz bunu 2023-cü ilin oktyabrından sonra İsraildə baş verən hadisələrin timsalında gördük. Dünya mediasının və siyasətçilərinin əksəriyyəti diqqətlərini Yaxın Şərqdəki problemlərə yönəltdilər. Ukrayna isə vəd etdiyi silah həcmlərini belə almadı.

Və daha bir məsələ - belarusların özləri üçün risklər var. Putinin hərbi yardıma ehtiyacı olacağı ehtimalı çoxdur. Artıq Şimali Koreya əsgərlərini döyüşlərə cəlb etdiyi üçün Belarus əsgərlərini də cəlb edə bilər. Xüsusilə nəzərə alsaq ki, Rusiya və Belarus arasında yeni tərəfdaşlıq sazişində “ölkələrdən birinə hücum” bəndi var ki, bu da “digərinə hücum” sayılacaq.

Putinin Lukaşenko üzərində çoxlu təsir rıçaqları var ki, lazım olanda Kremlə sərfəli qərar qəbul etsin. Və əgər Lukaşenko hansısa yolla Kremlin iradəsini yerinə yetirmək istəmirsə, Putinin həmişə Belarus diktatorunu aradan götürmək və özünə daha sadiq birini təyin etmək imkanı var. Və ya hətta Belarusu ilhaq da edə bilər.

Putinin Lukaşenkoya hansı təkliflər verəcəyini bilmirik. Keçən ilin sonunda biz hamımız gördük ki, müxtəlif Avropa ölkələrinin nümayəndələri və diplomatlar qeyri-rəsmi olaraq Lukaşenkoya mesajlar göndərdilər. Məncə, onların müəyyən ümidləri var idi ki, Lukaşenko qondarma prezident seçkiləri ərəfəsində siyasi məhbusları azad edəcək, bəlkə də Belarus cəmiyyətinə təzyiqləri azaldacaq...

Avropalılar təbii ki, bu “yenidən seçkiləri” tanımırlar. Lukaşenkonun isə prinsipcə, Kremllə daha sıx əməkdaşlıq etməkdən başqa yolu yoxdur. Nə vaxtsa o, tamamilə öz tərəfinə keçə bilər. Ümumiyyətlə, Lukaşenko dözümlü və hiyləgər siyasətçidir. Amma o, kiçik variantlarla küncə sıxışdırılsa, Rusiya ilə inteqrasiyanı daha sərfəli hesab edəcək.

Müəllif: Yaroslav Çornoqor - "Ukrayna prizması" analitik mərkəzinin "Rusiya və Belarus studiyaları" proqramının direktoru.

Mənbə: UNİAN
 
Ardını oxu...
Rusiya-Ukrayna münaqişəsinin nizamlanması məsələsində həlledici nöqtələrdən biri Kiyevin NATO-ya üzv olacağı ilə bağlı iddialardır. Siyasi dairələrdə Qərbin Ukraynaya belə bir vədi olduğu deyilsə də, NATO Baş katibi Mark Rutte bunu təkzib edib.

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Ukraynanın NATO-ya üzvlük bəndi qəbul edilməyəcək:

“Kremlin məsələ ilə bağlı konkret yanaşması var. Belə ki, Ukrayna NATO-ya üzv olmamalı və Rusiyanın çevrələnməsi siyasəti tam dayandırılmalıdır. Bu danışıqlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Çünki ortada işğal faktı var. Danışıqlar yalnız beynəlxlaq hüququn bərpası, işğalın dayandırılması, işğalçı qüvvələrin ərazilərdən çıxarılması səviyyəsində aparılmalıdır. Amma ortada qlobal sövdələşmədən söhbət gedir ki, bu da işğala haqq qazandırır. Eyni zamanda gələcək işğallara da yol açır”.

Politoloq bildirib ki, ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlişinin dünyaya sülh gətirəcəyini düşünmək tamamilə yanlışdır:

“Tramp dünyada qütbləşməni, savaşları daha da tətikləyəcək. Rusiya özünü qalib elan edərsə, postsovet ölkələri zərər çəkəcək. Azərbaycan, ümumilikdə türk dünyası üçün ən yaxşı çıxış yolu bir olmaqdır”.

Ardını oxu...
ABŞ Prezidenti Donald Tramp deyib ki, çətin ki, Ukrayna işğal olunan torpaqlarını geri alsın.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, o bu barədə ABŞ Milli Kəşfiyyatının yeni direktoru Tulsi Qabbardın andiçmə mərasimi zamanı danışıb.
Tramp bildirib ki, Ukraynanın NATO-ya üzv olması məqsədəuyğun deyil:
“Ukrayna sülh üçün səy göstərməlidir”.
Ardını oxu...
Fələstinin HƏMAS hərəkatı fevralın 15-dək girovları azad etməsə, Qəzza zolağında döyüşlər bərpa olunacaq.

APA xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq bəyanatla İsrailin müdafiə naziri İsrael Kats çıxış edib.

“HƏMAS oğurlanan israilliləri azad etməsə cəhənnəm qapıları onların üzünə açılacaq”, - nazir qeyd edib.
 
 
 
Ardını oxu...
Fələstinin HƏMAS hərəkatı hazırda Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsi ilə bağlı vasitəçilərlə danışıqlar aparır.

TNS xəbər verir ki, bu barədə HƏMAS nümayəndəsi Hazem Kasem məlumat verib.

“Biz hazırda vasitəçilərlə danışıqlar aparırıq və atəşkəs razılaşmasının nəhayət həyata keçirilməsini təmin etməyə çalışırıq. İsrail bütün girovlar azad edilənə qədər razılaşmanın bütün şərtlərini yerinə yetirməlidir”, - o bəyan edib.

HƏMAS nümayəndəsi həmçinin qeyd edib ki, vasitəçilər İsraili razılaşmanın şərtlərinə əməl etməyə məcbur etmək üçün çalışırlar, İsrail hökuməti isə onun bəzi müddəalarından yayınır.
 
Ardını oxu...
"İranda hakimiyyət nümayəndələrinin İslam İnqilabının 46-cı ildönümü ilə bağlı pafoslu çıxışlarına rəğmən, ölkə bu tarixi qeyri-müəyyənlik və ümidsizlik atmosferində qarşılayıb".

TNS-in verdiyi məlumata görə, bu barədə "Azad İran" "YouTube" kanalının yayımladığı videosüjetdə bəhs edilir.

Bildirilir ki, bir neçə gün öncə İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei ABŞ ilə danışıqların məntiqli, müdrik və şərafətli olmadığını bəyan edib, bildirib ki, ölkənin problemlərinin həllinə heç bir təsiri yoxdur.

"Onun Qərblə müzakirələri və nəticə etibarilə sanksiyaların azaldılması ehtimalını rədd etməsi mövcud sosial-iqtisadi gərginliyi daha da artırıb. Ali rəhbərin həmin açıqlamasına ilk reaksiyanı valyuta bazarı verib və bir ABŞ dollarının qiyməti 93 min tüməni keçib. Bu isə ölkədə tüğyan edən bahalaşma dalğasının davam edəcəyini və İran təqvimi ilə yeni ilə qədər dolların azı 100 min tümənə çata biləcəyini göstərir.

Vəziyyətin hədsiz dramatikliyi və fəlakətli sonuca aparıb çıxara biləcəyi nüfuzlu "Əsr-Iran" nəşrinin İran Prezidenti Məsud Pezeşkiana müraciətlə yazdığı bu cümlələrdə aydın ifadəsini tapıb: "Biz etiraz edirik, cənab Pezeşkian! Birbaşa və açıq şəkildə etiraz edirik! Siz prezident olanda, bu ölkənin pulu indikindən 57 faiz qiymətli idi, başqa sözlə desək, o zaman bir ABŞ dollarını 59 min tümənə almaq olurdu, indi isə 92 min 550 tümənə! Məlum da deyil ki, bir gün, hətta bir saat sonra nə olacaq?!"

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
ABŞ Prezidenti Donald Tramp biznesdə üstünlüklər əldə etmək məqsədilə xarici dövlət məmurlarına rüşvət verməkdə ittiham olunan Amerika vətəndaşları və şirkətlərinin təqibinin Ədliyyə Nazirliyi tərəfindən müvəqqəti dayandırılması barədə fərman imzalayıb.

"Bu, Amerika üçün daha çox biznes imkanları deməkdir" - Tramp bildirib.

Sənəd faktiki olaraq 1977-ci ildən qüvvədə olan Xaricdə korrupsiya haqqında qanunu (FCPA) zəiflədir. Fərmana əsasən, baş prokuror Pem Bondi FCPA üzrə araşdırmaları dayandırmalı və onun tətbiqi üçün yeni təlimatlar hazırlamalıdır.

Ağ Evdə bildiriblər ki, antikorrupsiya qanunu "beynəlxalq şirkətlər arasında adi hal" olan praktikada iştirakı qadağan etməklə Amerika biznesini xarici rəqiblərlə müqayisədə əlverişsiz vəziyyətə salıb.

Görünən odur ki, Tramp rüşvəti leqallaşdırır. Bundan sonra, xarici dövlət məmurlarına rüşvət verən ABŞ şirkətləri məsuliyyətə cəlb olunmayacaq.

“Tramp işgüzar mühit yaratmağı yaxşı bacarır”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, işgüzar mühiti yaxşı qurmağı bacaran Tramp bəzi hallarda hətta korrupsiya adı ilə olmasa da belə, bonus adı altında peşkəş etməyin, ənam verməyin də mümkün olduğunu anlayır:

“Donald Trampın qeyri-adi, ekstraordinal qərarlarının şahidi oluruq. Trampın hakimiyyətə ikinci gəlişi demək olar ki, inqilabi mahiyyət daşıyır. O, gözlənilməz qərarlar verməkdən çəkinmir. Keçmiş adminstrasiyanın bəzi vacib qərarlarını da dayandırıb. Yəni Tramp ənənəvi sistem adamı olmayaraq, demək olar ki, öz yolu ilə gedir. O, işgüzar mühiti yaxşı qurmağı bacaran adamdır. Anlayır ki, bəzi hallarda hətta korrupsiya adı ilə olmasa da belə, bonus adı altında peşkəş etmək, ənam vermək də mümkündür. Dünyada bir çox hallarda rüşvəti elə bonusla verirlər”.

Ekspert qeyd edir ki, bu addımın arxasında hansı niyyətlərin durduğu da bəllidir, bəzi korrupsionerləri, qara işləri görənləri müdafiə edib, öz çətirləri altına almaqla onları böyük bəlalar, təzyiqlərdən qurtarmağa çalışırlar.

“Heç kəs Peyğəmbər övladı deyil. Hər kəs yerlə gedir, özünü ifadə edir”.

“Trampın qərarı ilk baxışdan hətta təqdir də oluna bilər. Bir halda ki, Amerika vətəndaşları öz ölkələri üçün xeyir gətirəcəksə, onların qanundan bir addım yayınmalarını hardasa bağışlamaq da olar. Amma bu digər tərəfdən korrupsiyanın çiçəklənməsinə də şərait yaradacaq.

Korrupsiya öz-özlüyündə iqtisadi problem deyil. Bu mənəvi problemdir. İmkanları geniş olan məmurlar da bir də görürsən korrupsiyaya qurşanır. Rəqabətin sərtləşməsi, sıxlığın yaranması, yaşanan böhranlar da insanlara təsir edir. Bəzi hallarda elə gözlənilməz şərait yaranır ki, insanlar çaşqın vəziyyətə düşür və nəyin bahasına olursa-olsun ondan çıxmağa çalışırlar.

Yəni insan ekstraordinal, gözlənilməz, qanundan kənar addımlara da yol verə bilər ki, təki gözlədiyi iş alınsın. Ona görə Qərbdə guya korrupsiyaya müharibə elan edənlər belə əslində öz maraqlarına cavab verəndə həmin prosesə baş vururlar. Sonra müxtəlif ibarələrdən istifadə etməklə çirkaba batan işgüzar şəxsləri, böyük siyasətçiləri çətin vəziyyətdən çıxarıb onlara bəraət qazandırırlar”.

T.Abbasov deyir ki, Tramp da maraqlara cavab verdiyi təqdirdə qanundankənar məsələlərə rəvac verir:

“Bu düzgün qərar olmasada, belədir. Ola bilsin onun da nəticəsində hər hansı bir səviyyədə qeyri-qanuni işlərə əlləri bulaşan bəzi şəxslərin həyatında yüngüllük olacaq. Yəni indi onlar üçün ola bilsin əlverişli vəziyyət yaransın. Lakin düşünürəm ki, Trampın dövründə imzalanacaq qərarların çoxu posttramp dövründə ömrünü başa vuracaq”.

Bizim.Media
 

Ardını oxu...
   

Türkiyə prezidenti Ərdoğan Asiya turu çərçivəsində Malayziyaya səfər edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Asiya turu çərçivəsində Malayziyada keçirilən Malayziya-Türkiyə İş Forumunda Malayziyanın Baş naziri Ənvər İbrahimlə görüşüb.

Malayziyanın Baş naziri Ənvər İbrahimin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı paylaşımı gündəm olub.

Baş nazir ikilinin fotosunu İrem Dericinin "Kalbimin Tek Sahibine" mahnısı ilə paylaşaraq sosial mediada müzakirə mövzusuna çevrilib. Mahnının sahibi İrem Dericinin bu paylaşım haqqında reaksiyası da gecikməyib!

Derici də posta "Gözəl mahnıdır" şərhini yazıb.

Sözügedən görüntüləri təqdim edirik:

Milli.Az

 
 
 

Dünyapress TV

Xəbər lenti