Ardını oxu...
Amerikada nəşr olunan "The Washington Post" qəzeti yenə də öz ampluasındadır. Nəşr yenə də Azərbaycan əleyhinə yazı dərc edib.
Qəzetin dərc etdiyi köşə yazısında müəllif Devid İqnatius belə yazıb: "Dünyada bu qədər sarsıntılar içərisində ayrı-ayrı hadisələr diqqətdən yayına bilər. Ancaq mən Ruben Vardanyan adlı şəxsin vəziyyətini izah etmək istəyirəm".

Paradoks bundan ibarətdir ki, ABŞ-da nəşr olunan bu qəzet Ruben Vardanyanı "siyasi məhbus" adlandırıb. ABŞ-ın hazırda faktik olaraq, Rusiya ilə müharibədə olduğu hər kəsə məlumdur. Ruben Vardanyan isə bir neçə il əvvəl Azərbaycanın o zaman nəzarətində olmayan ərazisinə məhz Rusiya tərəfindən "siyasi-kəşfiyyat desantı" olaraq atılmışdı. Moskvanın məqsədi Vardanyan vasitəsilə bölgədə öz siyasətini yürütmək olmuşdu, amma Azərbaycan bu planı pozdu. Amerika nəşri buna görə Azərbaycana minnətdar olmaq əvəzinə, əksinə Azərbaycanı ittiham etmək yolunu tutub. Qəzet adını çəkdiyi şəxsin vəziyyətinə diqqət verməyin vacib olduğunu yazıb.

Doğrudur, qəzet Qarabağı "Azərbaycanın qanuni olaraq bir hissəsi" adlandırıb. Lakin bu bölgədə 2023-cü il sentyabrın 20-nə qədər mövcud olmuş vəziyyəti "bir vaxtlar əhalisi əsasən ermənilərdən ibarət olan və özünü idarə edən" kimi təqdim edib. Vardanyanı "Dağlıq Qarabağda erməni müqavimətini" müdafiə edən şəxs kimi qələmə verib. Ancaq qəzetin yanlış və qərəzli mövqeyi, faktları saxtalaşdırması bununla da bitməyib. Azərbaycanın öz suverenliyini təmin etməsini "2023-cü ilin sentyabrında Azərbaycan qoşunlarının işğalı" adlandırıb. Üstəlik, bölgədən guya 120.000 (!) erməninin qaçdığını yazıb.

Yazıda bircə cümlə doğrudur: "Vardanyan Ermənistan sərhədini keçmək istəyərkən həbs edilib".

Qalan bütün "faktlar" feykdir; heç bir həqiqət payı yoxdur. Qarabağdan gedən şəxslərin 120 min nəfər olmadığını hər kəs bilir, ancaq antiAzərbaycan dairələr bu saxta rəqəmi dönə-dönə fırladırlar. "The Washington Post" qəzeti də bu baxımdan istisna deyil. Bu yazısı ilə də qəzet Azərbaycana qarşı ənənəvi qərəzli münasibətini bir daha büruzə verib. Əslində başqa cür ola bilməzdi: bu nəşrin sahibi və redaksiyası son seçkilərdə öz mövqeyini 360 dərəcə dəyişib. Belə bir qəzetin obyektiv mövqe tutmasını gözləmək sadəlöhvlük olardı.

Bizimyol.info
 

Ardını oxu...
Rusiya rəsmiləri hesab edirlər ki, Qərbin təzyiqləri Moskvanın keçmiş sovet respublikalarını öz təsir dairəsinə qaytarmaq və Qlobal Cənubla iqtisadi əlaqələr qurmaq səylərinə mane olur.

Yenicag.az xəbər verir ki, bu barədə “The Financial Times” nəşri Rusiya hökumətindən sızdırılan hesabatı dərc edib.

Məlumata görə, ötən ilin aprelində Baş nazir Mixail Mişustinin rəhbərlik etdiyi strategiya sessiyasında təqdim olunan hesabat Rusiyanın Ukraynadakı müharibəsinin bəzi müttəfiqləri ilə münasibətlərinə necə zərbə vurduğunu əks etdirir.

Sənəddə vurğulanır ki, Qərbin sanksiyaları və iqtisadi təzyiqi Moskva ilə onun əsas ticarət tərəfdaşları arasında fikir ayrılıqları yaradıb. “Moskvanın ambisiyaları” adlı hesabatda qeyd olunur ki, Rusiya ABŞ, Avropa İttifaqı və Çinlə rəqabət aparacaq Avrasiya ticarət blokunun mərkəzinə çevrilməklə qlobal bazarlara çıxışını bərpa etməyə çalışır. Bununla yanaşı, sənəddə Kremlin Ukrayna münaqişəsinə dair Qərblə istənilən danışıqlardan yan keçəcəyi və Rusiyanın “qlobal arenada” mövqeyini möhkəmləndirmək üçün uzunmüddətli strategiyalar həyata keçirdiyi bildirilib.

Hesabatda həmçinin vurğulanır ki, Qərb ölkələri Mərkəzi Asiya dövlətlərini müxtəlif vasitələrlə Rusiyaya qarşı yönləndirməyə nail olublar. Onlar bu ölkələri sanksiyalara riayət etməyə məcbur etməklə yanaşı, Moskvadan yan keçən yeni ticarət marşrutları və bazarlara çıxış imkanı təklif ediblər. Eyni zamanda, bəzi Rusiya müttəfiqləri bu sanksiyalardan faydalanaraq, Rusiya şirkətlərini öz bazarlarından sıxışdırmağa və enerji hasilatını Rusiyadan kənara çıxarmağa çalışırlar.

Analitiklərin fikrincə, Mərkəzi Asiya ölkələri Rusiyanın zəifləməsindən istifadə edərək, Türk Dövlətləri Təşkilatı kimi platformalarda Moskvasız inteqrasiyaya üstünlük verirlər. Hesabatda qeyd olunur ki, bu ölkələr rus dilinin əvəzinə ingilis dilini ikinci dil kimi qəbul edir, Qərb təhsil standartlarına uyğunlaşır və elitalarını Qərbdə təhsil almağa yönəldirlər. Sənədin sonunda isə vurğulanır ki, bu ölkələr gələcəkdə Rusiyaya münasibətdə öz mövqelərini müəyyənləşdirməli olacaqlar.
Ardını oxu...
Böyük Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onlar kiberməkanda qanunsuz fəaliyyətdə şübhəli bilinir.

Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin yaydığı siyahıdan məlum olur ki, London Rusiyanın “Zservers” şirkətini zərərli proqramlar vasitəsilə kiberhücumlarda şübhəli bilir.

Qara siyahıya həmçinin “Zservers” şirkətinə məxsus olduğu və onun tərəfindən istifadə edildiyi iddia edilən “Xhost Internet Solutions” provayderi də daxil edilib.
 
Ardını oxu...
"Rusiya Azərbaycana yönəlik təhdidlərini artırır. Bunun arxasında şimal ölkəsinin hakim elitası daxilində yaranan parçalanma dayanır. Rusiyada qərar qəbul edən səviyyə bir deyil, ya da öz qərarlarını ört-basdır etmək üçün təbliğat baxımından digər kanallardan istifadə edirlər".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov son zamanlar Rusiya-Azərbaycan münasibətlərində yaşanan gərginliyi şərh edərkən deyib.

Tofiq Zülfüqarov bildirib ki, indi qeyri-adi bir vəziyyətdir:

Rusiyada qərar qəbul olunma texnologiyası həmişə mürəkkəb olub. Artıq hamı başa düşür ki, AZAL-ın qəzaya uğrayan təyyarəsilə bağlı vəziyyətdən bəzi qüvvələr bəhanə kimi istifadə etməyə çalışırlar. Rusiya ilə Azərbaycan arasında münasibətlərdə nələrin baş verdiyi barədə fikirləşəndə iki əsas səbəb görürəm. Rusiya mürəkkəb proseslər qarşısındadır. ABŞ prezidenti Donald Tramp Rusiya ilə danışıqlar aparır və bu zaman açıq bəyan edir ki, təzyiq etməyə də hazırdır. Bunun nəticəsi olaraq Rusiya elitasında artıq parçalanma yaranıb".

Tofiq Zülfüqarovun fikrincə, bir çoxları fikirləşir ki, artıq Putin erası bitməkdədir:

"Çünki Rusiya mövcud problemlərdən çıxmaq üçün ciddi dəyişikliklər etməlidir. Bu əsasda da rus elitası daxilində qarşıdurma hiss olunur. İstisna etmirəm ki, bu qaşıdurmada Azərbaycanla Türkiyə faktorundan da istifadə olunur. Yəni Azərbaycana edilən təzyiqlər bir növ Türkiyəyə də təzyiqdir. Suriyada da mürəkkəb vəziyyət yaranıb. Burada Türkiyənin Qərbə və Rusiyaya qarşı mövqeyi bir çox hallarda qəbul olunmur. ABŞ, Fransa öz qoşunlarını Suriyada saxlamaqdadır. Əminəm ki, Rusiyada ölkəmizə yönəlik bu sayaq bəyanatlar sadəcə olaraq, Azərbaycana qarşı təzyiq üslubudur. Yaxın gələcəkdə Rusiyada ciddi dəyişikliklər baş verəcək".

Sabiq XİN rəhbəri qeyd edib ki, güclənmiş Azərbaycanla artıq təhdid dililə danışmaq onu edənlərə xeyir gətirməyəcək:

"Rusiya əvvəlki dövrlərdə də Azərbaycana qarşı müxtəlif təzyiq vasitələrindən istifadə edib. Bu özünü xüsusən də çeçen müharibəsi dövründə göstərmişdi. Azərbaycan həmin dövrdə zəif idi. İndi isə ölkəmiz xeyli güclənib. Belə olan halda, Rusiyanın Azərbaycana qarşı təhdid addımlarına keçməsinin şimal ölkəsi üçün heç bir faydası olmayacaq. Bu fikirləri də səsləndirən Putin yox, Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyevdir. Yəni o, qurumun başçısı deyil. Özü də açıq deyil, hansısa "Telegram" kanalları vasitəsilə bu kimi fikirlər səsləndirir".

Ekspert bildirib ki, Azərbaycan neftinin Novorosiyski limanından ixracının dayandırılması mümkün deyil:

"Çünki Azərbaycanın ixrac üçün yetərincə digər kanalları da var. Bu fikirlər sadəcə olaraq təbliğatı müharibə üçün ortaya atlan arqumentlərdir. Onları ciddi qəbul etmək olmaz".
 
Ardını oxu...
 

Xəbər verdiyimiz kimi, siyasi şərhçi Elxan Şahinoğlu da sosial şəbəkə hesabında rusiyalı deputatların azərbaycanlıların Rusiyadan qovulması çağırışları ilə bağlı paylaşım edib.

O bildirib ki, rusiyalı parlamentarilər hətta “azərbaycanlıların diaspora təşkilatlarını dağıtmaq lazımdır” kimi ifadələr səsləndirir:

“Bu arada, Rusiyadakı azərbaycanlı biznesmenləri də hədəf göstərir, Araz Ağalarov və Qod Nisanov kimi tanınmış iş adamlarına problem yaratmağı Kremlə “məsləhət” görürlər. Halbuki Rusiyadakı azərbaycanlı iş adamlarının mütləq əksəriyyəti yaşadıqları ölkənin vətəndaşlarıdır, Rusiya pasportunun daşıyıcılarıdır. Azərbaycan əleyhinə danışan Rusiya Dövlət Dumasındakı deputatların əksəriyyəti bu ölkənin hakim partiyasının üzvləridir. Deməli, elə Kremldəkilər də bunlar kimi düşünürlər. Bu kimi açıqlamaların ardınca, azərbaycanlı miqrantlara qarşı zorakılıq hallarının artacağını proqnozlaşdırmaq olar, hətta Rusiyadakı şovinist qüvvələrin yatmış hücrələrdən çıxaraq təxribatlara əl atacaqları da istisna deyil. Bütün bunlar ona görə baş verir ki, Kreml raketlə vurulan təyyarəyə və öldürülən insanlara görə məsuliyyət daşımaq istəmir”.

Əldə etdiyimiz məlumata görə, Rusiyada yaşayan azərbaycanlı milyarderlər hərəkətə keçib. Onlar hökumətin yüksək eşalonunda təmsil olunan şəxslərə müraciət edirlər. Məqsəd bu günə qədər azərbaycanlılara qarşı aparılan kampaniyaya etiraz etmək və situasiyanı dəyişdirməkdir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.15-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız tanınmış jurnalist, siyasi ekspert Fuad Abbasovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

 
 
 
Ardını oxu...
Böyük Qafqaz sıra dağlarının cənub ətəyində üç il əvvəl itkin düşən hindistanlı turistdən xəbər var.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, 09.02.2025-ci il tarixdə Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12.05.2022-ci il tarixdə Zaqatala rayonu ərazisində itkin düşmüş 28.08.1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Kondaveti Maniqanta məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus əl çantası, bank kartları, mobil telefon və digər şəxsi əşyalar Böyük Qafqaz dağlarının Zaqatala rayonu Car kəndi yaxınlığında "Şamilovka" meşə massivində aşkar edilmişdir.
Meyitin qalıqları və digər əşyalar yüksəklik ərazidə götürülərək, müvafiq ekspertizalar keçirilməsi üçün adiyyəti üzrə Zaqatala rayon prokurorluğuna təqdim olunmuşdur.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Ardını oxu...
Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçen hava limanından xeyli sayda uçuş ləğv olunub.

"Yeni Şafak" xəbər verir ki, buna səbəb kimi gözlənilən əlverişsiz hava şəraiti göstərilib.

Bildirilib ki, fevralın 11-i üçün nəzərdə tutulan uçuşların beş faizi, növbəti gün üçün nəzərdə tutulan uçuşların isə on faizi ləğv edilib.

Səfərlərlə bağlı son durumu öyrənmək üçün sərnişinlərə hava yolu şirkətlərinin internet səhifələrini izləmələri tövsiyə olunub.
 
Ardını oxu...
Çili hökuməti cənub Araukaniya bölgəsində şiddətli meşə yanğınları səbəbindən 860 000-dən çox insanın təcili təxliyəsi barədə elan edib.

Bu barədə kp.ru məlumat verir.

Bildirilib ki, faciə artıq azı bir nəfərin həyatına son qoyub.

O da vurğulanıb ki, hazırda regionda müşahidə olunan 40°C-dən yuxarı temperatur, güclü küləklər və davamlı quraqlıq alovun sürətlə yayılmasına səbəb olub.

Hakimiyyət orqanları sakinləri dərhal evlərini tərk etməyə və təhlükəsiz ərazilərdə sığınacaq axtarmağa çağırır.
Ardını oxu...
İsrailin müdafiə naziri Yisrael Katz hərbçilərə Qəzzada baş verə biləcək hər hansı ssenariyə hazır olmağı tapşırıb.

AzerVoice-un məlumatına görə, bu haqda İsrail Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanata əsasən Katz, HƏMAS-ın İsrailli məhbusları azad etməyi dayandıracağını açıqlamasının atəşkəs və əsir mübadiləsi razılaşmasını tamamilə pozduğunu iddia edərək, İsrail ordusuna Qəzzada baş verə biləcək hər hansı ssenariyə tam hazır olma təlimatı verdiyini açıqlayıb.

Xatırladaq ki, HƏMAS-ın İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə fevralın 15-də baş tutması gözlənilən məhbus mübadiləsinin İsrailin atəşkəs razılaşmasındakı öhdəliklərini yerinə yetirmədiyi səbəbiylə dayandırıldığını açıqlayıb.
 
 
 

Ardını oxu...
  

Qarşılaşdığımız təhlükələr hiss olunur, böyükdür və hamımıza təsir edəcək.

Bunu Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan deyib.

Sabiq nazir qeyd edib ki, bu gün Ermənistanın nə bir etibarlı müttəfiqi, nə də dostu var. “Xarici siyasət arenasında heç bir ölkə Ermənistanı ciddi qəbul etmir. Bizim heç bir xarici investisiyamız və iqtisadi siyasətimiz yoxdur. Bu da nəticədə istər-istəməz iqtisadi iflasa gətirib çıxaracaq. Bizim diasporla münasibətlərimiz minimaldır. Diaspor təşkilatları daxilində ciddi parçalanmalar mövcuddur”, - o qeyd edib.

Oskanyan vurğulayıb ki, bundan sonra da çox böyük təhlükələrlə üz-üzə qalacaqlar: “Bu da Ermənistanın hazırkı hakimiyyətin səriştəsizliyi ucbatından zəifliyini daha da dərinləşdirəcək”.

Onun sözlərinə görə, əgər Ermənistanda minimal diplomatik imkanları olmasa, o zaman sərhədin demarkasiyası adı altında ən azı anklavlar şəklində əlavə ərazilərini itirəcəklər: “Ermənistanın sərhədləri dəyişəcək. Türkiyə tərəfinin tələbi ilə konstitusiyaya dəyişiklik ediləcək. Ermənistanın beynəlxalq məhkəmələr qarşısındakı qanuni iddiaları geri alınacaq, 300 min azərbaycanlı Ermənistana qayıdacaq, ən təhlükəlisi isə Zəngəzurun bir hissəsi Azərbaycana veriləcək”.

ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı mövqeyini şərh edən Oskanyan bildirib ki, Dövlət Departamentinin sənədlərinin ən praktik tərəfi həmin sənədin Ermənistanın Azərbaycana istənilən ərazi, dəhliz, hətta yolun verilməsində danışıqlar mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməkdən ibarətdir./Ölkə.Az

Dünyapress TV

Xəbər lenti